Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3164/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş pul vəsaitinin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6201/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə "xxxx" MTK-nın vergi borcu qismində ödədiyi 25000 məbləğində pul vəsaitinin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: "... "Badu-Kubə” MTK-da aparılmış səyyar vergi yoxlamasının nəticəsi ilə əlaqədar "xxxx" MTK-nın barəsində külli miqdarda vergidən yayınma cinayəti üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış və 25 yanvar 2017-ci il tarixdə də Azərbaycan Respublikası CMnin 213.2.2-ci maddəsi ilə ittiham elan etmişdir. "xxxx" MTK-yə heç bir aidiyyatı olmamasına baxmayaraq, müstəntiq onu "xxxx" MTK-nin vergi borcundan 25 000 manat məbləğində pul ödəməyə məcbur etmiş, həmin məbləğdə pul vəsaiti ödəyəcəyi təqdirdə onu buraxacağına vəd vermiş, qanunsuz saxlamasını və onun təqsirsizliyinə heç bir əhəmiyyət verilmədiyini görüb "xxxx" MTK-nın vergi borcu üçün həyat yoldaşı X1 25000 manat məbləğində pul vəsaiti məcburi şəkildə ödətdirildikdən sonra 25 yanvar 2017-ci ildə müstəntiq onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçərək onun müvəqqəti saxlama yerindən azad etmişdir. Barəsində olan cinayət işi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-4/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 213.2.2-cimaddəsi ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-692/2021 nömrəli 13 avqust 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-211/2022 saylı 01 mart 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-692/2021 nömrəli 13 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MTK-nin vergi borcundan 25 000 manat məbləğində pul ödəməyə məcbur edilməyi üçün həmin pul vəsaitnin ona dəymiş maddi zərər qismində dövlət büdcəsindən qaytarılması barədə məhkəmədə iddia qaldırmış, lakin son nəticədə Ali Məhkəmənin 2(102)-3735/2023 saylı 02 oktyabr 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3685/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə iş üzrə icraata “vergi borcu kimi ödənilmiş 25.000 manat məbləğində maddi ziyan tələbinə” dair hissədə xitam verilmiş və həmin hissədə tələblə bağlı aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Bundan sonra, "xxxx" MTK-nın vergi borcu qismində ödədiyi 25 000 manat məbləğində pul vəsaitinin vergi orqanı tərəfindən ona ödənilməsi üçün cavabdehə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il tarixdə "xxxx" MTK-nın vergi borcu qismində ödədiyi 25 000 manat məbləğində pul vəsaitinin mənə qaytarılması təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh 22 dekabr 2023-cü il tarixli məktubla onun müraciətindən imtina edərək, pul vəsaitnin geri qaytarılması ilə bağlı məhkəməyə və müvafiq orqana müraciət etmək hüququ ona bildirmişdir. Halbuki, AR Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə ərizəni imzalayan şəxs haqqında məlumat: sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir...” Cavabdeh iddia ərizəsi ilə bağlı mhkəməyə vəsatət təqdim edərək, iddiann mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, qeyd edilən məbləğ "xxxx" MTK-nın hesabına ödənildiyindən müvafiq tələb "xxxx" MTK tərəfindən tələb edilə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6201/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması, işin mahiyyəti üzrə araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya mümkün sayılmışdır. Apellyasiya şikayətini iddiaçı aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmə qanunun tətbiqində səhv nəticəyə gəlmiş, onun özümə məxsus olan 25000 məbləğində ptıl vəsaitini "xxxx" MTK-nm vergi borcu qismində ödədiyinə baxmayaraq, həmin pul vəsaitini geri tələb etmək hüququnu tanımamışdır. Halbuki, həmin verginin onuntərəfindən səhv ödənilməsi artıq mübahisə edilmir, bu məhkəmə hökmü ilə sübuta yetirilir və səhv ödənilən pul vəsaiti hansı qismində ödənilməsindən asılı olmayaraq mülkiyyətçisinə qaytarılmalıdır. Səhv ödənilmiş verginin büdcədən geri qaytarılması qaydaları qanunla tənzimləndiyinə görə o, həmin Qanunun tələblərinə əməl edərək ilkin olaraq cavabdehə müraciət etmişdir. Belə ki, onun öz mülkiyyətini geri tələb etmək hüququmun olması məhz onun hazırki iddianı qaldırmaqda subyektiv hüququmu şərtləndirir. İddianın qaldırılması üçün subyektiv hüququn olması ilkin şərtdir və onun öz mülkiyyətimin geri tələb etməyim onun hüququdur və bu baxımdan hazırki iddianı da qaldırmağa onun subyektiv hüququ vardır. İddianın mülki xarakterli və ya inzibati xarakterli olması isə ikinci şərtdir və onun hazırki iddianı qaldırmaqda subyektiv hüququ olduğuna görə cavabdehə qarşı hazırki iddianı hansı məhkəməyə verməli olduğunu, yəni, cavabdehə qarşı iddianı inzibati və ya mülki qaydada verməli olduğumu qanunun tələblərinə uyğun seçmiş, cavabdeh inzibati orqan olduğuna və verginin dövlət büdcəsindən qaytarılması üçün müvafiq rəy vermək vəzifəsi daşıdığına görə bu iddia ilə cavabdehə qarşı məhkəməyə müraciət etmişdir. Məhkəmə “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması “Qaydaları”nın 3.1-ci bəndinə istinad edərək, Vergi ödəyieisinin Artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə aidiyyəti üzrə vergi orqanlarına müraciət etmək hüququnun olmasını göstərmiş, onun isə vergi ödəyicisi olmamağını əsas gətirərək, cavabdehlə aralarında hər hansı pııblik münasibətlərin mövcud olmadığını ı qeyd etmişdir. Halbuki, o, "xxxx" MTK-nm vergi borcu qismində 25000 manat məbləğində pul vəsaitini ödədyim gündən artıq cavabdehlə inzibati hüquq münasibətlərində olmuş, vergini ödədiyimə görə bu mənada vergi ödəyicisi olmuşam. Yəni qeyd edilən qaydalarda da vergi ödəyicisi sözü vergini ödəyən şəxsləri tələb edir. Hazırki halda verginin ödənilməsində səhv verginin məbləğində deyil, verginin subyektindədir. Belə ki, vergi "xxxx" MTK tərəfindən ödənilməli olduğu halda, Ədalət Qənbərov həmin vergi məbləğini mənimsəyərək cinayət törətmiş, mən həmin verginin 25 000 manat hissəsini ödəməyə məcbur edilmiş, "xxxx" MTK-nın vergisini ödəmiş, bununla da, vergi subyektə münasibətdə səhv ödənilmişdir. Bir sözlə əgər mən həmin vergini ödəməli deyildimsə, həmin vergi məbləği ona qaytarılmalıdır. Çünki, artıq Vergi orqanı Ədalət Qənbərova qarşı mülki iddia vermiş, mənimsənilmiş vergi məbləğini "xxxx" MTK-dan deyil Ədalət, Qənbərovdan tələb etmişdir ki, bu zaman onun ödədiyi 25 000 manat vergi məbləği ilə həmin vergi həm səhvən başqa şəxs tərəfindən, həm də artıq ödənilmiş olur. Məhkəmənin öz qərardadında göstərdiyi “hazırkı iddia tələbi ilə cavabdehə MTK tərəfindən iddia qaldırıla bilər. İddiaçı isə həmin məbləği "xxxx" MTK-dan reqres qaydasında tələb edə bilər” hüquqi yardım barədə məsləhəti də əsassızdır.Belə ki, işin halından da görünür ki, "xxxx" MTK heç bir məbləğdə vergi ödəməyib, "xxxx" MTK-mn ödəməli olduğu vergi məbləğini Ədalət Qənbərov mənimsəyibsə, bu halda "xxxx" MTK ödəmədiyi vergi məbləğini hansı hüquqla geri tələb edə bilər. I Bütün bu hallara artıq Ali Məhkəmənin 2(102)-3735/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi qiymət verilmiş, həmin qərarda məhkəmə kollegiyası iddia tələbinin “vergi borcu kimi ödənilmiş 25.000 manatın qaytarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarf’na uyğun olaraq vergi orqanı səhvən ödənilən vergi məbləğini iddiaçıya ödəməli idi. Belə ki, artıq Ali Məhkəmənin 2( 102)-3735/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən iiçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" MTK cəlb edilməklə) “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata “vergi borcu kimi ödənilmiş 25.000 manat məbləğində maddi ziyan tələbinə” dair hissədə xitam verilməsi və iddiaçıya həmin hissədə tələblə bağlı aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Halbuki, Bakı Apellyasiya məhkəməsi də öz 2(103)-3685/2023 saylı xx.xx.2023-cü il tarixli) qətnaməsində "xxxx" MTK-nın vergi borcunun ödənilməsi ilə bağlı öhdəlik üçüncü şəxs tərəfindən icra edildiyinə və öhdəliyi icra etmiş şəxsin borcluya (MTK-ya) qarşı reqres qaydada tələb hüququ yarandığı göstərilmiş, Ali Məhkəmə həmin qətnaməni ləğv etmiş, iddiaya həmin hissədə xitam vermişdir. Göründüyü kimi, Ali Məhkəmənin qərarında onun 25 000 manat verginin geri qaytarılmasını inzibati qaydada tələb etmək hüququm izah edilsədə, hazırki qərarla Bakı İnzibati Məhkəməsi tərəfindən həmin məbləğin "xxxx" MTK-dan reqres qaydasında tələb etmək hüququ izah edilməklə Ali Məhkəmənin izahına zidd izah verilmişdir ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, aşağıdakılara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadında iddianı mümkünsüz hesab edərkən qeyd etmişdir ki, “...artıq və ya səhv ödənlmiş vergi borcununun qaytarılmasını tələb etmək hüququ vergi ödəyicisinə məxsusdur. İddiaçı ilə cavabdeh arasında hər hansı publik münasibətlər mövcud deyildir. İddiaçı tərəfin də bildirdiyi kimi həmin vəsait hüquqi şəxs olan MTK-nın vergi borcu qismində ödənilmişdir. Belə olan halda iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyil.” Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən, inzibati məhkəmə icraatına aid iddia növündə və qanunla müəyyən edilmiş cavabdehlik öhdəliyi üzərinə düşən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. İşin hallarından göründüyü kimi, iddiaçı əsassız olaraq barəsində təqsirləndirilən şəxs qismində qərar qəbul edildiyini və ibtidai istintaq zamanı müstəntiqin onu cinayət məsuliyyətindən azad edəcəyi barədə vədinə inanaraq "xxxx" MTK-nın dövlət büdcəsinə olan 25.000 manat məbləğində vergi borcu onun həyat yoldaşı tərifindən ödənildiyini, sonradan isə məhkəmənin hökmü ilə ona bəraət verildiyini bildirərək, AR Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları’na və onun Maliyyə Nazirliyinə qarşı mülki icraat qaydasında qaldırdığı “25000 manat məbləğində maddi ziyan tələbinə dair” tələbi ilə bağlı Ali Məhkəmənin 2(102)-3735/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında ona inzibati məhkəməyə müraciət etmək hüququnun izah edildiyinə istinadən hesab edir ki, onun tərəfindən ödənilən həmin məbləğin cavabdeh vergi orqanından geri qaytarılmasını tələb etməkdə subyektiv hüquqa malikdir. Birincisi, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin hökmü ilə ona bəraət verilməsinə istinad olunan dəlilləri ilə əlaqədar onu qeyd edir ki, İPMin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə, cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, konkret halda, iddiaçının istinad etdiyi cinayət iş üzrə məhkəmə qərarı yalnız həmin cinayət əməlinin olub-olmaması hissəsində, yəni hadisəyə münasibətdə hisəsində hazırkı iş üçün məcburi xarakter daşıya bilər. İddiaçının apellyasiya şikayətinin, onun Maliyyə Nazirliyinə qarşı qaldırdığı mülki iş üzrə “25000 manat məbləğində maddi ziyan tələbinə dair” hissəsində AR Ali Məhkəmənin 2( 102)-3735/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verildinə və ona məsələ ilə bağlı inzibati məhkəməyə müraciət etmək hüququnun izah edildiyinə istinad olunan dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarla müəyyən olunan hallar həmin işdə iştirak etməyə cəlb edilməyən hazırkı cavabdeh vergi orqanı üçün məcburi xarakter daşıya bilməz. Çünki, MPM-in 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İddiaçının şikayətinin AR Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq edilmiş Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları’na istinadən, "xxxx" MTK-nın vergi borcunun onun (həyat yoldaşı) tərəfindən ödənildiyini mübahisələndirilən dəlilləri də, onun həmin məbləğin cavabdeh vergi orqanından geri qaytarılmasını tələb etmək üçün sübyektiv hüququnu yaratmır. Çünki, sözügedən Qaydaları”nın 3.1-ci bəndi onu nəzərdə tutur ki, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına müraciət etməlidir. Konkret halda isə dövlət büdcəsinə borcu olan vergi ödəyicisi iddiaçı deyil, "xxxx" MTK-dır. Göründüyü kimi, burada qanunverici, ödənilən artıq vəsaiti tələb etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi vergi ödəyicisini tanıyır. Məhkəmə kollegiyası həmçinin, iddiaçıya onu da izah edir ki, konkret halda, vergi orqanı hazrkı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə vergi ödəyicisi "xxxx" MTK öz aralarında qarşılışlı münasibətlərinə görə birincisi kreditor, ikincisi isə onun borclusudur. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 431.1-ci və 431.3-cü maddələri (ikinci cümlələri) nəzərədə tutur ki, öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir və üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Məcəllənin qeyd olunan tələbləri baxımından, konkret halda, kreditor Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tələbini icra edən üçüncü şəxs A.Əsədullayev (həyat yoldaşı) olduğu halda, MTK-dan, təmin edilən həmin məbləği borclu MTK-dan tələb etmək hüququ üçüncü şəxs olaraq ona keçir. Beləliklə də qeyd olunanlarla sübuta yetirilir ki, iddiaçı mübahisələndirilən pul vəsatini hazırkı cavabdehdən geri qatarılmasını tələb etməkdə subyektiv hüquqa malik deyil. Belə olan halda isə, onun hazırkı cavabdehə qarşı iddiasının İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayılması istisna olunur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə İPM-in 35.3-cü maddəsinə müvaftiq iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir və bu baxımdan da, onun apellyasiya şikayətinin hazırkı iddia tələbində subyektiv hüquqa malik olduğunu isralamaqla, birinci instansiya məhkəməsinin qərarını əsassız hesab edən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6201/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6201/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3164/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3164/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver