Məhkəmə qərarları › İş №2-1(103)-3189/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3189/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3189/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4130/2022 saylı 10 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1989-cu il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixə kimi SSR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1992-ci il tarixdə keçmiş Sabirabad rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmış, hərbi xidmət dövründə döyüş əməliyyatları bölgələrinə ezam olunmuş, sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli 141 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 4/2-516 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.2021-ci il tarixli Hərbi Polis İdarəsi rəisinin xx.xx.1992-ci il tarixli 82 №-li əmrilə İddiaçı xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “kəşfiyyatçı” vəzifəsinə təyin edilmiş, Hərbi Polis İdarəsi rəisinin xx.xx.1992-ci il tarixli 89 №-li əmrində Kəlbəcər rayonuna göndərilmiş şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmiş, Hərbi Polis İdarəsi rəisinin xx.xx.1992-ci il tarixli 135 №-li əmrilə İddiaçı xx.xx.1992-ci il tarixdən Kəlbəcər rayonu döyüş əməliyyatları bölgəsindən gəlmiş hesab edilmiş, Hərbi Polis İdarəsi rəisinin xx.xx.1992-ci il tarixli 143 №-li əmrində sıravi İddiaçı Füzuli rayonu döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi barədə məlumat olmuş, Hərbi Polis İdarəsi rəisinin xx.xx.1993-cü il tarixli 26 №-li əmrində sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən qayıtması, xx.xx.1993-cü il tarixdən Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat olmuş, Hərbi Polis İdarəsi rəisinin xx.xx.1993-cü il tarixli 56 №-li əmrində sıravi İddiaçı Ağdərə rayonu döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək, xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat olmuş, Hərbi Polis İdarəsi rəisinin xx.xx.1993-cü il tarixli 153 №-li əmrilə kəşfiyyatçı, sıravi İddiaçı “atıcıpatrul” vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə sıravi İddiaçı “atıcı-patrul” vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 2 №-li əmrində sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat olmuş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 99 №-li əmrində xx.xx.1994-cü il tarixdən Tərtər rayonuna xidməti ezamiyyətə göndərildiyi üçün sıravi İddiaçı qazan təminatından çıxarılması barədə məlumat olmuş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 120 №-li əmrində xx.xx.1994-cü il tarixdən Tərtər rayonundan xidməti ezamiyyətdən qayıtmış, sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat olmuş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 149 №-li əmrilə “28 May” bayramı münasibətilə sıravi İddiaçı “təşəkkür” elan olunmuş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 318 №-li əmrilə xidməti zərurətlə əlaqədar olaraq atıcı-patrul, sıravi İddiaçı Bakı Qarnizonu HPİ-nin “VAİ”-nə ezam olunmuşdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi tərəfindən iddiaçıya ünvanlanmış 4/3-220 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 4/2-516 nömrəli arayışına əsasən döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi döyüş tapşırığının icrası ilə bağlı olub-olmaması barədə təsdiqedici sənədin olmamasına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi xidmət əleyhinə cinayət törətmədiyindən, həmçinin hərbi xidmət dövründə cinayət məsuliyyətinə cəlb olunmadığından, o cümlədən döyüş əməliyyatları aparılan hərbi hissələrə ezam olunaraq, qanuni əsaslarla ordudan tərxis olunduğundan, onun “Müharibə veteranı” adı qazanmaq hüququ yaranır. İddiaçı hazırki iddia tələbinə uyğun eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı barəsində təqdim olunmuş Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 42-516 nömrəli arayışına əsasən döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi döyüş tapşırığının icrası ilə bağlı olub-olmaması barədə təsdiqedici sənəd olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonda iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4130/2022 saylı 10 iyun 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsinin döyüş tapşırığının icrası ilə bağlı olub-olmamasını təsdiqedici sənədin olmaması əsası ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin təqdim etdiyi əmrlərdən iddiaçının döyüş əməliyyatları gedən dövrdə bir neçə dəfə döyüş əməliyyatları gedən Fizuli və Ağdam rayonlarına ezam edilməsinin, həm döyüş əməliyyatları gedən əraziyə ezam olunmasının, həm də döyüş əməliyyatları gedən ərazidən ezamiyyətdən qayıtmasının (1994-cü ilin may ayının 12- dək) hərbi hissə komandirinin (Hərbi Polis İdarəsinin rəisinin) əmrləri ilə rəsmiləşdirilməsinə, həmin əmrlərdə iddiaçının döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsinin və döyüş əməliyyatlarından xidməti ezamiyyətdən qayıtmasının açıq-aşkar qeyd edilməsinə, onun döyüş bölgələrinə ezam olunarkən vəzifəsinin “kəşfiyyatçı” (razvedçik) olmasına istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsinin döyüş tapşırığının icrası ilə bağlı olduğunu mübahisələndirir. İş mteriallarında olan hərbi Polis İdarəsi rəisinin xx.xx.1992-ci il tarixli 82 №-li əmrilə İddiaçı xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “kəşfiyyatçı” vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixli 89 №-li əmrində Kəlbəcər rayonuna göndərilmiş şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmiş, xx.xx.1992-ci il tarixli 135 №-li əmrilə İddiaçı xx.xx.1992-ci il tarixdən Kəlbəcər rayonu döyüş əməliyyatları bölgəsindən gəlmiş hesab edilmiş, xx.xx.1992-ci il tarixli 143 №-li əmrində sıravi İddiaçı Füzuli rayonu döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi barədə məlumat olmuş, xx.xx.1993-cü il tarixli 26 №-li əmrində sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən qayıtması, xx.xx.1993-cü il tarixdən Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat olmuş, xx.xx.1993-cü il tarixli 56 №-li əmrində sıravi İddiaçı Ağdərə rayonu döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək, xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat olmuş, xx.xx.1993-cü il tarixli 153 №-li əmrilə kəşfiyyatçı, sıravi İddiaçı “atıcı-patrul” vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə sıravi İddiaçı “atıcı-patrul” vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 2 №-li əmrində sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat olmuş,N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 99 №-li əmrində xx.xx.1994-cü il tarixdən Tərtər rayonuna xidməti ezamiyyətə göndərildiyi üçün sıravi İddiaçı qazan təminatından çıxarılması barədə məlumat olmuş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 120 №-li əmrində xx.xx.1994-cü il tarixdən Tərtər rayonundan xidməti ezamiyyətdən qayıtmış, sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat olmuş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 149 №-li əmrilə “28 May” bayramı münasibətilə sıravi İddiaçı “təşəkkür” elan olunmuş; -N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 318 №-li əmrilə xidməti zərurətlə əlaqədar olaraq atıcı-patrul, sıravi İddiaçı Bakı Qarnizonu HPİ-nin “VAİ”-nə ezam olunmuşdur. Kollegiya onu da nəzərə alır ki, iddiaçı döyüş əməliyyatları bölgəsinə məhz “kəşfiyyatçı” olaraq ezam olunmuş, bu ezamiyyə onun “kəşfiyyatçı” funksiyalarının icrası ilə bağlı olduğu üçün onun döyüş bölgəsində icra etdiyi funksiyalar da döyüş təminatı hesab olunur. O ki qaldı iddiaçının Bakı Qarnizonu HPİ-nin “BAN”-yə ezamiyyətdən qayıtması barədə məlumatın olmamasına, nəzərə alınmalıdır ki, iddiaçının qanuni əsaslarla xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunması barədə əmr mövcud olmuşdur. Həmin əmrdən görünür ki, iddiaçı Bakı Qarnizonu Hərbi Komendatlığının sürücüsü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Odur ki, iddiaçının tərxisi qanuni və əsaslı şəkildə aparıldığından onun xx.xx.1994-cü il tarixdən sonrakı dövrlərdə xidməti barədə əlavə araşdırmaya zərurət qalmır. Belə olan halda iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi iş materialları ilə təsdiq olunduğundan o, Azərbaycan Respublikası Nazirlər Kabinatinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsində göstərilən şəxslər dairəsinə aiddir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda (məsələn 2-1(102)-230/2022 saylı inzibati işdə) hüquqi mövqe belə olmuşdur ki, “Cavabdeh orqanın istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adının verilməsi nəzərdə tutulmuşdur.” Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1404/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdu ki, “Cavabdehin təqdim etdiyi əmrlərdə iddiaçının döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi və döyüş əməliyyatlarından xidməti ezamiyyətdən qayıtması açıq-aşkar qeyd edilmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsaslı hesab etmir.” Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı döyüş əməmliyyatlarında iştirak etməsi ilə bağlı ezamiyyətdə olmuş, cavabdeh inzibati orqan isə bu halın əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4130/2022 saylı 10 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4130/2022 saylı 10 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar