Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3188/2025 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, iddiaçı Adigözəlov İlyas Mehdiqulu oğlunun cavabdeh Cavabdeh qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı barəsində verilən ##.##.2023-cü il tarixli L********PKG nömrəli göndərişdə Əsas diaqnoz və ağırlaşması - “I69.3 Beyin infarktının nəticələri, BQD-nin işemik tip xroniki pozğunluğu, F48.0 nevrasteniya” qeyd olunmuşdur. İddiaçının sağlamlıq vəziyyəti həmin göndəriş əsasında ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən (Səbəb: Xəstənin əmək müqaviləsi var. Əmək qabiliyyətinin itirilmə vərəqələrinin günləri reyestrdə göstərilməyib dəqiqləşdirilsin) iddiaçıya imtina cavabı verilmişdir. İddiaçı barəsində verilən ##.##.2024-cü il tarixli T********ZYP nömrəli göndərişə əsasən, əsas diaqnoz - “I69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, ağırlaşması - G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında ##.##.2024-cü il tarixdə baxılmış və “Diaqnoz-Beyin infarktının nəticələri, Sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri. Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətləri ilə”. “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli əyani müayinə aktına əsasən Adigözəlov İlyas Mehdiqulu oğlunun vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Əsas diaqnoz: İ69.3-Beyin infarktının nəticələri, BBQD-nin işemik tip xroniki pozğunluğu. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar sistem sindromu. Yanaşı xəstəliklər G51.0 Bella iflici, Sol üz sinirinin neyropatiyasının qalıqları) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik təyin etmir” təyinatı aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T***/**** saylı ekspert rəyindən görünür ki, iddiaçının “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phşdə ##.##.2024-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “169.3, G81.1, G56.0,G51.0, M42-Sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, sağtərəfli yüngül hemiparez, hemihipesteziya, piramid əlamət ilə, Karpal tunel sindromu, sol üz siniri neyropatiyasının qalıq əlamətləri, yayılmış osteoxondroz” diaqnozu təyin edilmişdir. Səhiyyə Nazirliyinin “xxxx” phş müalicə müəssisəsi olmadığından vətəndaşın konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmamışdır. Lakin, onun adına “Bakı Xəzər Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, L********PKG nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: 169.3-Beyin infarktının nəticələri, BQD-nin işemik tip xroniki pozğunluğu. Ağırlaşma: F48.0-nevrasteniya. Yanaşı xəstəliklər: G56.0- bilək kanalı sindromu, Karpal tunel sindromu, M42-onurğanın osteoxondrozu, boyun fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrıları ilə, G45.0-vertebrobazilyar arterial sistem sindromu, G51.0-Bella iflici, sol üz sinirinin nevropatiyasının qalıqları” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, ##.##.2023-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman onun halhazırki vəziyyəti ilə tibbi sənədlərdə (##.##.2023-cü il tarixli Forma 88 göndərişində) qeyd edilmiş diaqnozun uyğunluq təşkil etməməsi müəyyənləşdirilmişdir. Belə ki, ##.##.2024-cü il tarixində özünün əyani müayinəsi zamanı əzələlərdə atrofiya, ətraflarda parez və ataksiya kimi ağırlaşmalar aşkar edilmədi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Adigözəlov İlyas Mehdiqulu oğlu cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdən səhhəti ilə bağlı əmək fəaliyyəti dayanmışdır. Xəstəliyinin əsas diaqnozu İ69.3-beyin infarktının nəticələri və yanaşı xəstəliklərdir. Əlilliyinin qiymətləndirilməsi ilə bağlı iki dəfə Xəzər Tibb Mərkəzi və Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən forma 88 tərtib edilərək sistemə yerləşdirilmiş, lakin hər dəfə imtina cavabı almışdır. Sonuncu dəfə ##.##.2024-cü il tarixdə cavabdeh tərəfindən əyani müayinə edilmiş, lakin əlillik təyin edilməmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə əyani müayinə edilərək barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina qərarı verilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əyani müayinəsi zamanı Əsasnamənin 6.5.1.1-ci bəndində göstərilən ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu, əzələlərdə hipotrofiya (atrofiya) müəyyən edilməmişdir. Hətta iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə sağ yuxarı ətrafda tonusun normal olması göstərilmişdir. Bir daha qeyd edilməlidir ki, hazırkı xəstəliklə iddiaçıya əlilliyin təyini üçün ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu müəyyən edilməlidir. Bundan əlavə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəfindən bir neçə dəfə şəxsin əyani müayinəsi həyata keçirilmişdir. ##.##.2023-cü il tarixli əyani müayinə aktına əsasən Adigözəlov İlyas Mehdiqulu oğlunun hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Əsas diaqnoz: 169.3-Beyin infarktının nəticələri, BBQD-nin işemik tip xroniki pozğunluğu. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar sistem sindromu. Yanaşı xəstəliklər G51.0 Bella iflici, Sol üz sinirinin neyropatiyasının qalıqları) diaqnozunun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik təyin etmir” təyinatı aparılmışdır. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklər əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və göstərişlərlə yenidən baxılması üçün geri həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası qərarında qeyd etmişdir ki, “... 28. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla imtina tarixindən müəyyən edilməlidir.
29. İddiaçı cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli göndəriş əsasında verilmiş ##.##.2024-cü il tarixli imtinadan sonra ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədə baxılan iddianın predmetini ##.##.2024-cü il tarixli imtina qərarı təşkil etmişdir.
30. İddiaçı barəsində verilən ##.##.2024-cü il tarixli T********ZYP nömrəli göndərişdən müəyyən olunur ki, əsas diaqnoz - “I69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, ağırlaşması - G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə”-dir, ümumi vəziyyəti orta ağırdır, sağ yuxarı və aşağı ətraflarda əzələ gücü 3.5-dir, sağ yuxarı ətrafda tonus normaldır.
31. Göründüyü kimi, spastik hemiplegiya, parezlərdən iddiaçıda sağ tərəfli mülayim hemiparez müşahidə edilir... 33.Kollegiya qeyd edir ki, göndərişdə XBT-10 kodu G81.1 “Spastik hemiplegiya” diaqnozu qeyd olunduğu və iddiaçıda da həmin göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapdığı halda, onun vəziyyəti qiymətləndirilməklə əlilliyin təyin edilməsi məsələsinə baxılmalıdır... 40.Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T***/**** saylı ekspert rəyində mübahisə predmeti olan ##.##.2024-cü il tarixli T********ZYP nömrəli göndərişdəki diaqnozların deyil, ##.##.2023-cü il tarixli, L********PKG nömrəli Forma 88 göndərişində qeyd edilmiş diaqnozların iddiaçıda aşkar edilmədiyi göstərilmişdir...
42. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert qarşısında iddiaçıda ##.##.2024-cü il tarixli göndərişdə qeyd edilmiş xəstəliklərin, zədələrin və catışmazlığın əyani müayinə zamanı mövcud olub-olmaması ilə bağlı suallar qoyulmalı, həm də ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir...”
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçının apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəsi iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, “Bakı Xəzər Tibb Mərkəzi” tərəfindən forma 88 tərtib edilməklə əlilliyinin qiymətləndirilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən qiymətləndirmə həyata keçirilərkən ona əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “diaqnoz əlillik əlaməti təyin etmir” qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən onun əlillik qiymətləndirmənin həyata keçirilərkən düzgün qənaətə gəlinməmişdir. “Bakı Xəzər Tibb Mərkəzi“ tərəfindən göndərilmiş forma 88-dəki əsas diaqnoz ağırlaşma və yanaşı xəstəliklərə diqqət yetirdikdə ona əlillik təyin olunmalı olduğu aşkar ediləcəkdir. Belə ki, iş materiallarından görünür ki, sağlamlığında mövcud olan pozuntularda hər hansı bir yaxşılaşma halı müşahidə olunmamış və “Bakı Xəzər Tibb Mərkəzi” tərəfindən onun müayinəsi həyata keçirilərkən reabilitasiya ilə bağlı hər hansı bir hal müşahidə edilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı Adigözəlov İlyas Mehdiqulu oğlu apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun:
Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (2022-ci il ####un #-dək olan redaksiya) 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”:
1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:
6.5.1. serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya): 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə) cüzi statodinamik pozuntular – 40 faiz,1 il... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə:
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur...
Maddə 58. Sübutların araşdırılması qaydası ...58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir...
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır...
Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra – apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır...
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir...
Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər...
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir...
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı barəsində verilən ##.##.2023-cü il tarixli L********PKG nömrəli göndərişdə əsas diaqnoz və ağırlaşması “I69.3 Beyin infarktının nəticələri, BQD-nin işemik tip xroniki pozğunluğu, F48.0 nevrasteniya” qeyd olunmuş, onun əlillik vəziyyətinə həmin göndəriş əsasında ##.##.2023-cü il tarixdə baxılmış və “Göndərişin natamam doldurulması” səbəbindən (Səbəb: Xəstənin əmək müqaviləsi var. Əmək qabiliyyətinin itirilmə vərəqələrinin günləri reyestrdə göstərilməyib dəqiqləşdirilsin) göndəriş tibb müəssisəsinə göndərilmişdir. Sonuncu dəfə iddiaçı barəsində verilən ##.##.2024-cü il tarixli T********ZYP nömrəli göndərişə əsasən əsas diaqnoz və ağırlaşması “I69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə” müəyyən edilmiş, onun əlillik vəziyyətinə həmin göndəriş əsasında ##.##.2024-cü il tarixdə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla imtina tarixindən müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli göndəriş əsasında verilmiş ##.##.2024-cü il tarixli imtinadan sonra ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədə baxılan iddianın predmetini ##.##.2024-cü il tarixli imtina qərarı təşkil etmişdir. İddiaçı barəsində verilən ##.##.2024-cü il tarixli T********ZYP nömrəli göndərişdən müəyyən olunur ki, əsas diaqnoz - “I69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, ağırlaşması - G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə”-dir, ümumi vəziyyəti orta ağırdır, sağ yuxarı və aşağı ətraflarda əzələ gücü 3.5-dir, sağ yuxarı ətrafda tonus normaldır. Göründüyü kimi, spastik hemiplegiya, parezlərdən iddiaçıda sağ tərəfli mülayim hemiparez müşahidə edilir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin ##.##.2024-cü il tarixli qərardadi ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında “##.##.1979-cu il təvəllüdlü Adigözəlov İlyas Mehdiqulu oğluna əyani müayinə olunmaqla onda “Beyin infarktının nəticələri, BBQD-nın işemik tip xroniki pozğunluğu, Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar sistem sindromu, bella iflici, sol üz sinirinin neyropatiyasının qalıqları” aşkar olunurmu?” sualı qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T ***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phşdə ##.##.2024-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “169.3, G81.1, G56.0,G51.0, M42-Sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, sağtərəfli yüngül hemiparez, hemihipesteziya, piramid əlamət ilə, Karpal tunel sindromu, sol üz siniri neyropatiyasının qalıq əlamətləri, yayılmış osteoxondroz” diaqnozu təyin edilmişdir. Səhiyyə Nazirliyinin “xxxx” phş müalicə müəssisəsi olmadığından vətəndaşın konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmamışdır. Lakin, onun adına “Bakı Xəzər Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, L********PKG nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: 169.3-Beyin infarktının nəticələri, BQD-nin işemik tip xroniki pozğunluğu. Ağırlaşma: F48.0-nevrasteniya. Yanaşı xəstəliklər: G56.0- bilək kanalı sindromu, Karpal tunel sindromu, M42-onurğanın osteoxondrozu, boyun fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrıları ilə, G45.0-vertebrobazilyar arterial sistem sindromu, G51.0-Bella iflici, sol üz sinirinin nevropatiyasının qalıqları” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, ##.##.2023-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman onun halhazırki vəziyyəti ilə tibbi sənədlərdə (##.##.2023-cü il tarixli Forma 88 göndərişində) qeyd edilmiş diaqnozun uyğunluq təşkil etməməsi müəyyənləşdirilmişdir. Belə ki, ##.##.2024-cü il tarixində özünün əyani müayinəsi zamanı əzələlərdə atrofiya, ətraflarda parez və ataksiya kimi ağırlaşmalar aşkar edilmədi. Kollegiya iş materiallarını araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T ***/**** saylı ekspert rəyində mübahisə predmeti olan ##.##.2024-cü il tarixli T********ZYP nömrəli göndərişdəki diaqnozların deyil, ##.##.2023-cü il tarixli, L********PKG nömrəli Forma 88 göndərişində qeyd edilmiş diaqnozların iddiaçıda aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi həmin qərarda əksini tapmış hüquqi mövqeyə uyğun araşdırma aparmışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, “... işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert qarşısında iddiaçıda ##.##.2024-cü il tarixli göndərişdə qeyd edilmiş xəstəliklərin, zədələrin və catışmazlığın əyani müayinə zamanı mövcud olub olmaması ilə bağlı suallar qoyulmalı, həm də ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir...” Ali Məhkəmənin göstərişləri nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertlərin qarşısına “1) İddiaçı Adigözəlov İlyas Mehdiqulu oğlu müvafiq diaqnostik müayinə metodları əsasında canlı müayinə olunmaqla hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin dinamikası, klinik proqnozlarına əsaslanan sağlamlıq vəziyyətinin real və obyektiv qiymətləndirilməsini aparılmaqla onda müəyyən edilən xəstəlik və ağırlaşmaları hansılardır? 2) İddiaçı Adigözəlov İlyas Mehdiqulu oğlu barəsində aparılan müayinənin nəticəsində müvafiq tibb müəssisəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli T********ZYP nömrəli göndərişdə qeyd edilən “Əsas diaqnoz - “I69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, ağırlaşması - G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə” diaqnozları öz təsdiqini tapırmı?” sualları qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T ***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1,2. Vətəndaş İ.M.Adıgözəlovun adına “Bakı Xəzər Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, L********PKG nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: I69.3-beyin infarktının nəticələri, BQD-nın işemik tip xroniki pozğunluğu. Ağırlaşma: F48.0-nevrasteniya. Yanaşı xəstəliklər: G56.0-bilək kanalı sindromu, Karpal tunel sindromu, M42-onurğanın osteoxondrozu, boyun fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrıları ilə, G45.0-vertebrobazilyar arterial sistem sindromu, G51.0-Bella iflici, sol üz sinirinin nevropatiyasının qalıqları” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmiş, aparılmış müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuşdur. Vətəndaş İ.M.Adıgözəlov 10-##.##.2025-ci il tarixlərdə “Xəzər Tibb Mərkəzi”ndə “Əsas xəstəlik: İ69.3korpus kallozum spleniumun sol yarısında keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşmalar: G81.1-sağtərəfli hemiparez (əzələ gücü 4 bal), R26.1-yerişin pisləşməsi. Yanaşı xəstəliklər: M50.1-boyun radikulopatiyası davamlı kökcük ağrıları ilə, M54.1-bel fəqərələrinin radikulopatiyası, F48.0-nevrasteniya, M42.1-boyun, döş və bel fəqərələrinin osteoxondrozu, K43.9-ventral yırtıq” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Vətəndaş İ.M.Adıgözəlovun düçar olduğu xəstəliklər hazırda qeyd edilən kimidir. ** saylı şəhər poliklinikasında ##.##.2025ci il tarixdə ultrasəs müayinəsi zamanı qarının ön divarında göbəküstü nahiyədə müəyyən edilmiş 9,0 mm defekt-qarın yırtığı lehinə dəyərləndirilmişdir. Vətəndaş İ.M.Adıgözəlovun ##.##.2025-ci il tarixdə əyani müayinəsi zamanı aşağı ətraf əzələlərində hipotrofiya, atrofiya, iflic kimi ağırlaşmalar aşkar edilmədi. Kollegiya qeyd edir ki, təqdim edilmiş ekspert rəyində qərardadla qoyulmuş suallara uyğun cavab verilmədiyindən, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T ***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1.2. İ.M.Adigözəlov Xəzər Tibb Mərkəzində 02.07-##.##.2026-ci il tarixlərdə “İ69.3- Beyin infarktının nəticələri, F06.7-Yüngül koqnitiv pozğunluq, G44.1-Başqa rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı, G81.1- Spastik hemiplegiya, R26.1- Paralitik yeriş, F48.0- Nevrasteniya, G51.0- Bella iflici, G56.0 Bilək kanalı sindromu, H52.2 Astiqmatizm, K76 Qaraciyərin digər xəstəlikləri, K81.1 Xroniki xolesistit, M42 Onurğanın osteoxondrozu, M51.2 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Diaqnoz ona şikayətləri, anamnezi, funksional diaqnostik, və laborator-instrumental müayinələrinin nəticələri əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun olduğundan onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir və müvafiq tibb müəssisəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli T********ZYP nömrəli göndərişdə qeyd edilən “Əsas diaqnoz: “169.3- Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, ağırlaşması: G81.1- Spastik hemiplegiya, sağ əlamətlər ilə” diaqnozları həmin diaqnozda öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün yalnız xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı barəsində verilmiş sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması “I69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə” müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T ***/**** nömrəli ekspert rəyinin məhkəmə-tibbi müayinə barədə hissəsində qeyd edilmişdir ki, vətəndaş İ.M.Adıgözəlov 10- ##.##.2025-ci il tarixlərdə “Xəzər Tibb Mərkəzi”ndə “Əsas xəstəlik: İ69.3-korpus kallozum spleniumun sol yarısında keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşmalar: G81.1sağtərəfli hemiparez (əzələ gücü 4 bal), R26.1-yerişin pisləşməsi. Yanaşı xəstəliklər: M50.1boyun radikulopatiyası davamlı kökcük ağrıları ilə, M54.1-bel fəqərələrinin radikulopatiyası, F48.0-nevrasteniya, M42.1-boyun, döş və bel fəqərələrinin osteoxondrozu, K43.9-ventral yırtıq” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Vətəndaş İ.M.Adıgözəlovun düçar olduğu xəstəliklər hazırda qeyd edilən kimidir. Kollegiya qeyd edir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəliklərin olması müəyyən edilir. Həmçinin tibbi sənədlərə əsasən iddiaçıda “G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə” müəyyən olunur. “Serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya)” diaqnozu Meyarlarda nəzərdə tutulmuş aşağıdakı ağırlaşmalara səbəb olduğu halda şəxsə əlillik təyinatına səbəb ola bilər: 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular. 40 faiz, 1 il. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilən ekspertiza rəylərindən və iş materiallarında olan tibbi sənədlərdən müəyyən olunur ki, iddiaçının sağlamlığı ilə bağlı qeyd olunan hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 6.5.1.1-ci bəndinə uyğun gəlir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı ##.##.2024cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1(102)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni ##.##.2024-cü il tarixdən təyin edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı barəsində sonuncu göndəriş Bakı * nömrəli X7 tərəfindən ##.##.2024-cü il tarixdə tərtib edildiyindən hazırkı işin hüquqi hallarına hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq qiymət verilməlidir. Meyarların tələbləri baxımından isə “əlilliyin dərəcəsi” anlayışı “orqanizmin funksiyalarının pozulması faizi” anlayışı ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial ekspert komissiyasının iddiaçı Adigözəlov İlyas Mehdiqulu oğluna əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarı ləğv edilməli və ona həmin tarixdən orqanizm funksiyalarının 40% pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) qərar qəbul edə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial ekspert komissiyasının iddiaçı Adigözəlov İlyas Mehdiqulu oğluna əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarı ləğv edilsin və iddiaçıya həmin tarixdən orqanizm funksiyalarının 40% pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.