Məhkəmə qərarları › İş №2-1(103)-3161/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3161/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3161/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1971/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini əsaslandırmışdır ki, ona aid ******* saylı hərbi biletin 7-ci səhifəsinin 14-cü bəndindən görünür ki, iddiaçı xx.xx.N0N0-ci il tarixindən etibarən N saylı Hərbi hissədə döyüşlərə cəlb edilmiş və Fizuli, Xocavənd rayonları uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Hətta, hərbi biletində qeyd edilməsə belə, Cəbrayıl rayonu, Şuşa şəhəri, Laçın rayonu uğrunda gedən döyüşlərdə də iştirak etmiş, Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirakına görə, ona Azərbaycan Respublikasının Prezidentinin N0N1-ci il N4 iyun tarixli, N713 nömrəli Sərəncamına əsasən, “Laçının azad edilməsinə görə” medalı və Dəmir Yumuruq Milli Mükafatı ilə təltif edilmişdir. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1971/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi Əsasnamənin yuxarıda qeyd olunan dispozisiyasının zəruri şərtləri: 1.şəxsin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması N.bunun müvafiq sənədlərdə-yəni, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərdə əks edilməsidir. N nömrəli hərbi hissə komandirinin N fevral N0N4-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N0N1-ci il tarixli 4N0 nömrəli qərarının 1.1-ci, 1.N-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) əsasən Vətən müharibəsi zamanı vətəndaş İddiaçı N nömrəli hərbi hissədə döyüş əməliyyatlarına cəlb edilməyən bölmədə xidmət keçdiyi üçün ona “Müharibə veteram” adının və vəsiqəsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Həmçinin, N nömrəli hərbi hissənin Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərdiyi 30 yanvar N0N3-cü il tarixli məktubunda Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə xidmət etmiş, lakin döyüş əməliyyatlarına cəlb edilməyən bölmədə xidmət keçdikləri üçün və yaxud şikayət məktublarında göstərilən hərbi hissələrdə xidmət keçmədikləri üçün barələrində arayış məlumat tərtib edilməsi mümkün olmayan hərbi qulluqçuların siyahısında 14 nömrə ilə İddiaçı adı qeyd olunmuşdur. Bununla da Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 15 fevral N0N3-cü il tarixli qərarı ilə iddiaçı barəsində müsbət qərar qəbul edilməmiş, sənədlərin “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Tərəflərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.N0N0-ci il tarixli N8N nömrəli əmrlə N saylı hərbi hissənin siyahısına daxil etmiş, xx.xx.N0N1-ci il tarixli N saylı əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır. İddiaçı xx.xx.N0N0-ci il tarixdən atıcısanıtar kimi Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 4/3-N094 nömrəli, xx.xx.N0N3-cü il tarixli imtina məktubunda bildirmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N0N3-cü il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə komandirinin 30.01,N0N3-cü il tarixli N99 nömrəli məktubuna əsasən iddiaçı döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. N. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Göründüyü kimi, hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməli, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli və bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İş materiallarında olan arayış-məlumatdan görünür ki, ehtiyatda olan əsgər İddiaçı xx.xx.N0N0-xx.xx.N0N1-ci illərdə N nömrəli hərbi hissədə xidmət keçmiş, xx.xx.N0N0-ci il tarixli N89 nömrəli əmr ilə hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmuş, Füzuli, Xocavənd ərazisində gedən döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, döyüşlərdə iştirakına görə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan İ-6441 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1- ci il tarixli N719 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli N8N nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi təlim toplanışına aşağıda adları çəkilən hərbi vəzifəlilər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən gəldiklərinə görə, N9 sentyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilsinlər və müvafiq vəzifələrə təyin olunsunlar: 1.Hərbi vəzifəli əsgər İddiaçı - 3-cü motoatıcı taborun 8-ci motoatıcı bölüyün N-ci motoatıcı taqımın 1-ci motoatıcı manqanın atıcı sanitar vəzifəsinə. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli N89 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda aparılan Xüsusi Döyüş Əməliyyatlarında iştirak etmək məqsədi ilə N nömrəli hərbi hissənin aşağıda adları çəkilən hərbi qulluqçuları 06 oktyabr N0N0-ci il tarixdən N1N nömrəli hərbi hissənin (Beyləqan rayonu) müdafiə zolağına keçmiş hesab edilsinlər, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları 07 oktyabr N0N0-cil tarixdən qazan təminatına qoyulsunlar: 1.Əsgər İddiaçı - 3-cü motoatıcı taborun, 8-ci motoatıcı boluyun N- ci taqımının 1-ci manqanın atıcı sanitarı. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli 14 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 01 dekabr N0N0-ci il tarixli N310 nömrəli sərəncamına və Azərbaycan Respublikasının müdafiə nazirinin N dekabr N0N0-cı il tarixli N46 nömrəli əmrinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən gəlmiş aşağıda adları çəkilən hərbi qulluqçular 14 yanvar N0N1-cı ıl tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsınlar və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə göndərilsinlər: 34. Əsgər İddiaçı - 3-cü motoatıcı taborun 8-ci motoatıcı bölüyünün N-ci motoatıcı taqımının 1-ci motoatıcı manqasının atıcı sanitarı -Xəzər rayon idarəsinə. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.N017-ci il tarixli SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.N0N0-ci il tarixli N8N nömrəli əmrlə N saylı hərbi hissənin siyahısına daxil etmiş, xx.xx.N0N1-ci il tarixli N saylı əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır. İddiaçı xx.xx.N0N0-ci il tarixdən atıcı-sanıtar kimi Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Beləliklə, iş materiallarına əsasən iddiaçının xx.xx.N0N0-xx.xx.N0N1-ci il tarixlərdə N saylı hərbi hissənin əsgəri kimi işğal olunmuş Füzuli və Xocavənd rayonlarında döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikasının N0N0-ci il N6 noyabr tarixli N04-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Yuxarda qeyd edilən iş materiallarından da müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1- ci il tarixli N719 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Təkcə bu hal belə sübuta yetirir ki, iddiaçı Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmişdir. Eyni zamanda Kollegiya bir daha vurğulayır ki, iddiaçının xx.xx.N0N0xx.xx.N0N1-ci il tarixlərdə N saylı hərbi hissənin əsgəri kimi işğal olunmuş Füzuli və Xocavənd rayonlarında döyüş əməliyyatlarında iştirak etməsini hərbi bilet, əmrdən çıxarışlar ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olmadığından təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1971/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar