Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-318/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2- 1(112)-1613/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən, yəni xx.xx.2015ci il tarixdən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Salyan şəhərində anadan olmuşdur, ali təhsillidir. xx.xx.1984-cü il tarixdən qanunla nəzərdə tutulmuş xx.xx.2006-cı il tarixədək (ümumilikdə 21 il 03 ay 10 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın 10-cu Bölməsinin (Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı) xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək çilingər 1100000a-18497 şifrinə (02 il 00 ay 25 gün); xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək böyük mexanik 1100000b-23485 şifrinə (02 il 05 ay 23 gün); xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək çilingər 1100000a-18559 şifrinə (03 ay 19 gün); xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək mexanik, böyük mexanik 1100000b23485 şifrinə (03 il 05 ay 27 gün), xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək lay təzyiqinin saxlanması sexində rəis müavini vəzifələri 100000b—24125 şifrinə (06 il 07 ay 14 gün) uyğundur. Beləliklə xüsusi iş stajı adlanan kateqoriya 10 ildən artıq təşkil edir ki, bu da hazırki iş üzrə iddia tələbinin təmin olunması üçün əsasdır. Bundan əlavə xx.xx.1986-cı il tarixdən xx.xx.1990cı il tarixədək neftin kompleks hazırlanması və nəqli sexində mühəndis, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək baş mexanika şöbəsində mühəndis-mexanik vəzifələri həmin Siyahıda birbaşa şifrlə qeyd olunmasa da, məhkəmədə mübahisə olduğu halda müvafiq sorğular verərək bu vəzifələrin funksiyaları məhkəmə tərəfindən aydınlaşdırıla bilər. Göstərilən sübutların əldə edilməsi nəticəsində müəyyən etmək olar ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda göstərilən peşə və vəzifələrə uyğundur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ünvanladığı müraciətə cavabda xx.xx.2006-cı il tarixədək güzəştli iş stajın 10 ildən az təşkil etdiyini əsassız olaraq bildirmişdir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az təşkil edir. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2-1(112)-1613/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2-1(112)-1613/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.1984-cü il tarixdə İstismar avadanlığı prokat-təmir sexinə bilavasitə neft və qaz çıxarılması obyektlərində avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə çilingər qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdən neftin kompleks hazırlanması və nəqli sexinə mühəndis keçirilmişdir. xx.xx.1988-ci ildə SİKP XXİİ qurultayı adına İB ləğv edilmiş və onun bazasında SİKP XXİİ qurultayı adına NQÇİ (Neft və Qazçıxarma İdarəsi) yaradılmışdır. xx.xx.1990-cı il tarixdə işdən azad edilərək, köçürmə yolu ilə “28 Aprel” adına NQÇİ-nə keçirilmiş və həmin tarixdə “28 Aprel” adına NQÇİ-nin İdarəetmə Aparatının Baş Mexanika şöbəsinə 2-ci dərəcə ilə mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.1993-cü il tarixdən LTSS sexinə böyük mexanik keçirilmiş, xx.xx.1994-cü il tarixdən əməyin ödənilməsinin vahid tarif cədvəlinə keçməsi ilə əlaqədar həmin sexdə 11-ci dərəcəli mexanik keçirilmiş, xx.xx.1995-ci il tarixdən QKS-nin 2 saylı SK stansiyasının qazın yığılması, qurudulması və separasiya avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmiş, NQİH və N sexinə 11-ci dərəcəli mexanik keçirilmiş, xx.xx.1996-cı il tarixdə 12-ci dərəcə təqdim edilmişdir. xx.xx.1999-cu il tarixdə lay təzyiqinin sabit saxlanması sexinə rəis müavini, xx.xx.2007-ci ildə lay təzyiqinin saxlanması sexinə 15-ci dərəcəli rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdən işdən azad olmuşdur. xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-yə Yod tərkibli su çıxarma sexinin rəisi vəzifəsində işləmişdir. xx.xx.2011-ci il tarixdən "xxxx" ASC-yə 11-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixdən mexanika şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü il tarixdən 15-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdən əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 15-ci dərəcə ilə Elektromexanika və avtomatika departamentinin mexanika şöbəsinə aparıcı mühəndis, xx.xx.2018-ci il tarixdən 15-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə əmək fəaliyyətini davam etdirir. SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, QM01-ink/601 saylı arxiv arayışından görünür ki, “Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1984-1990-cı illər üçün əmək haqlarının şəxsi hesablarında, 1990-cı il üçün T-2 formalı şəxsi vərəqəsində, xx.xx.1963-cü ildə anadan olmuş İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək İstismar avadanlığının kirayə təmiri sexində neft və qaz hasilatı obyektlərində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə təmirçi çilingər 4-cü dərəcə, xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək neftin kompleks hazırlanması və nəqli sexində mühəndis vəzifəsində işləmişdir. İddiaçı 29 avqust 1990-cı il tarixdən “28 Aprel” adına Neft və Qazçıxarma İdarəsinə keçirmə yolu ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarındakı İstehsalatın peşə və vəzifələrin 1 saylı Siyahısının X bölməsinin 2a yarımbölməsinə əsasən güzəştli şərtlərlə iş stajı; 1) xx.xx.1984-xx.xx.1986 (şifr) 1100000a-18559 neft və qaz hasilatı obyektlərində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidmət üzrə təmirçi çilingər peşəsi üzrə iş stajı – 02 il 25 gün; 2). xx.xx.1986-xx.xx.1990 mühəndis peşəsi üzrə iş stajı 03 il 10 ay 15 gün təşkil edir. Cəmi 05 il 11 ay 10 gün. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 may Neft və Qazçıxarma İdarəsi” tərəfindən verilmiş 14 sentyabr 2019-cu il tarixli, 01-01- inz/177 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 noyabr 1991-ci il 400 saylı qərarına əsasən “28 Aprel" adına Neft və Qazçıxarma İdarəsinin adı dəyişdirilərək, xx.xx.1992-ci il tarixdən “28 May” adına Neft və Qazçıxarma İdarəsi adlandırılmışdır. “28 May” adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01-01ink/184 saylı məktubdan görünür ki, sabiq işçi İddiaçı “Azneft İstehsalat” Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin arxiv fondunda olan xx.xx.1990-cu il tarixli əmrinə əsasən baş mexanik şöbəsinə mexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1993-cü ildə LTSS sexinə böyük mexanik keçirilmiş, xx.xx.1995-ci ildə QKS-nin 2 saylı SK stansiyasının qazın yığılması, qurudulması və separasiya avadanlıqlarının təmiri üzrə çilingər keçirilmişdir. xx.xx.1998-ci ildə NQİH və NS-nə mexanik keçirilmişdir. xx.xx.1996-cı ildə 12-ci dərəcə verilməsi barədə əmr verilmiş, xx.xx.1999-cu ildə Lay təzyiqinin sabit saxlanması sexinə rəis müavini təyin edilmiş, xx.xx.2007-ci ildə Lay təzyiqinin saxlanılması sexinə 15-ci dərəcəli rəis vəzifəsinə təyin edilmişdir. xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı əvvəllər qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq xx.xx.2006-cı il tarixədək 10 il güzəştli olmaqla 20 il ümumi stajının olduğunu əsas gətirərək, ona 52 yaşı tamam olduğu 08 fevral 2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli, **********9 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktub əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9 1-cı maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə emək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-cı maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır). “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixə qədər 20 il ümumi iş stajına malik olması müəyyən edilsə də, həmin stajın 10 ilinin güzəştli əmək stajına daxil olması öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsində göstərdiyi və əmək kitabçasında qeyd olunmuş xx.xx.2006-cı il tarixədək işlədiyi həmin vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə yoxlanılmış, lakin iddiaçının işlədiyi vəzifələr üzrə güzəştli iş stajının 10 ildən az müddəti təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (02 il 25 gün) “Neft Daşları” NQÇİ-nin İstismar avadanlığının kirayə təmiri sexində işlədiyi neft və qaz hasilatı obyektlərində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə təmirçi çilingər və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (03 ay 19 gün) “28 May” adına Neft və Qazçıxarma İdarəsinin 2 saylı SK stansiyasının qazın yığılması, qurudulması və separasiya avadanlıqların təmiri üzrə çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (kod ********) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər (kod 1100000a—18559) peşəsinə uyğundur. Həmçinin iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək (02 il 05 ay 23 gün) “28 May” adına Neft və Qazçıxarma İdarəsinin LTSS sexində böyük mexanik, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (03 il 05 ay 27 gün) həmin İdarənin NQİH və NS sexində işlədiyi mexanik peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (kod ********) quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər (kod 1100000b—23485) peşəsinə uyğundur. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “28 May” adına Neft və Qazçıxarma İdarəsində işlədiyi lay təzyiqinin saxlanması sexində rəis müavini vəzifəsinin «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında müəyyən edilmiş 100000b—24125 kodlu quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri vəzifəsinə uyğun olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma nəticəsində iddiaçının xx.xx.1999cu il tarixdən xx.xx.2006-cı il tarixədək xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “28 May” adına Neft və Qazçıxarma İdarəsində işlədiyi lay təzyiqinin saxlanması sexində rəis müavini vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində (kod ********) müəyyən edilmiş hər hansı vəzifə və peşəyə uyğunluğu müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən “SOCAR”ın Baş ofisinin Mərkəzi Arxivinə sorğu göndərilərək, İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı və 2 saylı Siyahılarda nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün əsas olan əmək pensiyası hüququ verən peşələrin siyahısında hansı peşələrə uyğun olması barədə arayışın və iddiaçının işlədiyi lay təzyiqinin saxlanması sahəsinin neft, qaz və qaz kondensat, hasilat üzrə (neftqaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri (kod 1100000b-24125) ilə əhatə olunub-olunmamasına dair məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmiş, məhkəmə sorğusuna cavab olaraq “SOCAR” “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01-03/204 saylı məktubdan görünür ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin sabiq işçisi İddiaçı işlədiyi Lay təzyiqinin saxlanması sahəsinin rəisi və rəis müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nın Neft, qaz və qaz kondensatı hasilatı üzrə (neftqaz mədənlərində) sexlərin, operativ istehsalat xidmətləri (kod 1100000b-24125) ilə əhatə olunmamışdır. Həmin məktuba əlavə edilmiş 03/50 saylı, 14 iyun 2021-ci il tarixli arayışdan görünür ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin sabiq işçisi İddiaçı xx.xx.1993-xx.xx.1995-ci il tarixədək böyük mexanik, mexanik vəzifəsində işlədiyi 02 il 05 ay 23 gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (kod 1100000a23485) güzəştli iş stajına aiddir. İddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “28 May” adına Neft və Qazçıxarma İdarəsində işlədiyi lay təzyiqinin saxlanması sexində rəis müavini vəzifəsi güzətşli pensiya hüququ verən vəzifələrə aid edilmədiyindən, həmin dövr güzəştli iş stajı kimi nəzərə alına bilməz. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 08 il 04 ay 4 gün təşkil edir. Birinci instansiya qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixədək tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 20 il ümumi iş stajını toplasa da, lakin həmin stajın 10 ili güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olmadığından, cavabdeh tərəfindən iddiaçıya 52 yaşdan, yəni xx.xx.2015-ci il güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir Apellyasiya baxışı zamanı iddiaçının təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) 1 nömrəli siyahıda qeyd olunan 1100000b- 24125 (qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri), 1100000b-24125 (quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri) vəzifələrinə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarları üzrə nəzərdə tutulmuş hər hansı başqa vəzifəyə uyğun gəlməsi barədə arayışın təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmış, “SOCAR” “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01-03/53 saylı məktubdan görünür ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin sabiq işçisi İddiaçı işlədiyi böyük mexanik, mexanik vəzifəsi və təmirçi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahı”sında (Neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin, operativ istehsalat xidmətləri bölməsi) kod 1100000a-23485 və kod 1100000a-18559 olmaqla öz əksini tapmışdır. İddiaçı işlədiyi digər vəzifələr (peşələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nda əhatə olunmamışdır. Apellyasiya baxışı zamanı yenidən SOCAR “Azneft” İB “28 May Neft və “Qazçıxarma” İdarəsinə sorğu ünvanlanmış, sorğuya “SOCAR” “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01-03/119 saylı məktubdan görünür ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin sabiq işçisi İddiaçı işlədiyi Lay təzyiqinin saxlanması sahəsinin rəisi və rəis müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nın Neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin, operativ istehsalat xidmətləri (kod 1100000b- 24125) ilə əhatə olunmamışdır. Onun işlədiyi sahənin vəzifəsi “28 May” NQÇİ-nin məqsəd və strategiyasına uyğun olaraq, istehsalat obyektlərində fasiləsiz və qəzasız işin təmin olunması, neft laylarında təzyiqin saxlanması üçün su və digər reagentlərin məhsuldar laylara vurulması üzrə tapşırıqların yerinə yetirilməsi, layları neft veriminin yüksəldilməsində müasir metodların tətbiqi, istehsalatın texniki su ilə təmin edilməsi, işçilərin texniki tərəqqinin tələblərinə və təsərrüfat istehsalatlarının şərtlərinə uyğun olaraq ixtisaslarının artırılmasından ibarətdir. Lay təzyiqinin saxlanması sahəsinin sahə rəisiin müavinin əsas vəzifəsi isə istehsalat obyektlərində fasiləsiz və qəzasız işin təmin olunması üçün su, buxar, hava, qaz və başqa reagentlərin məhsuldar laylara vurulması üzrə tapşırıqların yerinə yetirilməsində sahənin fəaliyyətinə rəhbərlik edir, lay təzyiqinin saxlanılması obyektlərinin səmərəliliyinin yüksəldilməsi yollarını müəyyən edir, layların neft veriminin yüksəldilməsi proseslərində yeni texnikanın və texnologiyanın tətbiqi istiqamətlərinin müəyyən edilməsində yaxından iştirak edir, layların neft veriminin artırılması üçün yeni növ kimyəvi maddələrin, məhsulların, avadanlığın, texnoloji proseslərin tətbiqini təşkil edir. Göründüyü kimi, iddiaçının “28 May” adına Neft və Qazçıxarma İdarəsində işlədiyi lay təzyiqinin saxlanması sexində rəis müavini vəzifəsi təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifəyə görə 1 nömrəli siyahıda qeyd olunan 1100000b-24125 (qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri), 1100000b- 24125 (quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri) vəzifələrinə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarları üzrə nəzərdə tutulmuş hər hansı başqa vəzifəyə uyğun gəlməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2-1(112)-1613/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-318/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-318/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver