Məhkəmə qərarları › İş №2-1(103)-316/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-316/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-316/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1934/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 64 yaş 6 ayı yaşı tamam olduğuna görə xx.xx.2020-ci il tarixindən hesablanaraq əmək pensiyasını təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2021-ci il tarixdən 65 yaşının tamam olduğuna görə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1934/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: F.Mədətli) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarla İddiaçı müvafiq dövrlər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yarandığı üçün 4624.59 manat fərq məbləği yaranmışdır. xx.xx.2023-cü il tarixli sərəncama əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2021-xx.xx.2022) ödənilmiş 2776.45 manat sosial müavinət əmək pensiyası ödənişindən nəzərə alınmaqla qalan yaranmış fərq məbləği xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 264.11 manat olmaqla aylıq pensiya məbləğinə əlavə edilməklə ödəniləcəkdir. Nəticə etibarilə hesab edirlər ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 ərizəni müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarın surətindən görünür ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası bərpa edildiyindən və pensiyanın ödənişi ilə bağlı tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraata xitam verildiyi üçün cavabdehin apellyasiya şikayəti araşdırılmamalı və ona münasibət bildirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar