Məhkəmə qərarları › İş №2-1(103)-317/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-317/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-317/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Elmira oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «alınmamış müavinətin ödənilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2516/2021 saylı 08.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona veteran üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni, 08.09.2016-cı ildən 08.09.2013-cü il tarixədək 36(otuz altı) ayının fərq məbləğinin ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisənin iş materiallarına əsasən müəyyən edilənfaktiki hallarına görə: “İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ona 08 sentyabr 2016-cı il tarixində müharibə veteranı adı və vəsiqəsi ((vəsiqə № 031700) verilmişdir. Həmin tarixdən də müharbə veteranlarına verilən müavinət ödənilməyə başlanmışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının 1.3-cü maddəsinə əsasən müraciət edilməzdən əvvəlki 3(üç) il üçün yəni, 08.09.2016-cı il tarixdən 08.09.2013-cü il tarixədək fərq məbləğinin birdəfəlik almaq hüququ mövcud olmuşdur. O, ərizə ilə cavabdehə müraciət edərək əvvəl üç il üçün müavinətin hesablanıb averilməsini xahiş etmiş, lakin sonuncu, onun 23.05.2020-ci il tarixində daxil olmuş həmin ərizəsinin təmin olunmasından, Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən 01.04.2019-cu il tarixdən müharibə veteranlarına verilən müavinətin prezident təqaüdü ilə əvəz olunduğunu bildirməklə, imtina etmişdir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2516/2021 saylı 08.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 08 sentyabr 2013-cü il tarixdən 08 sentyabr 2016-ci il tarixədək müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulmuşdur. Cavabdeh (təmsilçisi Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı) apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Hazırkı mərhələdə, iş üzrə cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-nin Binəqədi rayon Xidmət nümayəndəliyi, əsl cavabdeh - həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdehin apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki və hüquqi əsaslara görə qərar əsasızdır. Daha sonra, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci, Veteranlar haqqında” Qanunun 7-ci və Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahl qüvvələr veteranı və əmək veteranı verilməs qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndlərini göstərərək qeyd etmişdir ki, müavinətin müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsi iki halla şərtləndirilir: iddia olunan 3 ilin başlandığı anda: hüququn yaranması; bu Qanunun qüvvədə olması. Sosial müavinət almaq hüququ veteran vəsiqəsini aldğı tarixdən yarandığı üçün vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə 08.09.2016-cı il tarixdən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Müavinət almaq hüququ vəsiqənin veridiyi anda yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.İsayeva apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” 4.0.1.6-cı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Qanunun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.5-ci, 7.0.6-cı, 7.0.7-ci (hər iki halda), 8-ci, 9.1.4-cü, 9.1.5-ci, 9.1.6-cı, 11.1.4-cü və 11.1.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir); Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına və həmin Fərmana (11.07.2005-ci il tarixli 257 saylı Fərmanla) edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyytlarında iştirak etdiyinə görə müharibə veteranı adını almış şəxslərə kommunal, nəqliyyat və digər xərclər üçün müavinət ödənilməsi nəzərdə tutulmuşdur «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin imperativ tələbinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Həmin Qanunun 9.1.5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. İş materiallarına əsasən müəyyən edilən faktiki hallardan göründüyü kimi, 08.09.2016-cı il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya , Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə (1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə) müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarınının iştirakına görə müharibə veteranı adı və və vəsiqəsi verilmişdir. İddiaçının cavabdehə ünvanladığı ərizəsinə, onun 23.05.2020-ci il tarixində cavabdeh inzibati orqan tərəfindən verilmiş 03.07.2020-ci il tarixli cavab məktubuna və soununcunun iddia ərizəsinə etiraızna və hazırkı apellyasiya şikayətinin dəlillərinə əsasən süəyyən olunur ki, 08.09.2016-cı il tarixindən iddiaçıya müharibə veteranı olduğu üçün müəvinət təyin edilərək ödənildiyi və 01.04.2019-cu il tarixdən həmin müavinət əvəzinə prezident təqaüdü ödənildiyi işin mübahisələndirilməyən halıdır (Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanına əsasən: 01 aprel 2019-cu il tarixdən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir) Eyni zamanda, tədqiq olunan həmin iş materallarına əsasən iddiaçıya müharibə veteranı kimi 08.09.2016-cı il tarixində müavinət təyin edilsə də, həmin tarixdən əvvəlki üç il üçün ona müavinət hesablanıb verilmədiyi də işin mübahisələndirilməyən haıdır. Beləliklə də, cavabdeh tərəfindən iddiaçının qanunla müəyyən edilən, əvvəlki üç ilə görə müavinət almaq hüququ açıq saxlanılmışdır. Apellyasiya şikayətində cavabdeh “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin qeyd olunan dispozisiyasına və «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə istinadən belə hesab edir ki, müavinət verilərkən müharibə veteranı vəsiqəsinin verilmə tarixi əsas götürülməlidir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan normaları düzgün təfsir olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi anlamı heç də iddiaçının qeyd etdiyi anlamda tətbiq edilə bilməz. Çünki, konkret halda qanunverici sadəcə onu nəzərdə tutur ki, müavinətin verilməsi üçün vətəndaşın veteran vəsiqəsinin mövcudluğu tələb olunur. «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin qeyd olunan tələbi baxımından, 1994-cü ilin may ayının 12-ə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (1-ci Qaraağ müharibəsi) iştirakına görə müharibə veteranı adı və vəsiqəsi verilmiş iddiaçı, 08.09.2016-cı il tarixində «müharibə veteranı» adı və vəsiqəsi verildiyi andan əvvəlki üç il üçün, müraciət etdiyi təqdirdə, müavinət almaq hüququna malik olur. Lakin iş materiallarından görünür ki, iddiaçının qanunla müəyyən edilən hüququnu cavabdeh pozmuş, , 08.09.2016-cı il il tarixindən əvvəlki üç il üçün müavinətin ödənilməsindən imtina etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin müharibə veteranı vəsiqəsi verildiyi andan əvvəlki üçün iddiaçının müavinət almaq hüququnu olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Onun apellyasiya şikayətinin 01.04.2019-cu il tarixindən iddiaçıya verilən müəvinətin prezident təqaüdü ilə əvəz edildiyini mübahisələndrilən dəlilləri gəldikdə isə bu məsələnin hazırkı iddia tələbinə heç bir aidiyyəti ola bilməz. Çünki, iddiaçı «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsi ilə müəyyən olunan hüququndan istifadə edərək ilkin olaraq, ona müavinət təyin edildiyi 08.09.2016-cı il tarixindən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsini tələb edir. İPM-in 34.1-ci maddəsinin tələbindən də görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin edilməsini maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız və qanunvericiliyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2516/2021 saylı 08.06.2021-ci il tarixli qərarı, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2516/2021 saylı 08.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar