Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3157/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X10 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9715/2023 saylı 22 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1983xx.xx.1988-ci illərdə Azərbaycan mühəndis inşaat institutunda Tətbiqi geologiya ixtisası üzrə təhsil almışdır. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1979-xx.xx.1980-ci illərdə “Azselstroy” trestində fəhlə işləmişdir (10 ay 7 gün). 6.09.1982-xx.xx.1983-cü illərdə SMU “Bərdəmeliovodostroy”da fəhlə işləmişdir (11 ay 24 gün). xx.xx.1984- xx.xx.1987-ci illərdə 26 Bakı komissarı adına MİK-4 usta kimi işləmişdir (2 il 1 ay 16 gün). xx.xx.1988xx.xx.1991-ci illərdə Azərbaycanaerogeodeziya istehsalat birliyi SSRİ Nazirlər soveti yanında GKBİ “Azərbaycanaerogeodeziya” 321 saylı OKЭ-yə gənc mütəxəssislərin şəxsi sərəncamı ilə çöl işləri üzrə mühəndis işləmişdir (2 il, 4 ay, 26 gün). xx.xx.1991xx.xx.2001-ci illərdə Lənbürosunun müdiri işləmişdir (10 il 10 ay) xx.xx.2002-xx.xx.2002- ci illərdə Azərbaycan Respublikası Dövlət Geodeziya və xəritəçəkmə Komitəsi X3 Geodeziya və Kartoqrafiya fondunun rəisi vəzifəsində işləmişdir (9 ay, 11 gün). xx.xx.2002xx.xx.2003-cü illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xəritəçəkmə şöbəsinin rəisi işləmişdir (10 ay 23 gün). xx.xx.2003-xx.xx.2003-cü illərdə Topoqrafiya, Geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini-xəritəçəkmə sektorunun müdiri işləmişdir (2 ay). xx.xx.2003-xx.xx.2009-cu illərdə Topoqrafiya sektorunun müdiri, topoqrafiya geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini işləmişdir (5 il, 2 ay, 2 gün). xx.xx.2009-xx.xx.2015-ci illərdə Topoqrafiya, geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini- topogeodeziya sektorunun müdiri işləmişdir (6 il 10 ay 29 gün). xx.xx.2015-xx.xx.2015-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının Yerquruluşu, torpaqların monitorinqi və geodeziya şöbəsinin aparıcı məsləhətçisi işləmişdir (4 ay 25 gün) xx.xx.2015-xx.xx.2019-cu illərdə Yeni struktura uyğun olaraq X4 tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin aparıcı məsləhətçisi işləmişdir. (3 il 10 ay 21 gün). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, o, 1988-2001-ci illər ərzində 877 çöl iş günü işləmişdir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 10 gün (xx.xx.1984-xx.xx.1987-ci il və 1988-2001-ci il tarixləri arasındakı dövr ərzində 877 gün çöl işlərində işlədiyiniz dövr (3 il 5 ay 25 gün) dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2018-ci il tarixdən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 42 il təşkil edir. X1 əldə edilmiş bir sıra arxiv sənədlərindən də görünür ki, o, zərərli peşə sahəsində çöl işlərində fəaliyyət göstərmişdir. Keçmiş SSRİ Nazirlər Sovetinin nəzdində olan Baş Geodeziya və Kartoqrafıya İdarəsinin “Azərbaycanaerogeodeziya" İstehsalat Birliyinin 321 nömrəli X2 mart 1989-cu il tarixli, 28-K nömrəli, iyul 1989-cu il tarixli 69-K nömrəli, aprel 1990-cı il tarixli 24-K nömrəli, mart 1991-ci il tarixli 18-K nömrəli, istehsalat əmrində çöl işlərində işləyən işçi heyətinin siyahısında onun da adı qeyd olunmuşdur. xx.xx.1992- ci il tarixli 3-K nömrəli əmrlə X6 Büro rəhbəri təyin olunmuşdur. xx.xx.2001-ci il tarixədək həmin vəzifədə işləmişdir. Göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə ümumi iş stajı 15 il 04 ay təşkil edir ki, bunun da 13 il 02 ayı geodeziyatopoqrafiya mühəndisi ixtisasına aiddir. İşlədiyi dövr ərzində Azərbaycan Respublikasının Salyan, Biləsuvar, Cəlilabad, Göytəpə, Masallı, Yardımlı, Lənkəran, Liman, Lerik, Astara və digər rayonları ilə bərabər, Dağıstan MR-da “Sulak Hidro" Elektrik Stansiyasının, Astarxan-İlinkada, Kalmıkiya, Astarxan- Stavropol-Qamışburun 355 kilometrlik qaz kəmərinin çəkilişi ilə əlaqədar topoqrafiya və geodeziya mühəndisi kimi işləmişdir. Eyni zamanda Astarxan, Volqoqrad, Qurev vilayətlərində və Qazaxıstan SSR ərazisində topoqrafıya və geodeziya işlərinin aparılması ilə əlaqədar müxtəlif vaxtlarda işləmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci il tarixli 460 saylı Fərmanına əsasən Dövlət Geodeziya və Kartoqrafıya Komitəsi və Dövlət Torpaq Komitəsi ləğv edilərək onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2001-ci il tarixli 52 nömrəli əmri ilə Lənkəran Geodeziya Bürosu da ləğv edilmiş və Lənkəran Geodeziya Bürosuna aid maliyyə sənədləri, əməkdaşların şəxsi işləri və digər sənədlər saxlanılması üçün həmin dövrdə yaradılmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsinə təhvil verilmişdir. X3 və Bakı Kartoqrafiya Fabrikinin birləşmə yolu ilə yenidən təşkili ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 yanvar 2019-cu il tarixli 4/214-01-09 nömrəli müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 12 fevral 2019-cu il tarixli 29 nömrəli sərəncamı ilə “Geodeziya və Kartoqrafıya" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsini təsdiq etmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 1.3-cü bəndinin tələbinə görə, geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıya-geodeziya, geofizika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçiləri güzəştli yaşa görə pensiyaya çıxa bilərlər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasına çıxmağı ilə əlaqədar “Geodeziya və Kartoqrafıya" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək 1988-2001-ci illərə dair (çöl işlərinə görə) müvafiq arayış verilməsini xahiş etmişdir. Lakin həmin idarə tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 281İ-029 nömrəli arayışda çöl iş stajı düzgün göstərilməmişdir. Bu səbəbdən də cavabdeh Filial tərəfindən 16 mart 2022-ci il tarixli **********9 saylı və 22 dekabr 2022-ci il tarixli **********0 saylı məktubları ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 25 gün (xx.xx.1984-xx.xx.1987ci il tarixləri arasındakı dövr və 1988-2001-ci illər ərzində 877 gün (3 il 5 ay 25 gün) çöl işlərində işlədiyi dövr)) təşkil edir. İddiaçının 1992-ci il tarixdən 2001- ci il tarixədək olan iş stajı onun ümumi iş stajı kimi qəbul edilərək sosial sığorta stajına əlavə edilmişdir. İşin mübahisəli tərəfi isə bu stajın yalnız 877 gününün çöl iş stajı kimi müəyyən edilərək güzəştli iş stajına əlavə edilməsi olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən ərizəçiyə verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən iddiaçının həmin müəssisədə çöl iş günlərinin 877 gün təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan güzəştli sosial sığorta stajı tamamlanmadığına görə ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9715/2023 saylı 22 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 10 gün (xx.xx.1984-xx.xx.1987-ci il tarixləri arasındakı dövr və 1988- 2001-ci illər ərzində 877 gün (3 il 5 ay 25 gün) çöl işlərində işlədiyi dövr)) təşkil edir. İddiaçının 1992-ci il tarixdən 2001ci il tarixədək olan iş stajı onun ümumi iş stajı kimi qəbul edilərək sosial sığorta stajına əlavə edilmişdir. İşin mübahisəli tərəfi isə bu stajın yalnız 877 gününün çöl iş stajı kimi müəyyən edilərək güzəştli iş stajına əlavə edilməsi olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən ərizəçiyə verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həmin müəssisədə çöl iş günlərinin 877 gün təşkil etdiyi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı iddiası təmin olunmamalıdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-662/2024 saylı 26 yanvar 2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1461/2024 saylı 13 iyun 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-662/2024 nömrəli 26 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Əlavə olaraq qeyd olunur ki, hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. O, 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun güzəştli iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq və onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğu üçün onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil haqqında sənədini, əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İşdə olan iddiaçıya məxsus təhsil alması barədə diplomdan görünür ki, iddiaçı xx.xx.1983-xx.xx.1988-ci il tarixlərdə Azərbaycan mühəndis inşaat institutunda Tətbiqi geologiya ixtisası üzrə təhsil almışdır. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, xx.xx.1980-xx.xx.1982-ci tarixlərdə hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi iş stajı vardır. Hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi deyil, güzəştli iş stajının yetərli olduğunu mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1.3 bəndində “Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, o, 1988-2001-ci illər ərzində 877 çöl iş günü işləmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının çöl işləri üzrə mühəndis vəzifəsinin (Azərbaycanaerogeodeziya istehsalat birliyi) həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.3-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya. meşə quruluşu və axtarış işlərində çalışan işçilər) uyğun olduğu və iddiaçının tutduğu vəzifənin adının Lənkəran Geodeziya Bürosunun rəisi olsa da, əslində həmin vəzifədə çöl işləri üzrə ekspedisiyasının rəhbəri vəzifəsi üzrə öhdəliklər nəzərdə tutulduğu bildirilmişdir. İlkin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajının yetərli olmadığı qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsinin iş üzrə hüquqi mövqeyi fərqli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1461/2024 saylı 13 iyun 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 1.3-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya geodeziya, geofizika, hidroqrafiya. meşə quruluşu və axtarış işlərində çalışan işçilər) uyğun olması müəyyən olunur. Adıçəkilən qərarda sözügedən məsələ ilə bağlı “saat” anlayışının tətbiq edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır.” İşin təkrar apellyasiya baxışı zamanı mübahisəli məsələyə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinə sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Agentliyin 3-14-28/2-090/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, vətəndaşa təqdim edilən işlədiyi vəzifələr üzrə arayış əmək kitabçasına, çöl işlərinə görə arayış isə əmək haqqının hesablanması cədvəllərində qeyd edilən müvafiq çöl günləri ödənişlərinə əsasən tərtib edilmişdir. Bununla da məhkəmə kollegiyası xx.xx.2006-cı il tarixədək əmək kitabçasının iş stajının hesablanması üçün əsas sənəd olmasını, əmək kitabçasındakı qeydlərin hazırki işdə cavabdeh qurum tərəfindən mübahisələndirilmədiyini və iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi peşələrin zərərli olub ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün əsas olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 1.3-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya geodeziya, geofizika, hidroqrafiya. meşə quruluşu və axtarış işlərində çalışan işçilər) uyğun gəldiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını cavabdeh qurumdan tələb etməkdə haqlı olmuşdur. Beləliklə, iddiaçının güzəştli iş stajı xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrü əhatə etməklə, 13 il 02 ay 24 gün təşkil etdiyindən və həmin staj işəgötürən müəssisələrin müvafiq güzəştli arayışları ilə təsdiq olunduğu üçün həmin stajın cavabdeh tərəfindən qəbul edilməməsi iddiaçının sosial təminat hüququnun pozulması kimi qiymətləndirilir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9715/2023 saylı 22 sentyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9715/2023 saylı 22 sentyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X13 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3157/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3157/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver