Məhkəmə qərarları › İş №2-1(103)-3142/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3142/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3142/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “sərəncamda olduğu dövr üçün əmək haqqının ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı və cavabdehin nümyəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “sərəncamda olduğu dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli **********530000 saylı məktubdan görünür ki, iddiaçının sərəncamda olduğu müddət ərzində əmək haqqının ödənilməsi və vergi orqanlarında xidmət illəri üzrə arayışın verilməsi barədə daxil olmuş müraciətinə baxılaraq bildirilmişdir ki, sərəncama çıxarılma barədə qeyd edilən əmrlərin tələblərinə uyğun olaraq Sizinlə son haqq-hesab aparılmışdır. Bununla əlaqədar olaraq vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməklə onunla son haqq-hesab edildiyi təqdirdə xidmətə xitam verildiyi vaxtdan sonrakı dövr üçün ona əmək haqqı ödənilmir.

2. İddiaçıya məxsus xx.xx.2004-cü il tarixli, ******* əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Auditorlar Palatasında xx.xx.2004-cü ildə auditin təşkili departamentinə mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2006-cı ildə Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələr şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə bir il müddətinə stajçı təyin edilmiş, xx.xx.2007-ci ildə staj müddəti bitdiyi üçün tutduğu vəzifəyə təyin edilmiş, xx.xx.2017-ci ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür.

3. xx.xx.2018-ci il tarixli əmrlə sərəncamda saxlanılma müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır.xx.xx.2018-ci il tarixli əmrlə sərəncamda saxlanılma müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır.xx.xx.2018-ci il tarixli əmrlə Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti 3 (üç) ay müddətinə uzadılmışdır.xx.xx.2018-ci il tarixli əmrlə xx.xx.2018-ci il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. xx.xx.2019-cu ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş dərəsinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci ildə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. xx.xx.2020-ci i il tarixli əmrlə xx.xx.2020-ci ildən Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. xx.xx.2020-ci il tarixli əmrlə xx.xx.2020-ci ildən Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2020-ci il tarixli əmrlə xx.xx.2020-ci ildən Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır.

4. Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********018500 nömrəli “işdən azad edilmə haqqında” əmrdən çıxarışda qeyd edilmişdir ki, aparılacaq təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin adları aşağıda qeyd olunan əməkdaşlarının əmək müqavilələrinə 10 yanvar 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək, tutduqları vəzifədən azad edilsinlər və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsünlər: 7. İddiaçı- vergi xidməti müşaviri-Vergilər Nazirliyinin Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini ilə bağlanmış əmək müqaviləsinə 10 yanvar 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilsin və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsün. Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Səməd Vəliyevə tapşırılsın ki, adları yuxarıda qeyd olunanların bu əmrlə tanış olmasını, qanunvericiliklə müəyyən edilmiş müddətdə onlarla son haqqhesabın və təhvil-təslim işlərinin aparılmasını, eyni zamanda zərurət yarandığı təqdirdə boşalmış vəzifələrlə bağlı səlahiyyətlərin müvəqqəti icrasının digər əməkdaşlara həvalə olunmasını təmin etsin. Əsas: vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri, baş vergi xidməti müşaviri Elnur Əliyevin xx.xx.2018-ci il tarixli **********253000 nömrəli xidməti məruzəsi

5. Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli “Təskilatiştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrdən çıxarışda qeyd edilmişdir ki, aparılacaq təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin adları aşağıda qeyd olunan əməkdaşlarının əmək müqavilələrinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci “addəsinin 3cü hissəsinə əsasən xitam verilərək tutduqları vəzifədən azad edilsinlər və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsünlər: 14. İddiaçı: vergi xidməti müşaviri - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi — müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilsin və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsün. 23. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Yusubova tapşırılsın ki, adları qeyd olunanların bu əmrlə tanış olmasını, qanunverciliklə müəyyən edilmiş müddətdə onlarla son haqqhesabın və təhvil-təslim işlərinin aparılmasını təmin etsin. Əsas: Vergilər Nazirliyinin “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********066100 nömrəli əmr

6. Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən cavabdeh Dövlət Xvergi Xidmətinə ünvanlanmış məlumatın təqdim olunması haqqında xidməti məktubda bildirilmişdir ki, “Bakı şəhəri X6 üzrə Baş İdarəsi sabiq vergi orqanı əməkdaşı İddiaçı xx.xx.2018-ci il tarixli, **********018500 nömrəli “Vəzifədən azad edilmə haqqında” əmr ilə xx.xx.2018-ci il tarixdən tutduğu vəzifədən azad olunduğu və həmin əmrin 19-cu bəndinə əsasən qanunvericiliklə müəyyən olunmuş müddətdə Koordinasiya şöbəsi tərəfindən daxil olmuş xx.xx.2018-ci il tarixli, **********680500 nömrəli xidməti məruzəyə əsasən istifadə edilməmiş əmək məzuniyyətinin 71,75 təqvim gününə görə 3698,0 manat son haqq hesab və işdən azad olunduğu yanvar ayı üzrə işlədiyi 4 iş gününə görə 79,8 manat əməkhaqqı hesablanmış və hesablanmış məbləğ üzrə vergilər və icbari ödənişlər çıxıldıqdan sonra 3830,15 manat vəsait İddiaçı əməkhaqqı hesabına ödənilmişdir. İddiaçı yuxarıda qeyd olunan əmrin 19-cu bəndinə əsasən son haqq hesab ödənildiyindən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək sərəncamda olduğu dövr üzrə əmək haqqı və ya digər ödənişlərin edilmədiyi barədə məlumatın aidiyyəti üzrə təqdim edilməsi üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.”

7. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanmış sənədlərin təqdim edilməsi haqqında xidməti məktubda bildirilmişdir ki, “xx.xx.2020-ci il tarfixli **********098100 nömrəli “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrin 23-cü bəndi rəhbər tutularaq qanunvericiliklə müəyyən olunmuş müddətdə İddiaçı ilə istifadə edilməmiş əmək məzuniyyətinin 5,74 təqvim günü hesabına onunla son haqq hesab aparılmış və sərəncamda olduğu dövr ərzində həmin bəndə isitnadən heç bir əlavə ödənişlər həyata keçirilməmişdir.”

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən xx.xx.2023-cü il tarixli İddiaçı sərəncamda olduğu müddətdə ödənilmiş əməkhaqqı ilə bağlı sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab məktubunda aşağıdakılar bildirilmişdir: “Bildiririk ki, Vergilər Nazirliyinin “işdən azad edilmə haqqında” xx.xx.2018-ci il tarixli **********018500 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən sabiq vergi orqanı əməkdaşı ilə bağlanmış əmək müqaviləsinə 10 yanvar 2018-ci il tarixindən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və əmrin tələblərinə uyğun olaraq, onunla son haqq-hesab aparılmışdır. Eyni zamanda bildiririk ki, Vergilər Nazirliyinin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 29 yanvar 2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən sabiq vergi orqanı əməkdaşı ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixindən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və əmrin tələblərinə uyğun olaraq, onunla son haqq-hesab aparılmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin təqdim etdiyi məlumata əsasən sabiq vergi orqanı əməkdaşına əmək qanunvericiliyinin tələblərinə əsasən onunla təhvil-təslim işləri, son haqq-hesab aparılmış və istifadə etmədiyi 71,75 əmək məzuniyyəti günlərinə görə 5049,77 manat kompensasiya, yanvar ayında işlədiyi günlərin sayına görə 79,80 manat əmək haqqı, cəmi 5129,57 manat hesablanmış məbləğdən vergilər və digər məcburi tutulmalar çıxıldıqdan sonra 3830,15 manat məbləğində vəsait ödənilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin təqdim etdiyi məlumata əsasən sabiq vergi orqanı əməkdaşına əmək qanunvericiliyinin tələblərinə əsasən onunla təhvil-təslim işləri,son haqq-hesab aparılmış və istifadə etmədiyi 5,74 əmək məzuniyyəti günlərinə görə 184,89 manat kompensasiya, yanvar ayında işlədiyi günlərin sayına görə 507,50 manat əmək haqqı, cəmi 692,39 manat hesablanmış məbləğdən vergilər və digər məcburi tutulmalar çıxıldıqdan sonra 585,38 manat məbləğində vəsait ödənilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı vergi orqanlarına işə qəbulla əlaqədar 2005-ci ildə test üsulu ilə keçirilmiş imtahanda müsbət nəticə göstərərək xx.xx.2006-cı il tarixindən vergi orqanlarında xidmətə başlamış və 2018-ci ilin yanvar ayınadək müxtəlif vəzifələrdə (dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, bölmə rəisi, şöbə rəisinin müavini, idarə rəisinin müavini) xidmət göstərmişdir. Lakin iddiaçıya qarşı qanunsuz və ədalətsiz münasibət olmuş və sərəncamda saxlanıldıqdan sonra vergi orqanlarında olan əmək fəaliyyətinə xitam verilmişdir. Həmçinin sərəncamda olduğu müddətdə ona heç bir əmək haqqı ödənilməmişdir. Belə ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda saxlanılmış və həmin dövr üzrə ona heç bir maaş verilməmiş və ya hər hansı ödəniş edilməmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən, təşkilati-ştat təbdillərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. İddiaçı isə 1 ildən daha uzun, ümumilikdə 2 il 4 ay müddətinə sərəncamda saxlanılmışdır. Sözügedən Əsasnamədə də göstərildiyi kimi iddiaçının sərəncamda olduğu müddətdə əmək haqqı saxlanılmalı idi. Bu tələblə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət edilsə də, məhkəmə inzibati orqana müraciət edilmədiyi və imtina cavabı alınmaması ilə əlaqədar iddia tələbini mümkünsüz saymışdır. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-2694/2021 saylı məhkəmə qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Cavabdeh vergi orqanı sonradan məhkəməyə etiraza əlavə təqdim edərək bidirmişdir ki, daha öncə qeyd olunduğu üzrə iddiaçı eyni iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2-1(112)-4807/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan ilkin müraciətə dair mümkünlük şərti ödənilmədiyindən iddia tələbi mümkün hesab edilməmişdir. Belə ki, həmin qərardadda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu hissəsinə istinad edərək bildirmişdir ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, iş materiallarından iddia ərizəsinə qoşma olaraq təqdim edilmiş sənədlərdən iddiaçının iddiasındakı qeyd edilən tələblə - sərəncamda qaldığı dövrlər üzrə əmək haqqının ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Beləliklə hazırkı iddianın sərəncamda saxlanıldığı dövrlər üzrə əmək haqqının ödənilməsi hissəsində inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan ilkin müraciətə dair mümkünlük şərti ödənilmədiyindən iddia həmin hissədə də mümkünsüz sayılmalıdır. Lakin iddiaçının qərardad qəbul edildiyi, yəni xx.xx.2021-ci il tarixdən inzibati orqana müvafiq müraciətin ünvanlanması və müraciət təmin edilmədikdə məhkəməyə yeni iddia ərizəsi ilə (yalnız xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün) müraciət etmək hüququ olduğu halda hazırkı iş üzrə iddia ərizəsi də Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd olunan 1 illik müddət ötürülməklə, yəni xx.xx.2023-cü il tarixdə daxil olduğundan iddia tələbinin bu hissəsinə münasibətdə də prosessual müddətlər ötürülmüşdür. Yəni hazırkı iddia tələbi üzrə də iddianın prosessual qanunvericilikdə nəzərdə tutulan müddətlərdə məhkəməyə müraciət etməli olduğuna dair digər mümkünlük şərti ödənilmədiyindən iddia tələbi mümkün hesab edilməməlidir. Qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdən sonra iddianın “xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi” hissəsi ilə bağlı inzibati orqana müraciət etməli olduğuna dair məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərildiyi halda və pul tələbi ilə bağlı həmin hissədə prosessual müddət qərardadın qəbul olunduğu tarixə hələ bitmədiyi halda iddiaçı ayrıca iddia tələbi ilə məhkəmədə çıxış etmək üçün prosessual müddətlər çərçivəsində hər hansı hərəkətləri yerinə yetirməmişdir. Həmçinin hazırkı iddia tələbi ilə bağlı prosessual müddətlərin bərpa edilməsinə dair ərizə indiyədək məhkəməyə təqdim etməmişdir. Bununla da, iddiaçı sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021- ci il tarixədək olan dövrlər üzrə iddia etdiyi pul tələbi ilə bağlı məhkəməyə ilk dəfə xx.xx.2021-ci il tarixdə, daha sonra isə xx.xx.2023-cü il tarixdə yenidən iddia ərizəsi ilə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərinin ötürülməsinə yol vermişdir. İddiaçının tələb hüququnun axımı onunla son haqq-hesab işlərinin aparıldığı gündən başlandığından, o qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda olduğunu, həmin dövrlərə görə ona heç bir maaşın hesablanmadığını və ya ödənişin edilmədiyini bildirmişdir. Vergilər Nazirliyinin xx.xx.2020- ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Nazirliyin xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. İddiaçı ilə xx.xx.2020-ci il tarixdə qeyd olunan əmrin icrası ilə əlaqədar olaraq təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktının əlavəsinə əsəsən sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və Vergilər Nazirliyinin Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə barədə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tanış olmuş və bir nüsxəsi alınmışdır. Yuxarıda qeyd olunduğu kimi İddiaçı Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2020-ci il tarixdə sabiq əməkdaş həmin əmrlə tanış edilmiş və onunla müvafiq təhvil-təslim işləri, xx.xx.2020-ci il tarixdə isə son haqq-hesab işləri aparılmışdır. Lakin İddiaçı buna baxmayaraq pul tələbi ilə bağlı olan iddia ərizəsini məhkəməyə xx.xx.2023-cü tarixdə, yəni üç ildən daha artıq müddət keçdikdən sonra təqdim edilmişdir. Qeyd olunan hal isə iddia tələbinin mümkün hesab edilməməsinə əsas verir. Nəticədə, bütün yuxarıda qeyd olunanlar iddia tələbi əsassız olduğundan və prosessual müddətlər ötürüldüyündən iddianın mümkünsüz hesab edilməli olduğunu göstərir.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsinin 3 ay müddətinə əmək haqqı saxlanılmaqla sərəncamında saxlanılması, müstəsna hallarda isə 1 ilədək müddətə uzadılması nəzərdə tutulmuşdur. İddiaçıya münasibətdə isə bu hal ilk dəfə 1 il 4 ay müddət (xx.xx.2018-xx.xx.2019), növbəti dəfə 1 il müddət (xx.xx.2020- 29.1.2021) tətbiq edilmiş və həmi dövrdə iddiaçının əmək haqqının ödənilməsi barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavadbeh vergi orqanı tərəfindən təqdim edilmiş iddiaçı ilə aparılmış son haqq hesab sənədlərindən görünür ki, iddiaçıya yalnız işlədiyi dövrlər üzrə əmək haqqı və məzuniyyət günlərinin məbləği ödənilmişdir. İddiaçının sərəncamda saxlanılma müddətinin uzadılması onun iradəsi ilə bağlı hal olmadığından iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlıdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməlidir.

14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə pul tələbi ilə bağlı məhkəməyə ilk dəfə xx.xx.2021-ci il tarixdə, daha sonra isə xx.xx.2023-cü il tarixdə yenidən iddia ərizəsi ilə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərinin ötürülməsinə yol vermişdir. Bildiririk ki, iddiaçının işəgötürənə qarşı pul tələbi ilə bağlı iddia tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mümkünsüz hesab edilmiş və həmin qərardaddan iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsininxx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. İddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsininxx.xx.2021-ci il tarixli qərardadı qanuni qüvvəyə minmişdir. Göründüyü kimi iddiaçı eyni iddia tələbi ilə yenidən xx.xx.2023-ci il tarixində məhkəməyə müraciət etmiş və məhkəmə iddia müddəti ilə bağlı məsələni əsassız və qanunsuz olaraq nəzərə almadan iddianı təmin etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.3-cü bəndinə əsasənmümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 4.1-ci bəndinə əsasən İPM-in35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmçinin, Qərarda qeyd edilir ki, İPM-dənəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələ, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibatı orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Sadalanan normaların əksinə olaraq, birinci instansiya məhkəməsi iddianın təmin edilmə əsası kimi “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsinin 3 ay müddətinə əmək haqqı saxlanılmaqla sərəncamda saxlanılması, müstəsna hallarda isə 1 ilədək müddətə uzadılması nəzərdə tutulmuşdur cavabdeh tərəfindən təqdim edilmiş son haqq-hesab sənədlərindən görünür ki, iddiaçıya yalnız işlədiyi dövrlər üzrə əmək haqqı və məzuniyyət günlərinin məbləği ödənilmişdir. İddiaçının sərəncamda saxlanılma müddətinin uzadılması onun iradəsi ilə bağlı hal olmadığından iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlıdır. Bununla bağlı ilk növbədə qeyd etməliyik ki, məhkəmə göstərilən dəlili irəli sürməklə işin faktiki hallarını düzgün araşdırmamış və nəticədə səhvə yol vermişdir. Belə ki, iddiaçının ilk dəfə sərəncamda olma müddəti xx.xx.2018-ci il tarixinədək davam etmişdir. (xx.xx.2018-ci il tarixli əmrlə o, xx.xx.2018-ci il tarixindən sərəncamdan çıxarılmışdır). Başqa sözlə, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçı ilə vergi orqanı arasında hər-hansı əmək münasibəti mövcud olmamışdır. Göründüyü kimi məhkəmə iddiaçının yenidən vergi orqanlarında işə qəbul edilməsi tarixini səhvən onun sərəncamda olma müddətinin bitmə tarixi kimi qəbul etmişdir. Artıq bu fakt məhkəmə tərəfindən işin düzgün araşdırılmadığının bariz nümunəsidir. Digər tərəfdən qeyd etməliyik ki, məhkəmə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsaslansa da işin faktiki hallarını və qanunvericiliyin tələbini düzgün araşdırmadığından maddi hüquq normasını yanlış tətbiq etmişdir. Belə ki, sözügedən Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Normadan göründüyü kimi, vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla həmin orqanın sərəncamında saxlanıla bilər. Lakin iddiaçı barəsində qəbul edilmiş Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********018500 nömrəli əmrinin 19-cu və xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlərinin 23-cü bəndinə nəzər saldıqda görünür ki, iddiaçı nəinki vəzifədən azad olunmuş, bununla bərabər onunla bağlanmış əmək müqaviləsinə də xitam verilmişdir. Busəbəbdən iddiaçı ilə son haqq-hesabın, eləcə də təhvil-təslim işlərinin aparılması həyata keçirilmişdir. Başqa sözlə, iddiaçı ilə vergi orqanı arasında həmin tarixdən etibarən bütün növ əmək və xidməti münasibətlərə xitam verilmişdir. Belə olan halda məhkəmənin istinad etdiyi Əsasnamənin 38-ci maddəsində göstərilən əmək haqqı saxlanılmaqla sərəncamında saxlanılma müddəası iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Həmin normanın tətbiqi yalnız əmək və xidməti münasibətlərin davam etdiyi şəxslərə münasibətdə mümkündür. Eləcə də, qüvvədə olan əmək qanunvericiliyində işçi ilə əmək müqaviləsinə xitam verildikdən və onunla son haqq-hesab aparıldıqdan sonra yenidən əmək haqqının ödənilməli olması ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdı.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümyəndəsi X3 apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və qərarın ləğv edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “Vergi orqanlarında xidmət haqqında Əsasnamə”:

Maddə 2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Maddə 2-1. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları ilə tənzimlənir.

20.Əmək Məcəlləsinin:

Maddə 296. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin halları tam və hərtərəfli araşdırılmamışdır. 27.Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində düzgün olaraq qeyd etmişdir ki, iddiaçı sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə əmək haqqının ödənilməsi bağlı məhkəməyə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, lakin sonradan iddia ərizəsini geri götürmüş, daha sonra isə xx.xx.2023-cü il tarixdə yenidən iddia ərizəsi ilə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş müddətlərinin ötürülməsinə yol vermişdir. Bununla bağlı kollegiya qeyd edir ki, mübahisəli halları tənzimləyən maddi hüquq normalarında göstərilmiş müddətin ötürülməsi iddianın mümkünsüzlüyünün deyil, iddia tələbinin təmin olunmamasının əsası kimi qiymətləndirilməlidir.

30. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır.

31. “Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 2-ci maddəsinə əsasən vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin “Əsasnamə”nin 2-1-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları ilə tənzimlənir.

32. Kollegiya qeyd edir ki, vergi orqanının vəzifəli şəxslərinin əməyinin ödənişi ilə bağlı məsələlər “Vergi orqanlarında xidmət haqqında Əsasnamə”də tənzimlənmədiyindən həmin məsələlərlə bağlı Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad edilməlidir.

33. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

34. Bununla bağlı kollegiya bildirir ki, iddiaçı 1 illik müddəti ötürməklə məhkəməyə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmiş və sonradan iddia ərizəsini geri götürmüş, daha sonra isə xx.xx.2023-cü il tarixdə yenidən iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə də, maddi hüquq normalarında göstərilmiş 1 illik müddəti ötürməklə məhkəmədə iddia qaldırılmışdır.

35. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbinin məzmunundan da göründüyü kimi, ödənilməmiş əmək haqqının ödənilməsinin təmin olunmasını xahiş edir. Bununla bağlı Kollegiya qeyd edir ki, “Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə aylıq vəzifə maaşı, xüsusi rütbə üzrə maaşı, xidmət illərinə və elmi dərəcəyə görə əlavələr saxlanılmaqla həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər.

36. Göründüyü kimi, qanunvericilikdə vergi orqanının vəzifəli şəxslərinə yalnız sərəncamda olduğu 3 aylıq müddətdə əmək haqqının (vəzifə maaşı, xüsusi rütbə üzrə maaşı və əlavələr) ödənilməsi nəzərdə tutulmuşdur. Müstəsna hallarda sərəncamda olduğu müddətin uzadılması ilə bağlı həmin dövrlər üzrə əmək haqqının ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

37. Göstərilənləri nəzərə alaraq kollegiya qeyd edir ki, iddiaçı tərəfindən 3 aydan artıq ödənilməyən əmək haqqının ödənilməsi tələb edildiyindən, qanunvericilikdə də yalnız 3 aylıq sərəncamda qalma müddətinə görə əməyin ödənişinin həyata keçirilməsi nəzərdə tutulduğundan, həmçinin 3 aylıq müddət üçün əmək haqqının ödənilməsi tələb olunsa belə, bununla bağlı iddiaçı tərəfindən maddi hüquq normalarında nəzərdə tutulmuş müddət ötürüldüyündən iddia tələbi təmin oluna bilməz.

38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar