Məhkəmə qərarları › İş №2-1(103)-3142/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3142/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3142/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “pul” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7081/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı gömrük orqanlarında xidmətinə qanunsuz olaraq xitam verildiyi xx.xx.2019-cu il tarixdən gömrük orqanlarında xidmətə bərpa olunduğu 12.01 2023- cü il tarixədək olan müddət üçün iddiaçıya ödənilməli olan pul vəsaitinin hesablanması və həmin pul vəsaitinin kompensasiya şəklində İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2003- cü il tarixdə gömrük orqanlarında xidmətə qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2019-cu il tarixli 1000/1287Ş nömrəli əmri ilə qanunsuz olaraq tutduğu vəzifədən azad edilərək gömrük orqanlarında xidmətinə xitam verilməsi səbəbindən hüquqlarını məhkəmədə müdafiə etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2- 1(103)-324/2022 nömrəli Qərarı rəhbər tutulmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 1000/019Ş nömrəli əmri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2019-cu il tarixli 1000/1287Ş nömrəli əmri ləğv edilmiş, mən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunun inspektoru vəzifəsinə təyin olunmaqla əvvəlki vəzifəmə bərpa edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 27.11,2024-cü il tarixli 3- 33/1236Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120- ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə 29.11,2024cü il tarixdən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 1000/019Ş nömrəli əmri ilə gömrük orqanlarında xidmətə bərpa olunduqdan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində mənə çatası olan əmək haqqı ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikasının 1999cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 130-cu maddəsində bilavasitə göstərilmişdir ki, xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. Bu səbəbdən mən bir neçə dəfə bu barədə işlədiyim cavabdeh inzibati orqana şifahi müraciət etsəm də, gömrük orqanlarında vəsait çatışmazlığı olduğu səbəbindən xx.xx.2019cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində mənə çatası olan pul vəsaitinin ödənilməsinin gecikdiyi bildirilmiş və ödəniləcəyi vəd edilmişdir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə pensiyaya çıxmaq üçün ərizə ilə müraciət etdikdən sonra isə ona şifahi olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ona çatası olan pul vəsaiti bank kartına ödəniləcəkdir. Lakin qeyd etdiyi pul vəsaiti məbləğinin ona ödənilməsi təmin edilməmişdir. Cavabdeh inzibati orqana bununla bağlı yazılı müraciət etsə də, müraciətinə hər hansı münasibət bildirilməmişdir. Nəticədə ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7081/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: -İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Gömrük Komitəsinə qarşı iddiа ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək onun işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, 23 oktyabr 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)-611/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan apellyasiya şikayəti verilmiş, apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "Gömrük orqanlarında Xidmət haqqında" Əsasnamənin 50-ci maddəsin əsasən sərəncama götürülməsi barədə xx.xx.2019-cu il tarixli 1000/805Ş nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi, həmin Əsasnamənin 120-ci maddəsinə əsasən işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli,1000/1287Ş saylı əmrin ləğv edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, 23 oktyabr 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqını, büdcədənkənar əlavələr fonduna yığılan yığımlardan aldığı əlavələrin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya məhkəməsinin 26 avqust 2020-ci il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1033/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)-611/2020 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardaddan cavabdeh orqan tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2178/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(103)-1033/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir . Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-984/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-611/2020 nömrəli iş üzrə 12 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardaddan cavabdeh orqan tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1453/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 984/2021 saylı, 17 may 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2- 1(103)- 324/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-611/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, İddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında 23 oktyabr 2019-cu il tarixli 1000/1287Ş saylı əmri ləğv edilmiş, İddiaçı Gömrük orqanlarında ixisasına uyğun olaraq müvafiq işlə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-1453/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2- 1(103) 324/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 1000/019Ş nömrəli “İddiaçı gömrük orqanlarında vəzifəyə bərpa olunması haqqında” əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunun inspektoru, gömrük xidməti mayoru İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında” 23 oktyabr 2019-cu il tarixli 1000/1287Ş nömrəli əmri ləğv edilmiş, İddiaçı Hava Nəqliyyatında Baş Gömrük idarəsinin "Poçt göndərişləri” gömrük postunun inspektoru vəzifəsinə təyin olunmaqla əvvəlki vəzifəsinə bərpa edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına əsasən: 1.1. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3. ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2- 1(103)-324/2022 nömrəli qərarı ilə iddiaçının tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında 23 oktyabr 2019-cu il tarixli 1000/1287Ş saylı əmri ləğv edilərək, İddiaçı Gömrük orqanlarında ixisasına uyğun olaraq müvafiq işlə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmiş, iddia qalan hissədə, yəni qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, 23 oktyabr 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqı, büdcədənkənar əlavələr fonduna yığılan yığımlardan aldığı əlavələrin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilməmişdir. Hal hazırda isə iddiaçı gömrük orqanlarında xidmətinə qanunsuz olaraq xitam verildiyi xx.xx.2019-cu il tarixdən gömrük orqanlarında xidmətə bərpa olunduğu 12.01 2023- cü il tarixədək olan müddət üçün iddiaçıya ödənilməli olan pul vəsaitinin hesablanaraq ödənilməsini xahiş edir. Göründüyü kimi iddiaçının hazırkı tələbi başqa bir məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymət verilmiş eyni iddianı hazırkı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılması prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbə məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa əsas verir ki, bu da prosessual qanunvericiliklə yolverilməzdir Azərbaycan Respublikası İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7081/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar