Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3178/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7858/N3 nömrəli, 16 iyun N3-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7858/N3 nömrəli, 16 iyun N3-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq müharibə veteranı adı N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi Əsasnamənin yuxarıda qeyd olunan dispozisiyasının zəruri şərtləri: 1. şəxsin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması; 2. bunun müvafiq sənədlərdə yəni hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərdə əks edilməsidir. Apellyasiya şikayətinin faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, İddiaçı ezam olunduğu hərbi hissə və Füzuli şəhər Mərkəzi xəstəxanasının yerləşmə yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N1-ci il tarixli 420 nömrəli Qərarında nəzərdə tutulmuş ərazi üzrə meyarlara uyğun deyildir. N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli 497 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü olaraq iştirak etməsi barədə heç bir idarə və ya müəssisədən rəsmi sənəd olmadığından N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlər kitabında bu barədə heç bir qeydiyyat aparılmamışdır. İddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması və bunun əsasnamənin qeyd olunan normada göstərilən sənədlərdə, yəni hərbi bilet nizami hissə üzrə əmrlərlə birgə təsdiq edilmədiyindən iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün əsas mövcud olmamışdır. Məhkəmənin qərarının əsaslandırma hissəsində şahid ifadəsi, təşəkkür məktublarına istinad etməsi bilavasitə əsasnamənin qeyd olunan normasının dispozisyasının ödənilməsinin zəruri şərtləri həddindən kənara çıxması, həmçinin qərarın əsaslandırma hissəsində 7-ci səhifədə məhkəmə tərəfindən iddiaçının tibbi yardım üzrə tapşırıqların yerinə yetirilməsinin döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirmə aparılması məhkəmə tərəfindən qeyd olunan normanın genişləndirci təfsir edilməsi və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.N3-cü il tarixli imtina məktubunda qeyd edilmişdir: Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın xx.xx.N3-cü il tarixli 4/3-1534 nömrəli məktubuna əsasən təqdim olunmuş sənədlərdə Sizin ezam olunduğunuz hərbi hissə və Füzuli şəhər Mərkəzi Xəstəxanasının yerləşmə yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N1-ci il tarixli 420 nömrəli qərarında nəzərdə tutulmuş ərazi üzrə meyarlara uyğun olmadığına görə xx.xx.N2-ci il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin direktorunun xx.xx.N0-ci il tarixli 135 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həkim-radioloq – USM mütəxəssisi İddiaçı Füzuli şəhəri Əhmədbəyli Hərbi Hospitalına xx.xx.N0-ci il tarixdən tibb xidməti üçün ezamiyyətə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktorunun xx.xx.N0-ci il tarixli, 136 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həkim-radioloq – USM mütəxəssisi İddiaçı xx.xx.N0-ci il tarixdən ezamiyyətdən qayıdaraq işdə hesab olunmuşdur. Əsas: ezamiyyə vərəqəsi və N nömrəli hərbi hissədən arayış. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li Hərbi Hissənin xx.xx.N0-ci il tarixli 2403 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən N nömrəli hərbi hissədə xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək döyüş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü xəstə və yaralıların müayinəsində yaxından köməklik etmiş və xx.xx.N0-ci il tarixindən xx.xx.N0ci il tarixinədək yaralı əsgərlərə yardım fəaliyyətini davam etdirmişdir. Qeyd: Həkim İddiaçı (nizami hissə üzrə əmrlər kitabında qeydiyyata alınmamışdır). İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.N0-ci il tarixli 11 №-li ezamiyyə vərəqinə əsasən İddiaçı Füzuli şəhəri Əhmədbəyli Hərbi Hospitalına ezam edilmişdir. Getmə tarixləri xx.xx.N0-xx.xx.N0 göstərilmişdir. Ezamiyyə vərəqinə MMC-nin və N № li hərbi hissənin möhürləri vurulmuşdur. Həmin ezamiyyə vərəqinin təsdiq edilmiş surəti həm "xxxx" MMC, həm də xx.xx.N3-cü il tarixli məktubla Azərbaycan Respublikası Səfərbərəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon idarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı N saylı hərbi hissədə xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək döyüş əməliyyatlarının gedişi zamanı həkim kimi könüllü xəstə və yaralıların müayinəsində yaxından köməklik etmiş və xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək yaralı əsgərlərə yardım fəaliyyətini davam etdirmişdir. Əsas: N saylı hərbi hissənin N saylı, xx.xx.N0-ci il tarixli arayışı göstərilmişdir (hərbi biletdə həmin qeyd Azərbaycan Respublikası Səfərbərəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon idarəsi tərəfindən təsdiq edilmişdir). İş materiallarında olan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.N0-ci il tarixli Fəxri Fərmanından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz rejimdə təmin olunmasında, yaralılara tibbi yardımın təşkilində verdiyi layiqli töhfəsinə görə "xxxx" Klinikasının həkimi İddiaçı Fəxri Fərmanla təltif olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə-profilaktika şöbəsinin rəisi tərəfindən "xxxx" tibb mərkəzinə ünvanlanmış xx.xx.N1-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək davam edən əks-hücum əməliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz rejimdə təmin olunmasında, yaralılara tibbi yardımın təşkilində faəliyyətlərinizi yüksək qiymətləndirərək, Sizə və rəhbərlik etdiyiniz tibbi müəssisədə çalışan İddiaçı Müdafiə Nazirliyi adından təşəkkür edirik. İş materiallarında olan Müdafiə Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N3-cü il tarixli məktubda qeyd edilir: İddiaçı "xxxx" tibb mərkəzindən Füzuli şəhəri Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala ezamiyyətə gələrək xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək hərbi qulluqçulara tibbi yardım göstərmişdir. Əsas: N nömrəli hərbi hissənin xx.xx.N0-ci il tarixli 2403 nömrəli arayışı. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N3-cü il tarixli məktubda qeyd edilir: xx.xx.1981-ci il təvəllüdlü İddiaçı işlədiyi "xxxx"klinikası tərəfindən xx.xx.N0-ci il tarixdə Füzuli Mərkəzi xəstəxanasına və Füzuli rayon N saylı hərbi hissəyə ezam olunaraq, həkim kimi könüllü xəstə və yaralıların müayinəsində yaxından köməklik göstərmişdir. İddiaçı qismən səfərbərlik zamanı dəfələrlə SHXÇDX-nin Suraxanı rayon idarəsinə gələrək könüllü olaraq cəbhə bölgəsinə göndərilməsini xahiş etmişdir. Əsas: N saylı hərbi hissənin arayışı. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N3-cü il tarixli məktubda qeyd edilir: Vətəndaş İddiaçı xx.xx.N0-ci il tarixdə verilmiş arayış (xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək döyüş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü olaraq xəstə və yaralıların müayinəsində iştirak etməsi barədə) N nömrəli hərbi hissədə araşdırılmışdır. Vətəndaş İddiaçı döyuş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü olaraq iştirak etməsi barədə heç bir idarə və ya müəssisədən rəsmi sənəd daxil olmadığına görə N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlər kitabında bu barədə heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N3-cü il tarixli məktubda qeyd edilir: İddiaçı "xxxx" tibb mərkəzindən Füzuli şəhəri Əhmədbəyli qəsəbəsində yerləşən N nömrəli hərbi hospitala könüllü ezamiyyətə gələrək xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək hərbi qulluqçulara tibbi yardım göstərmişdir. Bundan başqa, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə «44 günlük Vətən müharibəsi» zamanı (xx.xx.N0-xx.xx.N0) döyüşən hərbi hissələr siyahısına daxil edilmişdir. Əsas: N nömrəli hərbi hissənin N noyabr N0-ci il tarixli 2403 nömrəli arayışı. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N3-cü il tarixli məktubda qeyd edilir: «Azərbaycan Ordusunun «Vətən Müharibəsi» dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında» Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N1-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr N0 - N noyabr N0-ci il tarixinədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi müəyyən edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinə əsasən: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - Qeyd: 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. - Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Sadalanan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı həkim-radioloq – USM mütəxəssisi İddiaçı "xxxx" MMC-nin direktorunun xx.xx.N0-ci il tarixli 135 nömrəli əmrinə əsasən Füzuli şəhəri Əhmədbəyli Hərbi Hospitalına xx.xx.N0-ci il tarixdən tibb xidməti üçün ezamiyyətə göndərilmişdir, "xxxx" MMC-nin direktorunun xx.xx.N0-ci il tarixli, 136 nömrəli əmrinə əsasən isə xx.xx.N0-ci il tarixdən ezamiyyətdən qayıdaraq işdə hesab olunmuşdur. İddiaçı N nömrəli hərbi hissədə xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək döyüş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü olaraq xəstə və yaralıların müayinəsində yaxından köməklik etmiş və xx.xx.N0-ci il tarixindən xx.xx.N0-ci il tarixinədək yaralı əsgərlərə yardım fəaliyyətini davam etdirmişdir. "xxxx" MMC-nin xx.xx.N0-ci il tarixli 11 №-li ezamiyyə vərəqindən də görünür ki, iddiaçı xx.xx.N0-ci ildən xx.xx.N0-ci ilədək Füzuli şəhəri Əhmədbəyli Hərbi Hospitalına ezam edilmiş, ezamiyyə vərəqinə MMC-nin və N № li hərbi hissənin möhürləri vurulmuşdur. Bu barədə iddiaçının hərbi biletində Azərbaycan Respublikası Səfərbərəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon idarəsi tərəfindən qeyd də edilmişdir. Qeyd olunan hallar Müdafiə Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N3cü il tarixli məktubda və Azərbaycan Respublikası Səfərbərəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N3-cü il tarixli məktubda da öz təsdiqini tapmışdır. Öz növbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N3cü il və xx.xx.N3-cü il tarixli məktublardan görünür ki, N nömrəli hərbi hissə N sentyabr N0 - N noyabr N0-ci il tarixinədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsində X6 şahid qismində dindirilmişdir. O, ifadəsində bildirmişdir ki, Müdafiə Nazirliyinin XTQ-nin baş giziridir. Vətən müharibəsi iştirakçısıdır. Murovdağ, Füzuli, Cəbrayıl, Hadrut, Tuğ, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. “Xocavənd uğrunda”, “Şuşa uğrunda”, “Füzuli uğrunda”, “Müharibə iştirakçısı” medalları ilə təltif olunub. Hadrutda erməni hospitalı, Tuğda yaradılmış xüsusi tibb məntəqəsində və N saylı hərbi hissədə noyabr ayının 18-ə kimi iddiaçının yanına ilkin tibbi yardım üçün yaralıları gətirib. Onlarla birlikdə iddiaçı həyatını təhlükə altına ataraq bir neçə hərbi qulluqçunun həyatını xilas etmişdir. İddiaçı onlarla birlikdə işğaldan azad edilmiş cəbhə bölgələrində olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının döyüş bölgəsinə ezam edilməsinin məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən də görünür ki, döyüş əməliyyatlarının bütün təminat növlərinə tibbi təminat da daxildir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7858/N3 nömrəli, 16 iyun N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3178/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3178/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver