Məhkəmə qərarları › İş №2-1(103)-3175/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3175/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3175/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X7 və X10 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilməsi” tələbinə dair işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X7 və X10 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2-1(112)-536/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Torpağın mülkiyyətə verilməsinə dair JN–10767H kod 00306016 nömrəli şəhadətnamədən görünür ki, Şüvəlan bağ massivində yerləşən 0,12 ha 70 saylı bağ sahəsi X2, X13, İddiaçı, X5, X3 mülkiyyətindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN–10772H kod 00306016 nömrəli şəhadətnamədən görünür ki, Şüvəlan bağ massivində yerləşən 0,12 ha 70a saylı bağ sahəsi İddiaçı, X7 və X6 mülkiyyətindədir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 414912 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İddiaçı adına Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində yerləşən 1100 kv.m., 70b saylı bağ sahəsi ilə bağlı tərtib edilmiş və X16 kitabında xx.xx.2012 tarix, 32433 nömrəl ilə uçota alınmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi İ.P.Babayev tərəfindən imzalanmış və cavabdehə ünvanlanan ərizədən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 70 saylı, 70A saylı və 70B saylı bağ sahələrinin eyni divar arasında olduğu üçün onların birlşdirilməsinə icazə verilməsi xahiş olunmuşdur. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 70A saylı bağ evi və 0,23 ha torpaq sahəsi İddiaçı, digər 0,12 ha torpaq sahəsi isə İddiaçı, X7 və X6 ümumi birgə mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan bağ sahələrinə dair aparılmış dəyişikliklərin qanunsuz hesab edilməsi və İlkin Bağlar İdarəsinin rəsmi sənədlərini əsas tutaraq, bağ sahəsinin daxilində uyğunsuzluqlar nəticəsində xaric olunan 2 sahənin (25,93 m., 8,47 m., ölçüdə və 13,28 m. X 5,26 m., ölçüdə) bərpa edilməsi; ümumi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinin (DTXK-nin xx.xx.2004-cü il tarixli, JN 17072 H Kod 00306016 nömrəli şəhadətnamə) 2014-cü ildə ümumi mülkiyyətçilərin razılığı olmadan, o biri 2 bağ sahəsi ilə birləşdirilməsinin ləğv edilməsi və nəticədə yaranan 2 mülkiyyət obyektinə dair (0,12 ha ümumi mülkiyytəçilərin xüsusi mülkiyyət hüququ və 0,23 ha və bağ evi tək iddiaçının xüsusi mülkiyyət hüququ) hüquqların dövlət qeydiyyatının aparılması, bağlar İdarəsinin 70B saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında 31990 saylı 16 oktyabr 2003-cü il tarixli müqavilə və ona əsasən tərtib olunan torpaq planına uyğun yalnız üç mülkiyyətçinin qanuni istifadəsində olan bərpa ediləcək daxili yol üçün nəzərdə tutulmuş torpaq sahəsinin həmin üç mülkiyyətçinin adına hüquqların dövlət qeydiyyatının aparılması vəzifəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3763/2024 nömrəli qərardadı ilə X7 və X10 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3 bağ sahələrinin ümumi mülkiyyətçilərin razılığı olmadan birləşdirilmiş və bağ sahələrinin torpaqları özəlləşdirilərkən Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı, sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə görə Bağlar İdarəsi tərəfindən tərtib olunan bağ sahəsinin planı cavabdeh tərəfindən nəzərə alınmamış, həmin planda göstərilən, daxildə üç bağ sahəsinin ümumi istifadəsi üçün nəzərdə tutulan yol ləğv edilmiş və bağ sahəsinin qıraq tərəfindən 25,93 m., 8,47 m., ölçüdə sahə xaric olunmuşdur, cavabdeh tərəfindən tərtib olunmuş texniki pasportda torpaq sahəsinin planında ümumiyyətlə göstərilməmişdir. Halbuki, hətta bağın həmin xaric olunan sahəsində torpaq üzərindəki ağaclar da yuxarıda qeyd edilən Əsasnaməyə görə iddiaçının xüsusi mülkiyyətinə keçməlidir və bu da cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, daha bir uyğunsuzluq bağ sahəsinin digər tərəfində yaranmışdır. 13,28 m. X 5,26 m., ölçüdə bağ sahəsi də kənarlaşdınlmışdır. Halbuki, həmin xaric olunmuş bağ sahəsi 1968-ci ildən əvvəlcə onların istifadəsində və sonradan mülkiyyətindədir. Təbii ki, həmin torpaq sahəsində də ağaclar var və onlar da xüsusi mülkiyyətə verilməli idi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 11 fevral 2004cü il tarixdə tərtib olunmuş və iddiaçıya təqdim edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 10767 H Kod 00306016 nömrəli şəhadətnamədə bağ sahəsinin ölçüsü və planı Bağlar İdarəsinin sənədləri əsasında düzgün göstərilmiş, sonradan müəmmalı olaraq Torpaq kadastrında səhv əks olunmuşdur. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ evinə dair tərtib edilmiş texniki pasport JN10767 və JN-17072 saylı şəhadətnamələr və kadastr planı əsasında qanunamüvafiq qaydada hazırlanmışdır. Belə ki, sözügedən bağ sahələri iddiaçının ərizəsi əsasında birləşdirilmişdir. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 3500.0 kv.m olsa da, faktiki sahəsi 3730.0 kv.m təşkil edir. Əlavə 230.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 70A saylı bağ evi **********10- 11301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, bağ evinə məxsus torpaq sahəsinin 0.12 ha hisəsi X4, X6 və İddiaçı ümumi birgə mülkiyyətində, bağ evi və 0.23 ha torpaq sahəsi yalnız İddiaçı mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2-1(112)-536/2025 nömrəli qərarı ilə (hakim H.A.Ağalarov) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2-1(112)-536/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, ümumiyyətlə iddianın mahiyyətinin və mübahisənin nədən ibarət olduğu məhkəməyə aydın olmamış, birinci instansiya məhkəməsi qanunvericiliyi düzgün tətbiq etməyərək tamamilə səhv nəticəyə gəlmişdir. Məhkəmənin qərarında qeyd edilir ki, “İş matariallarında olan sənədlərdən göründüyü kimi, bağ evinə dair tərtib edilmiş texniki pasport torpağın mülkiyyətə verilməsinə dair JN– 10767H kod 00306016 nömrəli və JN–10772H kod 00306016 nömrəli şəhadətnamələr və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 414912 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən hazırlanmışdır. Həmin sənədlər nə iddiaçı, nə də digər şəxslər tərəfindən mübahisələndirilməmişdir.” Həmçinin, məhkəmə qərarında qeyd edir ki, “iddiaçı tərəfindən təkzib edilsə də, sözügedən bağ sahələri iddiaçının etibarnamə üzrə nümayəndəsi X9 ərizəsi (həm ərizənin, həm də etibarnamənin surəti sorğu edilərək alınmış və iş materiallarına əlavə edilmişdir.) əsasında birləşdirilmişdir.” Bu zaman məhkəmə nəzərə almamışdır ki, iddia tələbi Bağlar İdarəsinin ilkin rəsmi sənədlərinə zidd olaraq, torpaq sahələrinə dair edilmiş dəyişikliklərin, o cümlədən həmin torpaq sahələrini birləşdirilməsi zamanı yol verilmiş uyğunsuzluqlar nəticəsində 2 sahənin (25,93 m., 8,47 m., ölçüdə və 13,28 m. X 5,26 m., ölçüdə) xaric olunması və torpaq sahələrinin birləşdirilməsi zamanı digər uyğunsuzluqlar barədə tələbləri ehtiva etmişdir. Məhkəmə diqqət yetirməmişdir ki, torpaq sahələrinin birləşdirilməsinə dair ərizə ilə müraciət edildikdən sonra, torpaqların birləşdirilməsi ilə əlaqədar inzibati icraata başlayarkən, inzibati orqan tərəfindən, birləşdirilməsi nəzərdə tutulan üç torpaq sahələrinin mülkiyyətçiləri bu icraata cəlb edilməmiş, torpaq sahələri ilə bağlı ilkin sənədlər ümumiyyətlə nəzərə alınmamış, habelə yerində baxış keçirilməmiş, torpaq sahələrinin birləşdirilməsinə dair layihə torpaq sahəsinin mülkiyyətçiləri, o cümlədən İddiaçı iştirakı olmadan, sonuncu və digər mülkiyyəçilər ilə razılaşdırılmamış, bununla da qanunvericiyə zidd olaraq, iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları və qanunvericilik normalarını nəzərə almayaraq, iş üzrə düzgün araşdırma aparmamış və nəticədə tamamilə əsassız və qanunsuz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi inzibati orqanın iddiaçının və digər mülkiyyətçilərin iştirakı olmadan, onların ümumi razılığı olmadan, sonunculara məxsus olan torpaq sahələrini ilkin sənədlərə zidd olaraq dəyişdirməklə, qanunsuz olaraq birləşdirməsinə və inzibati orqanın bu hərəkətlərinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə birbaşa zidd olduğuna əhəmiyyət verməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, iş üzrə heç bir araşdırmaaparmamışdır. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxslər isə iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəməsində, iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2-1(112)-536/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsindən məlum olur ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan bağ sahələrinə dair aparılmış dəyişikliklərin qanunsuz hesab edilməsi və İlkin Bağlar İdarəsinin rəsmi sənədlərini əsas tutaraq, bağ sahəsinin daxilində uyğunsuzluqlar nəticəsində xaric olunan 2 sahənin (25,93 m., 8,47 m., ölçüdə və 13,28 m. X 5,26 m., ölçüdə) bərpa edilməsi, ümumi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinin (DTXK-nin xx.xx.2004-cü il tarixli, JN 17072 H Kod 00306016 nömrəli şəhadətnamə) 2014-cü ildə ümumi mülkiyyətçilərin razılığı olmadan, o biri 2 bağ sahəsi ilə birləşdirilməsinin ləğv edilməsi və nəticədə yaranan 2 mülkiyyət obyektinə dair (0,12 ha ümumi mülkiyytəçilərin xüsusi mülkiyyət hüququ və 0,23 ha və bağ evi tək iddiaçının xüsusi mülkiyyət hüququ) hüquqların dövlət qeydiyyatının aparılması, bağlar İdarəsinin 70B saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında 31990 saylı, 16 oktyabr 2003-cü il tarixli müqavilə və ona əsasən tərtib olunan torpaq planına uyğun yalnız üç mülkiyyətçinin qanuni istifadəsində olan bərpa ediləcək daxili yol üçün nəzərdə tutulmuş torpaq sahəsinin həmin üç mülkiyyətçinin adına hüquqların dövlət qeydiyyatının aparılması vəzifəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 70A saylı bağ evi və 0,23 ha torpaq sahəsi İddiaçı, digər 0,12 ha torpaq sahəsi isə İddiaçı, X7 və X6 ümumi birgə mülkiyyətindədir. İddiaçı hazırda mülkiyyətçilərin razılığının olmamasını əsas gətirərək bağ sahələrinin birləşdirilməsi ilə bağlı cavabdehin hərəkətini və və bağ sahələrinin ilkin sənədləri əsas tutaraq bağ evinə dair tərtib edilmiş texniki pasportu mübahisələndirir. İş matariallarında olan sənədlərdən göründüyü kimi, bağ evinə dair tərtib edilmiş texniki pasport Torpağın mülkiyyətə verilməsinə dair JN – 10767H kod 00306016 nömrəli və JN – 10772H kod 00306016 nömrəli şəhadətnamələr və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 414912 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən hazırlanmışdır. Həmin sənədlər nə iddiaçı, nə də digər şəxslər tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən təkzib edilsə də, sözügedən bağ sahələri iddiaçının etibarnamə üzrə nümayəndəsi X9 ərizəsi (həm ərizənin, həm də etibarnamənin surəti sorğu edilərək alınmış və iş materiallarına əlavə edilmişdir.) əsasında birləşdirilmişdir. İddiaçının digər mülkiyyətçilərin razılığının alınmaması əsası ilə, cavabdehin bağ sahələrinin birləşdirilməsi ilə bağlı hərəkətini mübahisələndirmək hüququ yoxdur. Nəzərdə tutduğu, razılığının alınmadığını iddia etdiyi şəxslər həmin inzibati hərəkəti mübahisələndirmədiyindən hazırkı iddia çərçivəsində yalnız bağ sahələrinin birləşdirilməsi ilə bağlı inzibati hərəkətin iddiaçının hüquqlarının pozulması ilə edilibedilmədiyi araşdırılmalıdır. Yəni onun razılığı olubolmadığı və ya bu cür razılığa ehtiyac olub-olmadığı müəyyənləşdirilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının belə bir xahişi mövcud olmuşdur. İddiaçının müraciətinə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri:

1. Torpaq sahələrinin birləşdirilməsi zamanı mülkiyyətçilərin cəlb edilməməsi və onların ümumi razılığının alınmaması.

2. Bağlar İdarəsinin ilkin rəsmi sənədlərinə və planına zidd olaraq uyğunsuzluqlar nəticəsində iki sahənin xaric edilməsi (25,93 m x 8,47 m və 13,28 m x 5,26 m ölçüdə) və daxili yolun ləğv edilməsi.

3. Birinci instansiya məhkəməsi mübahisənin mahiyyətini (xaric edilən sahələr, daxili yol) dərk etməyərək, yalnız nümayəndənin birləşdirmə ərizəsi faktı ilə kifayətlənməsi. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, sözügedən bağ sahələri (ümumilikdə 0,35 ha, i.v. 41) iddiaçının özü tərəfindən verilmiş etibarnamə üzrə nümayəndəsinin ərizəsi əsasında birləşdirilmişdir. Belə ki,İddiaçı etibarnamə üzrə nümayəndəsi İ.P.Babayev tərəfindən imzalanmış və cavabdehə ünvanlanan ərizədən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 70 saylı, 70A saylı və 70B saylı bağ sahələrinin eyni divar arasında olduğu üçün onların birlşdirilməsinə icazə verilməsi xahiş olunmuşdur (i.v.43). Başqa sözlə, cavabdeh inzibati orqanın hərəkəti birbaşa mülkiyyətçinin iradəsinə (nümayəndə vasitəsilə) əsaslanmışdır və bu hal qanunvericiliyin tələblərinə zidd olmamışdır. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, “... Bağlar İdarəsi tərəfindən tərtib olunan bağ sahəsinin planı cavabdeh tərəfindən nəzərə alınmamış, həmin planda göstərilən, daxildə üç bağ sahəsinin ümumi istifadəsi üçün nəzərdə tutulan yol ləğv edilmiş və bağ sahəsinin qıraq tərəfindən 25,93 m., 8,47 m., ölçüdə sahə xaric olunmuşdur, cavabdeh tərəfindən tərtib olunmuş texniki pasportda torpaq sahəsinin planında ümumiyyətlə göstərilməmişdir. Halbuki hətta bağın həmin xaric olunan sahəsində torpaq üzərindəki ağaclar da yuxarıda qeyd edilən əsasnaməyə görə iddiaçının xüsusi mülkiyyətinə keçməlidir və bu da cavabdeh tərəfindən nəzərə alınmamışdır...” İşdə olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 70A saylı bağ evi və 0,23 ha torpaq sahəsi İddiaçı, digər 0,12 ha torpaq sahəsi isə İddiaçı, X7 və X6 ümumi birgə mülkiyyətindədir. Göründüyü kimi, birləşdirilmiş torpaq sahələrinin ümumi ölçüsündə (ümumi 0,35 ha) inzibati orqan tərəfindən səhvə yol verilməmişdir Məhkəmə tərkibi qeyd edir ki, əslində iddiaçı bağın kənarlarından xaric olunmuş sahənin, eyni zamanda ümumi istifadə üçün nəzərdə tutulmuş yolun birləşdirilmiş torpaq sahələrinin ərazisinə daxil edilməsi arzulayır. Başqa sözlə, onun çatmaq istədiyi məqsəd qeyd olunan sahələr üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və nəticə etibarı ilə sənəd üzrə mövcud olduğundan daha çox əraziyə malik olmaqdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, birləşdirilmiş torpaq sahəsinin sənəd üzrə sahəsi 3500.0 kv.m olsa da, faktiki sahəsi 3730.0 kv.m təşkil edir. Qeyd olunmalıdır ki, torpaq sahələrinin birləşdirilməsi zamanı torpaq sahəsinin planın (cizgisinin) ideal səviyyədə (iddiaçının arzuladığı səviyyədə) hazırlanmaması mümkünüdür. Ancaq hazırkı halda birləşdirilmiş torpaq sahələrinin faktiki ölçüsü sənəd üzrə ölçüsündən az deyil. Məhkəmə tərkibi qeyd edir ki, əgər iddiaçı torpaq sahələrinin sənəd üzrə əvvəlki vəziyyətlərinə qaytarılmasını istəyirsə, həmin tələblə inzibati orqana müraciət edə bilər. Bundan başqa, iddiaçı torpaq sahələrinin birləşdirməsinə dair cavabdehin hərəkətini digər mülkiyyətçilərin razılığının alınmaması əsası ilə mübahisələndirmək hüququna malik deyil. Əgər iddiaçının razılığının alınmadığını iddia etdiyi şəxslərin hüquqları pozulubsa, həmin şəxslər öz adlarıdan inzibati orqanın hərəkətini mübahisələndirə bilərlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2-1(112)-536/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar