Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3186/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının prosessual hüquqi varisləri İddiaçı2 və İddiaçı1, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X10, tərcüməçi X8 qızının iştirakı ilə, İddiaçı X1 (onun vəfatı ilə əlaqədar prosessual hüquqi varislər İddiaçı2 və İddiaçı1 ilə əvəz edilmişdir) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) “mənzilin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 25/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərarından iddiaçının prosessual hüquqi varisi İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-2327/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Vidadi Məmmədov (sədrlik edən və məruzəçi), Elmira Nağıyeva, Həmid Həmidov) 2-1(103)-1416/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Rahib Nəbizadə (sədrlik edən və məruzəçi), Zakir Quliyev, İsbəndiyar Şəfiyev) 2-1(102)-76/2021 nömrəli, 10 fevral 2021ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1416/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Xəyalə Cəmilova (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov) 2-1(103)-1261/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-5982/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı X1 Bakı şəhər Cavabdeh mənzil fondundan ona mənzil verilməsi barədə müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Bakı şəhər Cavabdeh üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Cahangir Yusifov (sədrlik edən və məruzəçi), Həmid Həmidov, Elmira Nağıyeva) 2-1(103)-533/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5982/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı X6 Cavabdehnə qarşı qərarın dəyişdirilməsi tələbinə dair iş üzrə icraat hazırkı iş üzrə icraata birləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı X3 prosessual hüquqi varisləri İddiaçı2 və İddiaçı1 ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçılar X3 və X6 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin edilməsi” iddia tələbləri üzrə icraatdan iddiaçı X6 Cavabdehnə qarşı qərarın dəyişdirilməsi barədə iddia tələbi üzrə icraat ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi hazırki iş üzrə inzibati məkhəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-63/2023 nömrəli, 15 may 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təmin edilmiş, hazırkı iş üzrə verilmiş iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Mirzə Tağızadə (sədrlik edən və məruzəçi), İkram Şirinov, Aytən Oruczadə) 2-1(103)-3209/2023 nömrəli, 25 avqust 2023cü il tarixli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63/2023 nömrəli, 15 may 2023-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-25/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərarı ilə iddiaçı X1 (onun vəfatı ilə əlaqədar prosessual hüquqi varislər X9 və İddiaçı1 ilə əvəz edilmişdir) cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Sosial Xidmətlər Agentliyi) qarşı “mənzilin verilməsi” tələbinə dair iddia rədd edilmişdir. Hazırda həmin qərardan iddiaçının prosessual hüquqi varisi İddiaçı1 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisləri İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı öldüyü və o, öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyi üçün iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 67 nömrəli sərəncamına əsasən X1 mənzil növbəsindəki ailə tərkibi 2 nəfərə (özü və nəvəsi X11) dəyişdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 426 nömrəli sərəncamına əsasən X1 mənzil uçot işinin yaşayış yeri üzrə qəbul edilməsi, mənzil növbəsinin birləşdirilməsi və onun əvvəlki növbəyə götürülmə tarixi (xx.xx.1988-ci il) saxlanılmaqla 2 nəfər ailə üzvü ilə (özü və nəvəsi) yaşayış yeri üzrə ümumi əsaslarla mənzil növbəsinə götürülməsi qərara alınmışdır (həmin sərəncamdan görünür ki, vətəndaş X3 1 nəfər ailə üzvü ilə (özü) Bakı şəhər X2 xx.xx.1988-ci il tarixli qərarına əsasən iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Vətəndaş X3 2 nəfər ailə üzvü ilə (özü və nəvəsi) Sabunçu rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 960 saylı sərəncamına əsasən yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Bakı şəhər X4 X1 təqaüdə çıxmasını nəzərə alaraq, xx.xx.2013-cü il tarixli, 142 saylı məktubu ilə onun mənzil uçot işinin iş yerindən yaşayış yeri üzrə Sabunçu rayonu İcra Hakimiyyətinə köçürülməsini xahiş etmişdir). - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli 86 nömrəli sərəncamına əsasən X1 mənzil növbəsinin 2 nəfər ailə üzvü ilə (özü, nəvəsi) nəvəsinin İ qrup əlilliyi nəzərə alınaraq 13 fevral 2013-cü il tarixdən imtiyazlı siyahıya əlavə edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 73 nömrəli sərəncamına əsasən A.Y.Smolyaninovanın mənzil növbəsinin gözdən əlillərin siyahısına əlavə edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 68 nömrəli sərəncamına əsasən X1 vəfatı ilə əlaqədar onun mənzil növbəsinin ailə tərkibi 1 nəfər (özü) olmaqla nəvəsi X6 adına dəyişdirilməsi, X6 xx.xx.2013-cü il tarixdən İ qrup ümumi əlil kimi 1 nəfər ailə tərkibi olmaqla mənzil növbəsində hesab edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 120 nömrəli sərəncamına əsasən X7 (yaşayış sahəsi ilə təmin olunması ilə əlaqədar) yaşayış yeri üzrə mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Qeyd olunan sərəncam Ruslan Smolyaninov tərəfindən mübahisələndirilmiş. O, cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 aprel 2023-cü il tarixli sərəncamın ləğv edilməsi və onun 2 nəfər ailə tərkibi (bacısı ilə birlikdə) mənzil növbəsinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-4117/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4117/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 188173 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə Bakı şəhərində ölmuşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 1531 nömrə ilə qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı X3 özü və nəvəsi mənzil növbəsində olduğu üçün ona mənzil verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə araşdırması gedişində vəfat etmişdir. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 68 nömrəli sərəncamına əsasən X1 vəfatı ilə əlaqədar onun mənzil növbəsi ailə tərkibi 1 nəfər (özü) olmaqla nəvəsi Ruslan Smolyaninovun adına dəyişdirilmiş, lakin sonradan Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 120 nömrəli sərəncamına əsasən Ruslan Smolyaninov yaşayış sahəsi ilə təmin olunması ilə əlaqədar yaşayış yeri üzrə mənzil növbəsindən çıxarılmışdır. Ruslan Smolyaninov Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 aprel 2023-cü il tarixli sərəncamın ləğv edilməsi və onun 2 nəfər ailə tərkibi (bacısı ilə birlikdə) mənzil növbəsinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmiş və qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin rayon icra hakimiyyətinin sərəncamı ilə götürüldüyü mənzil növbəsinə əsaslanaraq mənzil tələbi (mübahisə edilən hüquq münasibəti) hüquq varisliyinə yol vermir. Qeyd olunan əsasa görə hazırki iş üzrə icraata xitam verilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80, 85, 87, 90 və 94-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) “mənzilin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3186/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3186/2024
26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver