Məhkəmə qərarları › İş №2-1(103)-3188/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3188/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3188/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı «əlillik dərəcəsinin elektron informasiya sisteminin Əlillik altsisteminə yerləşdirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3871/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.1993- cü il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yetirməklə əlilliyinin Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı iki il sovet ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək N nömrəli hərbi hissədə Çernobl AES baş vermiş qəzanın nəticələrinin aradan qaldrıılmasında 30 km zonada iştirak etmişdir. Hal-hazırda 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlildir. xx.xx.2002-ci il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlilliyinin Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilməsinə ehtiyacı vardır. Belə ki, DSMF onun təqaüd təyin edilməsi ilə bağlı müraciətinə 22 noyabr 2022-ci il tarixli məktubunda bildirmişdir ki, əlilliyə görə əmək pensiyası tibbi-sosial ekspert komissiyasının 22 may 2002-ci il tarixli 405901 nömrəli müayinə aktından çıxarışa əsasən əlillik səbəbi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olduğuna və Nazirliyin “Əlillik” altsistemində əlilliyə dair hər hansı bir məlumat aşkar edilmədiyinə görə sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyə uyğun deyildir. O, əlillik dərəcəsinin Əlilik alt sisteminə yerləşdirilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş, lakin müraciətinə baxan olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3871/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı xx.xx.1993-cü il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlilliyinə dair məlumatın Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti ilə bağlı araşdırma aparılarkən müəyyən olunmuşdur ki, onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə iddiaçıya dair göndəriş daxil olmamışdır. Bununla əlaqədar hərbi həkim komissiyasının xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı əsasında dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdirildiyi təqdirdə onun əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanıdlmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Konkret halda, iddiaçı tələb edir ki, onun əlilliyi ilə əlaqədar həmin məlumatların mərkəzləşdirilmiş elektron informasiya siteminin “Əlillik” altsisteminə yerləşdrilsin. Bu zərurut isə ondan irəli gəlir ki, onun əlilliyinə dair məlumatlar Əlillik alt sistemində yerləşdirilmədiyindən DSMF tərəfindən ona təqaüd təyin olunmasından iimtina olunur. Cavabdeh orqanın apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının qeyd olunan tələbini yerinə yetirirməkdən imtina edərək bildirir ki, onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə iddiaçıya dair göndəriş daxil olmamışdır. Bununla əlaqədar hərbi həkim komissiyasının xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı əsasında dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdirildiyi təqdirdə onun əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan dəlillərini əsassız sayır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həmin Qanunun 3-cü maddəsi isə aşağıdakıları nəzərədə tutur: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materialları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 176 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək N saylı hərbi hissənin tərkibində xidmət edərkən 30 km əhatə dairəsində X6 Stansiyasında (“AES”) baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. , Eyni zamanda, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 405901 nömrəli, habelə, 3 saylı Bakı DOST Mərkəzinin18 aprel 2023-cü il tarixli arayışlarına əsasən isə müəyyən olunur ki, iddiaçıya Çernobıl AES-də baş vermiş qəzanın ləğvi ilə əlaqədar xəstəlik vəziyyəti qiymətləndirilərək ona müddətsiz ikinci qrup əlillik təyin edilmişdir və o, hal-hazırda 327,21 manat məbləğində əlillik pensiyası alır. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, X6 Stansiyasında (“AES”) baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş iddiaçının ikinci qrup müddətsiz əlilliyi mövcuddur. Belə olan halda, yəni, iddiaçının 2-ci qrup müddətsiz əlilliyi mövcud olduğu halda, cavabdeh tərəfindən bir daha onun əlillik vəziyyətinə dair tibbi göndəriş Agentliyə daxil olmadığını bildirərək, onun əlillyinə dair mövcud məlumatın Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (“MEİS”) “Əlillik” alt sisteminə yerləşdirilməsindən imtina etməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.21-ci bəndinə əsasən müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək Agentliyin vəzifələrinə aid edilmişdir Eyni zamanda, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 12 sentyabr 2018-ci il, 263 nömrəli Fərmanı ilə X4 Sisteminin ilkin altsistemləri, o cümlədən Sosial Xidmətlər Vahid Sistemi yaradılmışdır. Həmin Fərman ilə Sosial Xidmətlər Vahid İnformasiya Sisteminin operatorunun funksiyalarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.1.5-ci bəndinə əsasən, MEİS-in strukturuna o cümlədən “Əlillik” (TSERAS) altsistemi daxildir. Həmin Əsasnamənin 2.3.-cü bəndinə əsasən, MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: ...; 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması...; Həmin Əsasnamənin 4.1.-ci bəndinə əsasən, nazirliyin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir. . Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, cavabdeh orqan tərəfindən Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar iddiaçıya artıq təyin olunmuş və müddətsiz 2-ci dərəcəli əlilliyi barədə məlumatların MEİS-in “Əlillik altsistemində yerləşdirilməməsi iddiaçının hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini qeyd etməklə, birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3871/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3871/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar