Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3145/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “sənədlərin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2570/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan iisə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək ilə məhkəməyə müraciət edərək, “Maştağa qəsəbəsi üzrə nümayəndəliyin Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində, fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına ayrılmış 400 kv.m torpaq sahəsinin ölçüsü, yerləşmə cizgisində istinadlar, məsafələr və peremetrik ölçülər qeyd edilmiş plan-sxeminin tərtib edilib təsdiq edilərək ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki halları aşağıdakılardan ibarətdir: “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin "vətəndaşlara fərdi yaşayış ev i tikintisi üçi'ın həyətyanı torpaq sahəsi ayrılması haqqında" 07 may 1991-ci il tarixli. 123 saylı və 2 sentyabr 1991-ci il tarixli. 293 saylı qərarı ilə Maşlağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı çıxarışına əsasən Sabunçu rayonu. Maştağa qəsəbəsi. Savalan yaşayış massividə, fərdi yaşayış ev inin tikintisi üçün iddiaçının adına 400 m2 ərazisi olan torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən həmin torpaq sahəsində 1998-ci ildə yaşayış evi inşa edilmiş və həmin vaxtdan etibarən orada yaşayır. Heç bir dövlət orqanı , bələdiyyə və ya özəl təşkilat və qurumu, vəyaxud digər vətəndaşlar tərəfindən mübahisələndirilməmişdir. Lakin cavabdeh tərəfindən ona verilmiş Maştağa qəsəbəsinin Baş Planından çıxarışda və torpaq sahəsinin yerləşmə sxemində ölçülər və torpaq sahəsinin harda yerləşdiyi qeyd edilməyib. Qeyd edilənlər nəzərə alınmaqla, sənəddə mövcud olan çatışmazlığı aradan qaldırmaq məqsəd ilə iddiaçı Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət edərək onun adına ayrılmış torpaq sahəsinin ölçüsü, yerləşmə cizgisində: istinadlar, məsafələr və peremetrik ölçülər qeyd edilən plan-sxeminin iddiaçıya təqdim edilməsi xahiş etmişdir. Lakin sonuncu imtina cavabı verərək, 03 saylı xx.xx.1998-ci il tarixli qərarından çıxarışa əsasən ona ayrılmış torpaq sahəsinə aid onlarda hər hansı qeydiyyat tapılmadığı və torpaq sahəsinin yerləşmə sxeminin arxivləşdirilmədiyi bildirmiş və həmin imtinadan narazı qalan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2570/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin sözügedən qərardadı qanunsuz və əsassızdır, məhkəmə iş üzrə faktiki halları düzgün araşdırmamış, sübutlara düzgün hiiqııqi qiymət verməmişdir. Belə ki, cavabdehin hərəkətsizliyi iddiaçımn istifadə, sərəncam vermək və mülkiyyət hüquqlarını pozur, iddiaçının hüquqi marağı bu halın düzəldilməsidir və bunun üçün hüquqi müdafiəyə ehtiyacı yaranmışdır. İşin halları üzrə aydındır ki. iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair cavabdehin torpaq sahəsinin ölçüsü, yerləşmə cizgisi və plan-sxeminin iddiaçıya verilməsindən imtina cdiməsinə qanuni əsaslar mövcud deyildir, cavabdeh bunun əksini sübut edən heç bir dəlil, əsas məhkəməyə təqdim etməmişdir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüqııqmüəyyənedici sənəd əsasında yaranır. Htiquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. İstinad edilən çıxarışa əsasən torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da. cav abdeh həmin torpaq sahəsinin hüdudlarını, ölçülərini, y erləşmə v əziyyətini əks etdirən qeydləri (cizgini, planı, ayrıc aktını) sənədə çıxarışa əlavə elməmişdir. İddiaçı isə. öz tələbinin öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin çıxarışı ilə ona verilmiş hüquqdan və çıxarışın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin verilmiş sahəyə ııyğııtı olaraq (ölçüsü, yerləşmə cizgisində: istinadlar, məsafələr və peremetrik ölçülər qeyd edilən plan-sxeminin tərtib edərək) təsdiq edilməsini, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh inzibati orqan, iddiaçının müraciətindən sonra yol verdiyi yanlışılığı aşkar etməli sə aradan qaldırmalı olduğu halda, əksinə olaraq, iddiaçının müraciətinin icrasından imtina etmiş, situasiyanı araşdırmamış, mövcud çatışmazlığı həll etməmiş, son nəticədə isə iddiaçının mülkiyyət hüququnu pozan vəziyyət yaratmışdır. 1 İalbuki mülkiyy ətçiy ə çıxarış, o cümlədən sözügedən torpaq sahəsinə plan və ölçü sənədləri eyni qurum, yəni cavabdehin özü tərəfindən verilmişdir. İddiaçının mülkiyyət hüququnu pozan vəziyyəti yaradan da elə cavabdeh qurumun zidiyyəli hərəkətidir. İddiaçıya plan və ölçü sənədinin verilməsindən imtina qanunauyğun olmamışdır. Sənəddə qeyd edilən çatışmazlığın aradan qaldırılması bir vəzifə borcu olaraq cavabdehin üzərindədir. Əgər bu halın əksini sübut edə biləcək faktiki şərtlərin mövcudluğu barədə inzibati orqanın hər hansı bir sübutu və ya rəsmi sənədləri varsa, inzibati icraatın aparılması qaydalarına uyğun olaraq iddiaçım bu barədə məlumatlandırmağa, zəruri sübutları təqdim etməyə borcludur. Öhdəliyin icra etməkdən imtinanın faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçının dəlillərini təkzib etmədiyindən və hər hansı rəsmi sənədi təqdim etmədiyindən, torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayıla bilməz. Cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğunun sübutu hazırki işdə yoxdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı torpaq sahəsi ona verildiyi vaxtan istifadəsində olduğunu, onunla bərabər digər şəxslərə verilən torpaq sahələrinə də məhkəmə vasitəsilə həmin şəxslər tərəfindən ciizgi əldə olunaraq onlara çıxarışlar verildiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edərkən qeyd etmişdir ki, məhkəmədə iddia qaldırmaqla bərabər iddiaçı məhkəməyə cavabdeh tərəfindən ona təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemini məhkəməyə təqdim etmişdir. Beləliklə, iddiaçının hüquqları pozulmamışdır. Hazırda inzibati məhkəmə icraatı qaydasında bu tələbi irəli sürməyə hüquqi marağı və konkret halda iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansia məhkəməsinin qeyd olunan mövqeyi ilə aşağıdakılara görə razılaşmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsnə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; ...; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bndi nəzərdə tutur ki, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarı qeydiyyata əsas verən sənddəir. İşə əlavə olunmuş və hazırkı mərhələdə əslinə baxış keçirilmiş, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı qərarından çıxarışından görünür ki, həmin qərarla, "Vətəndaşlara fərdi yaşayış ev i tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları əsasında - Bakı şəhər İcra Hakimmiyyətinin Baş Planına uyğun olaraq sıralarında iddiaçının da olduğu vətəndaşlara, hər ailə üçün fərdi yaşayış evinin tikintisi üçün Məştağa qəsəbəsinin Savalan yaşayış massivində 400 m2 həyətyanı torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi AR Nazirlər Kabinetinin qeyd olunan qərarları əsasında, Bakı şəhər İcra Hakimmiyyətinin Baş planına uyğun olaraq vətəndaşlara bölüşdürülmüş torpaq sahələrindən biri də, məhz, iddiaçıya ayrılan həyətyanı torpaq sahəsidir. İş materiallarından görünür ki, iddiaçı həmin torpaq sahəsi üzərində hüququnun qeydə alınması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olan sənədlərin , o cümlədən torpaq sahəsinin ölçüsü və ünvanını göstərən sənədin (cizginin) təqdim edilməməsi təşkil etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə” 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın 2ci bəndi ilə həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanupuna uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.» İşdən isə görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı qərarından çıxarışla yanaşı iddiaçıya verilən sözügedən vətəndaşlara ayrılan torpaq sahəsinin yerləşmə sxemi və Məştağa qəsəbəsinin baş plan-xəritəsindən çıxarış təqdim olunsa da, sözügedən sxem boş qrafalardan ibarətdir, plan-xəritədə isə iddiaçının yeri göstərilməmiş, bu barədə xəritədə müvafiq qeyd mövcud deyil. Başqa sözlə, həmin sxem və plan-xəritə iddiaçının torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan vermir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının mübahisəli torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən sxemin və plan-xəritənin verilməməsi onun hüquqlrını pozur və onun həmin sənədləri əldə etməsi qeydiyyat üçün qanunla müəyyən olunan sənədə sayılır. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən doldurulmamış boş sənədləri mübahisəli torpaq sahəsinin yerini müəyyən edən sənədlər kimi, artıq iddiaçıya verildiyini, bununla da onun hüquqi müdafiəyə ehtiyacı olmadığı və hüquqlarının pozulmadığı əsas tutularaq iddianın mümkün sayılmaması əsassız olmuşdur. Göstəriləndər baxımından, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddianın İPM-in 35.1-ci maddəsində nzərdə tutulan öhdəliyin icrası haqqında əsaslandırılmış iddia kimi qiymətləndirilməməsi əsassız olduğu sübuta yetirilir. Ona görə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsasız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2570/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş, qeyd olunan nöqsanlar nəzərə alınmaqla, baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2570/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-3145/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3145/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver