Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3178/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)- 6268/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı artıq ödənilmiş 23756,26 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən 24 dekabr 2009-cu il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh 24 dekabr 2009-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1200,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 540,00 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 782,50 manat olmaqla orta aylıq əmək haqqı 2660,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2660,50 manat) 80 faizi - 2128,40 manat məbləğində hesablanmışdır. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (2128,40 manat) sığorta və baza hissəsi tam (75,00+151,81=226,81 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (2128,40-226,81 = 1901,59x50%=950,80 manat) olmaqla ümumilikdə əmək pensiyası 1177,61 manat (226,81+950,80) məbləğində (dekabr ayı üzrə 8 gün üçün 303,90 manat) müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə ona 1041,20 manat müəyyən edilməklə (dekabr ayı üzrə 8 gün üçün 268,70 manat) ödənilməli olduğu halda, hər hansı vəsait ödənilməmişdir. Buna görə də cavabdehə həmin dövr üzrə 268,70 manat əskik pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən cavabdehin əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfədən az olmamaqla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2010-cu il tarixindən artırıldığı üçün əmək pensiyasının sığorta hissəsi 154,08 manat və baza hissəsi 75,00 manat müəyyən edilmişdir. Nəticədə onun əmək pensiyasının sığorta və baza hissəsi tam (154,08+75,00=229,08 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2128,40-229,08=1899,32x50%=949,66 manat) olmaqla ümumilikdə əmək pensiyası 1178,74 manat (229,08+949,66) məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə cavabdehə xx.xx.2010xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9429,92 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 8598,30 manat ödənilmişdir. Buna görə də ona həmin dövr üzrə 831,62 manat əskik pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 10.1 -ci maddəsi ilə müəyyən edilmiş əmək pensiyalarının baza hissəsi Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2010-cu il tarixində artırıldığı üçün əmək pensiyasının baza hissəsi həmin tarixdən 85,00 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta və baza hissəsi tam (154,08+85,00=239,08 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2128,40-239,08=1889,32x50%=944,66 manat) olmaqla ümumilikdə əmək pensiyası 1183,74 manat (239,08+944,66) məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə ona xx.xx.2010-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4734,96 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 4164,80 manat ödənilmişdir. Buna görə də ona həmin dövr üzrə 570,16 manat əskik pul vəsaiti ödənilmişdir. 1 yanvar 2011-ci il tarixindən əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldığı üçün cavabdehin əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 162,87 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta və baza hissəsi tam (162,87+85,00=247,87 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2128,40-247,87=1880,53x50%=940,27 manat) olmaqla ümumilikdə əmək pensiyası 1188,14 manat (247,87+940,27) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2011-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14257,68 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 13041,20 manat ödənilmişdir. Buna görə də ona həmin dövr üzrə 1216,48 manat əskik pul vəsaiti ödənilmişdir. 1 yanvar 2012-ci il tarixindən əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldığı üçün cavabdehin əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 175,73 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta və baza hissəsi tam (175,73+85,00=260,73 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2128,40-260,73=1867,67x50%=933,84 manat) olmaqla ümumilikdə əmək pensiyasının 1194,57 manat (260,73+933,73) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2012xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14334,84 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 15775,20 manat ödənilmişdir. Buna görə də ona həmin dövr üzrə 1440,36 manat artıq pul vəsaiti ödənilmişdir. 1 yanvar 2013-cü il tarixindən əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldığı üçün cavabdehin əmək pensiyanın sığorta hissəsi həmin tarixdən 177,67 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta və baza hissəsi tam (177,67+85,00=262,67 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2128,40-262,67=1865,73x50%=932,87 manat) olmaqla ümumilikdə əmək pensiyasının 1195,54 manat (262,67+932,87) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2013xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9564,32 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 12400,05 manat ödənilmişdir. Buna görə də cavabdehə həmin dövr üzrə 2835,73 manat artıq pul vəsaiti ödənilmişdir. 1 sentyabr 2013cü il tarixindən əmək pensiyalarının baza hissəsi artırıldığı üçün cavabdehin əmək pensiyasının baza hissəsi həmin tarixdən 100,00 manat müəyyən edilmişdir. Nəticədə onun əmək pensiyasının sığorta və baza hissəsi tam (177,67+100,00=277,67 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2128,40- 277,67=1850,73x50%=925,37 manat) olmaqla ümumilikdə əmək pensiyası 1203,04 manat (277,67+925,37) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2013-xx.xx.2013cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4812,16 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 5837,88 manat ödənilmişdir. Buna görə də ona həmin dövr üzrə 1025,72 manat artıq pul vəsaiti ödənilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən cavabdehin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1385,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 623,25 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələrinin 894,27 manat olmaqla orta aylıq əmək haqqı 3040,52 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3040,52 manat) 80 faizi-2432,42 manat məbləğində hesablanmışdır. Eyni zamanda 1 yanvar 2014-cü il tarixindən əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldığı üçün cavabdehin əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 181,93 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada onun əmək pensiyasının (2432,42 manat) sığorta və baza hissəsi tam (181,93+100,00=281,93 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2432,42-281,93=2150,49x50%=1075,24 manat) olmaqla ümumilikdə əmək pensiyası 1357,17 manat (281,93+1075,24) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16286,04 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 18698,40 manat ödənilmişdir. Buna görə də ona həmin dövr üzrə 2412,36 manat artıq pul vəsaiti ödənilmişdir. 1 yanvar 2015-ci il tarixindən əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldığı üçün cavabdehin əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 184,48 manat müəyyən edilmişdir. Nəticədə onun əmək pensiyasının sığorta və baza hissəsi tam (184,48+100,00=284,48 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2432,42- 284,48=2147,94x50%=1073,97 manat) olmaqla ümumilikdə əmək pensiyası 1358,45 manat (284,48+1073,97) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2015-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16301,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 18698,40 manat ödənilmişdir. Buna görə də cavabdehə həmin dövr üzrə 2397,00 manat artıq pul vəsaiti ödənilmişdir. 1 yanvar 2016-cı il tarixindən əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldığı üçün cavabdehin əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 191,86 manat müəyyən edilmişdir. Nəticədə onun əmək pensiyası sığorta və baza hissəsi tam (191,86+100,00=291,86 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2432,42-291,86=2140,56x50%=1070,28 manat) olmaqla ümumilikdə əmək pensiyası 1362,14 manat (291,86+1070,28) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən 2016-cı ilin yanvar ayı üçün 1362,14 manat əmək pensiyası ödənilməli olduğu halda, 1558,20 manat ödənilmişdir. Buna görə də həmin ay üzrə ona 196,06 manat artıq pul vəsaiti ödənilmişdir. 1 fevral 2016-cı il tarixindən əmək pensiyalarının baza hissəsi artırıldığı üçün cavabdehin əmək pensiyasının baza hissəsi həmin tarixdən 110,00 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta və baza hissəsi tam (191,86+110,00=301,86 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2432,42-301,86=2130,56x50%=1065,28 manat) olmaqla ümumilikdə əmək pensiyası 1367,14 manat (301,86+1065,28) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15038,54 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 17140,20 manat ödənilmişdir. Buna görə də cavabdehə həmin dövr üzrə 2101,66 manat artıq pul vəsaiti ödənilmişdir. 1 yanvar 2017-ci il tarixindən əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldığı üçün əmək pensiyanın sığorta hissəsi həmin tarixdən 215,65 manat müəyyən edilmişdir. Nəticədə onun əmək pensiyasının sığorta və baza hissəsi tam (215,65+110,00=325,65 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2432,42-325,65=2106,77x50%=1053,39 manat) olmaqla ümumilikdə əmək pensiyası 1379,04 manat (325,65+1053,39) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16548,48 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 18698,40 manat ödənilmişdir. Buna görə də cavabdehə həmin dövr üzrə 2149,92 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına uyğun indeksləşdirildiyi üçün cavabdehin əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2018-ci il tarixindən 344,21 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (344,21 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2432,42- 344,21 =2088,21x50%=1044,11 manat) olmaqla ümumilikdə əmək pensiyasının 1388,32 manat (344,21+1044,11) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona 2018-ci ilin yanvar və fevral ayları üçün ümumilikdə 2776,64 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 3116,40 manat ödənilmişdir. Buna görə də ona həmin dövr üzrə 339,76 manat artıq pul vəsaiti ödənilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən cavabdehin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1525,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 686,25 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələrin 978,85 manat olmaqla orta aylıq əmək haqqı 3328,10 manat təşkil etmişdir. Bununla əlaqədar cavabdehin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3328,10 manat) 80 faizi-2662,48 manat məbləğində hesablanmışdır. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (2662,48 manat) sığorta hissəsi tam (344,21 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2662,48- 344,21 =2318,27x50%=1159,14 manat) olmaqla ümumilikdə əmək pensiyası 1503,35 manat (344,21+1159,14) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2018- xx.xx.2018-ci ii tarixləri arasındakı dövr ərzində ümumilikdə 15033,50 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 17094,92 manat ödənilmişdir. Buna görə də cavabdehə həmin dövr üzrə 2061,42 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən cavabdehin əmək pensiyası indeksləşdirilərək 1 yanvar 2019-cu il tarixindən pensiyasının sığorta hissəsi 354,54 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (354,54 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (2662,48- 354,54=2307,94x50%=1153,97 manat) olmaqla ümumilikdə əmək pensiyası 1508,51 manat (354,54+1153,97) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18102,12 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 20513,88 manat ödənilmişdir. Buna görə də cavabdehə həmin dövr üzrə 2411,76 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən cavabdehin əmək pensiyası indeksləşdirilərək 1 yanvar 2020-ci il tarixindən pensiyasının sığorta hissəsi 413,39 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyası sığorta hissəsi tam (413,39 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2662,48-413,39=2249,09x50%=1124,55 manat) olmaqla ümumilikdə əmək pensiyası 1537,94 manat (413,39+1124,55) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18455,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 22569,30 manat ödənilmişdir. Buna görə də ona həmin dövr üzrə 4114,02 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən cavabdehin əmək pensiyası indeksləşdirilərək 1 yanvar 2021-ci il tarixindən pensiyasının sığorta hissəsi 460,51 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (460,51 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2662,48- 460,51 =2201,97x50%=1100,99 manat) olmaqla ümumilikdə əmək pensiyası 1561,50 manat (460,51+1100,99) məbləğində müəyyən edilməli idi. Aylıq qanuni pensiya məbləğinə əsasən ona xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7051,94 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 9267,37 manat ödənilmişdir. Buna görə də ona həmin dövr üzrə 2215,43 manat artıq pul vəsaiti ödənilmişdir. Cavabdehin 17 may 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunmağı ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1562,50 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 703,13 manat, rütbəyə görə əlavəsi 145,00 manat, digər növ əlavələri 2903,42 manat olmaqla orta aylıq əmək haqqı 5314,05 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (5314,05 manat) 80 faizi-4251,24 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakə dövr ərzində ümumilikdə 23313,25 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 24255,27 manat ödənilmişdir. Buna görə də ona həmin dövr üzrə 942,02 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2009- xx.xx.2011-ci il tarixləri arasındakı dövr 2886,96 manat əskik, xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 26643,22 manat artıq pensiya məbləği ödənildiyi müəyyən edilmişdir. Əskik ödənilmiş məbləğ çıxıldıqdan sonra qalan 23756,26 manat artıq pul vəsaitinin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə tərəflərindən xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin ötən dövr ərzində cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, tələb nə faktiki, nə hüquqi cəhətdən əsaslandırılmadığından hazırlıq çərçivəsində “iddianın mümkün” sayılması üçün aşağıdakı məsələlərə iddiaçı tərəfindən aydınlıq gətirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Prosesusal 35.1ci maddəsində müəyyən edilmiş “iddianın mümkünlüyü” şərtlərinə dair heç bir məlumat yoxdur. Ona qarşı qaldırılmış iddianın hansı növ iddiaya (İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş növlərdən) aid olması cavabdehə aydın deyil. Onun üçün bu əhəmiyyətlidir, müdafiənin prosessual elementləri (sübut etmə vəzifəsi, iddia müddəti, onların hesablanması qaydası və s.) bütövlükdə mülkiyyət hüququnun müdafiəsi üçün həlledici xarakter daşıyır. İddia tələbinin formulunda “öhdəliyin” onun üzərinə qoyulması üçün hüquqi əsas göstərilməyib. “Öhdəlik qoyulmasına dair iddia” İPM-nin yalnız 2.2.2. və 33-cü maddələrində nəzərdə tutulmuşdur və belə iddialarda üzərinə öhdəlik qoyulmalı subyekt kimi “inzibati orqan” müəyyən edilmişdir (“inzibati orqanın üzərinə...”). Onlarda “iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. İnzibati məhkəmə hüquq üstündə maddi-hüquqi mübahisələrə baxmır. Onun səlahiyyətləri müstəvisində “mübahisə”nin tamamilə başqa predmeti var. İnzibati məhkəmənin səlahiyyətinə “inzibati aktın mübahisələndirilməsinə” dair iddialar aiddir (İPM-nin 2.2.1. və 32-ci maddələri). Cavabdeh inzibati orqan deyil, onu təmsil etmir və belə akt qəbul etməmişdir və edə bilməz. Ona görə də iddiaçı cavabdehə qarşı inzibati məhkəmədə belə növ iddia da qaldıra bilməz. Belə iddialarda “iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər”. İPM-nin 34-cü maddəsinə (Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) əsasən, “Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər”. Bu şərtlərin də heç birinin cavabdehə aidiyyəti yoxdur. Cavabdehin qarşısında onun heç bir öhdəliyi yoxdur; heç bir “ümumi hüquqi öhdəlik” daşımır, cavabdeh üçün əlverişsiz olan hər hansı bir hərəkət etməmişdir. Mülki hüquqa görə “öhdəlik” təsnifləşdirilmiş “əsaslar”a görə yaranır. Mülki Məcəllənin 386.1-ci maddəsində (Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları) göstərilmişdir ki, “Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. Yəni, öhdəliyin yaranması üçün ya müqavilə, ya konkret qanun norması, ya da delikt olmalıdır. Öhdəliklərin əsaslarının növlərinə Mülki Məcəllədə bölmələr (6-9) həsr edilmişdir (Müqavilələrdən əmələ gələn öhdəliklər, Qanundan əmələ gələn öhdəliklər, Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər). “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsində vurğulanıb ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir”. Bu səbəbdən iddiaçı dəqiqləşdirməlidir ki, onun tələbi Mülki Məcəllədə təsnifləşdirilmiş hansı öhdəliyə əsaslanır. İddiada göstərilən dövrdə onun iddiaçı ilə arasında olan hüquq münasibətində heç bir öhdəlik daşımamışdır. Ona hesablanan əmək haqqında DSMF-nə tutulmalar onun tərəfindən deyil, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən həyata keçirilmişdir. Ödəmələrin məbləğinə görə o, yox, prokurorluq daşıyır. Onda olan məlumata görə, bu işin öhdəsindən o, layiqincə gəlib, yəni müəyyən edilmiş məbləğləri vaxtıvaxtında ödəyib. Cavabdeh də bu münasibətlərdən irəli gələn üzərinə düşəni edib, ona 2009-cu ildən başlayaraq pensiya ödəməyə başlayıb. Hər bir halda onun bu münasibətlərdə (nə prokurorluq, nə də DSMF tərəfində) heç bir iştirakı olmayıb. Təbii ki, öhdəliyi olmayan yerdə onun icrası ilə bağlı heç bir məsuliyyəti də ola bilməz. Onun pensiyasının məbləğinin düz hesablanması vəzifəsi iddiaçının özünün üzərində olmuşdur. 2009-cu ildən xx.xx.2021-ci ilə kimi iddiaçı onun pensiyasının hesablamasını düz, bundan sonra isə səhv hesab etmiş, səbəbini nə ona ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda, nə də iddia ərizəsində göstərmişdir. İddia tələbinin əsasında “hüquqi fakt” durmalıdır. İddianın kontekstindən (konkret yazılmadığına görə) belə nəticə çıxarır ki, ona artıq pensiya ödənilməklə iddiaçıya maddi ziyan vurulmuşdur. İPM-nin 46.2.1-ci maddəsinə əsasən, “iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri”, 46.2.2-ci maddəsinə əsasən, “iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar” göstərilə bilər. Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsi bunları prosessual vəzifələr kimi müəyyən etmişdir (MPM-nin 149.2.3-cü maddəsi). Əgər cavabdehə ziyan vurulmuşdursa, onun əlamətləri (izləri) mütləq maliyyə hesabatlarında əksini tapmalıdır (“Mühasibat uçotu haqqında” Qanun). İddiaçı tələbinin əsasını təşkil edən “hüquqi fakt”ı - onu ziyan vurulması faktını “mümkün” sübut vasitəsi - maliyyə hesabatının özü və ya təsdiq edilmiş əsli ilə təsdiqləməlidir. Əks təqdirdə, iddianın 3 elementindən biri - “iddianın əsası” mövcud olmayacaqdır. “Əmək Məcəlləsi”nə görə, “işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq” əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasına daxildir. Məcəllənin 11-ci maddəsinin “e” bəndi (Maddə 11. İşəgötürənin əsas hüquqları) müəyyən edib ki, “işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək” işəgötürənin hüququdur. İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və onun üzərinə maddi ziyanı ödəmək öhdəliyi qoyur (Əmək Məcəlləsinin 72, 192, 194, 296-cı maddələri). Onun pensiyasının məbləğinin hesablanması iddiaçının konkret işçisi (və ya işçiləri) tərəfindən həyata keçirilib. Belə faktiki halda qeyd edilən hesablamanın düz aparılmaması nəticəsindən əmələ gəlmiş “maddi ziyanı ödəmək öhdəliyi” onun üzərinə deyil, iddiaçının öz işçisinin üzərinə qoyulması qanun normasının tələbidir. Göründüyü kimi, iddiaçının iddia etdiyi maddi ziyana görə o əsl tərəf deyil. MPM-nin 54.1 və 54.2-ci maddələrində (Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi) göstərilir ki, “54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İPM-də “əsl olmayan tərəf”in əvəz edilməsi qaydası müəyyən edilməyib. İPM-nin 1-cı maddəsində qeyd edilib ki, “Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər”. Hər bir halda iddiaçı ilə əmək münasibətlərində olan, onun pensiyasını guya “səhv” hesablamış işçinin şəxsiyyəti müəyyən edilməli, o, məhkəməyə dəvət olunmalı, hərəkətlərinin hüquqi əsasları və motivləri barədə izahat verməlidir. İPMnin 58.7-ci maddəsində göstərilib ki, “Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir”. Ortada bir-birinə zidd olan iki hesablama var. Onu konkret şəxslər (iddiaçının işçiləri) aparıb. İşin hallarının obyektiv araşdırılması ilə bağlı məhkəmənin və proses iştirakçılarının vəzifələri qanun norması ilə müəyyən edilib (İPMnin 48-ci maddəsi). İddiaçının xx.xx.2021-ci il tarixli məktubu cavabdehə çatan kimi o, Azərbaycan Respublikası Baş prokuroruna Cinayət-Prosessual Məcəlləsinin 204-cü maddəsi ilə müəyyən edilmiş qaydada müraciət etmişdir ki, müvafiq araşdırma aparılmasına, onun pensiyasının məbləğinin səhv hesablamaqla dövlətə maddi ziyan vurmuş iddiaçının konkret vəzifəli şəxsinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunmasına göstəriş versin. Araşdırma Baş prokurorun yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokuroru tərəfindən aparılması barədə onda qeyri-rəsmi məlumat var. Araşdırmanın gedişi və nəticələri barədə onda məlumat yoxdur. Çünki, müəyyən edilsə ki, maddi ziyan konkret vəzifəli şəxsin korrupsiya cinayəti (hüquqpozması) nəticəsində vurulub, onda iddianın predmeti də aradan qalxacaqdır. Bu iddiaya məhz “ümumi məhkəmələr” tərəfindən baxılmasında “qanuni marağı” yoxdur. Sadəcə olaraq, istəyir ki, məhkəmə tərəfindən qəbul ediləcək son və qəti qərar qanuni olsun və “res judicata” tələblərinə tam cavab versin. Hətta milli məhkəmələr tərəfindən aidiyyət məsələsinə əməl edilməsə, beynəlxalq səviyyədə bu məsələ mübahisə predmeti ola bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6.1-cı maddəsində (Maddə 6 Ədalətli məhkəmə araşdırması hüququ) göstərilib ki, “1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Bu mətndə “qanun əsasında yaradılmış” ifadəsi milli hüquqa görə, müvafiq aidiyyət səlahiyyətlərinə malik olan məhkəmədə nəzərdə tutulur. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-6268/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-6268/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehya məxsus pensiyaçının uçot vərəqinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət X2 rayon şöbəsi tərəfindən ona xx.xx.2009-cu ildə ömürlük yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan müvafiq sərəncamlarla artırılmışdır. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli **********6 saylı məktubu ilə ona xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövr 2886,96 manat əskik, xx.xx.2012xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 26643,22 manat artıq pensiya məbləği ödənildiyinin müəyyən edildiyi, əskik ödənilmiş məbləğ çıxıldıqdan sonra qalan 23756,26 manat artıq pul vəsaitinin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət edə bilər. Qanunvericilik əmək pensiyasının təyin edilməsini aidiyyətini səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar cavabdehə münasibətdə “əlverişli inzibati akt” sayılır. İddiaçının bu qəbildən olan əlverişli inzibati aktı cavadehə münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna iddiaçı tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. İddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində cavabdehin təqsirli olması barədə heç bir qeyd edilməmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunmalıdır ki, iddia üzrə cavabdehə münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” qərarının qəbulu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Hazırki iş üzrə iddiaçı tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması səbəbləri, yəni təyin edilmiş pensiyanın qanuniliyinin araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda tərəfin iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İş materiallarında olan sənədlərlə əmək pensiyasının təyin edilməsininin əsassızlığı xüsusi iş stajının olmaması ilə bağlı əsaslandırılsa da, bu zaman cavabdehin səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Həmçinin, göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması iddiaçı tərəfindən hazırkı iddianın verilməsinə və həmin iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. İnzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yol verilməzdir. Göründüyü kimi əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv olunacağı, əmək pensiyasının bərpa edilməsi barədə cavabdeh tərəfindən iddia qaldırılmayacağı, iddia qaldırılsa belə həmin iddianın təmin edilməyəcəyi halda belə bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla cavabdehin etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələb təmin edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-6268/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Emin Mehdiyev Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3178/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3178/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver