Məhkəmə qərarları › İş №2-1(103)-3153/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3153/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3153/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-5868/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli, 605 №-li qərarından müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-1/3-3-60694/2023 saylı Qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2012-ci il tarixdən təyin olunmuş əmək pensiyası invertar (artıqvermə) bort bələdçisi uçuş heyətində nəzərdə tutulmadığı üçün yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 2197 manat, 98 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 1279 manat, 44 qəpik. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-1/3-3-62275/2023 saylı Qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır (təyinat tarixinin yenidən hesablanması: 6 illik). Hazırki pensiya məbləği: 1279 manat, 44 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 1669 manat, 59 qəpik. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, № 3-17-1/3-3-2937/2024 saylı Qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır (təyinat tarixinin yenidən hesablanması – işdən çıxma + 6 illik - 3-17-1/3-3-62275/2023 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamı etibarsız hesab edilsin). Hazırki pensiya məbləği: 1856 manat, 58 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 2010 manat, 59 qəpik. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə qərarların ləğv edilməsi, aparılmış əvəzləşdirilmələrin və pensiyadan tutulmaların qanunsuz hesab edilməsi və ona geri qaytarılması barədə öhdəliyin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərarlarının ləğv edilməsi və müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulma və əvəzləşdirmələrin geri qaytarılması haqqında, əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinə əsasən hüququn yarandığı vaxtdan yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7- ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanması öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-62275/2023 nömrəli inzibati qərarının və xx.xx.2024 tarixli 3-17-1/3-3- 2937/2024 nömrəli inzibati qərarının ləğv edilməsi və müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulma və əvəzləşdirmələrin geri qaytarılması haqqında, əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən hüququn yarandığı vaxtdan yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanması öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qəbul etdiy 3-17-1/3-3-60694/2023 nömrəli xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü tarixli 3-17-1/3-3-62275/2023 nömrəli və xx.xx.2024cü il tarixli 3-17-1/3-3-2937/2024 nömrəli inzibati qərarların ləğv edilməsi və müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulma və əvəzləşdirilmənin geri qaytarılması, əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən hüququn yarandığı vaxtdan yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyasının yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanması öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən tələbin “tutulma və əvəzləşdirilmənin geri qaytarılması” hissəsi istisna olmaqla icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiyadan pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. 2012-ci ildə işdən çıxma ilə bağlı və 2018-ci ildə növbəti 6 il stajın tamamlanması ilə bağlı müraciəti əsasında pensiyanın yenidən hesablanması aparılıb, daha sonra 2023-cü ilin avqust ayında öz təşəbbüsü ilə cavabdeh qurumun məsul şəxsləri tərəfindən pensiyanın 2009-cu ildə təyin edilməsi ilə bağlı aparılmış inzibati icraat təzələnmişdir, ona xx.xx.2009-cu il tarixdə təyin edilmiş pensiyamın təyin tarixi xx.xx.2009 tarixinə keçirilmişdir, həmin tarixdən başlayaraq pensiyasının ödənişləri və 2012, 2018-ci illərdə aparılmış 37.3.1-ci maddə əsasında hesablanmalar yenidən hesablanmış, ona nəticədə 16297,40 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən 2009-cu ildə, 2012-ci ildə. 2018-ci ildə aparılmış inzibati icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq 13 il 9 ay sonra təzələnmişdir. Halbuki vahid məhkəmə təcrübəsi sübut edir ki, bu yolverilməzdir. Həmçinin cavabdeh qurum xx.xx.2022 tarixli 530 nömrəli qanunun 2.2-ci maddəsini rəhbər tutaraq pensiyasının yenidən hesablanmasını qanuna zidd aparmışdır. Cavabdeh qurum tərəfindən qanun səhv tətbiq edilir, pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edilir. Bununla qətiyyən razı deyildir. Cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir, ona görə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib, həmin cümlə 543 nömrəli qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş 543 nömrəli qanunda yoxdur. O isə xx.xx.2017-cı ildən əvvəl pensiyaya çıxmışdır. Ona pensiya təvin ediləndə gözlənilən pensiya ödənişi müddəti avlarının sayı 144 ay müəyyən edilib. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh tərəfindən qəbul edilmiş pensiyasının yenidən hesablanması barədə qərarlarının ləğv edilməsini, aparılmış əvəzləşdirmələrin və pensiyasından tutulmaların qanunsuz hesab edilməsi və ona geri qaytarılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2025-ci il tarixli, № 3-17-1/2-76915/2025 nömrəli yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: - təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. (25 x 12 x 18=5400 saat). Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi və 17- ci maddəsinə uyğun olaraq əmək pensiyasının məbləği orta aylıq əməkhaqqından hesablanarkən orta aylıq əməkhaqqının 60%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla lakin 85%-dən çox olmamaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əməkhaqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əməkhaqqından hesablanır. Eyni zamanda aparılmış araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən pensiya hüququnun və pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, Mərkəzi Filialın müvafiq sorğusuna "xxxx" Aviaşirkəti MMC-nin 31 avqust 2023-cü il tarixli 578-ÇS/SWAD nömrəli məktubunda iddiaçının əmək pensiyası hüququ verən 25 il iş stajının xx.xx.2009-cu il tarixində tamamlandığı qeyd olunmuşdur. Buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2009-cu il tarixdən təyin olunmalı olduğu halda, səhvən xx.xx.2009-cu il tarixdən təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası əməkhaqqına əsasən hesablanarkən orta aylıq əməkhaqqının 60 faizi miqdarında müəyyən edilmişdir. Belə ki, əmək pensiyasının sığorta hissəsi xx.xx.2006-cı il tarixinə 252,04 manat (6048,96:24) orta aylıq əməkhaqqına uyğun 126,23 manat (252,04 x 60%-25,00 (baza hissə)=126,22 manat) hesablanaraq xx.xx.2009-cu il tarixinə indeksləşdirilərək 192,71 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15459,84 manat sığorta kapitalına uyğun 107,36 manat (15459,84:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2009-cu il tarixinə iddiaçıya 375,07 manat (192,71 + 107,36+75,00 (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 566,82 manat)) əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixinə 460,00 manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 819,93 manat) əmək pensiyası təyin edilərək ödənilmişdir. Eyni zamanda Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2018- ci il tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Araşdırma zamanı, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 169936,24 manat sığorta kapitalına uyğun Fondun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 169936,24 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 359 (64 il-40 il 1 ay=287 ay+(144 ay-72 ay)) aya bölünməklə (169936,24:359=473,36 manat) 566,82 manat qanuni əmək pensiyasının üzərinə əlavə edilərək 1040,18 manat (566,82+473.36) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1669,59 manat)) ödənilməli olduğu halda, düzgün olmayan 819,93 manat əmək pensiyası (819,93 manat) 1373,17 manata artırılmaqla (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 2197,98 manat)) iddiaçıya artıq pensiya məbləği ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılmışdır. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı iddiaçının mülahizələrinin dinlənilməsi üçün qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 9 oktyabr 2023- cü il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Daha sonra İddiaçı iştirakı ilə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və iddiaçı tərəfindən imzalanmışdır. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 16297,40 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-5868/2025 nömrəli qərarı ilə (hakim Nəriman Abıyev) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Firudin Qabil oğlu barəsində qəbul etdiyi 3-17- 1/3-3-60694/2023 nömrəli xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü tarixli 3-17-1/3-3- 62275/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2937/2024 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)- 5868/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, aparılmış araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən pensiya hüququnun və pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, Mərkəzi Filialın müvafiq sorğusuna "xxxx" Aviaşirkəti MMC-nin 31 avqust 2023-cü il tarixli 578-ÇS/SWAD nömrəli məktubunda iddiaçının əmək pensiyası hüququ verən 25 il iş stajının xx.xx.2009cu il tarixində tamamlandığı qeyd olunmuşdur. Buna görə dəiddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2009-cu il tarixdən təyin olunmalı olduğu halda, səhvən xx.xx.2009-cu il tarixdən təyin edilmişdir. İddiaçının əmək pensiyası əməkhaqqına əsasən hesablanarkən orta aylıq əməkhaqqının 60 faizi miqdarında müəyyən edilmişdir. Belə ki, əmək pensiyasının sığorta hissəsi xx.xx.2006-cı il tarixinə 252,04 manat (6048,96:24) orta aylıq əməkhaqqına uyğun 126,23 manat (252,04x60%-25,00 (baza hissə)=126,22 manat) hesablanaraq xx.xx.2009-cu il tarixinə indeksləşdirilərək 192,71 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15459,84 manat sığorta kapitalına uyğun 107,36 manat (15459,84:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2009-cu il tarixinə iddiaçıya 375,07 manat (192,71+107,36+75,00 (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 566,82 manat)) əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixinə 460,00 manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 819,93 manat) əmək pensiyası təyin edilərək ödənilmişdir. Araşdırma zamanı, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 169936,24 manat sığorta kapitalına uyğun Fondun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 169936,24 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 359 (64 il-40 il 1 ay=287 ay+(144 ay-72 ay)) aya bölünməklə (169936,24:359=473,36 manat) 566,82 manat qanuni əmək pensiyasının üzərinə əlavə edilərək 1040,18 manat (566,82+473,36) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1669,59 manat)) ödənilməli olduğu halda, düzgün olmayan 819,93 manat əmək pensiyası (819,93 manat) 1373,17 manata artırılmaqla (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 2197,98 manat)) iddiaçıya artıq pensiya məbləği ödənilmişdir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiyanın dayandırılması və pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Göründüyü kimi, Filial tərəfindən iddiaçıya əsassız olaraq təyin edilmiş pensiyanın dayandırılması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)- 5868/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. ... Maddə 29.1. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Maddə 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. İşləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ... Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 59. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətinin pensiya hüququnun müəyyən edilməsi şərtləri Kişilər azı 25 il, qadınlar azı 20 il uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışdıqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilər azı 20 il, qadınlar azı 15 il bu vəzifələrdə çalışdıqda xidmət illərinə görə pensiya hüququna malikdirlər. Uçuş və uçuş-sınaq həyətində işləyənlərin iş stajlarının hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları Bənd 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) Bənd 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanlara yaşa görə əmək pensiyası təyin edilərkən həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla tətbiq edilir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı 3-17-1/3-3- 60694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın və 3-17-1/3-3-2937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın (xx.xx.2023-cü tarixli qərarın etibarsız hesab edildiyi hissə istisna olmaqla) ləğv edilməsinə, onun əmək pensiyasının "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən hüququn yarandığı vaxtdan yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçı yuxarıda qeyd olunan məzmunda xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərar mahiyyəti etibarı ilə hətta əsaslı olsa belə, inzibati orqan inzibati icraatı qanunvericiliyin tələblərinə riayət etmədən apardığından və nəticədə qərar qəbul etdiyindən həmin qərar (əmək pensiyasının ləğv edilməsi barədə) ləğv edilməlidir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “...Mərkəzi Filialın müvafiq sorğusuna "xxxx" Aviaşirkəti MMC-nin 31 avqust 2023-cü il tarixli 578-ÇS/SWAD nömrəli məktubunda iddiaçının əmək pensiyası hüququ verən 25 il iş stajının xx.xx.2009-cu il tarixində tamamlandığı qeyd olunmuşdur. Buna görə dəiddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2009-cu il tarixdən təyin olunmalı olduğu halda, səhvən xx.xx.2009-cu il tarixdən təyin edilmişdir. İddiaçının əmək pensiyası əməkhaqqına əsasən hesablanarkən orta aylıq əməkhaqqının 60 faizi miqdarında müəyyən edilmişdir. Belə ki, əmək pensiyasının sığorta hissəsi xx.xx.2006-cı il tarixinə 252,04 manat (6048,96:24) orta aylıq əməkhaqqına uyğun 126,23 manat (252,04x60%- 25,00 (baza hissə)=126,22 manat) hesablanaraq xx.xx.2009-cu il tarixinə indeksləşdirilərək 192,71 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15459,84 manat sığorta kapitalına uyğun 107,36 manat (15459,84:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2009-cu il tarixinə iddiaçıya 375,07 manat (192,71+107,36+75,00 (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 566,82 manat)) əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixinə 460,00 manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 819,93 manat) əmək pensiyası təyin edilərək ödənilmişdir. Araşdırma zamanı, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 169936,24 manat sığorta kapitalına uyğun Fondun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 169936,24 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 359 (64 il-40 il 1 ay=287 ay+(144 ay-72 ay)) aya bölünməklə (169936,24:359=473,36 manat) 566,82 manat qanuni əmək pensiyasının üzərinə əlavə edilərək 1040,18 manat (566,82+473,36) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1669,59 manat)) ödənilməli olduğu halda, düzgün olmayan 819,93 manat əmək pensiyası (819,93 manat) 1373,17 manata artırılmaqla (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 2197,98 manat)) iddiaçıya artıq pensiya məbləği ödənilmişdir. ...” Məhkəmə tərkibi cavabdeh inzibati orqan tərəfindən verilən apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd etmək lazımdır ki, inzibati orqan tərəfindən 2009-cu ildə edilən hesablamaların səhv olması iddia olunsa da, inzibati orqanın özünün illərlə səhvən ödəniş etməsi nəticəsində yaranan "artıq ödəmə" məsuliyyətini tamamilə pensiyaçının üzərinə qoymaq ədalət prinsipinə ziddir. İlkin pensiya təyinatında və sonrakı indeksləşdirmə/yenidən hesablamalarda səhvlərə yol verən inzibati orqanın özünün təqsiri ucbatından illər sonra pensiyanın azaldılması və artıq ödənilmiş məbləğin tutulması inzibati icraatın qanunçuluq prinsipi ilə bir araya sığmır. Pensiya sistemindəki səhvlər pensiyaçıların ziyanına aradan qaldırılmamalıdır. İşin halları onu deməyə əsas verir ki, cavabdeh illər sonra səhv hesablama apardığının fərqinə varıb. Belə ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli, 605 №-li qərarından müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-1/3-3-60694/2023 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2012-ci il tarixdən təyin olunmuş əmək pensiyası invertar (artıqvermə) bort bələdçisi uçuş heyətində nəzərdə tutulmadığı üçün yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 2197 manat, 98 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 1279 manat, 44 qəpik. Nəzərə alımaq lazımdır ki, iddiaçıya 2009-cu ildən pensiya təyin edilmişdir. İddiaçının pensiyanın təyin edilməsi barədə qərara etimad hüququ qanunla qorunur. Məhkəmə tərkibi 3-17-1/3-3-60694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərara münasibətdə qeyd etməyi zəruri hesab edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Hazırkı halda iddiaçı tərəfindən “bona fides” prinsipinin tələblərinə əməl edilməməsi müəyyən olunmur. Məhkəmə tərkibi, eyni zamanda qeyd edir ki, pensiya təminatını həyata keçirən inzibati orqan öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Belə ki, hər bir inzibati orqan (inzibati orqanın adından qərar qəbul edən vəzifəli şəxs) xidməti vəzifəsini yerinə yetirmək üçün zəruri səviyyədə hüquqi və administrativ biliklərə malik olmalıdır. Zəruri hüquqi biliklərə vəzifəli şəxsin qanunlar və digər normativ hüquqi, eləcə də normativ xarakterli aktlar, habelə yuxarı instansiya məhkəmələrinin təcrübəsi (qərarları) barədə bilikləri daxildir. İnzibati biliklərə isə yalnız dar mənada idarəçilik bilikləri deyil, müasir idarəçilik sistemi üçün xarakterik olan müvafiq biliklər toplusu aiddir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh illər sonra “səhv” etdiyinin fərqinə varmış və mübahisləndirilən qərarı qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlıdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın iddiaçının əmək pensiyasını məbləği (əmək pensiyasının hesablanma qaydasına münasibətdə) barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş hədlərdə qorunur. Bundan başqa, işdə olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-1/3-3- 62275/2023 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır (təyinat tarixinin yenidən hesablanması: 6 illik). Hazırki pensiya məbləği: 1279 manat, 44 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 1669 manat, 59 qəpik. İşdə olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, № 3-17-1/3-3-2937/2024 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır (təyinat tarixinin yenidən hesablanması – işdən çıxma + 6 illik - 3-17-1/3-3-62275/2023 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamı etibarsız hesab edilsin). Hazırki pensiya məbləği: 1856 manat, 58 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 2010 manat, 59 qəpik. Məhkəmə tərkibi xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2937/2024 nömrəli qərarının (xx.xx.2023-cü tarixli qərarın etibarsız hesab edildiyi hissə istisna olmaqla) ləğv edilməsinə münasabətdə qeyd edir ki, bu hissədə iddiaçının hüquqi marağı onun pensiyasının hüququ yarandığı tarixdən yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (72 ay) pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanmasına nail olmaqdan ibarətdir. Başqa sözlə, iddiaçı ona münasibətdə daha əlverişli vəziyyət yaradılmasını xahiş edir. Belə ki, mübahisələndirilən qərardan görünür ki, iddiaçının pensiyasının məbləğində artım olsa da (i.v.71), ancaq bu artım daha da çox ola bilərdi. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) deyil, daha artıq ay sayına (iddiaçıya münasibətdə 359 aya) bölünmüşdür. Bu hal isə pensiya məbləğinin daha da artıq hesablanmasına imkan verməmişdir. Təsadüfi deyildir ki, cavabdehin apellyasiya şikayətində qeyd olunmuşdur ki, “...Araşdırma zamanı, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 169936,24 manat sığorta kapitalına uyğun Fondun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 169936,24 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 359 (64 il-40 il 1 ay=287 ay+(144 ay-72 ay)) aya bölünməklə (169936,24:359=473,36 manat) 566,82 manat qanuni əmək pensiyasının üzərinə əlavə edilərək 1040,18 manat (566,82+473.36) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1669,59 manat)) ödənilməli olduğu halda, düzgün olmayan 819,93 manat əmək pensiyası (819,93 manat) 1373,17 manata artırılmaqla (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 2197,98 manat)) iddiaçıya artıq pensiya məbləği ödənilmişdir...”. Göründüyü kimi, cavabdehin mövqeyinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən həmin tarixdən əvvəlki dövr üçün pensiya təyin edilməsi və ya yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) deyil, daha artıq ay sayına (iddiaçıya münasibətdə 359 aya) bölünməlidir. Çünki Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsinə əsasən, Qanunun 9-cu maddəsinə görə, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən etibarən kişilərin pensiya yaşı 65 yaş təşkil edir. Bu o deməkdir ki, xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə pensiya təyin edilən şəxsin pensiya kapitalı o halda gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmadan həmin ayların sayına (72 aya) bölünür ki, şəxsin 65 yaşı tamam olsun. Digər hallarda isə pensiya kapitalı pensiyaya çıxma yaşı (məsələn, 60 yaş) ilə pensiya yaşı (65 yaş) arasındakı ayların sayı (məsələn, 5 il, yaxud 60 ay) arasında fərqin üzərinə gəlinən gözlənilən pensiya ödənişi müddəti aylarının sayından (72 ay) ibarət rəqəmə bölünür. xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddənin 2-ci cümləsi çıxarılmış və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinə əsasən, 1.11-ci maddə həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Bununla əlaqədar məhkəmə tərkibi qeyd edir ki, Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi əmək pensiyasının yenidən hesablanması halına deyil, əmək pensiyasının təyin olunması halına aid edilən müddəadır. Çünki həmin müddəada “əmək pensiyası yenidən hesablanan şəxs” anlayışından deyil, “əmək pensiyası təyin olunan şəxs” anlayışından istifadə edilmişdir ki, həmin anlayışlar fərqli mənaları ifadə edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında fərq qoyulmuş, əmək pensiyasının yenidən hesablanmasının ilk təyinatdan sonra həyata keçirilən pensiya hesablamalarını nəzərdə tutması barədə mövqe ifadə edilmişdir. Bu baxımdan Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsini xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə tətbiq edərək ərizəçinin pensiyasının yenidən hesablanması qanuni və əsaslı inzibati fəaliyyət hesab edilə bilməz. Bununla yanaşı, qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530- VİQD nömrəli Qanunun keçid müddəalarının 2.2-ci maddəsi ilə 1.11-ci maddənin həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına halına tətbiqinin istisna edilməsi həmin Qanun qüvvəyə minənək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması imkanını aradan qaldırmır. Çünki Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsi ilə çıxarılaraq pensiya hüququ olan şəxslərin hüquqi vəziyyəti yaxşılaşmışdır, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təsirini (normativ-hüquqi aktın retrospektiv tətbiqini) nəzərdə tutan qayda isə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmişdir. Normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edən “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.3-cü maddəsinə əsasən qanunla Azərbaycan Respublikasının Konstitusiyası ziddiyyət təşkil etdikdə, Konstitusiya tətbiq edilir. Bu baxımdan xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun Keçid müddəalarının 2.2-ci maddəsi Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ilə ziddiyyət təşkil etdiyindən Konstitusiya tətbiq edilməli və 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Bununla yanaşı, həmin “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmçinin, qeyd edilən Konstitusiya Qanunun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Normativ hüquqi aktların qüvvədə olması ilə bağlı qaydalar “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə tənzim edildiyindən və həmin Konstitusiya Qanunu xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunla bərabər hüquqi qüvvəyə malik olsa da, hüquqi aktların qüvvəsi münasibətində sahəvi akt hesab edildiyindən 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin geriyə təsiri (Qanun qüvvəyə minənədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması halına münasibətdə tətbiqi) baxımından “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 87.2-ci maddəsi əsas götürülməli və həmin müddəaya uyğun olaraq 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Belə olan halda isə pensiya kapitalının yalnız gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) bölünərək əmək pensiyasının hesablanması qaydası xx.xx.2022ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli 2-1(112)-5868/2025 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-60694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı və 3-17-1/3-3-2937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı (xx.xx.2023-cü tarixli qərarın etibarsız hesab edildiyi hissə istisna olmaqla) ləğv edilsin. İddiaçı əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən hüququn yarandığı vaxtdan yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar