Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3144/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin N-1(11N)- 5313/N0NN saylı, 16 iyun N0NN-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün Cavabdehndən “Müharibə vetearnı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh isə N0 oktyabr N0N1-ci il tarixli imtina məktubu ilə qeyd etmişdir ki, Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.N0N1-ci il tarixli iclasında iddiaçının müraciətinə baxılmış və barəsində müsbət qərar qəbul olunmadığını bildirmişdir. Əsas olaraq onu göstərmişdir ki, Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.1994-cu il tarixdən xx.xx.N0N0-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin cədvəlində N nömrəli hərbi hssə xx.xx.N015-ci il tarixdə döyüş əməliyyatlarnda iştirak etmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasının qanunsuz və əsassız hesab edir. Belə ki, N nömrəli hərbi hissə heyətinin tabe olduğu birləşmə N nömrəli hərbi hissə olduğundan göstərilən döyüş tapşırıqlarının icrası N nömrəli hərbi hissə tərəfindən həyata keçirilmişdir. Arxiv çıxarışı sənədlərinin surətindən tam aydın görünür ki, gizir İddiaçı döyüş tapşırığının icrası ilə əlaqədar N nömrəli hərbi hissəsinin qazan təminatından çıxarılmış, döyüş tapşırığının icrasına cəlb olunmuşdur. Həmçinin, Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0N1-ci il tarixli qərarında qeyd olunmuşdur ki, vətəndaş İddiaçı aldığı xəsarət “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Əlavə olaraq, xx.xx.N0N1-ci il tarixli, N nömrəli hərbi hissənin Travma Haqqında arayışın surətindən görünür ki, yaralanmanın alınması və şəraiti vətəndaş İddiaçı aiddir və xx.xx.N015-ci il tarixdə, saat 01:00-0N:00 radələrində Ağdam rayonu ərazisində döyüş tapşırığının yerinə yetirərəkən mövcud bədən xəsarətini almışdır. Qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Bakı İnzibati Məhkəmsinin N-1(11N)-5313/N0NN saylı, 03 mart N0NN-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya əsl Cavabdeh ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Belə ki, Müdafiə Nazirliyinə «veteran adlarının verilməsi ilə bağlı» diskresion səlahiyyət verilmişdir. Baş Qərargah rəisinin müavini-Əməliyyat Baş İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.N0N0-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin cədvəlində N nömrəli hərbi hissə xx.xx.N015-ci il tarixdə döyüş əməliyyatlarında iştrak etmədiyinə görə İddiaçı “Müharibə Veteranı” adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-5313/N0NN saylı, 16 iyun N0NN-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ciil tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində nəzərədə tutulmuş sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.N018-ci il tarixli 4NN nömrəli Qərarına əsasən: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Baş Qərargah rəisinin müavini –Əməliyyat Baş İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.N0N0-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin cədvəlində iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə xx.xx.N015-ci il tarixdə döyüş əməliyyatları aparması qeyd edilməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.N, 85.3). Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş cavabdehin xx.xx.N0N1-ci il tarixli, 4/3-119 nömrəli məktubunun surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə xx.xx.N0NN-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. İddianın mahiyyəti: İnzibati işin həm birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından, həm də apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim edilmiş sorğulara cavab məktublarından müəyyən olunur ki, iddiaçı N saylı hərbi hissənin komandirinin N nömrəli, N yanvar N015-ci il tarixli əmri ilə N saylı hərbi hissənin N yanvar N015-ci il tarixindən praktiki ərazi məşğələsinə cəlb edilən hərbi qulluqçusu gizir İddiaçı 03 yanvar N015-ci il tarixindən hərbi hissənin ərzaq, Şubanı-1 hərbi şəhərciyindən qazan təminatından çıxarılaraq, 4 günlük quru ərzaq payı və 1 günlük isti yeməklə təmin edilmiş, N saylı hərbi hissə komandirinin N yanvar N015-ci il tarixli, 3 nömrəli əmrinə əsasən N saylı hərbi hissənin ərazi məşğələsinə cəlb edilən hərbi qulluqçu gizir İddiaçı ərazi məşğələsindən qayıtdıqlarına görə 06 yanvar N015-ci il tarixindən hərbi hissənin ərzaq və Şubanı-1 hərbi şəhərciyində qazan təminatına qoyulmuşdur. İddiaçı xx.xx.N015-ci il tarixdə, saat 01:00- 0N:00 radələrində Ağdam rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən diaqnozda “MN MTE və PAM-nin xx.xx.N0N1-ci il K/103-N0N1 nömrəli ekspert rəyi əsasında diskogen mənşəli soltərəfli bel-oma radikulitin kəkinləşməsi. Sağ bud sümüyünün medial kondilisunun otteoxondritis dissekansına mikrosınıqların yaradılması, qığırdaq fraqmentinin vint vasitəsi ilə fiksasiya (xx.xx.N015)” göstərilən mövcud bədən xəsarətini almışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə etirazının və apellyasiya şikayətinin əsas dəlili xx.xx.1994-cü il tarixdən xx.xx.N0N0-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin cədvəlində iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin xx.xx.N015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Veteranlar haqqında” AR Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin xx.xx.N015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları sübutlara nəzər yetirir: - N saylı hərbi hissə tərəfindən verilmiş, N saylı hərbi hissə komandirinin N nömrəli, N yanvar N015-ci il tarixli əmrindən arxiv çıxarışından görünür ki, N saylı hərbi hissənin N yanvar N015-ci il tarixindən praktiki ərazi məşğələsinə cəlb edilən aşağıda adları qeyd olunan hərbi qulluqçuları 03 yanvar N015-ci il tarixindən hərbi hissənin ərzaq, Şubanı-1 hərbi şəhəciyindən qazan təminatından çıxarılsınlar 4(dörd) günlük quru ərzaq payı və 1 (bir) günlük isti yeməklə təmin edilsinlər. Ərzaq təminatından 18.gizir İddiaçı. - N saylı hərbi hissə tərəfindən verilmiş, N saylı hərbi hissə komandirinin N nömrəli, N yanvar N015-ci il tarixli əmrindən arxiv çıxarışından görünür ki, N saylı hərbi hissənin ərazi məşğələsinə cəlb edilən aşağıda adları qeyd olunan hərbi qulluqçuları ərazi məşğələsindən qayıtdıqlarına görə 06 yanvar N015-ci il tarixindən hərbi hissənin ərzaq və Şuban-1 hərbi şəhərciyində qazan təminatına qoyulsunlar. Ərzaq təminatına 18.gizir İddiaçı. - Cavabdeh Mərkəzi Hərbi Həkim komissiyasının NN4 nömrəli, xx.xx.N0N1-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai RHK tərəfindən 1999-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş tapşırığını yerinə yetirərkən N015-ci ilin mart ayında aldığı və xx.xx.N019-cu ildə MN Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi - diaqnoz: “Sağ bud sümüyünün medial kondilusunun osteoxondritis dissekansına görə aparılmış artroskopik reviziya, medial kondilusunda mikrosınıqların yaradılması, qığırdaq fraqmentlərinin vint vasitəsilə fiksasiyası (xx.xx.N015), artroskopik üsulla vintin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.N015) sonrakı dəri çapıqları, diz oynağının ilkin mərhələ osteoartrozu, funksiyanın pozulmaması ilə” və xx.xx.N0N1-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri diaqnoz: “Sağ diz oynağının medial meniskinin arxa buynuzunun İİİ B dərəcəli cırılması, Keninq xəstəliyinə görə aparılmış artroskopik meniskektomiya, medial kondilusda mikrosınıqların yaradılması, qığırdaq fraqmentinin vint vasitəsilə fiksasiyası olan çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Xəzər rayon idarəsinin xx.xx.N0N1-ci il tarixli 7N4 nömrəli göndərişi, xx.xx.N0N1-ci il tarixli 77 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.N0N1 -ci il tarixli 103 nömrəli aktı, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli N911 nömrəli travma haqqında arayış, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilirərək, “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi şəhadətləndirilmişdir. - Həmçinin, iddiaçının xx.xx.N015-ci il tarixdə Ağdam rayonu ərazisində N nömrəli hərbi hissənin müdafiə zolağında “ərazi məşğələsində” olarkən düşmənin diversiya hücumunun qarşısının alınması üzrə döyüş əməliyyatında iştirak edən zaman yaralanması, N nömrəli hərbi hissənin təhqiqatçısı vəzifəsini icra edən A.Baxışovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.N0N1-ci il tarixli, 61 nömrəli qərarında da öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş sənədlərlə təsdiq olunur. Belə olan halda isə məhkəmə kollegiyasının qənaətinə görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən Cavabdeh imtinasının qanunazidd sayılması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 6N, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-5313/N0NN saylı, 16 iyun N0NN-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3144/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3144/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver