Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-317/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X9 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5584/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabiliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, əmək fəaliyyətinə 1985-ci ildə başlamışdır. Belə ki, keçmiş SSRİ dönəmində Kürdəmir rayonunda Kürdəmir rayon aqrar istehsalat birliyinə mühasib köməkçi vəzifəsinə daxil olmuş, 02 fevral 1991-ci ildə öz ərizəsi ilə işdən azad olmuşdur. Sonradan Bakı şəhərinə gəlmiş, əmək fəaliyyətini burada, 2007-ci ilə qədər davam etdirmişdir. Ona 52 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, **********4 saylı məktub ilə müraciətinin təmin edilməsindən imtina edərək, əsas olaraq mərkəzi filiala təqdim etdiyi sənədlərində xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar" X1 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən yuxarıda qeyd olunan əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verildiyi, sorğuya daxıl olmuş müvafiq cavabda Kürdəmir rayon “Aqrar" X2 arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və həmin müəsisənin hüquqi ünvanını müəyyən etmək mumkun olmadığı bildirilmişdir. Buna görə də, xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığı qeyd olunaraq, ümumi iş stajının 20 ildən az, 15 il 10 ay 15 gün təşkil etdiyi qeyd edilərək, ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuz olmuşdur. Belə ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1 -ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Lakin, həmin Qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı, olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X21 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 17 oktyabr 1985-ci il tarixdən 02 fevral 1991-ci il tarixə qədər Kürdəmir rayonunda Kürdəmir rayon X5 mühasib köməkçisi vəzifəsində işlədiyi barədə ona məxsus əmək kitabçasında müvafiq qaydada qeydlər aparılaraq müəssisənin rəhbəri tərəfindən imza olunaraq möhürlə təsdiq edilmişdir. Odur ki, onun əmək kitabçası ilə 1710.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar” X1 işlədiyi öz təsdiqini tapdığından, cavabdeh tərəfindən həmin dövrün nəzərə alınmamasını əsassız hesab edərək, pensiya hüququnun pozulması kimi qiymətləndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə hesab edir ki, 52 yaşı tamam olduğu 26.04 2017-ci il tarixədək 25 ildən çox ümumi iş stajının olması, həmin 25 il ümumi stajın 12 il 06 aydan çox hissəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olması nəzərə alınmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5584/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin tələbi edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 dekabr 2022-ci il tarixli, 2-1(103)- 1864/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5584/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərlərlə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehə həvalə olunmuşdur. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2-1(103)-1864/2022 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeydşərtsiz təsdiq etmir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5584/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli, xx.xx.1985cil tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında aşağıdakı qeydlər vardır: İddiaçı xx.xx.1985-ci il tarixdə Kürdəmir rayon X11 Birliyinə ərizəsi əsasında mühasib köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdən Kürdəmir rayon Ağrar X1n öz ərizəsinə əsasında mühasib köməkçisi vəzifəsindən azad edilmişdir. Əmək kitabçası 41-ci səhifədən başlamış, iddiaçı barəsində müvafiq qeydlər isə 43-cü səhifədən yazılmağa başlamış, daxil olma əmrinin nömrəsi 96, xaric olma əmrinin nömrəsi 18 göstərilməsinə baxmayaraq, əmrlərin tarixi qeyd edilməmişdir. - notarial qaydada tərcümə və təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli iddiaçının adına xx.xx.1991-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, əmək kitabasında aşağıdakı qeydlər vardır: MİK-dan arayışa əsasən işə qəbul edilənədək əmək stajı olmayıb, xx.xx.1991-ci il tarixdən (xx.xx.1991-ci il tarixli, 260 k saylı əmr) “Kirovneft” Qazçıxarma İdarəsi Neft və qaz hasilatı sexinə (2 saylı Neft sənayesi) neft və qaz hasilatı üzrə dispetçer pultunun 3-cü dərəcəli operatoru qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə (xx.xx.1991-ci il tarixli, 878 saylı əmr) 4-cü dərəcə verilmiş, xx.xx.1992-ci il tarixdə Nazirlər Kabinetinin 177 saylı qərarına əsasən “Kirovneft” Qazçıxarma İdarəsinin adı “Binəqədineft” Neftqazçıxarma İdarəsinə dəyişdirilib, xx.xx.1992-ci il tarixdə (xx.xx.1992-ci il tarixli, 732 k saylı əmr) tədqiqat üzrə 4-cü dərəcli operator keçirilmiş, xx.xx.2005-ci il tarixdə Ləğvetmə komissiyasının xx.xx.2005-ci il tarixli, 1 №-li Protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv olunması ilə əlaqədar) uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2005-ci il tarixdə (HRA/01 saylı, xx.xx.2005-ci il tarixli əmr) “X24” X3 və Hasilatın Ölçülməsi sexinə quyuların tədqiqi üzrə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə əməliyyat şöbəsi 2-ci mədənə quyuların tədqiqi üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə (HRİ 03/07 saylı, xx.xx.2007-ci il tarixli əmr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı ilə əlaqədar) işdən azad edilmişdir. - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Kürdəmir rayon X12 Birliyi tərəfindən vəkil sorğusuna 16 nömrəli, 09 sentyabr 2019-cu il tarixli məktubla verilmiş cavab məktubundan görünür ki, Kürdəmir rayon X19 Birliyi 1949-cu ildən “Tədarük kontoru” (kənd təsərrüfatı məhsulları və xam malların tədarükü və satışı) kimi mövcud olmuş, 1987-ci ildən isə indiki adla (X19 Birliyi) hal-hazırda mövcuddur. - Kürdəmir rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş 2/960-6 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Kürdəmir rayon İcra Hakimiyyətində Kürdəmir rayon Aqrar X2 hansı ildə fəaliyyətə başlaması, hansı illərdə fəaliyyət göstərməsi və hansı ildə fəaliyyətini dayandırması barədə məlumat yoxdur. - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Kürdəmir rayon X12 Birliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına təqdim edilməsi üçün verilmiş 15 nömrəli, 09 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən müraciətində qeyd etdiyi kimi 17 oktyabr 1985-ci il tarixdən 02 fevral 1991-ci il tarixədək “Kürdəmir rayon X12 Birliyi”-ndə mühasib köməkçisi vəzifəsində işləmişdir. Bundan əlavə, müraciət ərizəsinə əlavə olunmuş əmək kitabçasının surətinə və daha sonra təqdim edilmiş əslinə tərəflərindən baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı əmək kitabçasında olan möhürün “Kürdəmir rayon X12 Birliyi”nə məxsus olması tərəflərindən müəyyən olunmuşdur. Daha sonra aparılmış araşdırma nəticəsində yuxarıda qeyd olunan tarixlərdə İddiaçı həqiqətən “Kürdəmir rayon X12 Birliyi”də mühasib köməkçisi vəzifəsində işləməsi tərəflərindən təsbit olunmuşdur. İddiaçı işlədiyi müddət ərzində özünü işgüzar, bacarıqlı, çalışdığı sahə üzrə lazımlı mütəxəssis kimi göstərmiş, bununla da, çalışdığı kollektivin hörmətini qazanmışdır. Həmçinin, “Kürdəmir rayon X12 Birliyi” 2002-ci ildən hazıradək fəaliyyətini dayandırmışdır. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş 18 iyul 2019-cu il tarixli, 142 nömrəli cavab məktubundan görünür ki, kürdəmir rayon X12 Birliyi xx.xx.1999-cu ildən hüquqi şəxslərin reyestri üzrə Kürdəmir rayonunda qeydiyyatdadır. - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X7 rəhbəri tərəfindən vəkil sorğusuna verilmiş AAŞ-54/67 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Kürdəmir rayon X19 Birliyi 1949-cu ildən “Tədarük Kontoru” (kənd təsərrüfatı məhsulları və xam malların tədarükü və satışı) kimi mövcud olmuş, 2002-ci ildən isə fəaliyyətini dayandırmışdır. - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşərləin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1985xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar” X1 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən yuxarıda qeyd olunan əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəflərindən aidiyyəti üzrə sorğu verilmişdir. Sorğulara daxil olmuş müvafiq cavabda Kürdəmir rayon “Aqrar” X2 arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və həmin müəssisənin hüquqi ünvanını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Buna görə də, xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (15 il 10 ay 15 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hisəssində qydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13665.44 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********253500 nömrəli cavab məktubundan görünür ki, Kürdəmir rayon X12 Birliyi 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********157700 nömrəli cavab məktubundan görünür ki, məhkəmənin Kürdəmir rayon X12 Birliyi və X13 X8 hüquqi şəxs kimi qeydiyyatda olub-olmaması barədə xx.xx.2021-ci il tarixli müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində baxılaraq bildirilmişdir ki, Kürdəmir rayon X22 və X10 X17 9 saylı Ərazi Vergilər İdarəsində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamışdır. - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X15 rəhbəri tərəfindən məhkəmənin sorğusuna əsasən İH-56 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Azərittifaqın tabeliyində olan Kürdəmir rayon Aqrar X2 sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyi üçün İddiaçı barəsində məlumat təqdim edə bilmirlər. Həmçinin bildirilmişdir ki, X13 X17 həqiqətən Kürdəmir rayon Aqrar X2 tabeliyində fəaliyyət göstərmişdir. - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, **********798800 nömrəli cavab məktubundan görünür ki, dövlət reyestrində Kürdəmir rayon Aqrar İstehsalat-Tədarük Birliyinin xx.xx.1995-ci il tarixdə 22088 qyediyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin müəssisə VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Dövlət reyestrində X10 X17 adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan məlumata əsasən, o, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayon X12 Birliyinə mühasib köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdən Kürdəmir rayon Aqrar X1n öz ərizəsinə əsasında mühasib köməkçisi vəzifəsindən azad edilmişdir. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan məlumata əsasən, o,xx.xx.1991-ci il tarixdən “Kirovneft” Qazçıxarma İdarəsi Neft və qaz hasilatı sexinə (2 saylı Neft sənayesi) neft və qaz hasilatı üzrə dispetçer pultunun 3-cü dərəcəli operatoru qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə 4-cü dərəcə verilmiş, xx.xx.1992-ci il tarixdə Nazirlər Kabinetinin 177 saylı qərarına əsasən “Kirovneft” Qazçıxarma İdarəsinin adı “Binəqədineft” Neftqazçıxarma İdarəsinə dəyişdirilib, xx.xx.1992-ci il tarixdə tədqiqat üzrə 4-cü dərəcəli operator keçirilmiş, xx.xx.2005-ci il tarixdə Ləğvetmə komissiyasının xx.xx.2005-ci il tarixli, 1 №-li Protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv olunması ilə əlaqədar) uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2005-ci il tarixdə “X24” X4 və Hasilatın Ölçülməsi sexinə quyuların tədqiqi üzrə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə əməliyyat şöbəsi 2ci mədənə quyuların tədqiqi üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə (HRİ 03/07 saylı, xx.xx.2007-ci il tarixli əmr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı ilə əlaqədar) işdən azad edilmişdir. İddiaçı 8.12.2020-ci il tarixdə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar” X1 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən yuxarıda qeyd olunan əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəflərindən aidiyyəti üzrə sorğu verilmişdir. Sorğulara daxil olmuş müvafiq cavabda Kürdəmir rayon “Aqrar” X2 arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və həmin müəssisənin hüquqi ünvanını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Buna görə də, xx.xx.1985- xx.xx.1991-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (15 il 10 ay 15 gün) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13665.44 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iş materiallarında iddiaçıya məxsus iki ədəd əmək kitabçası mövcuddur. 10.1985-ci ildə doldurulduğu qeyd olunan İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan məlumatlara əsasən, İddiaçı xx.xx.1985-ci il tarixdə Kürdəmir rayon X12 Birliyinə ərizəsi əsasında mühasib köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdən Kürdəmir rayon Aqrar X1n öz ərizəsi ilə mühasib köməkçisi vəzifəsindən azad edilmişdir (cavabdeh məhz həmin əmək kitabçasının məlumatlarını mötəbər hesab etmir). Məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş iddiaçının adına xx.xx.1985-ci il tarixdə açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasından müəyyən edilmişdir ki, əmək kitabçası 41-ci səhifədən açılmış, iddiaçının əmək stajı ilə bağlı müvafiq qeydlər isə əmək kitabçasının 42-ci və 43-cü səhifələrindən qeyd edilməyə başlamışdır. Həmin qeydlərdə iddiaçının xx.xx.1985-ci il tarixdə Kürdəmir rayon X11 Birliyinə ərizəsi əsasında mühasib köməkçisi vəzifəsinə qəbul edilməsi, xx.xx.1991-ci il tarixdən Kürdəmir rayon Ağrar X1n öz ərizəsinə əsasında mühasib köməkçisi vəzifəsindən azad edilməsi göstərilmişdir. İşə daxil olma əmrinin nömrəsi 96, xaric olma əmrinin nömrəsi isə 18 göstərilməsinə baxmayaraq, əmrlərin tarixi qeyd edilməmişdir. Əmək kitabçasına Kürdəmir rayon X12 Birliyi X13 X8 möhürü vurulmuşdur. Digər tərəfdən iş materiallarında olan iddiaçının adına xx.xx.1991-ci il tarixdə açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında 2-ci və 3-cü səhifələrdə qeyd edilmişdir ki, MİK-dən verilmiş arayışa əsasən işə qəbul edilənədək əmək stajı olmayıb. Sözügedən hallar iddiaçının adına xx.xx.1985-ci il tarixdə açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan qeydlərin mötəbərliyini şübhə altına aldığından, məhkəmə tərəfindən həmin qeydlərin düzgünlüyünün yoxlanılması məqsədilə aidiyyəti qurumlara müvafiq sorğular verilmiş və həmin sorğulara daxil olmuş cavab məktubları əsasında müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İstehsal-Tədarük Birliyinin xx.xx.1995-ci il tarixdə 22088 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, həmin müəssisə VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Dövlət reyestrində X13 X17 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Eyni zamanda iş materiallarında Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X18 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına təqdim edilməsi üçün verilmiş 15 nömrəli, 09 sentyabr 2019-cu il tarixli arayışda iddiaçının “Kürdəmir rayon X12 Birliyi”də mühasib köməkçisi vəzifəsində işləməsi, işlədiyi müddətdə özünü işgüzar, bacarıqlı, çalışdığı sahə üzrə lazımlı mütəxəssis kimi göstərməsi, çalışdığı kollektivin hörmətini qazanması barədə məlumatlar göstərildiyindən, məhkəmə tərəfindən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X6 İddiaçı “Kürdəmir rayon X12 Birliyi”də işləməsini təsdiq edən sənədlərin eləcə də, Kürdəmir rayon Aqrar X2 və X13 X8 fəaliyyətini təsdiq edən sənədlərin (nizamnamə, əsasnamə, əmrlər və s.) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuş, məhkəmə sorğusuna Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X18 tərəfindən İH-56 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Azərittifaqın tabeliyində olan Kürdəmir rayon Aqrar X2 sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyi üçün İddiaçı barəsində məlumat təqdim edə bilmirlər. Həmçinin, X13 X17 həqiqətən Kürdəmir rayon Aqrar X2 tabeliyində fəaliyyət göstərmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı işin obyektiv həlli məqsədi ilə müvafiq sorğular ünvanlanmışdır. Sorğuya cavab olaraq Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 24 iyun 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında,idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”ın 13.3.2. bəndinə əsasən rayon İcra Hakimiyyətinin arxivində 5 il müddəti ötmüş bütün sərəncam ,əmr və digər daimi saxlanılan sənədlər saxlanılmaq üçün rayon Dövlət Arxivinə təhvil verilir. Qeyd olunanları nəzərə alaraq gələcəkdə 5 il müddəti ötmüş məlumatların əldə edilməsi üçün Kürdəmir rayon Dövlət Arxivinə müraciət edilməsi xahiş olunur.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi iddiaçının adına xx.xx.1985-ci il tarixdə açılmış əmək kitabçasında onun xx.xx.1985-ci ildən xx.xx.1991-ci il tarixədək Kürdəmir rayon X12 Birliyi X13 X17ndə mühasib köməkçisi vəzifəsində işləməsi ilə bağlı qeydlər olsa da, həmin qeydləri təsdiq edən, əmrlər, əmək haqqı cədvəlləri, əmək müqavilələri və s. aşkar olunmamış, ümumiyyətlə iddiaçının adına açılmış həmin əmək kitabçasında iddiaçının işə daxil olma və işdən xaric olma barədə əmrlərinin tarixi də, göstərilməmiş, əmək kitbaçası 1-ci səhifədən deyil, 41-ci səhifədən yazılmağa başlamış, iddiaçının adına sonradan açılmış xx.xx.1991-ci il tarixli əmək kitabçasında isə MİK-dən verilmiş arayışa əsasən işə qəbul edilənədək əmək stajının olmaması barədə qeydlər göstərilmişdir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X18 tərəfindən iddiaçı barəsində verilmiş arayışlar isə arayışda göstərildiyi kimi iddiaçıya məxsus əmək kitabçasından istifadə edilməklə verildiyindən, həmin arayışlar da mötəbər hesab oluna və iddiaçının əmək stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Həmçinin, Kürdəmir rayon X12 Birliyi özü ümumiyyətlə xx.xx.1995-ci il tarixdə, 22088 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, X13 X17 adlı hüquqi şəxsin isə qeydiyyatdan keçməsi barədə isə məlumat mövcud olmamışdır. Göstərilən hallar isə, iddiaçının əmək kitabçasındakı həmin qeydlərin qeyri-mötəbərliliyinə dəlalət etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasında olan qeydlərin düzgünlüyü və dəqiqliyi sübuta yetirilmədiyindən, bununla da, həmin illər iddiaçının sığorta stajına daxil edilə bilmədiyindən, iddiaçıya münasibətdə 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə (axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) əsasən 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun həmin tarixədək 20 ildən az ümumi iş stajı olduğundan, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5584/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5584/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.