Məhkəmə qərarları › İş №2-1(103)-316/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-316/2021

12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-316/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, X1 cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı yaşayış yeri üzrə arayışın verilməsi və mənəvi ziyana görə pulun tutulması barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-2454/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Xətai rayonu MKTB-nin 2 saylı MKİS-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon MKTB-nin 2 saylı MKİS hərəkətsizliyinin qanunsuz hesab edilməsi, qeydiyyatsız yaşadığı ünvan 1 ünvana arayışın verilməsinin Bakı şəhəri Xətai rayon MKTBnin 2 saylı MKİS-nə öhdəliyin qoyulması və cavabdehlərdən ona vurulmuş mənəvi ziyana görə 15000 (on beş) min manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2454/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim P.Hüseynov). Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, onun mümkün sayılmaması nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-2454/2020 saylı qərardadı xx.xx.2020-ci il tarixli məktubla tərəflərə göndərilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və qərardadın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən apellyasiya şikayətinin geri götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş apellyasiya şikayəti geri qaytarılmış və apellyasiya şikayətinin geri götürülməsi ilə əlaqədar şikayətlə bağlı icraata xitam verilmişdir. X2, cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2 saylı Mənzil Kommunal İstismar Sahəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apelyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2454/2020 saylı qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 2454/2020 saylı qərardadından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar