Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3159/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9690/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2019cu il tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiа tələbi təmin edilmiş İddiaçı xx.xx.2019-cu il tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9690/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli “Məhkəmə qərarının icrası haqqında” məktubda qeyd etmişdir ki, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində İddiaçı qüvvədə olan etibarlı əlillik dərəcəsi mövcud deyildir. Bu səbəbdən İddiaçı iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9690/2024 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdən etibarən iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi barədə Mərkəzi Filalın üzərinə qoyulmuş öhdəliyin tərəflərindən icrası mümkün olmamışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-7198/2024 nömrəli qərarına əsasən İddiaçı əlillik təyinatı barədə qərar ləğv edilərək xx.xx.2019-cu il tarixindən “Diaqnoz öz təsdiqini tapmadı” qərarı qəbul edilmişdir. Beləliklə, əlilliyin ləğv edilməsi barədə qərar 2024-cü ildə qəbul edilsə də, diaqnozun öz təsdiqini tapmaması 2019-cu ildən hesablandığı üçün adıçəkilən şəxsin əmək pensiyasının ödənişinin 2019- 2024-cü illər üzrə bərpa edilməsi mümkün hesab edilmir. Sözügedən iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(103)-447/2025 nömrəli qərarından məlum olur ki, hazırda İ.X7-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsinə dair Bakı İnzibati Məhkəməsində (iş № 2-1(112)-5576/2025) baxılan iddiası vardır. Qeyd edilən (əlilliyin bərpasına dair) məhkəmə icraatı yekunlaşdıqdan sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 9690/2024 nömrəli qərarının icrasına tərəflərindən yenidən baxılacaqdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9690/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 1000 (bir min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9690/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9690/2024 nömrəli qərarı ilə təmin edilmiş və xx.xx.2019-cu il tarixindən etibarən əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi öhdəliyi cavabdeh Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(103)-447/2025 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 7198/2024 nömrəli qərarına əsasən İddiaçı əlillik təyinatı barədə qərar ləğv edilərək xx.xx.2019-cu il tarixindən “Diaqnoz öz təsdiqini tapmadı” qərarı qəbul edilmişdir. Beləliklə, əlilliyin ləğv edilməsi barədə qərar 2024-cü ildə qəbul edilsə də, diaqnozun öz təsdiqini tapmaması 2019-cu ildən hesablandığı üçün İddiaçı şəxsin əmək pensiyasının ödənişinin 2019-2024-cü illər üzrə bərpa edilməsi mümkün hesab edilməmişdir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 2-ci və 3-cü bəndlərindən görünür ki, həmin Nizamnamənin 2.1.4-cü maddəsinə əsasən strukturuna daxil olan tibbisosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Agentliyin fəaliyyət istiqaməti, 3.1.2-ci, 3.1.3-cü, 3.2.5-ci maddələrinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X3 tərtib etmək və onun icrasına nəzarət etmək, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək və s. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələridir. Belə ki, əlilliklə bağlı müvafiq qərarın qəbul edilməsi, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməsi və qüvvədə olan əlillik olmadan şəxsə əlilliyə görə əmək pensiyasının bərpa edilərək ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının səlahiyyətində olmadığından sözügedən qərarın icra edilməməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və Mərkəzi Filial tərəfindən qərəzli şəkildə icra edilmədiyi kimi təfsir oluna bilməz. Hazırda İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində “qərarın ləğvi və əlilliyin bərpa edilməsi” tələbinə dair 2-1(112)-5576/2025 nömrəli inzibati iş vardır. İnzibati Prosessual Məcəllənin 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Belə ki, X6 əldə edilən məlumata görə İddiaçı dair qüvvədə olan əlillik aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı tərəfindən qeyd olunan halları nəzərə alaraq İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5576/2025 nömrəli qərarı qanuni qüvvəyə minənədək dayandırılması barədə şifahi qaydada vəsatət verilsə də təmin edilməmişdir. Lakin birinci instansiya məhkəməsi Mərkəzi Filialının cərimə edilməsi barədə qərardad qəbul edərkən yuxarıda göstərilən xüsusatları nəzərə almamış, işin mahiyyətinə tam qiymət verməmiş və məhkəmə qərarının tam şəkildə icra edilməməsində inzibati orqanın təqsiri olub-olmaması halına qiymət verməyərək inzibati orqanı cərimə etmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-9690/2024 nömrəli qərardadı ilə cavabdeh Mərkəzi Filialı 1000 manat məbləğində cərimə edilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yerləşdirilmiş vəsatəti müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2024 nömrəli, 05 avqust 2024cü il tarixli qərarı tam və düzgün formada icra olunduğundan, həmin məhkəmənin 2- 1(112)-9690/2024 nömrəli, 11 iyun 2025-ci il tarixli qərardadının ləğv edilməsini və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9690/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9690/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiа tələbi təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə cavabdeh orqana göndərilmişdir, icraya yönəldiyi tarixdən bu günə kimi icrası təmin edilməmiş və səbəbləri əsaslandırılmamışdır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-7198/2024 nömrəli qərarına əsasən İddiaçı əlillik təyinatı barədə qərar ləğv edilərək xx.xx.2019-cu il tarixindən “Diaqnoz öz təsdiqini tapmadı” qərarı qəbul edilmişdir. Həmin qərar hal-hazırda İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində “qərarın ləğvi və əlilliyin bərpa edilməsi” tələbinə dair 2-1(112)- 5576/2025 nömrəli inzibati iş vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təyin edilmiş əliliyin ləğv edilməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-7198/2024 nömrəli qərarı hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9690/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qəbul edildikdən sonra verilmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında iddiaçının əlillik təyinatı ilə bağlı məsələyə hüquqi qiymət verilmişdir. Qərarda qeyd edilir ki, “...nəzərə almaq lazımdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlillik vəziyyəti Xocasən Sağlamlıq Mərkəzinin 2740003AABYV nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində ilkin olaraq qiymətləndirilmiş, ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır və iddiaçıya aid əlillik altsistemindən çıxarışdan isə görünür ki, iddiaçının əlilliyinin ləğv edilmə tarixi xx.xx.2024-cü ildir. Əlavə olaraq qeyd olunur ki, iddiaçı onun əlilliyinin ləğvinə dair qərarı mübahisələndirmiş və hazırda həmin mübahisə üzrə inzibati işə Bakı İnzibati Məhkəməsində baxılmaqdadır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır”. İşin hallarından müəyyən edildiyi kimi, iddiaçıya əlillik 2019-cu ildə təyin edilmiş, 2024-cü ildə ləğv edilmişdir. Hazırda cavabdeh inzibati orqan tərəfindən 2019-cu ildən 2024-cü ilə kimi əlilliklə bağlı pensiya ödənişlərini həyata keçirilməlidir. İddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-7198/2024 nömrəli qərarı mübahisələndirilmiş, əgər qərarının qanuniliyini təsdiqini taparsa bu qərar 2024-cü ildən sonrakı dövrə şamil edilə bilər. Hazırki halda belə başa düşülür ki, cavabdeh inzibati orqan tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı uzun müddətdir ki, qanunsuz olaraq icra edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarının icra olunduğuna görə həmin məhkəmənin 2-1(112)-9690/2024 nömrəli, 11 iyun 2025-ci il tarixli qərardadının ləğv edilməsi və icraata xitam verilməsi barədə cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatətə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vəsatətə əlavə olunmuş sənədlərdən göründüyü kimi məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixdə (yəni hazırki iş artıq Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu vaxt) icra olunmuş, bu da birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğvi üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 118-ci maddəsinə əsasən icranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Vİİİ fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 33.4, 40, 70, 71 və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrası zamanı icra orqanı qismində çıxış edən hakim və ya məhkəmə əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək kifayət qədər müddət təyin etməklə könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Bu müddət ən azı 10 (on) gün olmalıdır, lakin məhkəmə icra ilə bağlı həyata keçirilməli olan hərəkətlərin xüsusiyyətlərini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə almaqla və ağlabatan müddətləri keçməməklə daha uzun müddət də müəyyən edə bilər. Xəbərdarlıq yazılı formada olmalı, orada könüllü icra təmin edilmədikdə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumatlandırma və tətbiqi əsasları göstərilməli, eyni zamanda, qanunla müəyyən edilmiş qaydada borcluya təqdim olunmalıdır. Həmin qərara əsasən məhkəmələr nəzərə almalıdır ki, borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarı könüllü qaydada icra olunmadıqda tətbiq edilməsi mümkün olan məcburi icra tədbirlərinin dəqiq siyahısı “İnzibati icraat haqqında” Qanunun 83.3-cü maddəsində müəyyən edilmişdir. Onlar üç növ tədbirdən – məhkəmə qərarı ilə nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi, cərimə və bilavasitə məcburetmədən ibarətdir. Odur ki, məhkəmə qaydasında icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri də yalnız sözügedən üç növdən biri ola bilər. Məhkəmələr həmin tədbirləri tətbiq edərkən “İnzibati icraat haqqında” Qanunun 84, 85 və 86-cı maddələrinin tələblərini nəzərə almalıdır. İPM-in 118.4-cü maddəsi icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirlərinin yalnız hakim tərəfindən müəyyən edilə biləcəyini təsbit edir. İcra orqanı qismində çıxış edən hakim və ya məhkəmə belə tədbirləri müvafiq qərardad çıxarmaqla tətbiq etməlidir. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrasını təmin etmək üçün qərarı çıxarmış məhkəmə tərəfindən icra vərəqəsi verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də, məhkəmələr bu kateqoriya işlərin icrası ilə bağlı icra vərəqəsini icraya yönəltməklə müvafiq icra qurumuna göndərməyə dair hərəkətlər etməməlidir. Bu qəbildən olan işlərin icrası ilə bağlı məhkəmə tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə dair müvafiq qərardad çıxarılmalı, ehtiyac yarandıqda isə ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq inzibati orqan və ya icra məmuru icraata cəlb edilməli, onların malik olduğu qanuni imkanlardan icranın təmin edilməsi üçün istifadə olunmalıdır. Bu zaman məhkəmə öz qərardadında belə cəlb etmənin zəruriliyini əsaslandırmalı, eləcə də hər hansı inzibati orqanın və ya icra məmurunun icra ilə bağlı yerinə yetirməli olduğu hərəkətləri konkret müəyyən etməlidir. Öz növbəsində, həmin orqanlar da daha sonra icranın lazımi qaydada baş tutması məsələsinə aydınlıq gətirilməsi üçün onların üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı məhkəməyə görülmüş işlər barədə məlumat təqdim etməlidir. Belə məlumatın verilməsi İPM-in 118.5-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin normaya görə hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1000 (min) manat məbləğində cərimə edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olduğundan Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9690/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(112)-9690/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3159/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3159/2025
23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver