Məhkəmə qərarları › İş №2-1(103)-315/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-315/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-315/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" QSC cəlb olunmaqla ) iş üzrə QƏRARİ (Açar sözlər: «zərərinin ödənilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X4 və X10 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" QSC X20t Təşkilatının nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8283/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolelgiyasının 2-2(103)434/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı cavabdehin üzərinə kreditin ayrılması (və ya ayrılmaması) üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin komitə qərarının təqdim etmə öhdəliyinin qoyulması tələbinə dair iddiasını rədd edən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-489/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli məktubunda cavab olaraq bildirilir ki, 2(006)-790/2018 saylı mülki iş materiallarında sorğuda tələb olunan İddiaçı kredit sifarişi üzrə kredit qovluğu aşkarlanmamışdır.

3. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (hazırda X12), "xxxx" X20t Təşkilatı QSCnin və "xxxx" ASCnin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri haqqında Baş İdarəyə daxil olmuş müraciəti əsasında araşdırma aparılmış, araşdırma nəticəsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla müəyyən olunur ki, araşdırma zamanı İddiaçı təqdim etdiyi biznes plan layihələrinin təsdiq olunmuş surətləri məhkəmə qərarlarına əsasən "xxxx" BOKT QSC-dən və İqtisadiyyat Nazirliyi yanında X2 götürülmüş və Biləsuvar rayonunda yerləşən 60 ha torpaq sahəsi ilə bağlı "xxxx" BOKT QSC-də saxlanılan nüsxədə əks olunan yazıların Fondda olan nüsxəsinin 3, 9 və 15-ci səhifələrində əks olunmaması müəyyən edilmişdir. Həmin yazıların kimin tərəfindən və hansı məqsədlə biznes plan layihəsinin bir nüsxəsindən xaric etməsini dəqiqləşdirmək mümkün olmamışdır. Bununla belə, biznes plan layihələri müəyyən rekvizitlərə (imza, möhür, ştamp və s.) malik olmadığından həmin sənəd “hüquq verən” və ya “vəzifənin icrasından azad edən” sənəd hesab edilmir. Bundan başqa, 60 ha torpaq sahəsinin İddiaçı yalnız etibarnamə əsasında istifadəsində olması səbəbindən həmin torpaqla bağlı qeydlərin plan-layihədə əks olunub-olunmaması ona kreditin ayrılması məsələsinin müsbət həlli üçün heç bir əhəmiyyət daşımamışdır. Həmçinin müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (hazırda X12) vəsaitləri hesabına maliyyələşdirmək üçün "xxxx" BOKT QSC tərəfindən təqdim olunmuş investisiya layihəsinin ekspertizası aparılmış və invesitisiya layihəsi üzrə nəzərdə tutulan işlərin Abşeron rayonu, Aşağı Güzdək kəndində yerləşən 0,08 ha torpaq sahəsində həyata keçirilməsinin mümkünlüyü barədə müsbət ekspertiza rəyi qəbul edilmiş və yalnız bundan sonra İddiaçı güzəştli şərtlərlə 50000 manat məbləğində kredit ayrılmışdır. Göründüyü kimi, İddiaçı müraciətində, habelə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında göstərilən hallar tam olaraq araşdırılmış və aparılmış araşdırma zamanı rəsmi sənədin saxtalaşdırılması, vəzifəli şəxs tərəfindən rüşvət tələb edilməsi və digər qanunsuzluq halları təsdiqini tapmamışdır.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı kredit sifarişi üzrə kredit dosyesi "xxxx" ASC-nin ləğvedicisi X5 və "xxxx" QSC X20t Təşkilatı tərəfindən 10 (on) gün müddətində məhkəməyə təqdim edilməsi qərara alınmışdır.

5. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X20 Təşkilatının məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 18 may 2023-cü il tarixli məktubuna əsasən İddiaçı kredit sifarişi üzrə kredit dosyesinin məhkəməyə təqdim edilməsi ilə bağlı bildirilmişdir ki, kredit dosyesində olan sənədlərin əsilləri cavabdehlər İddiaçı və X9 qarşı qaldırılmış “kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdim edilmiş və sənədlərin əsilləri həmin məhkəmədədir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023cü il tarixli məktubla bildirmişdir ki, sahibkar İddiaçı heyvandarlığın inkişaf etdirilməsi üçün güzəştli kredit əldə etmək məqsədi ilə 2014-cü il tarixdə hazırda ləğv prosesində olan "xxxx" ASC-yə müraciət etmişdir. İddiaçı müraciətinə əsasən kredit mütəxəssisi tərəfindən sahibkarın fəaliyyəti yoxlanılmış, mülkiyyətində torpaq sahəsinin olmadığı, gəlirlərinin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olduğu müəyyən edilmişdir. Bu səbəbdən sahibkar İddiaçı kreditlə bağlı müraciəti kreditlərin verilməsi üçün müəyyən edilmiş tələblərə cavab vermədiyindən və riskli olduğundan sahibkara kredit vəsaitinin verilməsi məqsədəuyğun hesab edilməyərək Bankın Kredit Komitəsinə çıxarılmamışdır. Odur ki, kredit komitəsinə çıxarılmayan işlərlə bağlı protokol qeydiyyat kitabı tutulmadığı üçün sahibkar İddiaçı müvafiq layihəsinin maliyyələşdirilməsindən imtina olunmasına dair protokol mövcud deyildir.

7. Həmçinin məktuba İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı cavabdehin üzərinə kreditin ayrılması (və ya ayrılmaması) üçün nəzərdə tutulmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (“AG Bank" ASC) komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulması barədə iddia ərizənin rədd edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)434/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surəti əlavə edilmişdir.

8. İş materiallarından görünür ki, İddiaçı şəhid ailəsinin üzvü və məcburi köçkün olduğu, bununla bağlı Bakı şəhər Prokurorluğuna ünvanlanmış ərizəsi nəzərə alınaraq "xxxx" QSC X20t Təşkilatının İdarə Heyətinin 41 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə qərara alınmışdır: 1. İddiaçı "xxxx" QSC-yə olan cəmi 35 117,56 manat (33 313.36 manat əsas, 1804.20 manat faiz) kredit borcu həmin borc üzrə yaradılmış məqsədli ehtiyatlar hesabına balansdan silinsin.2."xxxx" QSC-nin İdarə Heyəti sədrinin müavini C.Kərimov, Baş direktor İ. Məmmədov, Problemli Kreditlərlə iş departamentinin direktoru R. Məmmədova və Bakı filialının müdiri A.Quliyevə tapşırılsın ki, bu qərarla bağlı Bakı şəhər Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi idarəsinə müvafiq olaraq işin icraatına xitam verilməsi və həmin borcun təminatı kimi girov qoyulmuş X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 59-k saylı evin, 129 saylı mənzilin yüklülükdən azad edilməsi üçün müraciət edilsin. 3.Qərarın icrasına nəzarət Kreditləşmənin təşkili və idarə edilməsi departamentinə (V.Yaqubov), Maliyyə departamentinə (K.Piriyev), Daxili nəzarət və risklərin idarə edilməsi departamentinə (N.Sofıyev) və İdarə Heyəti sədrinin birinci müavini Y.Vəliyevə həvalə edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

9. Bakı şəhəri Yasamal rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 mart 2024-cü il tarixli Qərarından görünür ki, vətəndaş İddiaçı "xxxx" QSC –nin vəzifəli şəxsləri tərəfindən arvadı X7 xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 59-k saylı evin, 129 saylı mənzilin qanunsuz yolla ələ keçirilməsi və ona maddi ziyan vurulması barədə müraciəti əsasında Yasamal rayon prokurorluğunda toplanmış 351-c-23 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməsi Qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunazidd hərəkəti və ona məxsus Biznes Planının saxtalaşdırılması nəticəsində ona dəymiş 2.450.390 (iki milyon dörd yüz əlli min üç yüz doxsan) manat məbləğində zərərin (əldən çıxmış faydanın) cavabdehdən tutularaq ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildən etibarən fərdi sahibkarlıqla məşğul olur. 2014-cü ildə o, aqrar sahədə biznes qurmaq məqsədilə Biznes Planı hazırlamış və İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edərək ona güzəştli kredit ayrılması ilə bağlı köməklik göstərilməsini xahiş etmiş və bununla əlaqədar tərəfindən investisiya layihəsi təqdim edilmişdir. Daha sonra o, İqtisadiyyat Nazirliyi yanında X6 qəbulunda olmuş və onun vasitəçiliyi ilə ona güzəştli kreditin ayrılması məqsədilə "xxxx" ASC-yə getmiş və həmin təşkilatın mütəxəssisi sənədləri qəbul etmiş və ona aid daşınmaz əmlakların qiymətləndirilməsi üçün ekspertiza təyin olunmuşdur və həmin ekspertizanın keçirilməsi xərcləri onun tərəfindən deyil, "xxxx" ASC tərəfindən ödənilmişdir. "Roveks Konmark" Konsaltinq şirkəti tərəfindən tərtib edilmiş 141683AGB №li ekspert rəyinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 301.6 kv.m. olan 7 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 150.000 manat, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 97.34 kv. metr olan 18 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzilin bazar dəyəri 145.000 manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ünvanlanmış 10 dekabr 2014-cü il tarixli məktuba əsasən ona 120.000 manat məbləğində güzəştli kreditin ayrılmasına hər hansı etiraz edilməmişdir. "xxxx" ASC-i tərəfindən ona ünvanlanmış xx.xx.2014-cü ii tarixii 591 №-li məktubda qeyd olunmuşdur ki, kredit mütəxəssisi tərəfindən sahibkarlıq fəaliyyəti yoxlanılmış və nəticədə kreditin ayrılması "Sahibkarlığa Kömək Milli Fondu" tələblərinə cavab vermədiyi, torpaq sahələrinin mülkiyyətdə olmadığı, gəlirlərin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olması müəyyən edilmişdir. “Bununla bağlı "xxxx" ASC tərəfindən qəbul edilmiş qərar hüquqları pozularaq bu günə kimi ona təqdim edilməmişdir. "xxxx" ASC-nin qərarının təqdim edilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə tərəfindən müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsi tərəfindən Əmanətlərin Sığortalanması Fonduna "xxxx" ASCnin həmin qərarla bağlı protokol qeydiyyat kitabını surətlərini məhkəməyə təqdim edilməsi barədə sorğu ilə müraciət edilmiş, lakin sorğuya cavab almadan, Komitə qərarı mövcud olduğu halda iddianın təmin edilməməsi ilə bağlı qətnamə çıxarılmışdır. "xxxx" ASC tərəfindən ona kredit ayrılmasından imtina edilmişdir. Belə ki, "xxxx" ASCnin İdarə Heyəti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlanmış 05\8998 saylı, xx.xx.2014-cü il tarixli məktubda bildirilmişdir ki, "kredit mütəxəssisi tərəfindən sifariş alınmış, sahibkarlıq fəaliyyəti tam təhlil edilmiş, məntəqəyə baxış keçirilmiş və mülkiyyət sənədləri yoxlanmışdır. Təhlil zamanı torpaq sahələrinin mülkiyyətdə olmadığı, gəlirlərin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olması müəyyən edilmişdir." Bundan narazı qalaraq o, "xxxx" ASC-nin ona kredit verilməsindən yayınmasının tamamilə əsassız olması barədə İqtisadiyyat Nazirliyinə və X8 müraciətlər etmiş və müraciətinin biznes layihənin qiymətləndirilməsi və kreditləşdirilməsi məqsədilə yenidən "xxxx" ASC-yə yönləndirilmişdir. Daha sonra İqtisadiyyat Nazirliyi tərəfindən onun girovlarına uyğun olaraq 120.000-200.000 məbləğində kredit ayırmaq əvəzinə cəmi 50.000 manat məbləğində kredit vəsaiti ayırmışlar. "xxxx" QSC-nin məsul şəxsləri isə ona bildirmişlər ki, ayırdıqları kredit vəsaiti olan 50.000 manatı müvəqqəti olaraq verirlər, qoyunları aldıqdan sonra monitorinq keçirəcəklər, daha sonra o, İqtisadiyyat Nazirliyi yanında X8 müraciət edəcək və onlar yenidən 120.000 (bir yüz iyirmi min) manat məbləğində kredit vəsaiti verəcəklər. "xxxx" QSC əməkdaşlarının yuxarıda göstərilən qanunsuz hərəkətləri ilə bağlı "xxxx" QSC-nin rəhbərliyinə və İqtisadiyyat Nazirliyinə dəfələrlə şikayət edərək bildirmişdir ki, Biznes Layihəsinə Biləsuvar rayonunda yerləşən və ona məxsus olan 60 hektar torpaq sahəsinin müqaviləsini əlavə etdiyi halda və həmin torpaq bankda girov saxlanıldığı halda "xxxx" QSC-nin həmin torpaq sahəsini girov predmeti kimi tanımaq istəməməsi və dəfələrlə rəsmi müraciət etməsinə baxmayaraq həmin torpaqda monitorinq keçirməkdən imtina etməməsi tamamilə qanunsuzdur və bunun nəticəsində ona külli miqdarda ziyan dəymişdir. "xxxx" QSC-nin Kreditləşmənin təşkili və İdarə olunması Departamentinin Direktoru, İdarə Heyətinin üzvü Vüqar Yaqubov tərəfindən təqdim olunmuş 23 may 2019- cu il tarixli 5-7\1491 №li məktubda qeyd olunmuşdur ki, Biznes layihəsininin surəti Fonda göndərilən nüsxədən fərqli olmuş və "xxxx" QSCdə qalan nüsxə təsərrüfatın Abşeron rayonu, Aşağı Güzdək kəndində 60 hektardan artıq heyvandarlığı inkişaf etdirmək üçün torpaq sahəsi və həmin torpaq sahəsində müəssisəyə məxsus tikililərin, lazımi texnikanın və sair mövcudluğu göstərilsə də, sahibkar tərəfindən həmin torpaq sahəsinə dair hüquqları təsdiq edən sənədlər "xxxx" QSC-yə təqdim edilməmişdir. Lakin 60 ha torpaq sahəsi Abşeron rayonunda deyil, Biləsuvar rayonunda yerləşir və həmin torpağa aid sənədlər "xxxx"xxxx"Aqrarkredit' QSC-yə, həm də İqtisadiyyat Nazirliyi yanında X8 müraciət edərək onun onlara rəsmi şəkildə təqdim etdiyi Biznes Layihəni və ona əlavə olunmuş sənədlərin təsdiq olunmuş surətlərini istəmişdir. "xxxx" QSC tərəfindən 06 may 2019-cu il tarixli 227 saylı cavab məktubu ilə, X12 isə 16 sentyabr 2019-cu il tarixli Sif-001-7\250 saylı cavab məktubları ilə həmin sənədlərin təsdiq olunmuş surətləri ona təqdim olunmuşdur. Hər iki cavab məktubu və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirdikdən sonra ona məlum oldu ki, cavabdehlər onun təqdim etdiyi Biznes Layihəsini məqsədyönlü şəkildə saxtalaşdırmışlar. Belə ki, "xxxx" QSC-yə təqdim etdiyi Biznes Layihənin 3-cü səhifəsinin 2-ci abzasında qeyd olunur ki, təsərrüfatın 60 hektardan artıq heyvandarlığı inkişaf etdirmək üçün torpaq sahəsi və həmin torpaq sahəsində müəssisəyə məxsus olan tikilililəri, lazımi texnikası və s. mövcuddur. Həmçinin Biznes Layihənin 9-cu səhifəsinin 4-cü abzasında qeyd olunur ki, hal-hazırda sahibkarın mülkiyyətində heyvanların saxlanılması üçün mal tövləsi, 60 hektardan artıq torpaq sahəsi, texnikası və xırdabuynuzlu mal-qarası vardır. Eləcə də Biznes Layihəsinin 15-ci səhifəsinin 1-ci abzasında qeyd olunur ki, təsərrüfatın 60 hektar torpaq sahəsi vardır, bu da kifayət qədər yem ehtiyatı deməkdir. Lakin, X2 daxil olmuş 22 aprel 2019-cu il tarixli Sif-07\01- 7\87 sayllı cavab məktubuna əlavə olunmuş Biznes Layihənin 3-cü, 9-cu, 15-ci səhifələrində ayrı-ayrı şriftlərlə yazılmaq yolu ilə ona məxsus olan 60 hektar torpaq sahəsinə aid məlumatları oradan çıxararaq layihələri saxtalaşdırmış, nəticədə ona təqdim etdiyi girovlara uyğun düşəcək kredit məbləğini, yəni 120.000 manatı verməkdən yayınmışlar. Beləliklə cavabdeh orqanın təqsiri ucbatından təsərrüfatın inkişafı üçün lazım olan vəsaiti ala bilmədiyindən, ona külli miqdarda zərər vurulmuşdur. Həmçinin, X2 daxil olmuş 22 aprel 2019-cu il tarixli Sif-07\01-7\87 saylı cavab məktubunda qeyd olunur ki, müraciətində qeyd olunan Biləsuvar rayonunda yerləşən 60 hektar torpaq sahəsinə dair sənəd güzəştli kreditin ayrılması zamanı Fonda təqdim edilməmişdir. "Aqrarkredit7 QSC-yə müşayiət edici məktubun surətini təqdim etməyi xahiş etdikdə isə bundan imtina olunur. İqtisadiyyat Nazirliyi yanında X12 və "xxxx" QSC tərəfindən mənə qanuni icarədə olan Biləsuvar rayonunda yerləşən 60 ha torpaq sahəsini Biznes Planında nəzərə almamaqla təsərrüfata 50.000 manat kredit ayrılmasını məqbul hesab etməsi özü də əslində qanunsuz və əsassız hərəkətlə müşayiət olunmuşdur. Ona ayrılmış olan 50.000 manat kredit vəsaiti 200 (iki yüz) baş xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuşdur ki, belə olduğu halda da bu sayda heyvanların tərəfindən tərtib edilmiş Biznes Planında nəzərdə tutulmuş Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən ona məxsus 8 sot torpaq sahəsində saxlanılması mümkünsüz olmuş, eləcə də cavabdeh orqanın bu hərəkətləri bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə də zidd olmuşdur. Həmçinin hesab edir ki, "Aqrarkredit' QSC tərəfindən təqdim olunmuş ekspertiza nəticələrinə dair Rəydə İnvestisiya layihələrinin ekspertizası və monitorinqi şöbəsinin müdiri Arif Vəliməmmədov tərəfindən atılmış imza saxtadır. Belə ki, həmin şəxs tərəfindən tərtib edilmiş 22 aprel 2019-cu il tarixli SİF-07\01- 7\87 №li məktubda göstərilən imza ilə yuxarıda qeyd etdiyi Rəydəki imza üst- üstə düşmür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin icarəyə və istifadəyə verilməsi, habelə istifadə edilməsi barədə" Qaydaların 13cü bəndinin 2-ci hissəsinə əsasən qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar otarılması nəzərdə tutulur. Göründüyü kimi 200 baş xırdabuynuzlu heyvanın saxlanılması və yem tələbatının ödənilməsi üçün 8 sot torpaq sahəsinin kifayət etməsi absurd olmaqla, saxlanılacaq heyvanların yem bazası baxımından mümkünsüz və qanunsuzdu evə yuxarıda qeyd olunan Qərarın tələblərinə uyğun olaraq 200 baş xırdabuynuzlu heyvanın saxlanılması üçün ən azı 50-60 ha örüş sahəsinin mövcudluğu mütləqdir. Buna baxmayaraq, X12 və "xxxx" QSC onun Biznes Planında yem bazası kimi göstərdiyi Biləsuvar rayonunda yerləşən 60 ha icarə torpaq sahəsinə dair sənədləri biznes planından çıxararaq bu sahəni nəzərə almamaqla, ona bu plan üzrə təsərrüfatın qurulması və inkişafı üçün tələb olunan 120.000 manat kreditin verilməsinə qəsdən maneə yaratmaqla iddiaçıya külli miqdarda ziyan vurmuş, eləcə də sözügedən Biznes Planı və İnvestisiya Layihəsində qeyd edilmiş göstəricilər əsasında 2016-2022-ci illər ərzində əldə edəcəyi gəlirlərdən (qazancdan) onu məhrum etmişdir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən aparılmış 02 mart 2022-ci il tarixli MB 15\0177 №li qiymətləndirmə hesabatına əsasən tərəfindən tərtib edilmiş Biznes Plan və İnvestisiya Layihəsində nəzərdə tutulmuş Abşeron Rayonu Aşağı Güzdək kəndində yerləşən heyvandarlıq kompleksinə və Biləsuvar rayonunda yerləşən kompleksə məxsus olan 60 ha əkin biçin torpaq sahəsinə maliyyə qurumları tərəfindən tərəflər arasında razılaşdırılmış biznes plana əsasən maliyyə dəstəyinin göstərilməməsi nəticəsində 2015-ci ildən 2022-ci ilə qədər müddətdə əldən çıxmış faydanın hesablanmış bazar dəyəri 2 450 390 (iki milyon dörd yüz əlli min üç yüz doxsan) manat təşkil edir. Ziyanın ödənilməsi məqsədilə cavabdeh orqana onun tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət olunmuş, cavabdehin ona 18 mart 2022-ci il tarixli məktubuna əsasən mənə dəymiş ziyanın ödənilməsindən imtina edilmiş və bununla bağlı ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7799/2022 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı "xxxx" qapalı səhmdar cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia mümkün sayılmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarili 2- 1(103)489/2023 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

14. Bakı İnzibati Məhkəməsinə üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X20t təşkilatı tərəfindən (“Elektron Məhkəmə” sistemi vasitəsilə) təqdim edilmiş etirazda iddia ərizəsi ilə bağlı bildirilmişdir ki, həmin iddia ərizəsində "xxxx" QSC tərəfindən verilmiş kreditlə bağlı göstərilənlər tam əsassızdır və iddiaçının formal mülahizələrinə əsaslanır. İddiaçı iddia ərizəsində 2012-ci ildən fərdi sahibkar kimi fəaliyyətə başladığını bildirsə də, təqdim olunan sənədlərdə onun 2012-ci ildə deyil, 2014- cü ildə vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. İlk növbədə bildirilmişdir ki, İddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası X12 tərəfindən konkret olaraq hansı normativ hüquqi aktın tələblərini pozmasını göstəməyərək yalnız ümumi sözlərlə kifayətlənmişdir. İddiaçı iddia ərizəsində ona dəymiş ziyanın cavabdehin hansı qanuna zidd hərəkətləri nəticəsində vurulmasını, bu hərəkətlərin nədən ibarət olması və olduğu halda həmin hərəkətlərlə vurulmuş ziyan arasında səbəbli əlaqəni, habelə ziyanın məbləğini də əsaslandırmamışdır. İddiaçı iddia ərizəsində göstərir ki, ona 120.000 200.000 manat kredit ayırmaq əvəzinə cəmi 50.000 manat kredit ayrılmış, nəticədə o, işini qura bilməyərək ona guya göstərdiyi məbləğdə ziyan dəymişdir. Bildirilmişdir ki, kredit vermək hər hansı bir orqanın vəzifəsi deyil, hüququdur və kreditin verilməsi tərəflər arasında bağlanan müvafiq müqavilə "xxxx" QSC-nin Bakı filialından İddiaçı 06 fevral 2015- ci il tarixli kredit müqaviləsinə əsasən heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə “Azərbaycan Respublikası Sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə illik 6 faizlə 36 ay müddətinə 50.000 (əlli min) manat kredit verilmişdir. İddiaçı da öz növbəsində həmin vəsaiti alıb tam istifadə etmişdir. Həmin kreditin təminatı kimi İddiaçı həyat yoldaşı X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 3169-cu məhəllə, Mir Cəlal küçəsi, 59 k saylı evin 129 saylı mənzil ipoteka qoyulmuşdur. İddiaçı iddia ərizəsində göstərir ki, kredit təşkilatı ona təqdim etdiyi girova uyğun düşəcək kredit məbləğini, 120.000 manatı ona verməkdən yayınmışlar. Əgər 50.000 manat məbləğ İddiaçı qane etmirdisə o, həmin müqaviləni imzalamamalı və verilən krediti də qəbul etməməli idi. Bildirilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə bağlı kreditlər verilərkən, fərdi sahibkara ayrılacaq kredit vəsaitinin məbləği onun girov kimi kredit təşkilatına təqdim etdiyi əmlakların dəyəri ilə müəyyən edilmir. Kreditlər verilərkən ilk növbədə sahibkarın biznes fəaliyyəti, onun bu sahədə təcrübəsi, layihənin gəlirliliyi və alınacaq gəlirlərin kredit borcunu qaytarmağa yol verməsi imkanları mühüm şərt kimi nəzərə alınır. Məhz bütün bunlar nəzərə alınaraq İddiaçı 120.000 manat deyil, 50.000 manat həcmində güzəştli kredit ayrılmışdır. Kredit verildikdən sonra həmin kredit vəsaitinin İddiaçı tərəfindən təyinatına uyğun istifadə edilib-edilməməsinin yoxlanması məqsədilə "xxxx" QSC-nin Baş ofisinin və onun Bakı filialının mütəxəssisləri tərəfindən xx.xx.2015-ci il tarixdə monitorinq aparılarkən kredit vəsaiti hesabına alınması nəzərdə tutulan 180 baş ana qoyunun İddiaçı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən təsərrüfatında olmadığı müəyyən olunmuş və bununla İddiaçı onun tərəfindən "xxxx" QSC-yə təqdim olunmuş biznes plana əsasən təsərrüfatın Abşeron rayonu Güzdək qəsəbəsində fəaliyyət göstərməli olduğu diqqətinə çatdırılmaqla, götürülən kreditin təyinatı üzrə istifadə olunması barədə xəbərdarlıq olunmuşdur. Bundan əlavə İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğuna görə "xxxx" QSC tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə Kredit Təşkilatının iddiası təmin edilərək İddiaçı cəmi 35147,56 manat məbləğində pulun alınaraq "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş X9 məxsus mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 186577,0 manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə oluinan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin X9 qaytarılması qət edilmişdir. Nəsimi rayon məhkəməsinin qətnaməsindən İddiaçı və Günel Hüseynova tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin şikayət təmin olunmamışdır. İddiaçı və Günel Hüseynova Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2019-cu il tarixli 2(102) -3160/2019 saylı qərarı ilə onların kassasiya şikayəti təmin olunmamış, həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin qətnaməsi qüvvəyə mindikdən sonra icra vərəqəsi verilmiş, icra işi Ağdam rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ağdam rayon İcra və Probasiya şöbəsi tərəfindən icra işi ərazi aidiyyatına göndərilməsi üçün Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən qərar qəbul edilərək icra sənədi ipotekaqoyan Günel Hüseynovanın əmlakının yerləşdiyi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı "xxxx" QSC ilə bağladığı xx.xx.2015- ci il tarixli kredit müqaviləsindən irəli gələn mübahisələr üzrə barəsində yuxarıda sadalanan məhkəmə qərarları qəbul edildikdən sonra da dəfələrlə təsərrüfatında müvəkkil kredit təşkilatı tərəfindən monitorinqin keçirilməsi üçün müxtəlif dövlət orqanlarına orqanlarına müraciət etmiş və həmin müraciətlər cavablandırılmışdır. İddiaçı iddia ərizəsində ona verilmiş 50.000 (əlli min) manat güzəştli kredit üzrə biznes layihəsinin "xxxx" QSC və Fond tərəfindən saxtalaşdırılmasını, ona məxsus Biləsuvar rayonunda yerləşən 60 hektar torpaq sahəsinə dair məlumatların biznes layihəsindən çıxarıldığını göstərsə də, məhkəməyə təqdim olunan sənədlərdən göründüyü kimi həmin faktları təsdiq edən sübutlar yoxdur, bunlar iddiaçının yalnız formal mülahizələrinə əsaslanır. İddiaçı iddia ərizəsində göstərdiyi, təqdim etdiyi biznes layihəsində Biləsuvar rayonunda ona məxsus olan 60.0 ha torpaq sahəsinin olduğu, lakin ona kredit verilərkən bu halın nəzərə alınmadığını bildirsə də, o, həmin 60.0 ha torpaq sahəsinin ona məxsus olduğunu (mülkiyyətində, icarəsində, istifadəsində) təsdiq edən sənəd təqdim etməmişdir. İddiaçı yalnız M.Ə.Sabir adına DDKTİM İM-nin direktoru X15 ilə X16 arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 06 iyun 2007-ci il tarixli müqaviləni təqdim etmişdir. Həmin müqavilədən də görünür ki, icarəyə verən- B.Mehdiyev 60.0 ha torpaq sahəsini icarəçi Z.Məmmədova icarəyə vermişdir. Daha sonra Z.Məmmədov 15 oktyabr 2014-cü il tarixli notarial qaydada verdiyi etibarnamə ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi İddiaçı etibar etmişdir. Lakin həmin etibarnamə yalnız Z.Məmmədovun xüsusi mülkiyyətində olan əmlakının idarə edilməsi üçün verildiyindən, qeyd edilən etibarnamənin icarəyə verilmiş torpaqla bağlı hüquqi qüvvəsi yoxdur. Ona görə də İddiaçı kredit verilərkən bu hal nəzərə alınmamışdır. Bundan başqa "xxxx" QSC-nin əməkdaşlarının kreditin təyinatı üzrə istifadə edilib-edilməməsi ilə bağlı monitorinqin aparılmasına dair qanunsuz hərəkətləri ilə bağlı bildirilmişdir ki, göstərilən məsələlər İddiaçı tərəfindən kredit müqaviləsindən yaranan mübahisə üzrə işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində "xxxx" QSC tərəfindən ona qarşı kredit borcunun tutulması barədə işə baxılarkən mübahisələndirmiş və bu faktlar öz təsdiqini tapmadığından, iddianın təmin olunmasına dair qətnamə qəbul edilmişdir. Yəni iddiaçının iddia ərizəsində göstərilən xüsusatlarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan Azərbaycan Respublikası İnzibatri Prosessual Məcəlləsinin 1.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı "xxxx" QSC ilə bağlı iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, bunlar yalnız iftira və böhtan xarakteri daşıyır. İddiaçı "xxxx" QSC qarşısında olan müqavilə öhdəliklərini icra etməməklə və aldığı krediti təyinatından yayındırmaqla yanaşı, eyni zamanda müxtəlif orqanlara çoxsaylı şikayət məktubları yazaraq "xxxx" QSC-ni və onun rəhbərliyini ona qarşı qərəzli mövqe qeyd edilənləri nəzərə alaraq İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1rşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsinə dair müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8283/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında cavabdeh qurumun iddiaçıya arzuladığı maliyyələşmənin ayrılmasına dair vədinin və ya bununla bağlı hər hansı yazışmanın olduğu müəyyən edilmir.Odur ki, məhkəmə cavabdeh qurumun hər hansı hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan vurulduğunu müəyyən etmir. Bu səbəbdən məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək vurulmuş ziyanın kalkulyasiyası ilə bağlı əsaslandırmaya qiymət verməyi zəruri hesab etmir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8283/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət və nəticələri birtərəfli, mötəbər sübutlarla təsdiq olunmayan faktlardan ibarət olduğundan, eləcə də, mübahisənin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bununla bağlı verilmiş vəsatətlərin təmin edilməməklə, həmçinin sübutlara düzgün qiymət verilməməklə, həqiqətin müəyyən edilməsi üçün Məhkəmə iclasının audio-video yazısı tətbiq olunmamaqla və Məhkəmə iclas protokolunda iddiaçının çıxışları təhrif olunmaqla, həmçinin öz Qərarında gəldiyi nəticələri yalnız cavabdeh və üçüncü şəxsin təqdim etdiyi etirazlarda göstərilən və mötəbər sübutlarla təsdiq olunmayan faktlara uyğun əsaslandırılmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmənin hazırki Qərarında gəldiyi qənaət və nəticələri qeyri-mötəbər olmaqla, işin həqiqi halları ilə təkzib olunur. Belə ki, iş materiallarında hazırda 2014 və 2015-ci il tarixli Biznes Plan (investisiya layihələri) mövcud olmaqla, həmin layihələrə müqayisəli şəkildə baxış keçirərkən 2015-ci il tarixli biznes layihəsinin 3,9, 15-ci səhifələrində özbaşına dəyişiklik edilməklə, qanuni əsaslarla istifadəmdə olan 60 ha icarə torpaq sahəsinə aid olan məlumatların həmin layihədən saxtalaşdırma yolu ilə çıxarıldığı açıqaşkar müəyyən edilir və bu, iş in mübahisəsiz halıdır. Onu da məhkəmənin diqqətinə çatdırır ki, 2015-ci ildə tərtib edilmiş biznes plan(investisiya layihəsi) cavabdehin özü tərəfindən tərtib edildiyindən aparılmış həmin saxtalaşdırmadan iddiaçının xəbəri olmamış, həmin saxtalaşına faktı 2019-cu ildə ona bəlli olmuşdur. Eləcə də, 60 ha torpaq sahəsinə iddiaçının hər hansı hüququnun olmaması ilə bağlı məhkəmənin gəldiyi qənaəti tamamilə əsassız hesab edir. Belə ki, həmin torpaq sahəsi uzunmüddətli icarə müqaviləsi ilə X13 icarəsində olsa da, icarədar Z. Məmmədov ona məxsus bütün əmlakı idarə elməyi və onun üzərində sərəncam verməyi, eləcə də, ipoteka qoymağı notarial təsdiq edilmiş etibarnamə ilə mənə həvalə etmişdir. Onu da məhkəmənin diqqətinə çaldırır ki, "İcarə haqqında ” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. Bu baxımdan, icarəçi Zamin Məmmədova icarə hüququ ilə məxsus olan torpaq sahəsinin idarəçiliyi və onun üzərində sərəncam verilməsi barədə etibarnamənin hüquqi qüvvəsinin olmaması əsassız olmaqla məhkəmənin yanlış subyektiv fikridir.Həmçinin, məhkəmənin cavabdeh inzibati orqanin mövqeyinə əsaslanmaqla Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmək üçün “Aqrarkredit BOKT" OSC tərəfindən iddiaçıya təqdim olunmuş investisiya layihəsinin ekspertizasının nəticələrinə dair Rəydə və xx.xx.2019-cu il tarixli SİF-07\01-7\87 nömrəli məktubda Arif Vəliməmmədovun imzalarının eynilik təşkil etməməsi və hər iki sənədin Arif Vəliməmmədovun özü tərəfindən imzalanması barədə gəldiyi qənaəti məhkəmənin birtərəfli mövqe nümayiş etdirməsi kimi dəyərləndirilməlidir. Belə ki, hər iki sənəd (rəy və məktublar) iş materiallarındadır və həmin sənədlərə də müqayisəli şəkildə baxdıqda Arif Vəliməmmədovun adı qarşısındakı imzaların ayrı-ayrı imzalar olduğu tam aydın görünür. Onu da qeyd edir ki, hazırda iddiasında göslərilən xüsusatlarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin və istintaq orqanının qərarının mövcud olmasına dair məhkəmənin gəldiyi qənaəti tamamilə əsassızdır.Belə ki, hazırkı iddianın predmeti yalnız ona 120.000 manat kredit vəd olunmasına baxmayaraq, yalnız iddiaçıya məxsus Biznes Planın və digər rəsmi sənədlərin saxtalaşdırılması nəticəsində əsaslı investisiya layihəsinə və təqdim etdiyi girovlarıına uyğun planlaşdırılmış kredit məbləğini ala bilməməyi səbəbindən iddiaçıya dəymiş ziyan (əldən çıxmış fayda) tələbi ilə əlaqədardır və qeyd edilən mübahisəli hüquq münasibətləri bundan əvvəlki məhkəmə mübahisələrin predmeti olmamışdır. Buna baxmayaraq hazırkı iddiasında göstərilən faktlara bundan əvvəlki mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamalərində qiymətləndirildiyi barədə məhkəmə əsassız bir qənəaətə gəlmişdir. Eləcə də, hesab edir ki, Məhkəmənin iddiaçıya ayrılmış 50.000 manat vəsaiti qəbul etməkdən imtina hüququ olduğu halda, bu hüquqdan imtina etməməyinə dair gəldiyi nəticəsi ədalətli və əsaslı hesab ola bilməz. Belə ki, iddiaçı ilk dəfə Sahibkarlığın Milli Kömək Fonduna müraciət edərkən hazırladığı biznes plan 120.000 manat kredit alınması və alınacaq kreditin təminatı olaraq tələb edilən girovların qoyulmasından ibarət olmuşdur. Bu barədə də, lazım olan sənədlər, yəni ərizə, kredit sifarişi, biznes plan, girov və digər sənədlərlə birlikdə həmin sənədlər cavabdeh orqana tərəfiindən tam bir qovluq şəklində verilmişdir. Və iddiaçıya 120.000 manat kreditin ayrılmasına dair “AG Bank" ASC idarə heyətinin xx.xx.2014-cü il tarixli məktubu ilə etiraz edilməmişdir. Lakin, sonradan "Aqrarkredit'’ QSC iddiaçını aldadaraq ayrılmış kredit vəsaiti olan 50.000 manat vəsaitin iddiaçıya müvəqqəti olaraq verildiyini, əlavə xırda buynuzlu heyvanlar alındıqdan sonra gəlib yerində monitorinq keçirdəcəyini bildirmiş, bundan sonra isə iddiaçıya qalan pul vəsaitini, yəni ümumilikdə 120.000 manat kreditin veriləcəyini vəd etmişdir.O, aldığı 50.000 manat kredit vəsaitinə görə aylıq kredit ödənişlərini 2 ilə yaxın müddətdə ödəmiş, lakin dəfələrlə müraciətinə baxmayaraq, vəd olunmuş monitorinq keçirilmədiyindən və iddiaçıya əlavə kredit vəsaiti verilmədiyindən həmin ödənişlər tərəfindən dayandırılmış və bundan sonra o, aidiyyatı dövlət orqanına və məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir.Həmçinin, qeyd edilməlidir ki, Məhkəmənin "iş materiallarında" cavabdeh qürumun iddiaçıya arzuladığı maliyyələşməsinin açılmasına dair vədin və bununla bağlı hər hansı yazışmanın olduğunun müəyyən edilməməsinə dair gəldiyi nəticəsi əsassız olmaqla iş materiallarıyla tam şəkildə təkzib olunur. Belə ki, hələ bundan əvvəl Birinci İnstansiya Məhkəməsində işə baxılarkən tərəfindən xx.xx.2022-ci il tarixli vəsatətlər verilərək məhkəmədən işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi zərurəti ilə bağlı olaraq 2014-cii ilin oktyabr ayının əvvəllərindən dekabradək davam edən X14 ilə iddiaçı arasında, eləcə də, X14 ilə "xxxx" ASC arasında olan bütün yazışmaların və protokol qeydiyyat kitablarının, eləcə də, iddia tələbimdə göstərilən işin hallarının sübut edilməsi üçün "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun" vəsaitləri hesabına maliyyələşdirilmək üçün "Aqrarkredit” OSC tərəfindən təqdim olunmuş investisiya layihəsinin ekspertizasının nəticələrinə dair rəyin əslinin imzalanmış formada məhkəmə baxışına təqdim olunması xahiş edilmişdir. Lakin, həmin vəsatətlər bu günə qədər cavabdeh orqanların təqsiri ucbatından icrası təmin oluna bilməmişdir. Eləcə də, Məhkəmənin təşəbbüsü ilə xx.xx.2023-cü il tarixli Qərardadla yuxarıda qeyd edilən vəsatəti yenidən təmin olunaraq ona ayrılmış kredit üzrə kredit dosyesinin "AG Bank” ASC-nin ləğyedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" QSC X20t Təşkilatı tərəfindən 10 (on) gün müddətinə məhkəməyə təqdim olunmasına dair qərar qəbul edilmişdir.Həmin qərarın icra edilməsi üçün aidiyyəti təşkilatlara göndərilmişdir. Lakin, "Aqrarkredit” QSC Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq kredit dosyesinde olan sənədlərin əsillərinin cavabdeh İddiaçı və X9 qarşı qaldırılmış "Kredit bocunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdim edildiyi və həmin sənədlərin əsillərinin bu məhkəmədə olduğu bildirilmişdir. Bunu əsas götürərək İnzibati Məhkəmə tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə xx.xx.2023-cii il tarixli məktub ünvanlanaraq yaranmış zərurətlə əlaqədar Nəsimi rayon Məhkəməsinin arxivində saxlanılan 2(006)- 790/2018 saylı işin materiallarında olan iddiaçıya məxsus kredit sifarişi üzrə kredit dosyesinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Lakin, Nəsimi rayon Məhkəməsi özünün xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan mülki işin materiallarında İddiaçı kredit sifarişi üzrə kredit qovluğunun aşkarlanmadığı bildirilmişdir. Göründüyü kimi, cavabdeh orqanlar sübutun təqdim olunması barədə məhkəmə Qərardadı olmasına baxmayaraq həmin Qərardadla tələb edilən iddiaçıya məxsus kredit dosyesini (bütün yazışmaları və sənədi özündə əks etdirən) verməkdən qərəzli şəkildə yayınırlar. Lakin, Məhkəmə dövlət adından çıxarılan Qərarlara hörmətsizlik etmiş, onun icrasını həyata keçirmək üçün qanunda nəzərdə tutulan tədbirləri görməmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli Qərardadı ilə üçüncü şəxsin cərimə olunması barədə vəsatətini və bundan əvvəl verilmiş digər bütün vəsatətlərini təmin etməmiş, bununla da işin tam, hərtərəfli və obyektiv həllinə lazımi şərait yaratmamışdır. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh orqan kredit dosyesinin Nəsimi Rayon Məhkəməsində mövcud olan mülki işin materiallarında olduğunu bildirmiş, lakin Nəsimi Rayon Məhkəməsi tərəfindən belə bir dosyenin olmadığına dair Məhkəməyə rəsmi qaydada cavab verilmişdir. Göründüyü kimi, cavabdeh orqan iddiaçıya məxsus kredit dosyesinin olduğunu əsassız olaraq inkar etmiş, bununla da Məhkəməni aldatmışdır. Deməli, Məhkəmə cavabdeh arasında hər hansı yazışmanın olduğunun müəyyən edilməməsi qənaətinə gəlsə də, cavabdeh orqan belə bir dosyenin mövcudluğunu Məhkəməyə ünvanlanmış rəsmi məktubunda etiraf etmiş, yəni Məhkəməyə ünvanlanmış məktubunda həmin yazışmanın Nəsimi Rayon Məhkəməsində mövcud olan mülki işdə olduğunu bildirmişdir. Belə olan halda hesab edir ki, Məhkəmə cavabdehin etirafına əsaslanmaqla bu dosyeni verməkdən imtina etdiyinə görə onlara müvafiq qərarla barələrində cərimə tətbiq etməli və həmin dosyeni tələb etməkdə israrlı mövqeyini nümayiş etdirməliydi.Lakin, Məhkəmə nədənsə həqiqətin müəyyən olunması üçün həmin dosyenin alınmasını təmin etməmişdir. Eləcə də, verilmiş vəkil sorğusu əsasında müəyyən edilmişdir ki, 2022-ci ilin noyabr ayında Yasamal Rayon Polis İdarəsində aparılmış istintaq araşdırması zamanı müstəntiq tərəfindən “Aqrarkredit ” Səhmdar Kredit Təşkilatının Bakı Filialına Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadına əsasən İqtisadiyyat Nazirliyi və bankla iddiaçının arasında olan bütün yazışmaların alınması barədə məktub göndərilmişdir.Həmin Məhkəmə Qərarına əsasən bütün sənəd və yazışmanın tələb olunmasına baxmayaraq, yalnız qiymətləndirmə rəyi, kredit müqaviləsi və biznes plan istintaqa təqdim olunmuş, qalan sənədlərin isə guya 5 illik saxlama müddəti bitdiyi üçiin Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq Qərarına əsasən arxivə təhvil verilmiş və bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur.Həmin Qərarın icrası bank tərəfindən icra olunmayaraq, guya qalan sənədlərin qeyd edilən aktla məhvə göndərilməsi barədə əsassız və qanunsuz cavab verilərək saxta bir tərtib olunmuş akt əlavə edilmişdir. Onu da Məhkəmənin diqqətinə çatdırır ki, Kredit sifarişi zamanı təqdim etdiyi biznes planın 3-cü, 9-cu, 11-ci və 15-ci səhifələrinin çıxarılaraq saxtalaşdırılması, 60 ha icarə torpaq sahəsinin yem istehsalatının hissənin çıxarılması, həmçinin xüsusi mülkiyyətində olan girov qoyulmuş evin qiymətləndirilməsi zamanı bankın şirkəti tərəfindən əmlaka 170.000 qiymət qoyulduğu halda, bank öz saxtalaşdırılmış rəyi ilə iddiaçının evimin qiymətini 100.000-ə qiymətləndirmişdir və həmin rəydə yüksək vəzifəli şəxslərin imzaları aşkar edilmiş, o cümlədən həyat yoldaşı orda iştirak etmədən onun imzası saxtalaşdırılmışdır.Bu barədə ekspert imzanın Hüseynova Günelə məxsus olmamasına dair rəy vermişdir. Əlavə olaraq qeyd edir ki, girov predmeti olan evin bank tərəfindən hərraca çıxarılaraq satılmış, bu hərracdan iddiaçının və həyat yoldaşının xəbəri olmamış və eləcə də, hərrac nəticəsində 118.000ə bank öz xeyrinə alıb, borcu bağlansa da, qalan hissə, yəni 82.000 manat bank tərəfindən mənimsənilərək ona çaldırılmamışdır. Yuxarıda sadalanan faktlar rəsmi sənədlərlə Məhkəməyə təqdim edilsə də, Məhkəmə bu faktlara heç bir hüquqi qiymət verməmiş və göstərilən faktlarda cinayət əməllərini görsə də, bu barədə xiisıısi Qərardad çıxarmaqla prokurorluğa xəbər verməli halda etməmişdir. Bundan əlavə Məhkəmənin diqqətinə xüsusilə çatdırır ki, Məhkəmənin iclas protokolları ilə tanış olarkən iddianın əsaslarıyla bağlı verdiyi geniş izahatının yalnız cüzi bir hissəsi burada öz əksini tapmışdır. Belə ki, həmin Məhkəmə iclası zamanı iddianın əsasları kimi göstərdiyi Biznes layihələrinin 3, 9,11, 15-ci səhifələrini saxtalaşdırılıb, biznes planının tərkibindən çıxarılması və bu biznes planına əsaslanmaqla verdiyi kredit sifarişini, yəni 120.000 manat məbləğinin təminatı olaraq ünvan 8 ünvanında girov qoyulmuş mənzilin qiymətləndirilməsinin saxtalaşdırılması və hərracın bizdən xəbərsiz keçirilərək, hərracdan əldə olunan vəsaitin iddiaçıya çatacaq hissəsinin mənimsənilməsi, eləcə də, işin hallarının sübut edilməsi ilə bağlı kredit sifarişi (kredit dosyesi, video disklərin protokolda aşkar edilməməsi və digər sənədlərin cavabdeh tərəfindən qəsdən gizlədilməsi və bunun işin hallarının konkret sübut edilməsi ilə bağlı söylədiklərimin heç biri bu protokolda öz əksini tapmamışdır. Bu barədə tərəfindən Məhkəməyə yazılı qeydlər təqdim edilmişdir. Hesab edir ki, Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət və nəticələri birtərəfli, mötəbər sübutlarla təsdiq olunmayan faktlardan ibarət olduğundan, eləcə də, mübahisənin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bununla bağlı verilmiş vəsatətlərin təmin edilməməklə, həmçinin sübutlara düzgün qiymət verilməməklə, həqiqətin müəyyən edilməsi üçün Məhkəmə iclasının audio-video yazısı tətbiq olunmamaqla və Məhkəmə iclas protokolunda iddiaçının çıxışları təhrif olunmaqla, həmçinin öz Qərarında gəldiyi nəticələri yalnız cavabdeh və üçüncü şəxsin təqdim etdiyi etirazlarda göstərilən və mötəbər sübutlarla təsdiq olunmayan faktlara uyğun əsaslandırılmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

20. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Məhkəmə Kollegiyasının iclasında zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" QSC X20t Təşkilatı vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.

28. Belə ki, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının X12 publik hüquqi şəxs təsis edilmiş və “Azərbaycan Respublikası Sahibkarlığın X11” təsdiq edilmişdir. Fərmanın 5.1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Azərbaycan Respublikasının X12 publik hüquqi şəxsə (bundan sonra – Fond) keçir.

29. Fondun Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının X12 (bundan sonra – Fond) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində yaradılmış, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verən publik hüquqi şəxsdir. Nizamnamənin 1.4-cü maddəsinə sasən Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

30. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

31. İddianın növü kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

32. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu qərarın 23-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

33. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən "xxxx" QSC-nin Bakı filialından İddiaçı 06 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə illik 6 faizlə 36 ay müddətinə 50.000 (əlli min) manat kredit verilmişdir. İddiaçının həmin kredit şərlətini yerinə yetirmədiyinə görə qüvvədə olan məhkəmə aktlarına əsasən ipoteka predmetinə tutma yönəldilmişdir.

34. İddiaçı təqdim etdiyi biznes planın saxtalaşdırıldığını və təqdim etdiyi biznes plana uyğun olaraq Azərbaycan Respublikası Sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına faktiki olaraq ona 120.000 manat kredit verilməli olduğunu bildirir, həmin öhdəlik yerinə yetirilmədiyindən ona maddi zərərin -2.450.390 (iki milyon dörd yüz əlli min üç yüz doxsan) manat məbləğində zərərin (əldən çıxmış faydanın) vurulduğunu iddia edir.

35. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona ziyan vurulduğunu sübut etməmişdir.

36. Qeyd edilməlidir ki, Biznes plan görüləcək işin ideyasından, məqsədindən və bu ideyanın, məqsədin həyata keçirilməsindən, təşkilindən ibarətdir. Başqa sözlə dedikdə, biznes planda nəzərdə tutulmuş biznesin, yəni gəlir əldə etmək məqsədinin qısa, dəqiq və aydın şərhi verilir və ona nail olmağın şərtləri, yolları aşkarlanır.

37. Odur ki, biznes plan maliyyələşdirən qurum üçün hər hansı öhdəlik yaratmır və sahibkarın arzuladığı maliyyələşmənin təmini üçün mütləq əsas deyil.

38. Digər tərəfdən iddiaçı Biləsuvar rayonunda 60 ha torpaq sahəsində təsərrüfat qurmağı təqdim etdiyi biznes planda əsaslandırdığını bildirir, lakin həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri nə cavabdeh quruma, nə də məhkəməyə təqdim etməmişdir. Eləcə də iddiaçı onu qane etmədiyi halda Sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına ona ayrılmış 50.000 manat vəsaiti qəbul etməkdən imtina hüququ olduğu halda, bu hüquqdan imtina etməmişdir.

39. İş materiallarında cavabdeh qurumun iddiaçıya arzuladığı maliyyələşmənin ayrılmasına dair vədinin və ya bununla bağlı hər hansı yazışmanın olduğu müəyyən edilmir.

40. Odur ki, məhkəmə Kollegiyası cavabdeh qurumun hər hansı hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan vurulduğunu müəyyən etmir.

41. İddiaçı apellyasiya şikayətinin dəlillərində işin araşdırılması ilə bağlı hüquqlarının pozulduğunu bildirərək qeyd edir ki, məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət və nəticələri birtərəfli, mötəbər sübutlarla təsdiq olunmayan faktlardan ibarət olduğundan, eləcə də, mübahisənin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bununla bağlı verilmiş vəsatətlərin təmin edilməməklə, həmçinin sübutlara düzgün qiymət verilməməklə, həqiqətin müəyyən edilməsi üçün Məhkəmə iclasının audio-video yazısı tətbiq olunmamaqla və Məhkəmə iclas protokolunda iddiaçının çıxışları təhrif olunmaqla, həmçinin öz Qərarında gəldiyi nəticələri yalnız cavabdeh və üçüncü şəxsin təqdim etdiyi etirazlarda göstərilən və mötəbər sübutlarla təsdiq olunmayan faktlara uyğun əsaslandırılmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz.

42. Apellyasiya şikayətinin yuxarıda göstərilən dəlillərə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.(Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87.7-ci maddəsi)

43. Məhkəmə Kollegiyası apellyasiya baxışı zamanı İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında, həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə almaqla məhkəmə araşdırması nəticəsində iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğu qənaətinə gəlməmişdir.

44. Bundan başqa, iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ona yönəlmişdir ki, iddiaçıya 120.000 manat kredit vəd olunmasına baxmayaraq, yalnız iddiaçıya məxsus Biznes Planın və digər rəsmi sənədlərin saxtalaşdırılması nəticəsində əsaslı investisiya layihəsinə və təqdim etdiyi girovlarıına uyğun planlaşdırılmış kredit məbləğini ala bilməməyi səbəbindən iddiaçıya hazırda iddia etdiyi zərər (əldən çıxmış fayda) dəymişdir.

45. Məhkəmə Kollegiyası qeyd edir ki, tərəflərin izahatından, işdə olan sənədlərdən, o cümlədən Bakı şəhəri Yasamal rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 mart 2024-cü il tarixli Qərarından cavabdeh və 3-cü şəxslərin iddiaçının qeyd etdiyi rəsmi sənədlərin saxtalaşdırılması hərəkətləri, saxtalaşdırmalarla bağlı iddiaçıya zərər dəyməsi müəyyən edilməmişdir.

46. Digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı şəhid ailəsinin üzvü və məcburi köçkün olduğu, bununla bağlı Bakı şəhər Prokurorluğuna ünvanlanmış ərizəsi nəzərə alınaraq "xxxx" QSC X20t Təşkilatının İdarə Heyətinin 41 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə qərara alınmışdır: 1. İddiaçı "xxxx" QSC-yə olan cəmi 35 117,56 manat (33 313.36 manat əsas, 1804.20 manat faiz) kredit borcu həmin borc üzrə yaradılmış məqsədli ehtiyatlar hesabına balansdan silinsin.2."xxxx" QSC-nin İdarə Heyəti sədrinin müavini C.Kərimov, Baş direktor İ. Məmmədov, Problemli Kreditlərlə iş departamentinin direktoru R. Məmmədova və Bakı filialının müdiri A.Quliyevə tapşırılsın ki, bu qərarla bağlı Bakı şəhər Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi idarəsinə müvafiq olaraq işin icraatına xitam verilməsi və həmin borcun təminatı kimi girov qoyulmuş X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 59-k saylı evin, 129 saylı mənzilin yüklülükdən azad edilməsi üçün müraciət edilsin. 3.Qərarın icrasına nəzarət Kreditləşmənin təşkili və idarə edilməsi departamentinə (V.Yaqubov), Maliyyə departamentinə (K.Piriyev), Daxili nəzarət və risklərin idarə edilməsi departamentinə (N.Sofıyev) və İdarə Heyəti sədrinin birinci müavini Y.Vəliyevə həvalə edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

47. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

48. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı).

49. Məhkəmə Kollegiyası hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.

50. Həmçinin, nəzərə almaq lazımdır ki, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.(İPM-in 68-ci maddəsi)

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

52. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8283/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8283/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar