Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3162/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3610/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixə qədər, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixə qədər müvafiq olaraq "xxxx" X2, "xxxx" Birgə Müəssisəsində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-3610/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 64 yaşından, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin pensiya təyinatı üçün müraciət etdiyi 2022-ci ilin iyul ayından əvvəlki 3 il üçün, yəni 2019-cu ilin iyul ayından hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir, inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdə imtina məktubu ünvanlamışdır. İddiaçı Q.Teymuroviçin təqdim etdiyi əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajının (xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil aldığı illər) 22 il 1 ay 19 gün təşkil etməsi səbəbindən imtina verilmişdir. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış vışilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Normanın məzmunundan aydın olduğu kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 tələb ödənilməlidir: Vətəndaşın yaşı bu qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır; Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı mövcud olmalıdır. İddiaçı Q.Teymuroviç qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1955-ci təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə çatmışdır. Məhkəmə qərarı əsaslandırarkən qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X2, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Birgə müəssisəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2002ci il tarixədək X6 Məsuliyyətli Cəmiyyətindəki fəaliyyətinin əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Ona görə də iddiaçıya əmək haqqı ödənilməsi ilə bağlı arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməməli və həmin dövrə aid iş stajı müvafiq olaraq iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. İddiaçının əmək kitabçasının surətində qeyd olunan xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X3, xx.xx.1995-ci il arixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Birgə müəssisəsinin. xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Albaniya Konstarkşn” LTD-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamış yə həmin dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin müəssisələrdə direktor işləməsinə baxmayaraq, arxiv fayllarının saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Yuxarıda göstərilən müəssisədə işlədiyi dövrlər nəzərə alınmadıqda iddiaçının ümumi sosial sığorta stajı cəmi 22 il 1 ay 19 gün təşkil edir və qanunvericiliyin minimum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının mövcud sosial sığorta stajı aşağıda göstərilmişdir: Mübahisələndirilməyən dövrlər - xx.xx.1972-xx.xx.1977 (4 il 9 ay 21 gün), xx.xx.1977xx.xx.1982 (4 il 4 ay 20 gün), xx.xx.1982-xx.xx.1988 (6 il 8 ay 19 gün), xx.xx.1988xx.xx.1993 (4 il 10 ay 19 gün), xx.xx.2021-xx.xx.2022 (1 il 6 ay); Mübahisələndirilən dövrlər - xx.xx.1993-xx.xx.1995 (1 il 3 ay 17 gün), xx.xx.1995-xx.xx.1997 (2 il 7 ay 14 gün), xx.xx.1997-xx.xx.2002 (4 il 5 ay 7 gün). İddiaçının yuxarıda qeyd edilən müəssisələrdə işlədiyi dövrlərlə bağlı əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitadçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur (64 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur). İş materiallarında olan Q-İ seriyalı № 022010 nömrəli diplomun surətindən görünür ki, İddiaçı Temuroviç 1972-1977-ci il tarixlərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda avtomobil yolları ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan iddiaçının adına açılmış İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının iş stajı aşağıdakı kimi olmuşdur: 1972-1977 (təhsil), xx.xx.1977-xx.xx.1982, xx.xx.1982-xx.xx.1988, xx.xx.1988-xx.xx.1993, xx.xx.1993xx.xx.1993, xx.xx.1993-xx.xx.1995, xx.xx.1995-xx.xx.1997, xx.xx.1997-xx.xx.2002. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19 oktyabr 2022ci il tarixli **********1 nömrəli imtina məktubunda qeyd edilir: Təqdim etdilmiş əmək kitabçalarının, diplomun surətinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil dövr nəzərə alınmaqla) 22 il 1 ay 19 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 7 ay 19 gün sığorta stajına uyğun olaraq 14909,20 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 631,92 manat olmaqla, ümumilikdə 15541,12 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 23040 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (160 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq, İT-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. X5 və Araşdırma Şöbəsinin müvafiq xidməti məruzəsinə əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək "xxxx" X3, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək "xxxx" Birgə müəssisəsinin, xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “Albaniya Konstarkşn" LTD-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək haqqı alıb-almamasını müəyyənləşdirmək mümkün olmamış və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və X1 Sisteminin Sığorta altsistemi proqram təminatına əsasən xx.xx.2021-ci il tarixindən aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmayıb. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 06 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində "Paradiz-K” X3 xx.xx.1994-cü il tarixdə 8320 nömrə ilə və Azərbaycan-Türkiyə "xxxx" Birgə Müəssisəsinin xx.xx.1994-cü il tarixdə 795 nömrə ilə dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcuddur. 2004-cü ildən halhazıradək həmin hüquqi şəxslər adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə "Albanıya Konstrakşn” LTD Şirkəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 17 mart 2023-cü il tarixli məktubdan görünür ki, dövlət reyestrində “Albaniya Constuction LTD” və Albanya Constuction LTD” adlı Məhdud Məsuliyyətli Cəmiyyətlərin dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.1997-ci il tarixdə M-16 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. İddiaçı xx.xx.2022-ci ildə cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2018 - 30 iyun 2019-cu il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 64 ildir. İddiaçının xx.xx.2019-cu ildə 64 yaşı tamam olmuşdur. Qeyd olunan normalardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 64 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi, xx.xx.1972-xx.xx.1977, xx.xx.1977-xx.xx.1982, xx.xx.1982xx.xx.1988, xx.xx.1988-xx.xx.1993, xx.xx.2021-xx.xx.2022 - cəmi 22 il 1 ay 19 gün cavabdeh tərəfindən mübahisələndirilməyən dövrlərdir. Apellyasiya şikayətində cavabdeh orqan qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunan xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X3, xx.xx.1995-ci il arixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Birgə müəssisəsinin, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Albaniya Konstarkşn” LTD-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamış yə həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən dəlili əsassızdır və bu, iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Arxiv sənədlərinin saxlanılmaması iddiaçının təqsiri ilə əlaqədar olan hal hesab edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 06 dekabr 2022-ci il və 17 mart 2023cü tarixli məktublardan görünür ki, dövlət reyestrində "Paradiz-K” X3 xx.xx.1994-cü il tarixdə 8320 nömrə ilə, Azərbaycan-Türkiyə "xxxx" Birgə Müəssisəsinin xx.xx.1994-cü il tarixdə 795 nömrə ilə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.1997-ci il tarixdə M-16 nömrə ilə dövlət qeydiyyatından keçmələri barədə məlumatlar mövcuddur. Göründüyü kimi, təhsil dövrü və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrü (xx.xx.1972-xx.xx.1977 (təhsil), xx.xx.1977-xx.xx.1982, xx.xx.1982-xx.xx.1988, xx.xx.1988-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1993-xx.xx.1995, xx.xx.1995xx.xx.1997, xx.xx.1997-xx.xx.2002) daxil olmaqla iddiaçının pensiya hüququnun yarandığı tarixə ümumilikdə iş stajı 25 ildən artıqdır (29 il 8 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, iddiaçının 64 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur və həmin tarixə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3610/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3162/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3162/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver