Məhkəmə qərarları › İş №2-1(103)-3170/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3170/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3170/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-3170/2023 (Açar sözlər: “Qeydiyyat hərəkətlərinin aparılması” ) Bakı şəhəri 21 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X10 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2635/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin AC seriyalı 965115 saylı xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi ilə alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 116901-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, qeyd olunan “X29 Rover” markalı SALLAAAG4BA557624 şassi nömrəli nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən xahişin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki: 1. Toplanmış materialda cinayət tərkibi olmadığından fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. 2. “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobilin şassi nömrəsi ilə bağlı aparılmış araşdırmaya dair qərarın surəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinə göndərilmişdir. 3. Qərardan şikayət etmək, həmçinin məhkəməyə müraciət etmək hüquqları X11 (İddiaçı məxsus müvafiq avtomobili etibarnamə əsasında idarə edən şəxsə) izah edilmişdir. 4. Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. 5. Material saxlanılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arxivinə verilmişdir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 016-141095-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı məxsus olan “X29 Rover” markalı, SALLAAAG4BA557624 şassi nömrəli nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat mövcud deyil. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 005-25740-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, qəbul edilmiş (xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında) qərar ləğv edilməmişdir, hazırda da qüvvədədir.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 157479-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “X29 Rover” markalı, SALLAAAG4BA557624 ban nömrəli nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-25/2-4481/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş 22/960a saylı xx.xx.2022-ci il tarixli tədqiqat haqqında arayışa əsasən “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş şassi nömrəsində olan «*SALLAAAG4BA557624*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin həmin şassi nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edildi. Şassi nömrəsi həkk edilmiş sahənin alt tərəfində də qaynaq işlərinin izləri müşahidə edildi. Avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin şassi nömrəsini göstərən «SALLAAAG4BA557624» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin aşağı tərəfində lövhə üzərində şassi nömrəsini göstərən «SALLAAAG4BA557624» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərədə tutulan hissəsinə, həmin hissə mühərrikin hissə və detalları ilə qapalı (bağlı) olduğundan baxış keçirmək texniki cəhətdən mümkün olmadı.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X29 Rover” minik markalı, **- NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAABAG şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobillə qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan və X8 etibarnamə əsasında idarə etdiyi, “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAABAG şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobil təkrar qeydiyyatın aparılması üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinə təqdim edilmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zamanı avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması şübhəsi yarandığı üçün qeydiyyat hərəkətləri aparılmamışdır. Qeyd edilən fakt üzrə toplanmış material ararşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAABAG şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobilin şassi nömrəsinin kustar üsulla hazırlanması onun iradəsindən asılı olan hal deyil və avtonəqliyyat vasitəsi həmin vəziyyətdə alınmış və bir çox dövlətlərin ərazisindən keçmişdir. Qeyd edilən avtonəqliyyat vasitəsi 2011-ci ildən istismardadır və dəfələrlə addan-ada keçirilmişdir. Lakin hazırda həmin avtonəqliyyat vasitəsinin digər şəxsin üzərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən əsassız məhdudiyyət qoyulmuşdur. Tərəfındən cavabdehə müraciət edilmişdir. Müraciətinə cavab olaraq, cavabdehin ********** saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən “X29 Rover” minik markalı, 10- NR-101 dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAABAG şassi nömrəli nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün olduğu bildirilmişdir.

10. Məhkəmə iddiaçının məhkəməyə təqdim edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti və digər bütün qoşma sənədlərdə avtomobilin şassi nömrəsinin SALLAAAG4BA557624 olduğu qeyd edilsə də, iddia ərizəsinin tələb hissəsində SALLAAABAG kimi göstərilməsini texniki yanlışlıq hesab edir və iddia tələbini iddiaçının hüquqi marağına uyğun olaraq “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobillə qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinin üzərinə qoyulması” kimi qəbul edir.

11. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2635/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla idxal etdiyi nəqliyyat vasitəsinə hüquqlarının qeydə alınması üçün “qanuni gözləntisi” olduğunu müəyyən etmir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş 22/960a saylı xx.xx.2022-ci il tarixli tədqiqat haqqında arayışdan da görünür ki, “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş şassi nömrəsində olan «SALLAAAG4BA557624» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olsa da, həmin şassi nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilir. Şassi nömrəsi həkk edilmiş sahənin alt tərəfində də qaynaq işlərinin izləri müşahidə edilir. İddiaçı tərəfindən inzibati araşdırma və məhkəmə araşdırması dövründə avtomobilin şassi nömrəsi ətrafında qaynaq işlərinin zəruriliyini təsdiq edən hər hansı bir dəlil və ya sübut təqdim edilməmişdir. Qeyd edilən səbəblərdən cavabdeh tərəfindən “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli avtomobilin dövlət qeydiyyatının aparılmasından imtina etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”yə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2635/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etməklə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”nin 2.8-ci bəndinə əsasən təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir: 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda. Arayışın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir. Cavabdehin qeydiyyatdan imtinaya dair mövqeyi, həmçinin birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair mövqeyi, iddiaçının Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsi ilə müəyyən edilmiş mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. İş materiallarında olan, AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli 157475-1222 saylı məktubu ilə göstərilmiş avtomobilin qeydiyyat məlumatlarından görünür ki, “X29” markalı, SALLAAAG4BA557624 ban nömrəli avtomobilin Azərbaycan Respublikasında ilk qeydiyyatı, avtomobil Azərbaycana idxal edildikdən sonra, xx.xx.2015-ci ildə, gömrük vəsiqəsi əsasında, X6 adına 85CU841 dövlət qeydiyyat nişanı ilə aparılmışdır. Həmin avtomobil xx.xx.2015-ci il tarixdə X9 tərəfindən alqı-satqı müqaviləsi ilə X4 və avtomobil 99XF087 dövlət qeydiyyat nişanı ilə sonuncunun adına rəsmiləşdirilmişdir. Avtomobil, xx.xx.2015-ci il tarixdə, X18 tərəfindən alqı-satqı müqaviləsi ilə X2 və avtomobil 99ND070 dövlət qeydiyyat nişanı ilə sonuncunun adına rəsmiləşdirilmişdir. Avtomobil, xx.xx.2016-cı il tarixdə, X16 tərəfindən alqı-satqı müqaviləsi ilə X3 və avtomobil 99OE242 dövlət qeydiyyat nişanı ilə sonuncunun adına rəsmiləşdirilmişdir. Avtomobil, xx.xx.2016-cı il tarixdə, X17 tərəfindən alqı-satqı müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmış və avtomobil 99AB996 dövlət qeydiyyat nişanı ilə həmin cəmiyyətin adına rəsmiləşdirilmişdir. Avtomobil, xx.xx.2016-cı il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alqı-satqı müqaviləsi ilə X5 və avtomobil 99XJ781 dövlət qeydiyyat nişanı ilə sonuncunun adına rəsmiləşdirilmişdir. Avtomobil, xx.xx.2016-cı il tarixdə, X22 tərəfindən alqı-satqı müqaviləsi ilə X1 və avtomobil 10NR101 dövlət qeydiyyat nişanı ilə sonuncunun adına rəsmiləşdirilmişdir. Nəhayət, həmin avtomobil, xx.xx.2017-ci il tarixdə, X14 tərəfindən alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış və avtomobil 10NR101 dövlət qeydiyyat nişanı ilə sonuncunun adına rəsmiləşdirilmişdir. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı avtomobilin Azərbaycan Respublikasında 8-ci mülkiyyətçisidir. O, həmin avtomobili əldə edərkən, avtomobilin qanuni əsaslarla satıcı X7 məxsus olduğu məhz cavabdeh inzibati orqan tərəfindən yoxlanılmış və yalnız bundan sonra İddiaçı adına rəsmiləşdirilmişdir.Mülki Məcəllənin182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

21. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

22. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə” 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər 1.4. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda: 1) əldə edildiyi vaxtdan on gün ərzində; 2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; 3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində: 4) xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan on gün ərzində; 5) Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini qeydiyyata aldırmalıdırlar. 1.8. Azərbaycan Respublikasının ərazisində: 1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan; 2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi qəti qadağandır. 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir. 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda. Arayışın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

10. Dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

11. Bu qaydaların pozulmasına görə nəqliyyat vasitələrinin mülkiyyətçiləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

28. Həmçinin, iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdurlar.

29. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

30. Belə ki, işin hallarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin AC seriyalı 965115 saylı xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi ilə alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır.

31. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 157479-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “X29 Rover” markalı, SALLAAAG4BA557624 ban nömrəli nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.

32. İşin digər hallarından, o cümlədən iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 22/960a saylı xx.xx.2022-ci il tarixli tədqiqat haqqında arayışından da görünür ki, “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş şassi nömrəsində olan «*SALLAAAG4BA557624*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olsa da, həmin şassi nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilir. Şassi nömrəsi həkk edilmiş sahənin alt tərəfində də qaynaq işlərinin izləri müşahidə edilir.

33. Qeyd edilən səbəblərdən cavabdeh inzibati orqan “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli avtomobilin dövlət qeydiyyatının aparılmasından imtina etmiş, birinci instansiya məhkəməsi isə iddiaçının hazırkı iddiasını əsaslı saymamışdır.

34. Məhkəmə Kollegiyası hazırkı işin hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

35. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin iddiaçının avtomobilin Azərbaycan Respublikasında 8-ci mülkiyyətçisi olması, iddiaçı həmin avtomobili əldə edərkən, avtomobilin qanuni əsaslarla satıcı X7 məxsus olduğu məhz cavabdeh inzibati orqan tərəfindən yoxlanılması və yalnız bundan sonra İddiaçı adına rəsmiləşdirilməsi, Mülki Məcəllənin182.1-ci maddəsinə əsasən iddiaçının vicdanlı əldə edən sayılması kimi dəlillərinə münasibətdə tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, mübahisəli nəqliyyat vasitəsinin Azərbaycan Respublikasında bir neçə dəfə təkrar qeydiyyata alınması avtomobilin şassi nömrəsinin ətrafında və şassi nömrəsi həkk edilmiş sahənin alt tərəfində də qaynaq izlərinin həmin qeydiyyatlar aparılarkən də mövcud olubolmadığını deməyə əsas vermir.

36. Məhkəmə Kollegiyası qeyd edir ki, avtomobilin şassi nömrəsinin ətrafında və şassi nömrəsi həkk edilmiş sahənin alt tərəfində də qaynaq izlərinin mövcudluğu işin mübahisəsiz halıdır və məhkəmə bu halın mövcudluğunda avtomobilin təkrar qeydiyyata alınmasından cavabdehin imtinasının qanuni olub-olmamasına hüquqi qiymət verir.

37. İddiaçı tərəfindən inzibati araşdırma və məhkəmə araşdırması dövründə avtomobilin şassi nömrəsi ətrafında qaynaq işlərinin daha əvvəllər də aparılmış qeydiyyat zamanı mövcud olması, yaxud qaynaq izlərinin sonradan yaranması və bunun zəruriliyini təsdiq edən hər hansı bir dəlil və ya sübut təqdim edilməmişdir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”nin 1.4-cü bəndinin 5-ci yarımbəndində qeyd edilmişdir ki, nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini qeydiyyata aldırmalıdırlar.

39. Qeyd edilən səbəblərdən cavabdeh inzibati orqan “X29 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli avtomobilin dövlət qeydiyyatının aparılmasından imtina etməkdə haqlı olmuşdur.

40. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2635/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2635/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar