Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3182/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarına izah verilməsi ilə bağlı iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsinin təmin edilməməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 saylı, 22 may 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İşin halları
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsinə və həmin fərdi yaşayış evinin həyətyanı sahəsi olan 587.8 kv.m ölçüdə torpaq sahəsinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almış və icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir.
3. Cavabdeh tərəfindən məhkəmə qərarı icra olunaraq bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-Ə0373/2024 **********85 nömrəli məktubla məlumat verilmiş, məktuba qoşma şəklində reyestrdən çıxarışın surəti əlavə edilmişdir. Həmin çıxarışa əsasən X1 ünvan 1 (Yeni Qaydalarla: AZ1026, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0.0588 ha olan torpaq sahəsinə dair ½ hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, İddiaçı1 məxsus payın qeydiyyata alınması isə açıq saxlanılmışdır.
4. Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyən olunur ki, İddiaçı1 ünvan 1 (Yeni Qaydalarla: AZ1026, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0.0588 ha olan torpaq sahəsinə dair ½ hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına izah verilməsini xahiş etmişlər.
6. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ona verilmiş müddət ərzində məhkəmə qərarı ilə ona həvalə olunmuş öhdəlikləri hələ də, icra etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsinə və həmin fərdi yaşayış evinin həyətyanı sahəsi olan 587.8 kv.m ölçüdə torpaq sahəsinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi qərara alınmışdır, lakin qərarın nəticə hissəsində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü (fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha + həyətyanı 587,8 kv.m (0.05878 ha) = 0,07561 ha) bilavasitə göstərilmədiyindən, qərarın icrasında çətinliklər yarada bilər.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 saylı, 22 may 2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11863/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarına izah verilməsi barədə ərizələrinin təmin edilməməsi qərara alınmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 saylı, 22 may 2024-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə vermişlər. Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizələri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına izah verilməmişdir. Qərardad onunla əsaslandırmışdır ki, qərarın izah edilməsinə dair ərizəçilərin dəlilləri həmin məhkəmə qərarının aydın və dəqiq olmaması, həmçinin ziddiyyətli olması ilə bağlı olmamışdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunmalı, xx.xx.2023-cü il tarixli qərara izah verilməsinə dair ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə qərarının 12-ci hissəsində qeyd olunur ki, torpaq sahəsi 587,8 kv.m ibarətdir. Qərarın 24-cü hissəsində qeyd olunur ki, mübahisəli ünvana dair iddiaçıların adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin ölçüsü 0.0168 ha göstərilmişdir. Qərarın 25-ci bəndininin 1-ci cümləsində qeyd olunur ki “Beləliklə göründüyü kimi, hazırda iddiaçıların paylı mülkiyyətində olan fərdi yaşayış evinə dair onların vərəsələri olduqları Vaqif Əliyevin adına texniki inventarlaşdırma orqanı tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli 30/15457 sayı qeydiyyat vəsiqəsi və xx.xx.1992-ci il tarixli 90/623 nömrəli texniki pasport sənədinə əsasən 587.8 kv.m torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi və köməkçi tikililər X2 adına qeydiyyata alınmışdır”. Həmin cümlənin “587,8 torpaq sahəsində yerləşən” ifadəsi həmin torpaq sahəsinin bütöv torpaq sahəsinin mənasını ehtiva edir, lakin həmin 25-ci bəndin sonraki cümləsində isə qeyd olunur ki, “Yəni, iddiaçılar tərəfindən sonradan hər hansı bir torpaq sahəsi zəbt olunmamış, torpaq sahəsinin ölçülərində dəyişiklik olmamış, fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin ölçüsü 0.01683 ha, texniki pasporta əsasən həyətyanı torpaq sahəsinin ölçüsü isə 587.8 kv.m təşkil etmişdir”. Qərarın əsaslandırma hissəsinin 26-ci bəndində qeyd olunur, mübahisəli torpaq sahəsi qanuni olaraq, iddiaçıların istifadəsində olmuşdur, lakin hansı torpaq sahəsi (evinin altında, həyətyanı, və ya bütöv) nəzərdə tutulduğu bu bənddə qeyd olunmamışdır. Qərarın nəticə hissəsində isə, fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsinə və həmin fərdi yaşayış evinin həyətyanı sahəsi olan 587.8 kv.m ölçüdə torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınması qərara alınmışdır. Yəni, “və” sözünün mənasına görə, qərarın nəticə hissəsində iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınması həm torpağın tikilinin altında olan hissəsinə, həm də texniki pasporta əsasən həyətyanı hissəsinə nəzərdə tutulmuşdur. Lakin, qərarda torpaq sahəsinin ümumi ölçüsü aydın və bilavasitə göstərilməmişdir. Nəzərə alınsa ki, dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsü qrafasında torpaq sahəsinin ümumi ölçüsü qeyd olunur, ona görə, sözügedən qərarda torpaq sahəsinin ümumi ölçüsü göstərilmədiyindən, izah verilməsi zəruridir. Məhz qərarda aydın olmayan məqamlara görə, cavabdeh tərəfindən məhkəmə qərarı icra olunaraq bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-Ə0373/2024 **********85 nömrəli məktubla məlumat verilərək, qoşma şəklində reyestrdən çıxarışın surəti əlavə edilmişdir. Həmin çıxarışa əsasən X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və ümumi sahəsi 0.0588 ha olan torpaq sahəsinə dair ½ hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Sözügedən çıxarışda, ancaq həyətyanı olan torpaq sahəsi qeyd olunmuşdur, lakin qərarın nəticə hissəsində qeyd olunan fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsi həmin çıxarışda öz əksini tapmamışdır. Bundan əlavə, İddiaçı1 məxsus payın qeydiyyata alınması isə açıq saxlanılmışdır. Nəticə olaraq, qərar tam və dəqiq icra edilməmişdir. Qərardadın 2-ci səhifəsinin 3-cü abzasında qeyd olunur ki, “Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı1 ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında mübahisəli ünvanda 756 kv.m torpaq sahəsinin olmamasını bildirdi”. Burada qeyd etmək istəyirlər ki, onun verdiyi izahat təhrif olunmuşdur. İlk növbədə, ərizəçi daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılması, o, cümlədən torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməsi üzrə ixtisaslı mütəxəssis deyildir. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20 bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDRK-in vəzifələrindən biridir. 22 may tarixli 2024-cü il tarixli məhkəmə iclasında, məhkəmə iclas protokoluna əsasən, məhkəmə tərəfindən “mübahisəli ünvanda 756 kv.m torpaq sahəsi varmı?” ünvanlanmış suala, əvvəl qeyd etdiyi kimi, bu sahədə ixtisaslı mütəxəssis olmadığım üçün, cavabdehin nümayəndəsinə sual verdim ki, “bəs faktiki olaraq torpaq sahəsinin ölçüsü nə qədər çıxıb?”. Cavabdeh nümayəndəsi qeyd etmişdir ki, “653,2 kv.m, ondan 65,4 kv.m. isə zəbt olunaraq göstərilib”. Bundan sonra, mən əlavə olaraq bildirdim ki ”bu artıq mübahisə predmeti deyildir, bu mübahisə bitirəndən sonra bildirilmişdi, ona görə hesab edirəm ki, bu məsələni müzakirə etmək ehtiyac yoxdur”. Həmin dəlillər, xüsusi ilə torpaq sahəsinin bir hissəsinin zəbt olunması, qanuni qüvvəyə minmiş məhkəmə qararında gəldiyi nəticəyə ziddir, həmçinin cavabdeh tərəfindən buna dair heç bir sənəd (baxış aktı, texniki pasport və s.) məhkəməyə təqdim edilməmişdir. Bu dəlillər, həmçinin İPM-in 68.2-ci maddəsinə, MPM-in 209.3-cü maddəsinə ziddir və əsassızdır. Bundan əlavə, mübahisə predmeti üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında artıq tədqiq edilmişdir ki, “Texniki pasport sənədində olan ölçülərlə müqayisə olunarkən həmin ölçülərin tam olaraq texniki pasport sənədindəki ölçülərə uyğun olduğu, torpaq sahəsinin konfiqurasiyası və tikillərin yerləşmə vəziyyəti texniki pasporta uyğun olmuşdur. Yəni, iddiaçılar tərəfindən sonradan hər hansı bir torpaq sahəsi zəbt olunmamış, torpaq sahəsinin ölçülərində dəyişiklik olmamış, fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin ölçüsü 0.01683 ha, texniki pasporta əsasən həyətyanı torpaq sahəsinin ölçüsü isə 587.8 kv.m təşkil etmişdir”. O səbəbdən, mübahisəli ünvanda torpaq sahəsinin ölçüsünün müəyyən edilməsi artıq məhkəmə baxışı dövründə mövcud olmuş, hazırki mərhələdə heç bir əhəmiyyət kəsb etmir və Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyasına ziddir. Bundan əlavə torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda, yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-ci il tarixli 818 nömrəli Fərmanının 2.3.2 bəndində öz əksinin tapmışdır. Qərardadın 3-cü səhifəsinin 3-cü abzasında qeyd edilmişdir ki “Göründüyü kimi, məhkəmə qərarında texniki pasporta əsasən torpaq sahəsinin ölçüsünün 587.8 kv.m təşkil etməsi aydın və birmənalı şəkildə öz əksini tapmış, texniki pasport sənədində olan ölçülərlə müqayisə olunarkən həmin ölçülərin tam olaraq texniki pasport sənədindəki ölçülərə uyğun olması, torpaq sahəsinin konfiqurasiyası və tikilərin yerləşmə vəziyyəti texniki pasporta uyğun olması, yəni, iddiaçılar tərəfindən sonradan hər hansı bir torpaq sahəsinin zəbt olunması, torpaq sahəsinin ölçülərində dəyişiklik olmaması xüsusilə vurğulanmışdır”. Lakin qeyd etmək lazımdır ki, sözügedən məhkəmə qərarına əsasən, texniki pasporta əsasən 587.8 kv.m ölçüdə torpaq sahəsi həyətyanı torpaq sahəsinə aiddir və ayrıca evinin altında olan 0.01683 ha ölçüdə torpaq sahəsi qeyd olunmuşdur. Texniki pasporta əsasən 587.8 kv.m ölçüdə torpaq sahəsinin bütöv torpaq sahəsi kimi qeyd olunması müddəaları qərarda mövcud deyildir. Bundan əlavə, qərarda və qərardadda istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 115 nömrəli 15 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, qeyd olunur ki “mübahisəli ünvanda aparılmış ölçü işləri nəticəsində əldə olunmuş məlumatlar xx.xx.1992-ci il tarixli 90/623 nömrəli Texniki pasport sənədində olan ölçülərlə müqayisə olunarkən həmin ölçülərin tam olaraq texniki pasport sənədindəki ölçülərə uyğun olduğu müəyyən olunmuşdur. Bundan başqa torpaq sahəsinin konfiqurasiyasının və tikililərin yerləşmə vəziyyətinin də, texniki pasport sənədinə uyğun olduğu müəyyən edilmişdir”. Xüsusi ilə vurğulamaq lazımdır ki, ekspert qarşısında qoyulmuş sual fərdi yaşayış evinin ölçüləri xx.xx.1992-ci il tarixli 90/623 nömrəli texniki pasport sənədinə uyğun olub-olmaması barədə qoyulmuşdur. Ona görə, “Texniki pasport sənədində olan ölçülərlə müqayisə olunarkən həmin ölçülərin tam olaraq texniki pasport sənədindəki ölçülərə uyğun olduğu müəyyən olunmuşdur.” cümləsinin mənasına görə fərdi yaşayış evinin ölçülərinə aiddir. Torpaq sahəsinə dair isə, ekspert ayrıca qeyd etmişdir ki, “Bundan başqa torpaq sahəsinin konfiqurasiyasının və tikililərin yerləşmə vəziyyətinin də, texniki pasport sənədinə uyğun olduğu müəyyən edilmişdir”. Ekspert torpaq sahəsinin ümumi ölçüsünü 587,8 kv.m. təşkil olunması barədə qeyd etməmişdir. Qərardadın 3-cü səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, “Belə ki, sadə riyazi hesablama ilə də, görmək olar ki, əgər fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsi ilə həyətyanı torpaq sahəsinin ölçüsü kimi qeyd edilmiş 587.8 kv.m torpaq sahəsi toplanılarsa, bu zaman texniki pasport üzrə müəyyən edilmiş torpaq sahəsinin ölçüsü 756.1 kv.m təşkil edəcəkdir ki, bu da, məhkəmə qərarında qeyd edilən, texniki pasport üzrə müəyyən edilmiş torpaq sahəsinin ölçüsündən (587.8 kv.m) artıq olacaqdır”. Lakin, məhkəmənin belə yanaşma ilə gəldiyi nəticə qərarın nəticə hissəsində qeyd olunanlarla ziddir və qətnamənin məzmununu dəyişdirməsinə səbəb olur. Belə ki, qərarın nəticə hissəsində “və” sözündən istifadə olunur və fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsi ilə həyətyanı torpaq sahəsinin ölçüsü kimi qeyd edilmiş 587.8 kv.m torpaq sahəsi toplanılma mənasını ehtiva edir. Əgər, fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsi həyətyanı torpaq sahəsinin ölçüsü kimi qeyd edilmiş 587.8 kv.m torpaq sahəsinin daxilində olsaydı, o zaman başqa ifadələrdən istifadə olunardı, məs. “həyətyanı torpaq sahəsinin 587.8 kv.m torpaq sahəsi, o cümlədən fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsi”. Məhkəmənin “əsaslandırma” və “qərara aldı” hissələrində sadəcə olaraq fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin ölçüsünün ayrılıqda göstərilməsi məhkəmə qərarında olan anlaşılmazlıq kimi qiymətləndirilə bilməməsi mövqeyinə gəldikdə, qeyd olunur ki, izah verilməsinə dair verilmiş ərizədə fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin ölçüsünün ayrılıqda göstərilməsi məhkəmə qərarında olan anlaşılmazlıq kimi qeyd olunmamışdır, əksinə, qeyd olunmuşdur ki, torpaq sahəsinin ümumi ölçüsü göstərilmədiyindən, qərarın icrasında çətinliklər yarada bilər. Odur ki, məhkəmə qərarının nəticə hissəsində qeyd olunub ki, iddia təmin edilsin. Əgər qərarın nəticə hissəsində fərdi yaşayış evinin altında 0.01683 ha ölçüdə torpaq sahəsinin ayrıca qeyd edilməsi heç bir hüquqi əhəmiyyəti daşımırsa, o halda, qərarın nəticə hissəsində həmin iddia tələbi qismən təmin edilməsi, yəni ancaq fərdi yaşayış evinin həyətyanı sahəsi olan 587.8 kv.m ölçüdə torpaq sahəsinə dair hissəsində təmin olunardı, fərdi yaşayış evinin altında 0.01683 ha ölçüdə torpaq sahəsi hissəsində rədd olunardı. Konstitusiya Məhkəməsinin Plenumumun 02 sentyabr 2015-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bundan başqa Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçılar tərəfindən verilən apellyasiya şikayətinin 23 gündən sonra Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi halı prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətlərin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.
12. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
14. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
15. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
16. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
17. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsi
19. Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
20. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.
21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
23. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçıların izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş və icra edilməmiş məhkəmə aktını onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
26. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11863/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsinə və həmin fərdi yaşayış evinin həyətyanı sahəsi olan 587.8 kv.m ölçüdə torpaq sahəsinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, cavabdeh məhkəmə aktını çıxarışın verilməsi hissəsində icra edərək iddiaçılardan İddiaçı2 adına xx.xx.2024-cü il tarixdə, İddiaçı1 adına isə xx.xx.2024-cü il tarixdə çıxarış vermişdir.
27. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçıların məhkəmə aktına izah verilməsini tələb etməkdə hüquqi maraqları həmin aktın icrası mərhələsində yaranmış fikir ayrılığıdır. Belə ki, iddiaçılar qərarda torpaq sahəsinin ümumi ölçüsünün göstərilmədiyindən həmin qərara izah verilməsini zəruri hesab etməklə onlara verilən çıxarışda, yalnız həyətyanı torpaq sahəsinin qeyd olunmasını, qərarın nəticə hissəsində qeyd olunan fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsinin çıxarışda öz əksini tapmamasını bildirirlər.
28. İnzibati işdən daha sonra müəyyən olunur ki, iddiaçılar xx.xx.2024-cü il tarixdə vəsatətlə, xx.xx.2024-cü il tarixdə isə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə aktının tam icra olunmasının təmin edilməsini, DƏDR aprılmış qeydə düzəliş edilərək qüvvədə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən sözügedən fərdi yaşayış evinin bütöv torpaq sahəsinin ölçüsünə (evin altında və həyətyanı) dair qeydin aparılmasını xahiş etmişlər.
29. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı aydın, dəqiq ifadələrdən istifadə edilməklə tərtib edildiyindən, həmin məhkəmə aktında tərəflərin hüquq və vəzifələri dəqiq qeyd edildiyindən bu məhkəmə aktının izah edilməsi üçün prosessual əsaslar mövcud deyildir.
30. Kollegiya iddiaçıların apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirib qeyd edir ki, hakim məhkəmə aktı aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda həmin məhkəmə aktına izah verməkdə haqlıdır.
31. İddiaçıların, məhkəmə aktında ayrı-ayrılıqda qeyd olunan ölçülərin toplanaraq vahid, bütöv ölçü olaraq göstərilməsinə dair məhkəmə aktının qəbul edilməsi barədə istəkləri, icra mərhələsində yaranan fikir ayrılıqları, tərəflərin məhkəmə iclas protokolunun tərtib edilməsinə münasibətləri, apellyasiya şikayətinin vaxtında göndərilməməsi kimi hallar məhkəmə akına izah verilməsi üçün prosessual əsaslar olmadığından Məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edib təmin etmir.
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 87, 90, 94-cü maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11863/2023 saylı, 22 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.