Məhkəmə qərarları › İş №2-1(103)-3181/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3181/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3181/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X9 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3250/2024 saylı, 22 may 2024-cü qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.181 saylı Hərbi hissənin xx.xx.2021-ci il tarixli, 5230 nömrəli travma haqqında arayışından görünür ki, 2016-cı ilin aprel ayında Lələtəpə istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən kiçik çavuş İddiaçı "Barotravma. Qapalı kəllə beyin travması” xəsarətini almışdır. 2.xx.xx.2022-ci il tarixli, 1605 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Lələtəpə istiqamətində gedən döyüşlərdə “Barotravma. Qapalı kəllə-beyin travması" xəsarətini almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5230 nömrəli travma haqqında arayış). Deməsinə görə, psixi vəziyyəti ilə əlaqədar dəfələrlə ambulator müalicələr almışdır. xx.xx.2019-cu il tarixində hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. xx.xx.2021-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2022-ci il tarixlərədək Respublika Psixiatriya xəstəxanasında "Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, (kəllə-beyin travması nəticəsində) kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, teztez baş verən dekompensasiyalarla, isterik daxilolmalarla, depressiv sindrom, retroqrad amneziya” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 067656 və 071934 nömrəli çıxarış epikrizləri). 3.Şəhadətnamənin 12-ci bəndinə əsasən Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə BÇl-45,1. Partlayış travması (xx.xx.2016): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Barotravma (xx.xx.2016): ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 5.5 (beş tam onda beş) metr məsafədən eşitməsi ilə. Öd daşı xəstəliyi, xroniki kalkulyoz xolesistitə görə aparılmış laparoskopik xolesistektomiyadan (xx.xx.2017) sonrakı bərkimiş dən çapığı Hər iki gözün miopiyası M1,0D nəticəsində görmə itiliyinin 0.7-yə qədər azalması, korreksıya ilə 1,0 olmaqla. 26, 36-cı dişlərin olmaması; 13-cü bəndinə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 13a, 14a, 23b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi- həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır kimi müəyyən edilmişdir. 4.Şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı aşağıdakı kimi olmuşdur: 1.Diaqnoz: “Partlayış travması (xx.xx.2016): Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Barotravma (xx.xx.2016): İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, saq qulaqda 5,5 (beş tam onda beş) metr məsafədən eşitməsi ilə" - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır"; 2.Diaqnoz: “İV dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-45,1, Öd daşı xəstəliyi, xroniki kalkulyoz xolesistitə görə aparılmış laporoskopik xolesistektomiyadan (xx.xx.2017) sonrakı bərkimiş dəri çapığı. Hər iki gözün miopiyası M1,0D nəticəsində görmə itiliyinin 0,7-yə gədər azalması, korreksiya ilə 1,0 olmaqla 26, 36-cı dişlərin olmaması" - “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsi Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 356 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq Ağayev X6 Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) kəskin şəxsiyyət pozuntusu, teztez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə. Anamnezində suiqəsd cəhdləri ilə F 07.0. İddiaçı xx.xx.2023-cü il tarixdə 2 nömrəli X8 tərəfindən verilmiş əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə dair J00110615SSZ nömrəli göndərişdən müəyyən olunur ki, əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi kəskin şəxsiyyət pozuntusu, teztez Diaqnozun mətni: baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə.” kimi müəyyən edilmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixdə Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. 6.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli № 3-17-4/3-3-16883/2023 qərarına əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə müraciəti əsasında müayinəsi həyata keçirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlamətini təyin etmir barədə qərar qəbul edilmişdir. 7.Qərar onunla əsaslandırılmışdır ki, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əlin tamamilə, sol əlinin 2-ci və 5-ci barmaqlarının sarğıda olduğu müşahidə olunmuşdur. Şikayət olaraq cəmiyyətdə özünə yer tapa bilmədiyini, insanların onu başa düşmədiyini söyləmişdir. Anamnezində ailə üzvləri ilə hər gün ünsiyyət problemi yaşadığını, yalnız həkiminin (Fuad İsmayılov) onu başa düşdüyünü bildirmiş, həyat yoldaşı yandığı üçün onu xilas etmək istədiyini, ona görə də əllərinin yandığını söyləmişdir. Yoldaşının hal-hazırda 5 saylı xəstəxanada müalicə aldığını bildirmişdir. Araşdırmalar nəticəsində yoldaşının məişət zəminində qəza nəticəsində yandığı və xəstənin əllərinin zədələnmədiyi məlum olmuşdur. Medikamentoz preparatlardan Ketilept, Sonomax, Depakin qəbul etdiyini bildirmişdir. Hazırkı psixi statusunda monoton, yorğun, astenik şəxs kimi qiymətləndirilmiş, intihar cəhdləri barəsində məlumat verməmişdir. Təqdim edilmiş müalicə və müayinə sənədlərində qeyd ediimiş diaqnozlar anamnestik və klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10347961 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beynin üzvi xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 356 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə. Anamnezində suiqəsd cəhdləri ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. “Real Hospital”ın xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “EEQ müayinəsi zamanı beyinin bioelektrik aktivliyi dəyişilibdir. Beyinin diferensial strukturları nahiyyəsində diffuz olaraq paroksizmal ocaqlar qeyd olunur” kimi qeyd edilmişdir. 2 nömrəli X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7127/23 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları və özünəxəsarət yetirmələrlə yaddaşın zəifləməsi ilə” kimi qeyd olunmuş, müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən psixi dəyişikliklər aşkar edilməmişdir.” 8.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 333 saylı rəyindən müəyyən olunur ki, İddiaçı hal-hazırda üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, isterik daxilolmalar və anamnezində sui-qəsd cəhdləri ilə (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - 2016-cı ildə “Aprel döyüşləri” zamanı kəllə-beyin travması alması (5230 nömrəli travma haqqında arayışa əsasən), bundan sonra əsəbi, qıcıqlara qarşı həssas olması, münaqişələrə meylli olması, əsəbi gərginlik anlarında özünə xəsarət yetirməsi, davranış pozuntuları ilə əlaqədar dəfələrlə SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də və 2 nömrəli X3 “Üzvi şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicə olunması, MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi, əvvəllər keçirilmiş EEQ və MRİ müayinələrində üzvi zədələnmə əlamətlərinin müəyyən edilməsi, 2 nömrəli KPX tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün TSEK-ə göndərilməsi, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətlər və aşkar olunan əlamətlər -təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. Rəydə ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır: - 1-ci sual: 2016-cı ildə aldığı travma nəticəsində xx.xx.1991-ci il təvəllüdlü İddiaçı hazırda travma mənşəli post-travmatik zədələnmə varmı (iddiaçının baş beyin MRT müayinəsi həyata keçirilməklə cavablandırılsın)? - Cavab: İddiaçı hal-hazırda üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, isterik daxilolmalar və anamnezində sui-qəsd cəhdləri ilə aşkar olunur. İddiaçı qeyd olunan üzvi şəxsiyyət pozuntusu travma mənşəlidir və posttravmatik (travmadan sonrakı) fəsadlarla təzahür edir. İddiaçı hazırkı ekspertiza zamanı MRT müayinəsi aparılmamışdır. Belə ki, SN Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-də MRT müayinəsi yoxdur. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı diaqnozunun müəyyən edilməsində onun əvvəllər keçirdiyi MRT müayinəsinin (müayinənin adı MRİ (Magnetic resonance imaging) kimi göstərilmişdir) və EEQ müayinəsinin nəticələri nəzərə alınmışdır. - 2-ci sual: xx.xx.1991-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla müəyyən edilsin ki, xx.xx.2023-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxil olmalar və özünü kəsmələrlə” diaqnozu və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? - Cavab: İddiaçı xx.xx.2023-cü il tarixli göndərişdə qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları. İsterik daxilolmalar və özünü kəsmələrlə” diaqnozu onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. - 3-cü sual: Əgər həmin göndərişdəki diaqnoz iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğundursa, aşağıda göstərilən hallardan hansı iddiaçıda müşahidə olunur: 3.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), 3.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti: 3.3. Üzvi mənşəli şəxsiyyət pozuntusunun olmasını təsdiq edən digər əlamətlər (dəqiq göstərilməklə). - Cavab: İddiaçı diaqnozunu təsvir edən əlamətlər rəyin motivləşdirici hissəsində təsvir olunmuşdur. Sualda göstərilən digər xüsusatlar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinə aid olan meyarlar olduğundan məhkəmə psixiatrik eksperizası tərəfindən cavablandırıla bilməz.

Birinci instansiya məhkəməsində icraat

9.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 nömrəli X2 öncə xx.xx.2022-ci il tarixində təqdim edmiş 2748003AAAB6 nömrəli TQS№088 də və sonra xx.xx.2023-cü il tarixində təqdim edilmiş J00110615SSZ nömrəli TQS№088 də göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci il tarixdə Beylaqan rayonu, Aşıqalılar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.2009xx.xx.2011, xx.xx.2014-xx.xx.2019-cu il tarixinədək (172 saylı hərbi hissədə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə xx.xx.2016-cı il tarixində Lələtəpə istiqamətində gedən döyüşlərdə qapalı Kəllə beyin travması “Partlayış travması" keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatikensefalopatiya, Barotravma, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli dacamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5(beş) metr, sağ qulaqda 5.5 (beş tam onda beş) metr məsafədən eşitməsi, öd daşı xəstəliyi, xroniki kalkulyoz xolisistet pozulması diaqnozu ona təyin edilmişdir. İddiaçı özünü həmin tarixdən narahat hiss edir. Bununla bağlı bir sıra müalicə də alımışdır. Bundan sonra yenidən ağrıları başlamışdır. 2 nömrəli X8 tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Arayış) verilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona xx.xx.2023-cü ildə imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin olunan sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağrılaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barədə diaqnozu əlillik əlamətini özündə əks etdirmir. 11.Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0085003AAD6B nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********8). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 1605 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2016): Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Barotravma (xx.xx.2016): İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, saq qulaqda 5,5 (beş tam onda beş) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi və “İV dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-45,1, Öd daşı xəstəliyi, xroniki kalkulyoz xolesistitə görə aparılmış laparoskopik xolesistektomiyadan (xx.xx.2017) sonrakı bərkimiş dəri çapığı. Hər iki gözün miopiyası M1,0D nəticəsində görmə itiliyinin 0,7-yə gədər azalması, korreksiya ilə 1,0 olmağla. 26, 36-cı dişlərin olmaması" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı emosional labillik və səidlərin iç səthlərində köhnə, tək-tək səthi, zəif seçilən, köndələn kəsik izləri qeyd olunsa da, epikrizlərdə qeyd olunmuş diaqnozlarla klinik əlamətlərin uyğunsuzluğu, simulyasiya elementləri müəyyən edilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları izlənilməmişdir. Boyu 78 sm, çəkisi 150 kq, BÇİ48 qeyd olunmuş, bununla əlaqədar tibbi sənədlər təqdim etməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əlinin tamamilə, sol əlinin 2-ci və 5-ci barmaqlarının sarğıda olduğu müşahidə olunmuşdur. Şikayət olaraq cəmiyyətdə özünə yer tapa bilmədiyini, insanların onu başa düşmədiyini söyləmişdir. Anamnezində ailə üzvləri ilə hər gün ünsiyyət problemi yaşadığını, yalnız həkiminin (Fuad İsmayılov) onu başa düşdüyünü bildirmiş, həyat yoldaşı yandığı üçün onu xilas etmək istədiyini, ona görə də əllərinin yandığını söyləmişdir. Yoldaşının hal-hazırda 5 saylı xəstəxanada müalicə aldığını bildrimişdir. Araşdırmalar nəticəsində yoldaşının məişət zəminində qəza nəticəsində yandığı və xəstənin əllərinin zədələnmədiyi məlum olmuşdur. Medikamentoz preparatlardan Ketilept, Sonomax, Depakin qəbul etdiyini bildirmişdir. Hazırkı psixi statusunda monoton, yorğun, astenik şəxs kimi qiymətləndirilmiş, intihar cəhdləri barəsində məlumat verməmişdir. Təqdim edilmiş müalicə və müayinə sənədlərində qeyd edilmiş diaqnozlar anamnestik və klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10347961 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beynin üzvi xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 356 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə. Anamnezində suiqəsd cəhdləri ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. “Real Hospital"ın xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “EEQ müayinəsi zamanı beyinin bioelektrik aktivliyi dəyişilibdir. Beyinin diferensial strukturları nahiyyəsində diffuz olaraq paroksizmal ocaqlar qeyd olunur” kimi qeyd edilmişdir. 2 nömrəli X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7127/23 nömrəli çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları və özünəxəsarət yetirmələrlə yaddaşın zəifləməsi ilə” kimi qeyd olunmuş, müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən psixi dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3250/2024 saylı, 22 may 2024-cü il tarixli qərarına əsasən, iddia qismən təmin edilərək İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulması ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3250/2024 saylı, 22 may 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3250/2024 saylı, 22 may 2024-cü il tarixli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslanırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 nömrəli X2 öncə xx.xx.2022-ci il tarixində təqdim edmiş 2748003AAAB6 nömrəli TQS№088 də və sonra xx.xx.2023-cü il tarixində təqdim edilmiş J00110615SSZ nömrəli TQS№088 də göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0085003AAD6B nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********8). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 1605 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2016): Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları. Keçirilmiş qapalı kəllə-beyin travması, bas beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Barotravma (xx.xx.2016): ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor aqıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, saq Qulaqda 5,5 (beş tam onda beş) metr məsafədən eşitməsi/7ə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “İV dərəcəli alimentar-konstitusional piylərimə BÇl-45,1. Öd daşı xəstəliyi, xroniki kalkulyoz xolesistitə görə aparılmış laparoskopik xolesistektomiyadan (xx.xx.2017) sonrakı bərkimiş dəri çapığı. Hər iki gözün miopiyası M 1,0 D nəticəsində görmə itiliyinin 0,7-yə gədər azalması, korreksiya ilə 1,0 olmağla. 26, 36-cı dişlərin olmaması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd olunur ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı emosional labillik və səidlərin iç səthlərində köhnə, tək-tək səthi, zəif seçilən, köndələn kəsik izləri geyd olunsa da, epikrizlərdə qeyd olunmuş diaqnozlarla klinik əlamətlərin uyğunsuzluğu, slmulvasiva elementləri müəyyən edilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları izlənilməmişdir. Boyu 178 sm, çəkisi 150 kg, BÇİ 48 geyd olunmuş, bununla əlaqədar tibbi sənədlər təqdim etməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əlinin tamamilə, sol əlinin 2-ci və 5-ci barmaqlarının sarğıda olduğu müşahidə olunmuşdur. Şikayət olaraq cəmiyyətdə özünə yer tapa bilmədiyini, insanların onu başa düşmədiyini söyləmişdir. Anamnezində ailə üzvləri ilə hər gün ünsiyyət problemi yaşadığını, yalnız həkiminin (Fuad İsmayılov) onu başa düşdüyünü bildirmiş, həyat yoldaşı yandığı üçün onu xilas etmək istədiyini, ona görə də əllərinin yandığını söyləmişdir. Yoldaşının hal-hazırda 5 saylı xəstəxanada müalicə aldığını bildrimişdir. Araşdırmalar nəticəsində yoldaşının məişət zəminində qəza nəticəsində yandığı və xəstənin əllərinin zədələnmədiyi məlum olmuşdur. Medikamentoz preparatlardan Ketilept, Sonomax, Depakin qəbul etdiyini bildirmişdir. Hazırkı psixi statusunda monoton, yorğun, astenik şəxs kimi qiymətləndirilmiş, intihar cəhdləri barəsində məlumat verməmişdir. Təqdim edilmiş müalicə və müayinə sənədlərində qeyd edilmiş diaqnozlar anamnestik və klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10347961 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Bas beynin üzvi xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 356 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) kəskin şəxsiyyət pozuntusu, tez-tez bas verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə. Anamnezində suigəsd cəhdləri İlə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. “Real HospitaTın xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “EEQ müayinəsi zamanı beyinin bioelektrlk aktivliyi dəyişilibdir. Beyinin diferensial strukturları nahiyyəsində diffuz olaraq paroksizmal ocaqlar geyd olunur" kimi qeyd edilmişdir. 2 nömrəli X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7127/23 nömrəli Çıxarışında diaqnoz “Bas beynin üzvi xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez bas verən dekompensasiyalarla, kobud davranış pozuntuları və özünəxəsarət yetirmələrlə yaddaşın zəifləməsi ilə” kimi qeyd olunmuş, müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən psixi dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə öz mövqeyini əsaslandıraraq bildirmişdir ki, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətinin “üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, isterik daxilolmalar və anamnezində sui-qəsd cəhdləri ilə” diaqnozuna uyğun gəlməməsinə istinad etsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur. Məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşmayaraq bildirilir ki, sırf ekspert rəyinə əsaslanaraq şəxsə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi yolverilməzdir. Belə ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlavə olaraq qeyd olunur ki, şəxsin əyani müayinəsi zamanı müəyyən edilmişdir ki, anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən psixi dəyişikliklər aşkar edilməmişdir. Yəni, diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. 2 nömrəli X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7127/23 nömrəli Çıxarışında diaqnoz “Bas beynin üzvi xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları və özünəxəsarət yetirmələrlə yaddaşın zəifləməsi ilə” kimi qeyd olunmuş, müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən psixi dəyişikliklər aşkar edilməmişdir. Xüsusi ilə qeyd olunur ki: İddiaçı xx.xx.2023-cü il tarixli qərar barədə məlumatı xx.xx.2023-cü il tarixində sms bildirişlə almış, lakin 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1 -ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1,5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-bəndinə əsasən İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3-cü bəndinə əsasən Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının tələbləri baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3250/2024 saylı, 22 may 2024-cü il tarixli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur.

Apellyasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.

Tərəflərin izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında cavabdeh tərəfindən qərarın ona təqdim edilmədiyini bildirib apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

19. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu 20.Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 21.Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 22.Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası

23. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 24.Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 25.Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 26.Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 27.Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 28.Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 29.Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 30.Bənd 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 31.Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları

32. Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 33.Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu 34.Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 35.Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 36.Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 37.Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 38.Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 39.Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

40. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

41. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

42. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 43.Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

45. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

46. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

47. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

48. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

49. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

50. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

51. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya Məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 54.İnzibati işdən müəyyən olunur ki, iddiaçı ona əlillik təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə əyani müayinə edilməklə iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, iddiaçı bu müraciətinə xx.xx.2023-cü il tarixdə imtina cavabı verildiyini bildirməklə, hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh isə xx.xx.2023-cü il tarixli qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsinə dair sübutunu məhkəməyə təqdim edə bilmədiyindən iddiaçı qanunvericiliklə hazırkı iddianı qaldırmaq üçün müəyyən edilmiş prosessual müddəti ötürməmişdir. 55.İnzibati işdən daha sonra müəyyən olunur ki, cavabdeh iddiaçının əyani müayinəsi zamanı onda “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beynin üzvi xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” diaqnozun klinik olaraq öz təsdiqini tapmadığına istinad edərək, ona əlillik təyin etməkdən imtina etsə də, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli, 1/6201 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən ilk dəfə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, isterik daxilolmalar ilə”. Təkrarən, İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən xx.xx.2022-ci il tarixində Bakı şəhəri 2 nömrəli X3 müayinə olunmuşdur. Diaqnoz: “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünükəsmələr ilə”. Təkrarən, İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünükəsmələr ilə”. Sonuncu dəfə, İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Baş beyinin üzvi xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez başverən dekompensasiyalarla, kobud davranış pozuntuları və özünə xəsarət yetirmələr ilə, yaddaşın zəifləməsi ilə”. İddiaçı 2 nömrəli X3 Həkim Məsləhət Komissiyasından keçmişdir və Forma 88 sənədi xx.xx.2023-cü il tarixdə xəstəxana tərəfindən TSEK-ə göndərilmişdir. 56.Belə ki, cavabdehdən fərqli olaraq, iddiaçı barəsində göndəriş verən müəssisə iddiaçının sağlamlıq vəziyətinin ona qoyulmuş diaqnoza uyğun olduğunu, bunun Həkim Məsləhət Komissiyası tərəfindən təsdiq edildiyini bildirmişdir. 57.İnzibati iş üzrə X1 xx.xx.2024-cü il tarixli 333 saylı rəyi ilə də cavabdehin iddiaçıya əlillik təyin etməsindən imtina edərkən onun sağlamlıq vəziyyətinin “üzvi (qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, isterik daxilolmalar və anamnezində sui-qəsd cəhdləri ilə” diaqnozuna uyğun gəlməməsinə dair dəlilinin əsassız olması öz təsdiqini tapmışdır. 58.Kollegiya qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarları”na əsasən 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz pozulması barədə qərar, şəxsdə əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) olması halında (7.6.1.-ci bənd), orqanizmin funksiyalarının 65- 80 faiz pozulması barədə qərar isə məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (7.6.2-ci bənd) olduğu halda təyin edilir. 59.Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymaq səlahiyyəti olduğundan, əlilliyin müəyyən olunması meyarlarına əsasən, şəxsdə XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə F07.0 diaqnozuna uyğun xəstəliyin olması əlilliyin təyini üçün əsas olduğundan, işin yuxarıda sadalanan halları ilə iddiaçıda həmin xəstəliyin olması müəyyən edildiyindən, iş materiallarına əsasən iddiaçının hazırkı sağlamlıq vəziyyətinin daimi müşahidə zərurəti tələb etməsi ilə bağlı hər hansı bir hal aşkar edilmədiyindən, iddiaçıya orqanizmin funksiyalarının 65-80 faiz pozulması deyil, orqanizmin funksiyalarının 35-60 faiz pozulması ilə əlllik təyin edilməli olmasına dair birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanunidir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

60. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3250/2024 saylı, 22 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar