Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-316/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı və X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9296/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən, istifadələrində olan qeyri-yaşayış binasına aid 0,068060 ha torpaq sahəsində inşa edilən əlavə tikililərin mövcud vəziyyətdə adlarına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (hazırda DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən ünvan 5 (yarımçıq tikili) ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,9 kv.metr qeyd olunmaqla, buna uyğun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-9296/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 5 (yarımçıq tikili) ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,9 kv.metr qeyd olunmaqla, buna uyğun iddiaçıların xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, X6 münasibətdə iddianın mümkün sayılmamasını, digər hissədə isə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı və X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən, istifadələrində olan qeyri-yaşayış binasına aid 0,068060 ha torpaq sahəsində inşa edilən əlavə tikililərin mövcud vəziyyətdə adlarına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən ünvan 5 (yarımçıq tikili) ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyriyaşayış binası) dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı və ½ hissədə X5 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,9 kv. metr qeyd olunmaqla, buna uyğun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ünvan 5 (yarımçıq tikili) ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı və ½ hissədə X5 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,9 kv. m qeyd olunmaqla, buna uyğun iddiaçıların xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmalıdır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etsə də, X12 müvafiq tələblə bağlı cavabdehə müraciət etməmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, qeyd olunan tikiliyə bitişik tikintialtı sahəsi 217,5 kv.m olan əlavə qeyri-yaşayış binası tikilmişdir. Həmçinin torpaq sahəsi üzərində əlavə olaraq tikintialtı sahəsi 118,4 kv.m olan xidmət binası inşa olunmuşdur. Əlavə inşa olunmuş sahələrə və yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı və X7 iddia tələbini təmin etmişdir. Bu səbəbdən də həmin məhkəmə tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərar ləğv olunmalı, X8 münasibətdə iddia mümkün sayılmamalı, digər hissədə isə iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-573/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9296/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1361/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, öncədən qeydiyyatdan keçmiş qeyriyaşayış binasının (yarımçıq tikili) faktiki olaraq inşası başa çatmışdır və tikiliyə bitişik tikintialtı sahəsi 217,5 kv.m olan əlavə qeyri-yaşayış binası tikilmişdir. Həmçinin torpaq sahəsi üzərində əlavə olaraq tikintialtı sahəsi 118,4 kv.m olan xidmət binası inşa olunmuşdur. Qeyri-yaşayış binasının faktiki vəziyyətinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə Əmlak Xidmətləri Məkanına müraciət olunduğu təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən (elektron) görünür ki, ünvan 1 (yarımçıq tikili) ünvanında yerləşən qeyri-yaşayış binasına (daşınmaz əmlakın ümumi sahəsi 0,0010 kv.m) xüsusi mülkiyyət hüququ paylı mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə 1/2 hissə ********** qeydiyyat nömrəsi ilə İddiaçı, 1/2 hissə ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində **********09-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin ölçüsü 0,068060 ha, mülkiyyət növü Dövlət, hüququn növü İstifadə, kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən qeyri-yaşayış binasının DƏK-nin xx.xx.1998-ci il tarixli 91102 saylı şəhadətnaməsi əsasında Azərbaycan Repsublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə X9 adına texniki pasportu tərtib edilmişdir. Texniki pasporta əsasən qeyri-yaşayış binası iki mərtəbəlidir, 1998-ci ildə “A” (kafe, şadlıq evi) və “B” (ofis) tikililərindən ibarət olmaqla, tikinti altı sahəsi 680,6 kv.metr təşkil edən torpaq sahəsində inşa edilmişdir. Kafe, şadlıq evi 680,60 kv.m, ofis 75,9 kv.m-dir. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, ünvan 1 (yarımçıq tikili) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir, qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının (yarımçıq tikili) faktiki inşası başa çatmış, tikiliyə bitişik 217,5 kv.metr əlavə sahələr tikilmiş və faktiki şadlıq sarayı kimi istifadə olunur. Arxiv texniki pasportunda “A” və “B” tikililəri qeyd olunmuşdur. Əlavə olaraq 118,4 kv.metr xidmət binası inşa olunmuşdur. Qeyd olunan tikililər qeydiyyatdan keçməmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən (elektron) görünür ki, ünvan 1 (yarımçıq tikili) ünvanında yerləşən qeyri-yaşayış binasına (daşınmaz əmlakın ümumi sahəsi “-“) xüsusi mülkiyyət hüququ paylı mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə 1/2 hissə ********** qeydiyyat nömrəsi ilə İddiaçı, 1/2 hissə ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində **********09-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin ölçüsü 0,0681 ha, mülkiyyət növü Dövlət, hüququn növü İstifadə, kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 ona məxsus olan ünvan 1 (yarımçıq tikili) ünvanında yerləşən qeyri-yaşayış binasını 1/2 hissə İddiaçı, 1/2 hissə X1. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2167 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış binasının faktiki vəziyyətdə ümumi sahəsinin 978.8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 26 oktyabr 1999-cu il tarixli texniki pasportda göstərilən sahədən 175.5 kv.metr (978.8 kv.m - 803.3 kv.m) artıq olduğu müəyyən edilmişdir. X14 ilə İddiaçı və X15iu arasında imzalanmış xx.xx.2021-cİ il tarixli alqı-satqı müqaviləsində tədqiq olunan qeyri-yaşayış binasının texniki parametrləri, ölçüləri, eləcə də ümumi sahəsi göstərilmədiyindən, müqavilə imzalanan tarixdə qeyri-yaşayış binasının faktiki vəziyyəti ilə xx.xx.1999-cu ildə tərtib edilmiş texniki pasportda göstərilmiş, eləcə də hazırki vəziyyəti arasında fərq olubolmadığının müəyyən edilməsinə dair tədqiqat aparılmadı. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 (yarımçıq tikili) ünvanında yerləşən qeyri-yaşayış binasına xüsusi mülkiyyət hüququ paylı mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə 1/2 hissə ********** qeydiyyat nömrəsi ilə İddiaçı, 1/2 hissə ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində **********09-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin çıxarışda torpağın sahəsi 0,068060 ha, daşınmaz əmlakın ümumi sahəsi 0,0010 kv.m olaraq qeyd olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən qeyri-yaşayış binasının DƏK-nin xx.xx.1998-ci il tarixli 91102 saylı şəhadətnaməsi əsasında Azərbaycan Repsublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə texniki pasportu tərtib edilmişdir. Texniki pasporta əsasən qeyri-yaşayış binası iki mərtəbəlidir, 1998-ci ildə “A” (kafe, şadlıq evi) və “B” (ofis) tikililərindən ibarət olmaqla, tikinti altı sahəsi 680,6 kv.metr təşkil edən torpaq sahəsində inşa edilmişdir. Kafe, şadlıq evi 680,60 kv.m, ofis 75,9 kv.m-dir. Həmin texniki pasport cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində də saxlanılır və təsdiq edilmiş surəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. Hazırda iddiaçılar onların hüquqmüəyyənedici sənədləri ilə adlarına tərtib edilmiş çıxarışlar arasında uyğunsuzluq olduğundan qanuni əsaslarla mülkiyyətlərində olan ünvan 5 (yarımçıq tikili), ünvanında 0,068060 ha torpaq sahəsində inşa edilmiş və DƏK-nin xx.xx.1998-ci il tarixli 91102 saylı şəhadətnaməsi əsasında 26 oktyabr 1999-cu il tarixdə tərtib olunmuş texniki pasportda əks olunmuş daşınmaz əmlakın (qeyri-yaşayış binası) faktiki inşasını başa çatdırdıqdan sonra, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqları üzrə Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,6 kv.metr qeyd olunmaqla, düzəliş edilməsini tələb edirlər. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, X12 müvafiq tələblə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Bu dəlilə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Məcəllənin 213-cü maddəsinə əsaslanaraq qeyd etmişdir ki, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində bütün mülkiyyətçilərin xeyrinə üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Mübahisələndirilən əmlak da iddiaçıların paylı mülkiyyətində olduğundan, cavabdehin iddiaçılardan birinin orqana ilkin müraciəti olduğu halda. digər iddiaçının öz adından ayrıca müraciətinin olmamasına dair dəlili əsassızdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1361/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq həmin tikili ilə əlaqədar müvafiq sənədlərin təqdim edilməsi üçün cavabdehə məhkəmə sorğusu verilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla arxiv qovluğunda saxlanılan sənədlər, o cümlədən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən qeyri-yaşayış binasının DƏK-nin xx.xx.1998-ci il tarixli 91102 saylı şəhadətnaməsi əsasında Azərbaycan Repsublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş texniki pasportunun arxivdə saxlanılan nüsxəsi məhkəməyə təqdim edilmişdir. Həmin texniki pasportda qeyri-yaşayış sahəsinə aid olan bütün tikililər, ayrı-ayrılıqda hər birinin sahəsi və təsviri (sxemi) göstərilmişdir. Texniki pasporta əsasən qeyri-yaşayış binası iki mərtəbəlidir, 1998-ci ildə “A” (kafe, şadlıq evi) və “B” (ofis) tikililərindən ibarət olmaqla, tikinti altı sahəsi 680,6 kv.metr təşkil edən torpaq sahəsində inşa edilmişdir, kafe, şadlıq evi 680,60 kv.m, ofis 75,9 kv.m-dir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2167 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyekti olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasına ekspert tərəfindən baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmışdır. Baxış zamanı tədqiq olunan ərazidə iki ədəd ikimərtəbəli və bir ədəd bir mərtəbəli qeyri-yaşayış binasının olduğu, əhənglənmiş mişar daşından inşa edildiyi müşahidə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 26 oktyabr 1999-cu il tarixli texniki pasportda həmin qeyri-yaşayış binasının «A» və «B» literli tikililərdən ibarət olmaqla ümumi sahəsinin 803.3 kv.m təşkil etdiyi göstərilmişdir, «A» literli tikili üzrə 702.5 kv.m, «B» literli tikili üzrə 51.9 kv.m, ikinci mərtəbə üzrə 48.9 kv.m-dir. Ekspertə təqdim edilmiş tikili - «A» literli tikili üzrə 758.6 kv.m, «B» literli tikili üzrə 61.0 kv.m, ikinci mərtəbə üzrə 48.8 kv.m-dir. Texnkii pasportda öz əksini tapmayan tikili üzrə 110.4 kv.m-dir. Tədqiqatın nəticəsinə əsasən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının faktiki vəziyyətdə ümumi sahəsi 978.8 kv.metr təşkil edir, tədqiq olunan qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 26 oktyabr 1999-cu il tarixli texniki pasportda göstərilən sahədən 175.5 kv.metr (978.8 kv.m - 803.3 kv.m) artıq olduğu müəyyən edilmişdir. Cavabdeh orqanın mübahisəli sahədə əlavə tikililərin inşa edilməsi ilə bağlı mövqeyinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdehin mövqeyini əsaslandırdığı hallar hazırki mübahisə üzrə baxış predmeti olmamaqla, iddiaçının iddia tələbi ilə əhatə olunmamışdır. Belə ki, iddiaçı hər hansı əlavə və ya yeni tikiliyə hüquqların qeydiyyata alınmasını deyil, paylı mülkiyyətlərində olan ünvan 1 (yarımçıq tikili) ünvanında yerləşən, 0,068060 ha torpaq sahəsində inşa edilmiş daşınmaz əmlakın sahəsinə dair qeydiyyata düzəliş edilməsini tələb edir. Beləliklə, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9296/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-316/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-316/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver