Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3168/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X5 İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-890/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “**********154512 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) fəaliyyətə başladığı müddətdən etibarən daima vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə “Artıq ödənilmiş vergiləri, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanı təşkilatına müraciət etmişdir. Bundan sonra Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergi orqanına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********140131 saylı xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə avqust 2017-iyul 2020 səyyar vergi yoxlaması təyin edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Halbuki, Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. Vergi orqanı dispozitiv normaya uyğun olaraq yoxlama keçirmişdir. İmperativ normaya istinad belə etməmişdir. Halbuki, dispozitiv normada subyekt üçün davranış qaydası müəyyən edilsə də, digər hərəkət imkanları da tanınır. İmperativ metodda isə subyektin davranışı dəqiq tənzimlənir. Əgər subyekt buna əməl etmirsə, sanksiya tətbiq edilməsi nəzərdə tutulur. Bu metod cinayət hüququ üçün xarakterikdir. Məsələn: “daxil edilə bilər” ifadəsinin dispozitiv “daxil edilməlidir” imperativ normadır. Vergi orqanı Vergi Məcəlləsinə uyğun olaraq pulu 20 gün ərzində qaytarmalı olduğu halda, növbədənkənar səyyar vergi yoxlaması keçirməklə qanunsuz, əsassız yoxlama keçirmiş, vaxtı uzatmış, əsassız olaraq əlavə vergi hesablanması aparmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 saylı qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə Qaydaların 4.8-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Qeyd edilən qaydalara uyğun olmayaraq, növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, 1 il 3 ay uzadılmış, sonda isə əsassız olaraq qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən davam edən növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müxtəlif qərarları ilə dayandırılmışdır. Tələb edilən sənədlər mütəxəssisə təqdim edilmişdir. Bundan əlavə, səyyar vergi yoxlamasının keçirildiyi ərəfədə **********5141650 saylı xx.xx.2020-ci il tarixli ekspertizanın təyin edilməsi haqqında Qərara əsasən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən idxal olunmuş (Azərbaycan Respublikasında heç bir idxal olmamışdır) xammaldan istehsal olunan hazır məhsulların miqdarı və təqdim olunmuş (satılmış) malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Əzizov Etibar ekspert kimi dəvət olunmuşdur. Ekspert yoxlamaya xx.xx.2021-ci il tarixli rəyin təqdim edilməsinin mümkün olunması barədə məktub təqdim etmişdir. xx.xx.2021-ci il tarixli **********140171 saylı növbədənkənar səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Bu akt hesabatlara uyğun deyil. Belə ki, bu iş üzrə ekspertiza belə rəy təqdim edilməsində çətinlik çəkmişdir. Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır. Qeyd edilənlərlə bağlı qəbul edilmiş növbədənkənar səyyar vegi yoxlaması aktı, orda qetyd edilən hesablamanın aprılması və sanksiyaların tətbiq edilməsi ilə razı deyil. Səyyar vergi yoxlaması aktına baxılma haqqında 01 saylı xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Həmin protokola görə Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü - 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. 49.1-2. Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz. Qeyd edilən maddənin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən qərar təqdim edilmədən, elektron qaydada göndərilmədən, şəxsi hesab vərəqəsinə 799 466,82 manat əlavə vergi hesablama aparılmış, 399 773,43 manat maliyyə sanksiyaları tətbiq etmişlər. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********395700 saylı tələbnamə göndərmişdir. Bütün qeyd edilən sənədlərdən sonra xx.xx.2022-ci il tarixdə isə xx.xx.2022-ci il tarixli **********154512 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar elektron sistem üzərindən göndərilmişdir. Bu qərarla, həmin qərarın çıxarılması üçün əsas olmuş “Səyyar vergi yoxlaması”nda qeyd edilənlərlə razı deyil. Yoxlama ərəfəsində bütün zəruri sənədlər, alğı-satqı sənədləri, invoyslar yoxlamaya təqdim edilmişdir. Vergi Məcəlləsinə, qanuna uyğun olaraq alğı-satqı həyata keçirilmiş, vergi ödəmələri qanuna müvafiq olaraq ödənilmişdir. Mübahisələndirilən vergi borcu ilə bağlı cavabdeh tərəfindən cəmiyyətin banklarda olan hesablaşma hesablarına sərəncam qoyulmuş, sərəncamın qoyulması müəssisənin dövriyyəsinin məhdudlaşdırılmasına, təsərrüfat subyekti kimi normal iqtisadi fəaliyyətlə məşğul olmasına, dövlət və digər təşkilatlar qarşısında öhdəliyinin yerinə yetirilməsinə mane olmaqla fəaliyyətini iflic vəziyyətinə salmışdır. Hal-hazırda şirkətdə işçilər çalışır. Bundan əlavə, müəssisənin əməkdaşlıq etdiyi təchizat şirkətləri var. Dövlətə vergi, su, elektrik xərci ödəyir. “Paşa Bank” qarşısında öhdəliyi var. Qeyri-qanuni əlavə vergi hesablanması müəssisənin digər tərəfdaşlarının qarşısında öhdəliklərinin yerinə yetirlməməsi və müflis olması deməkdir. Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə azadlığından istifadə etməklə müqavilələr bağlanmış və icra olunmuş, hesabatlar vaxtlı-vaxtında verilmiş, vergi ödənişləri də ödənilmişdir. İlk öncə, yoxlamanın istinad etdiyi dövr üzrə Azərbaycan Respublikasında heç bir ixraca məhsul verməmişdir. Bunun əsas götürülməsi qeyriqanunidir. Bu göstərici əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Pandemiyanın bu ərəfəsində bu növdə əlavə vergi hesablanması və qərar qəbul edilmədən sanksiya tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. Vergi Məcəlləsinin prosessual müddəaları, vergi ödəyicisi kimi hüquqları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyil. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisadi məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq, məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. İlk növbədə göstərilən hallar növbədənkənar səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş qərarların ləğvi üçün əsaslardan biridir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. “İnzibati İcraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun vergi orqanı tərəfindən sübuta yetirilməməsi vergi ödəyicisinin göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan qeyd edilənlərə əməl etmədən, lazımi araşdırma aparmadan, vergi ödəyicisinə münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İİ bəndinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ var. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə və ya məhkəməyə) verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçı iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vergi orqanı vergi və inzibati qanunvericiliyə uyğun olaraq Vergi Məcəlləsinin 24.0.10-cu maddəsi ilə qeyd edilmiş vəzifə öhdəliklərini yerinə yetirmək əvəzinə artıq ödənilmiş vergi məbləğlərini qaytarmaqdan yayınmaq məqsədi ilə qanunsuz vergi hesablamışdır. Bunu 2 fakt təsdiq edir. Keçirilmiş vergi yoxlamaları vergi orqanının öz təşəbbüsü ilə deyil, Vergi Məcəlləsinin 15.1.4-ci maddəsinə uyğun olaraq, xx.xx.2021-ci il tarixdə təqdim etdiyi ərizə əsasında başlanılmış və keçirilmişdir. Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) üzrə 428,594.79 manat, "xxxx" MMM (**********) üzrə 3,817,686.82 manat və "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) üzrə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizələrlə 856,254.50 manatın geri qaytarılması xahiş olunmuşdur. Beləliklə, ortada hər 3 təşkilat üzrə cəmi 5,102,546.11 manat pul məbləğində artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması tələbi var. Hər 3 təşkilatda növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və bütün bu yoxlamaların nəticəsində eyni tarixdə tərtib edilmiş və eyni şəxs tərəfindən aparılmış yoxlama aktları ilə qanunsuz olaraq vergi hesablanmışdır. Hərçənd ki, artıq ödəmələrin geri qaytarılmasını gözləyirdi. Həmçinin, hər 3 şirkətin şəxsi hesab vərəqəsindən və bank hesablarından müvafiq qaydada silinmələr aparılıb: "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) - xx.xx.2022-ci ildə qəbul edilmiş qərar iddiaçıya göndərilmədən xx.xx.2022-ci il tarixdə şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 870,912.20 manat silinmişdir. Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (**********) - şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 227,445.53 manat, kartdan 2,671.58 manat silinmişdir. "xxxx" MMM (**********)-xx.xx.2022-ci ildə şəxsi vərəqədən artıq ödəmə hissəsindən 4,044,453.64 manat silinmiş, 268 827.59 manat, vergi ödəyicisinin depozit hesabından 10 409.70 manat silinmişdir. Şirkətlər qrupuna daxil olan 3 şirkətdən əsassız olaraq cəmi 5,424,720.24 manat silinmişdir. Yuxarı-aşağı artıq ödəmə məbləği tam olaraq silinmişdir. Vergi orqanı əvvəllər də artıq ödənilmiş vergi məbləğlərinin qaytarılmasına dair ərizələrimizi müxtəlif bəhanələrlə təmin etmirdi. Belə ki, müvafiq yoxlama aktı və vergi orqanının xx.xx.2022-ci il tarixli Qərarında istinad edilən Rusiya Federasiyasının "X18" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında" ərizəsi əsasında keçirilmiş xx.xx.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş artıq ödəmə məbləği 2.014.350.04 bu günədək ödənilməmişdir, əksinə 1.864.930.70 manat məbləğ guya tələb etmə müddəti keçdiyinə görə qanunsuz silinmişdir. Bununla bağlı vergi orqanının qanunsuzluğu və tələbinin düzgünlüyü Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir. Göründüyü kimi, çıxarılmış məhkəmə qərarlarından sonra vergi orqanı onun qrupuna aid olan şirkətlərlə bağlı öz aləmində belə qənaətə gəlmişdir ki, artıq ödəməni geri qaytarmaqdan imtina etmək üçün "Tələb etmə müddətinin keçməsi" bəhanəsi artıq işləmir, vergi yoxlaması keçirib qanunsuz vergi hesablamaqla artıq ödəmə borcunu silməyə məcburdurlar. Yoxlamanın təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı Vergi Məcəlləsi, “İnzibati icraat haqqında” Qanun və “X3 yoxlamaların tənzimlənməsi və sahibkarlarin maraqlarının müdafiəsi haqqında” Qanun, “Sahibkarliq sahəsində aparılan X8 reyestrinin forması və aparılması qaydası” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanın tələbləri kobud şəkildə pozulmuşdur. Vergi yoxlamasının müddətinə dair məcburi tələblər vergi orqanı tərəfindən pozulmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş, ərizə icraata qəbul edilərək, Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “**********154512 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-890/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyininin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********154512 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarında qeyd etmişdir ki, iş materiallarında olan “X3 X8 reyestri”ndən Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə **********149050 nömrəli xx.xx.2021-ci il tarixli və **********151781 nömrəli xx.xx.2021-ci il tarixli qərarlar reyestrdə qeydiyyatdan keçməmişdir. Vergi orqanı “X3 X8 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyetsrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır. “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinin və “X3 X8 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci və 3.4-cü bəndlərinin tələblərinin pozulması ilə bağlı Məhkəmənin qərarında qeyd etdikləri aşağıda qeyd olunan səbəblərə görə əsassız hesab edilir. Vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın X3 X8 reyestrində qeydiyyatdan keçirilməsi, yoxlamanın müddətinin artırılması, dayandırılması (təxirə salınması) və əlavə yoxlama tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin, “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun və “X3 X8 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktında ətraflı qeyd olunmuş, məhkəməyə təqdim edilmiş və həmin sənədlər sübut kimi işin materiallarında mövcuddur. “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X3 X8 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1299 nömrəli Fərmanı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) 1.4-cü bəndinə əsasən, “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qeyd olunanlar ilə əlaqədar bildirirk ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********140131 nömrəli qərara əsasən Rusiya Federasiyasının "X18" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyününyoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2020-ci il tarixdə X3 X8 reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY201496746; xx.xx.2020-ci il). Əlavə yoxlama tədbirlərinin keçirilməsi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edə bilər. Belə ki, vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması zamanı yoxlama aktındakı çatışmazlıqların aradan qaldırılması üçün əlavə araşdırma həyata keçirmək hüququ var. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına istinad edərək bildiririk ki, “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinin tələbindən də gorundüyü kimi bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr. təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamıl edilir. Yəni, vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsı ilə ona verilmiş səlahıyyətindən istifadə etməklə səyyar vergi yoxlaması aktında mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə getmədən, səyyar vergi yoxlaması zamanı əldə olunmuş sənədlər əsasında səyyar vergi yoxlaması aktındakı çatışmazlıqların və səyyar vergi yoxlaması ilə vergi ödəyicisindən əldə olunmuş sənədlər arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün əlavə araşdırmanın həyata keçirilməsi “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinə əsasən həmin qanunun müddəalarının təsiri altına düşmür. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar”lar çıxarılarkən müvafiq məlumatların Reyestrdə əks olunmaması ilə bağlı bildiririk ki, Əsasnamədə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə məlumatların Reyestrə daxil edilməsi ilə bağlı birbaşa müddəalar mövcud deyil, yalnız Əsasnamənin 3.4.18-ci bəndində qeyd olunmuşdur ki, yoxlamanın nəticəsi barədə məlumatlar Reyestrə daxil edilməlidir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə yoxlamanın son nəticəsi kimi qiymətləndirilməməlidir və Reyestrə yoxlamanın son nəticəsi barədə məlumatlar daxil edilməlidir. Bundan əlavə, qeyd edək ki, faktiki olaraq yoxlamanın nəticəsi barədə məlumatlar Əsasnamənin 5.1-ci bəndinə uyğun olaraq sahibkarlıq subyektinə təqdim edilən Reyestrdən çıxarışda əks etdirilməli məlumatlar sırasında yer almamışdır. Göründüyü kimi, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi yoxlamanın son nəticəsi hesab olunmur, eyni zamanda yoxlamanın davamı barədə məlumatların Reyestrə daxil edilməsi, habelə hər iki məlumatın (həm yoxlamanın son nəticəsi, həm də yoxlamanın davamı barədə məlumatların) ümumiyyətlə sahibkarlıq subyektinə təqdim edilən Reyestrdən çıxarışda əks etdirilməsi Əsasnamədə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanun”un 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X8 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə qərarında qeyd etmişdir ki, digər tərəfdən Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə (qeyd edilən hallar Məcəllədə sadalanır), lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Lakin hazırki işdə faktiki olaraq xx.xx.2020-ci il tarixli qərarla başlayan yoxlama 15 aydan sonra yekunlaşmış və yekun akt xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Qeyd olunanlarla bağlı bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.2ci maddəssinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. Yoxlamanın iş günü keçirilməsini nəzərə alaraq vergi orqanı tərəfindən yoxlamanın keçirilməsi müddəti ilə bağlı pozuntulara yol verilməmişdir. Məhkəmə kobud pozuntuya yol verərək vergilərin hesablanmasına əsas olmuş müəssisənin satışdankənar gəlirlərinə (xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi) və vergi ödəyicisi tərəfindən qarşılıqlı surətdə asılı olduğu və güzəştli vergi tutulan ölkədə təsis edilmiş qeyri-rezident şəxslərə 3 809 292,35 manat vəsait ödənilməsinə görə hesablanmış 10 % vergiyə dair ümumiyyətlə heç bir münasibət bilirməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün Kollegiya qərarın qanuniliyini tam yoxlayır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020ci il tarixli qərarla başlayan yoxlama olaraq 457 gün ərzində davam etmiş və yekun akt xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə, növbəti səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, hüquq münasibətlərinin yarandığı müddətdə qüvvədə olan Vergi Məcəlləsinin 38.2-ci maddəssinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. Yoxlamanın iş günü keçirilməsini nəzərə alaraq vergi orqanı tərəfindən yoxlamanın keçirilməsi müddəti ilə bağlı pozuntulara yol verilməmişdir. Yoxlamanın iş günü keçirilməsini nəzərə alaraq vergi orqanı tərəfindən yoxlamanın keçirilməsi müddəti ilə bağlı pozuntulara yol verilməmişdir. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə Kollegiya bildirir ki, Vergi Məcəlləsinin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri-iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayına bərabər ola bilər. Göründüyü kimi, cavabdeh tərəfindən müddətlə bağlı prosessual pozuntuya yol verilmişdir. Bundan başqa iş materiallarında olan “X3 X8 reyestri”ndən Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə **********149050 nömrəli xx.xx.2021-ci il tarixli və **********151781 nömrəli xx.xx.2021-ci il tarixli qərarlar reyestrdə qeydiyyatdan keçməmişdir. Cavabdeh apellyasiya şikayətində buna haqq qazandırmağa çalışsada, qeyd edilənlər qanunvericiliyin tələblərinə uyğun olmayan mülahizələrdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X3 X8 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”dən: 1.2. X3 X8 reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. 1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə X3 hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqan xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı X3 X8 Reyestrinə daxil edilmiş, yoxlama dövrünü xx.xx.2020-xx.xx.2020-ci il qeyd etmiş, bundan sonra xx.xx.2021-ci ilə qədər növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi müddətlərini dəfələrlə artırma və dayandırma üsulları ilə uzatmışdır. xx.xx.2021 ci il tarixli səyyar vergi yoxlama aktı tərtib edilməsinə baxmayaraq, yoxlamalar bundan sonra Yoxlama Reyestrinə daxil edilmədən aparılmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bu qərara əsasən xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlama aktı tərtib edilmişdir. Bundan sonra, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə xx.xx.2021-ci il tarixdə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bu qərara əsasən xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlama aktı tərtib edilmişdir. Hər iki qərar, yəni xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar X3 X8 reyestrinə ümumən daxil edilməmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 48.9-ci bəndinə görə, səyyar vergi yoxlaması aktı yoxlayıcılar və yoxlanılan vergi ödəyicisinin rəhbəri (səlahiyyətli nümayəndəsi) və ya fərdi sahibkar tərəfindən imzalanır. “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 1.6-cı maddəsinə görə X8 reyestrində qeydə alınmadan aparılan səyyar vergi yoxlamalarının hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan əlavə, X3 X8 reyestrinə yoxlayıcı şəxslər X6 və X12 qeyd edilsə də, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə səyyar vergi yoxlamasının keçirilməsi müvafiq olaraq X11 və X10 həvalə edilmiş lakin bu, yoxlayıcıların adları X8 reyestrinə daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “X3 X8 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.5-1-ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. İş materiallarına əlavə əlavə olunmuş yoxlama reyestrindən çıxarışdan Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş bu tələblərin pozulması aydın şəkildə görünür. Belə ki, dayandırılma barədə qərar və məlumat yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl reyestrə daxil edilməli olduğu halda, həmin qərar 1 gün gecikmə ilə sistemə daxil edilmişdir. Bundan əlavə, vergi orqanın təşəbbüsü ilə ekspertizanın keçirilməsi barədə qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, lakin vergi orqanı yoxlama reyestrinə həmin ərəfədə dayandırma etməmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək iki dəfə mütəxəssis dəvəti və ya ekspertiza keçirilməsi ilə bağlı yoxlamanın dayandırılmasını reyestrə daxil etmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, 3 dəfə tərtib edilən vergi yoxlaması aktları Vergi Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq tərtib olunmalı və daha sonra Vergi Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən müvafiq prosedurlara əməl edilməli idi. Belə ki, prosedurlara münasibətdə iş materiallarının araşdırılması zamanı məlum olmuşdur ki, AR Vergi Məcəlləsinin 49.1 və 49.3-cü maddələri ilə müəyyən edilmiş tələblər, yəni, səyyar vergi materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən çıxarılmış qərarın və vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamənin göndərilməsi ardıcıllığı pozulmuşdur. AR Vergi Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mübaisələndirildiyi qərar ona göndərilmədən xx.xx.2022-ci ildə iddiaçının artıq ödəməsindən 227 445,53 manat, kartdan 2 671.58 manat məbləğ silinmişdir, silinmədən sonra isə xx.xx.2022-ci ildə mübahisələndirilən qərar iddiaçıya göndərilmişdir. Bu da iddiaçıya münasibətdə AR Vergi Məcəlləsinin 49.3-cü maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinin və tələblərinin də pozulduğunu, yəni inzibati akt qüvvəyə minmədən inzibati aktda qeyd edilən hakimiyyət tədbirinin icra edilməsini təsdiq edir. AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərdən əlavə Kollegiya bildirir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.7ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, qeyd edilən maddənin tələbinə əsasən Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Göründüyü kimi, dayandırılma barədə qərar əsaslandırmalıdır. Lakin, işin hallarından məlum olur ki, vergi yoxlaması 5 dəfə dayandırılmış və dayandırılmaya səbəb olan hallar əsaslandırılmamışdır. Daha doğrusu, dayandırma qərarında Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə, yəni səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halına istinad olunmuş və buna əsasən yoxlama dayandırılmışdır. İş materiallarından isə vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halını təsdiqləyən hər hansı sübutun olduğu müəyyən edilmir və bununla bağlı məhkəməyə də hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin rəhbərinin və ya digər şəxsin əmək qabiliyyətini itirməsi işin davam etdirilməsinə maneə olursa, bu hallar dayandırma qərarında əsaslandırılmalı idi. Qeyd edilənlərdən əlavə iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının bəyannamənin xərclər hissəsində malın dəyərini qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslərdən alınmış mallar hesabına bazar qiymətindən 2986393,27 manat çox göstərməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, “....lakin konkret olaraq müqayisə edilən qiymət kimi məhz hansı qiymətin bazar qiyməti olduğu qeyd edilməmişdir. Bu məqsədlə, yoxlama aktında və qərarda Vergi Məcəlləsinin 14.9-cu maddəsinin “malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir”ə istinad edilsə də, bazar qiyməti olaraq, vergi ödəyicisi və oxşar fəaliyyətlə məşğul olan digər şirkətin tutuşdurulan qiymətləri, bu qiymətlərin hansı zaman kəsiyində müqayisə edildiyi, hər iki şirkətin hansı müqavilələri, hansı konkret əməliyyatları, malları və s. məlumatlar (faktiki olaraq heç bir məlumat) qeyd edilməmişdir.” Həmçinin səyyar vergi yoxlaması dövründə hazır məhsulların miqdarı və təqdim olunmuş (satılmış) malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilmiş, ekspert bazar qiyməti müəyyən edə bilməmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, səyyar vergi yoxlaması zamanı Polymer-Trade LTD (qeyri-rezident müəssisə) RAM BNT LTD (VÖEN **********) şirkətinə polipropilendən kisələrin istehsalı üçün xam mal göndərmiş və onun əvəzində hazır mal almışdır. Malların alışı yalnız sənəd üzərində həyata keçirilmiş və faktiki olaraq Azərbaycan Respublikasından kənara çıxmamışdır. Həmin mallar Polymer- Trade LTD tərəfindən qiyməti şişirdilərək Rusiya Federasiyasının "X18" MMC nümayəndəliyinə (**********) invoislə təqdim edilmiş və nümayəndəlik öz növbəsində həmin hazır malları digər xarici ölkələrə RAM BNT LTD şirkətinin adından ixrac etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, Polymer-Trade LTD (qeyri-rezident müəssisə), RAM BNT LTD və Rusiya Federasiyasının "X18" MMC nümayəndəli qarşılıqlı surətdə əlaqəli şəxslərdir. Bunları nəzərə alaraq həmin əməliyyatlar Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi kimi qiymətləndirilmiş və malın dəyəri azaldılmışdır. Cavabdehin qeyd etdikləri ilə bağlı Kollegiya aşağıdakı normalara diqqət çəkir: Vergi Məcəlləsi – Maddə 14 Bazar Qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Kollegiya qeyd edir ki, vergi orqanı tərəfindən dəvət olunmuş ekspert tərəfindən malların bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmamış, bu səbəbdən ekspert tərəfindən bazar qiyməti ilə əlaqədar rəy verilməmişdir. Bu səbəbdən də yuxarda qeyd edilən normalara uyğun olaraq tərəflər arasındakı müqavilə qiyməti bazar qiyməti kimi qəbul edilməli idi. Bu mövqe Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə Konstıtusıya Məhkəməsı Plenumunun 12 mart 2012-ci il tarixli Qərarına əsasən, də konstitusiya məhkəməsinin qərarı ilə də əsasandırılmışdır. Onu da qeyd edək ki, iddiaçıya qarşılıqlı əlaqəli olan "xxxx" MMC və "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin qiymətlərinin bazar qiyməti əsasında vergi məqsədləri üçün yenidən hesablanması zamanı eyni vergi müfəttişi tərəfindən və eyni tarixdə tərtib edilmiş müvafiq yoxlama aktlarında məhz Rusiya Federasiyasının “X18” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müvafiq vergi yoxlaması üzrə şübhə doğuran və barəsində ekspertiza sifariş edilmiş invoys qiymətləri bazar qiyməti götürülmüşdü. “Malların alışının yalnız sənəd üzərində həyata keçirilməsi” ilə bağlı cavabdehin dəlilinə münasibətdə Kollegiya bildirir ki, həmin mallar emal rejimi xüsusi gömrük rejimi altında idxal olunmuş və həmin rejimdə də ölkədən kənara ixrac edilmişdir. Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən 10% dərəcə ilə Vergi ödəyicisinə verginin tətbiqinə gəldikdə isə, qeyd edilməlidir ki, Polymer-Trade LTD şirkəti ilkin olaraq BVİ-da qeydiyyata alınsa da, daha sonra o həmin yuridiksiyada fəaliyyətinə son qoyaraq, öz qeydiyyatını bu siyahıda qeyd olunmayan başqa əraziyə keçirmişdir. Həmçinin Polymer-Trade LTD şirkətinə vergi hesablandığı dövr, qeydiyyatda olduğu yer və fəaliyyət göstərdiyi ölkə “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2017-ci il tarixli Fərmanı ilə göstərilmiş siyahıda yer almamışdır. Həmçinin qarşılıqlı asılı şəxslərdən aldığı mallara görə ödənilmiş xarici valyutaların manata nisbətən mənfi və müsbət məzənnə fərqinə görə 1,612,930.49 manat gəlirlərin azaldılması ilə bağlı vergi yoxlamasında qeyd edilmiş məsələyə gəldikdə isə, bununla da bağlı Cavabdeh qoyulmuş suallara heç bir izahat verə bilməmiş, habelə məhkəmə araşdırması zamanı təsadüfi seçim üsulu ilə bir neçə pozisiya üzrə sadə kalkulyasi edilməklə məlum olmuşdur ki, hesabatda əks etdirilmiş məzənnə əsasında çıxarılmış yekun məbləğ üst-üstə düşmür. Həmçinin bu məqam qanunsuz olaraq yenidən müəyyənləşdirilmiş bazar qiymətinin nəticəsi olaraq yaranmış pul kütləsi əsasında ehtimal edilir. Bazar qiyməti isə qanunsuz olaraq tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Respublikası Konstitusiyasınын 73-cü maddəsinin İİ-ci hissəsinəəsasən «Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçı tərəf iddiasının əsaslılığını təsdiq edən mötəbər sübutları təqdim edə bilmiş, cavabdeh tərəf isə gördüyü tədbirlərin qanunauyğunluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prоsеssuаl Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dяyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-890/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3168/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3168/2023
01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver