Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3182/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4142/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı İddiaçı məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-14645/2022 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-4142/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə Ağdam rayonu, Şıxbabalı ərazi dairəsi, Muğanlı kəndində daimi qeydiyyatda olan məcburi köçkündür. xx.xx.2005-ci il tarixində Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan X8 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı ildə oğlu İddiaçı anadan olmuşdur. Övladının daimi qeydiyyatda olduğu ünvan onun daimi qeydiyyatda olduğu ünvanla eyni olmaqla, Ağdam rayonu, Şıxbabalı ərazi dairəsi, Muğanlı kəndi qeyd olunmuşdur. İddiaçı məcburi köçkün statusunun təsdiqlənməsi və bu statusu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etsə də, xx.xx.2022-ci il tarixli, 01/5559 nömrəli məktubla Komitə tərəfindən müvafiq ərizə üzrə xahişi təmin edilməmiş və rədd cavabı verilmişdir. Əsas kimi göstərilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların” 4.1.6-cı maddəsi ilə yalnız valideynlərinin hər ikisinin qeydiyyatı yaşayış yeri üzrə işğal edilmiş rayon (şəhər) olan, şəxsiyyət vəsiqəsi olan şəxlərə məcburi köçkün statıısu və bu statusu təsdiq edən vəsiqə verilə bilər. Rəşadətli Azərbaycan ordusunun cəmi 44 gün ərzində işğal altında olan əraziləri azad etdikləri vaxtdan sonra işğaldan azad olunan rayonlarda vətəndaşların daimi yaşayış yeri üzrə qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Elə bu səbəbdən də bir neçə dəfə aidiyyəti üzrə müraciət etməyinə baxmayaraq, həyat yoldaşı X4 daimi yaşayış yeri iizrə qeydiyyatının onun və övladlarının qeydiyyatda olduğu yer üzrə dəyişdirilməsi təmin edilməmişdir. Bu hal faktiki vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edilməli və nəticədə hüququ pozulmuş şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsinə şərait yaradılmalıdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların" 4.1.6cı maddəsində nəzərdən tutulan yalnız atanın məcburi köçkün statusuna malik olması və digər valideynin məcburi köçkün olmasa belə işğal edilmiş rayonlardan hər hansı biri üzrə daimi qeydiyyatda olması tələbi absurd və Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş və qanunvericilik sistemimizin əsasını təşkil edən konstitusion bərabərlik prinsipinə ziddir. Belə ki, məcburi köçkün ailəsində anadan olmuş uşaqların valideynlərindən birinin Ağcabədi rayonunda qeydiyyatda olması və hazırda qeyd olunan səbəblərdən qeydiyyat yerini öz ailə üzvlərinin qeydiyyatda olduğu yerə dəyişdirə bilməməsi səbəbilə məcburi köçkün statusu ala bilməyən həmin uşaqlar eyni şərtlər altında başqa bir məcburi köçkün ailəsində anadan olmuş və 44 günlük müharibədən əvvəl valideyninin qeydiyyat yerini dəyişdirməsi ilə məcburi köçkün statusu almış uşaqlardan nə sosial-demoqrafik, nə sosial qrup mənsubiyyəti, nə də digər hər hansı bir əsasla fərqlənmir. Belə olan halda faktiki vəziyyətin dəyişməsi ilə məcburi köçkün qrupuna aid xüsusiyyətləri daşıyan şəxslərə qarşı 2 fərqli yanaşmanın olması istər ədalət, istər hüquqi, istərsə də hər hansı bir baxımdan qəbuledilməzdir. Faktiki vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsindən sonra reallaşdırılması mümkün olmayan normaya istinad etməklə qəbul edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 01/5559 nömrəli məktubunda ifadə edilən yanaşması ilə övladının məcburi köçkün ailəsində böyüdüyü, bu cür həyat şəraitinin çətinlikləri ilə üzləşdiyi halda məcburi köçkün statusu almaq hüququna formal və aradan qaldırılması mümkün olmayan maneə yaradıldığı nəzərə alınmaqla qanunsuz hesab edilməli və eyni kateqoriyaya mənsub olan digər şəxslər kimi oğlu İddiaçı da hüquqlarından istifadə etməsinə şərait yaradılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə müəyyən edilmiş konstitusion bərabərlik hüququna əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Övladı İddiaçı da digər məcburi köçkün ailəsində böyümüş uşaqlar kimi dövlətimizin müəyyən etdiyi imtiyazlardan və güzəştlərdən yararlana bilməsi üçün məcburi köçkün kimi qeydiyyata alınmalıdır. Belə ki, rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı qələbədən sonra işğaldan azad edilmiş rayonlarda qeydiyyata alınma dayandırılmışdır. Buna görə də dəfələrlə müraciət etməyinə baxmayaraq, həyat yoldaşı X4 daimi yaşayış yeri üzrə qeydiyyatının onun və övladlarının qeydiyyatda olduğu yer üzrə dəyişdirilməsi mümkün olmamışdır. Lakin nəzərə almaq lazımdır ki, həmin ərazilərin işğaldan azad olunmasından əvvəl bu rayonlara qeydiyyata düşmək mümkün idi və müraciət olunsa həyat yoldaşı X3 rayonu. Muğanlı kəndində onun və övladlarının qeydiyyat yeri üzrə qeydiyyata alınacaq və nəticədə oğlu İddiaçı məcburi köçkün statusunun verilməsi mümkün olacaqdı. Hal-hazırda isə həmin ərazilərə qeydiyyatın aparılması mümkün olmadığından faktiki olaraq məcburi köçkün statusu hüququna malik ola oğlu İddiaçı aradan qaldırılması mümkün olmayan maneə ilə bu cür hüququn həyata keçirilməsindən məhrum olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən Qanuni nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/5559 nömrəli məktubda bildirilmişdir ki, övladına məcburi köçkün statusunun verilməsi ilə əlaqədar ərizəsinə baxılmışdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Həyat yoldaşı X4 qeydiyyatı Ağcabədi rayonu, Hindarx qəsəbə Ə/D, Hindarx qəsəbəsində olduğundan istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Ağdam rayonu, Şıxbabalı ərazi dairəsi, Muğanlı kəndi ünvanında qeydiyyatdadır İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1978-ci il təvəllüdlü Qanuni nümayəndə Ağdam rayonu, Şıxbabalı ərazi dairəsi, Muğanlı kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü X1 rayonu, Hindarx qəsəbə ərazi dairəsi, Hindarx qəsəbəsi ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı 121841 nömrəli, xx.xx.2005-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətinə əsasən Qanuni nümayəndə 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür, hazırda məskunlaşdığı ərazi Xətai rayonudur. İş materiallarında olan Ağdam RİH Şıxbabalı ərazi nümayəndəliyi tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZ-İ seriyalı 171451 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Qanuni nümayəndə ilə X9 xx.xx.2005-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 14 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 18/2-1930/2023 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü Qanuni nümayəndə xx.xx.1997-ci il, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatdadır. xx.xx.1984-cü il təvəllüdlü X8 xx.xx.2010-cu il tarixdən Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti Şıxbabalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 44 nömrəli arayışında qeyd olunmuşdur ki, Qanuni nümayəndə həqiqətən də Ağdam rayon Şıxbabalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Muğanlı kənd sakinidir və hal-hazırda ünvan 3 ünvanında məskunlaşıb. Qeyd: Qanuni nümayəndə və övladı İddiaçı adına şəxsi əmlak olduğu üçün fevral 2017-ci il tarixdən vahid aylıq nüavinət ödənişi dayandırılmışdır. İş materiallarında olan Ağdam rayon İH başçısı aparatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X6 1993-cü ilin iyul ayında Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Muğanlı kəndindən məcburi köçkün düşüb, vahid aylıq müavinət alır. X2 Bakı şəhəri Xətai rayonunda müvəqqəti məskunlaşıb. İş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-31/2-265-2023 nömrəli məktubda qeyd edilmişdir ki, Ağdam rayon Mərzili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi rəsmi arayışa əsasən Qanuni nümayəndə adına şəxsi mənzil olduğu üçün özünə və oğlu İddiaçı təyin olunmuş vahid aylıq müavinətləri mövcud Qaydanın tələblərinə uyğun olaraq dayandırılmışdır. Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.1 bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********69 nömrəli məktubda qeyd olunmuşdur ki, Qanuni nümayəndə adına Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 5, 131 saylı mənzil xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3-cü bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. İşin faktiki hallarından görünür ki, Qanuni nümayəndə Ağdam rayonundan məcburi köçkündür. Qanuni nümayəndə ilə X4 birgə nikahlarından xx.xx.2006-cı ildə İddiaçı doğulmuşdur. İddiaçı məcburi köçkün statusunun verilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi, iddiaçının atası məcburi köçkün statusuna malikdir. İddiaçı məcburi köçkün kimi məskunlaşdığı ünvanda ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi aylıq müavinət alaraq güzəştlərdən istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş «Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi» Qaydalarının (xx.xx.2017-ci ilədək qüvvədə olmuşdur): 3-cü bəndinə əsasən məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. 4-cü bəndinə əsasən Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. 6-cı bəndinə əsasən Kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kvt.s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir. 7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən olunur ki, istehlakçıların dəqiq siyahılarının tərtib edilməsinə və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləğinin düzgün hesablanmasına görə məsuliyyəti bilavasitə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları rayon (şəhər), əraziləri işğal olunmuş rayon (şəhər) icra hakimiyyətlərinin, xidmət təşkilatlarının və Komitənin aidiyyəti məsul şəxsləri daşıyır. Göründüyü kimi, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununda məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarının tələblərinə əsasən iddiaçı məcburi köçkün statusu almış şəxs kimi qəbul edilmiş, dövlət orqanları tərəfindən iddiaçı məcburi köçkünlərin siyahısına daxil edilərək məcburi köçkünlər üçün müəyyən edilmiş güzəştlərdən istifadə etmişdir. İddiaçı məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və bu, onun güzəştlərdən istifadə etmək hüququna təminat vermişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmişdir) 4.1.6-cı bəndinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün statusu almış şəxs kimi güzəştlər tətbiq edildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4142/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3182/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3182/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver