Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3189/2025 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil3, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "Prezident təqaüdünün təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7405/2023 nömrəli 06 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs kimi ona pensiyaya çıxdığı vaxtdan, yəni 18 noyabr 2022ci il tarixdən "Prezident təqaüdü"nün təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18 noyabr 2022-ci ildə 65 yaşının tamam olması ilə bağlı yaşa görə pensiyaya çıxmışdır. Ona SSRİ Elmlər Akademiyasının N.N.Mikluxo-Maklay adına X1 hissəsinin Elmi Şurasının 21 may 1987-ci il tarixli qərarı ilə tarix elmləri namizədi elmi dərəcəsi verilmişdir. O, tarix elmləri namizədi elmi dərəcəsi almamışdan əvvəl də və elmi dərəcə aldıqdan sonra da Azərbaycan Milli Elmlər Akademiyasında işləmişdir. O, pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs kimi ona pensiyaya çıxdığı vaxtdan "Prezident təqaüdü"nün təyin edilməsi ilə bağlı ərizə ilə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin onun müraciəti təmin olunmayaraq qanunsuz və əsassız olaraq ona "Prezident təqaüdü"nün təyin olunmasından imtina olunmuşdur və bu barədə ona həmin filialdan 07 dekabr 2022ci il tarixli **********4 №-li məktubla ona cavab verilmişdir. Həmin məktubda ona bildirilmişdir ki, "...təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində onun sığorta stajı qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az (23 il 6 ay) olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7405/2023 nömrəli 06 iyul 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə əsas verən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajına aşağıda qeyd olunan dövrlər daxildir: - Bakı şəhəri 56 №-li məktəbdə "Pioner baş dəstə rəhbəri" vəzifəsində işlədiyi dövr xx.xx.1976 - xx.xx.1977 (01 il 07 ay 21 gün); - Azərbaycan SSR X11 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda "baş laborant" vəzifəsində işlədiyi dövr - xx.xx.1980 - xx.xx.1981 (01 il 06 ay 29 gün); - Azərbaycan SSR X11 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda "kiçik elmi işçi" vəzifəsində işlədiyi dövr - xx.xx.1985-xx.xx.1987-ci il (02 il 10 ay 29 gün); - Azərbaycan SSR X8 Komitəsində "təlimatçı" vəzifəsində işlədiyi dövr - xx.xx.1987 - xx.xx.1991 (02 il 09 ay 09 gün); - Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda "baş elmi işçi" vəzifəsində işlədiyi dövr - xx.xx.2001 - xx.xx.2012 (11 il 01 ay 30 gün) Məhkəmə qeyd etmişdir ki, beləliklə, iddiaçının Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə əsas verən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 20 il 28 gün təşkil edir. İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2012-ci ilə kimi Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda "baş elmi işçi" vəzifəsində işləməsinə baxmayaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə əsas verən sığorta stajı xx.xx.2001-ci il tarixindən qəbul edilir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan müəyyən edilir ki, sonuncu xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda əvəzçi böyük elmi işci, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işləmiş, xx.xx.2001-ci ildən isə tam ştata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində vətəndaşın işləməsi ilə yanaşı, həm də tutduğu vəzifə onun əsas iş yeri olmalıdır. İddiaçının xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək müddətdə Azərbaycan Milli Elmlər X4 İttifaqında işlədiyi təlimatçı vəzifəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, "Elm haqqında" Azərbaycan Respublikası Qanununun 7.1.1-ci bəndinə görə, alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedaqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri elmi fəaliyyətin subyektləri sırasına daxil edilmədiyi üçün iddiaçının işlədiyi qeyd olunan vəzifə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə əsas olan staj olaraq qəbul edilə bilməz. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ BİRİNCİ İCRAAT: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə yanlış nəticəyə gələrək iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə qədər (03 il) "Etnoqrafiya" ixtisası üzrə əyani aspiranturada aldığı təhsil müddətini və Azərbaycan SSR X11 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda "kiçik elmi işçi" vəzifəsində işlədiyi xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək 02 il 10 ay 29 gün dövrü nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1424/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2-1(112)-7405/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 917/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1424/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında deyilir: "28. Apellyasiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərarında göstərmişdir ki, "Mübahisəli dövrlər: xx.xx.1981-xx.xx.1984-cü il tarixlərdə 3 il Azərbaycan Respublikası Elmlər Akademiyasının tabeliyində olan Tarix İnstitutunda "Etnoqrafiya" ixtisası üzrə əyani aspiranturada təhsil aldığı dövr, xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə Azərbaycan SSR X8 komitəsində təlimatçı, xx.xx.1988-xx.xx.1991-ci il tarixlərdə Bakı şəhəri 26 Bakı Komissarları rayon partiya komitəsində Azərbaycan SSR X8 təşkilatı üzrə kurator, xx.xx.1991-xx.xx.1991-ci il tarixdə Azərbaycan SSR X8 komitəsinin katibinin müavini, xx.xx.1991-xx.xx.1995-ci il tarixdə Azərbaycan Milli Elmlər X9 İttifaqında təlimatçısı vəzifələrində işlədiyi dövrlər."
29. Bundan sonra həmin qərarda apellyasiya məhkəməsinin adlandırdığı sözügedən "Mübahisəli dövrlərin" müxtəlif səbəblərdən "Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 №-li Fərmanın təsiri altına düşmür" göstərilmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi adıçəkilən qənaətlə razı deyil və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin qənaətə gəlməsinin səbəbi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanının müddəalarının yanlış təhlili nəticəsində, doğru olmayan təfsiridir.
31. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
32. Məhkəmə kollegiyası hesab edir ki, Fərmanın sözügedən 1-ci bəndində açar sözlər "əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində" sözləridir.
33. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarında "mübahisəli dövrlər" adlandırdığı dövrlərdə iddiaçı hər hansı bir müəssisədə, təşkilatda, zavodda, fabrikdə deyil, məhz Azərbaycan Respublikası Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışmış, bununla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Burada həmçinin qeyd edilməlidir ki, Fərmanının 1-ci bəndində "azı 25 il çalışmış" cümləsi yazılmışdır, yəni "azı 25 il elmi işçi kimi çalışmış" qeyd edilməmişdir.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işin bu hallarını tam və hərtərəfli araşdırmayaraq, onları nəzərə almamışdır, halbuki apellyasiya məhkəməsinin qərarında "mübahisəli dövrlər" adlandırdığı hissəyə daxil etdiyi iddiaçının iş stajını diqqətə alsa idi, iddiaçının əsas iş yeri üzə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il çalışdığı müəyyən olunur ki, bu da sözügedən Fərmanın 1-ci bəndinin tələblərinə uyğundur."
TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahatlar verdilər. Cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
İŞİN HALLARİ:
İşdə olan AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan, iddiaçıya məxsus 15 noyabr 1973-cü il və xx.xx.1995-ci il tarixlərdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, o - xx.xx.1973-cü ildə "Azərsutikinti" Baş İdarəsinin Şoran torpaqların duzdan təmizlənməsinin təşkili İdarəsində torpaq-meliorasiya laboratoriyasına texnik-laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü ildə yardımçı fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1975-ci ildə fiziki sınaqlar üzrə İİ dərəcəli laborant vəzifəsinə keçirilmiş, xx.xx.1975-ci ildə kimyəvi sınaqlar üzrə İİİ dərəcəli laborant vəzifəsinə keçirilmiş, xx.xx.1975-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1975-ci ildə texniki vasitələr laborantı vəzifəsinə təyin edilmişdir. - xx.xx.1976-cı ildə Bakı şəhəri 56 №-li məktəbdə pioner baş dəstə rəhbəri vəzifəsinə qəbul edilmiş, Sovet Ordusu sıralarında xidmətə getməsi ilə əlaqədar xx.xx.1977-ci ildə tutduğu vəzifədən azad edilmişdir. - xx.xx.1980-ci ildə Azərbaycan SSR X6 İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda təsərrüfat müqaviləsi əsasında Şirvan-Şabran arxeoloji ekspedisiyasına baş laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə Yeni tikinti sahələrinin arxeoloji şöbəsinin baş laborantı vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə Sovet dövrü etnoqrafiyası şöbəsinə keçirilmiş, xx.xx.1981-ci ildə "Etnoqrafiya" ixtisası üzrə əyani aspiranturaya qəbul olunmuş, xx.xx.1984-cü ildə təhsil müddəti qurtardığı üçün aspiranturadan azad edilmiş, Azərbaycan SSR X6 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda xx.xx.1985-ci ildə Sovet dövrü etnoqrafiyası şöbəsinə ştatda boş olan kiçik elmi işçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə tutduğu vəzifədən azad edilmişdir. - xx.xx.1987-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının partiya komitəsinin təlimatçısı vəzifəsinə təsdiq olunmuş, xx.xx.1988-ci ildə həmin vəzifədən azad edilmişdir. - xx.xx.1988-ci ildə Bakı Şəhəri 26 Bakı Komissarı Rayon Partiya Komitəsində Təbliğat və təşviqat şöbəsinin təlimatçısı vəzifəsində təsdiq olunmuş, xx.xx.1991-ci ildə həmin vəzifədən azad edilmişdir. - xx.xx.1991-ci ildə Respublika Elmlər Akademiyasının partiya komitəsi katibinin müavini vəzifəsinə təsdiq olunmuş, xx.xx.1991-ci ildə həmin vəzifədən azad edilmişdir. - xx.xx.1991-ci ildə Azərbaycan Respublikası Elmlər X4 ittifaqı komitəsinin təlimatçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə həmin vəzifədən azad edilmişdir. - xx.xx.1995-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasından köçürülmə yolu ilə "xxxx" Azərbaycan-X5 baş direktorun maliyyə məsələləri üzrə müavinin vəzifələrini icra edən vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə ixrac-idxal, marketinq və konyunktura şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci ildə tutduğu vəzifədən azad edilmişdir. - xx.xx.1998-ci ildə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda əvəzçi baş elmi işçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci ildə tam ştata keçirilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmişdir. - xx.xx.2012-ci ildə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə tutduğu vəzifədən azad edilmişdir. İşdə olan ИТ seriyalı 012218 №-li xx.xx.1987-ci il tarixli SSR Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası X10 təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, SSRİ Elmlər Akademiyasının N.N.Mikluxo-Maklay adına X1 hissəsinin Şurasının xx.xx.1987-ci il tarixli qərarı ilə (protokol № 6) İddiaçı "tarix elmləri namizədi" elmi dərəcəsi verilmişdir. İşdə olan Azərbaycan Milli Elmlər X9 İttifaqının xx.xx.2023-cü il tarixli 065/10-16 №li arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilə kimi Azərbaycan Milli Elmlər X9 İttifaqında təlimatçı vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli 8-1-8/2-185/2023 №-li arayışında göstərilmişdir ki, İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli 8-1-8/2-198/2023 №-li arayışında göstərilmişdir ki, İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək əvəzçi böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-149760/23 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan Milli Elmlər X9 İttifaqının xx.xx.2023-cü il tarixli 065/10-43 №-li arayışında göstərilmişdir ki, "Elm haqqında" Azərbaycan Respublikası Qanununun 7.1.1-ci bəndinə görə, alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedaqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri elmi fəaliyyətin subyektləri ola bilərlər. İddiaçı xx.xx.1991-xx.xx.1995-ci il tarixlərdə Azərbaycan Milli Elmlər X4 İttifaqında işlədiyi təlimatçı vəzifəsi elmi fəaliyyət hesab edilə bilməz. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********4 №-li 07 dekabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən, xx.xx.2021-ci il tarixindən "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən, elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı (23 il 6 ay) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********1 №-li 29 dekabr 2022-ci tarixli məktubda göstərilmişdir ki, təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı (xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək, xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək, xx.xx.1998-ci ildən xx.xx.2012-ci ilədək, cəmi 23 il 6 ay) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün iddiaçıya sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya verilmiş 3-17-1/2-Ə-29745/2023 №-li 15 fevral 2023-cü tarixli imtina məktubunda göstərilmişdir ki, "Elm haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.22-ci maddəsinə əsasən, elmi müəssisə və təşkilat - elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxslərdir. "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci abzasına əsasən, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. İddiaçının xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Azərbaycan Milli Elmlər X2 İttifaqında işlədiyi dövrlər elmi müəssisə və təşkilatlarda sığorta stajı kimi nəzərə alınmamışdır. Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən, elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajı (19 il 9 ay 4 gün) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.
"Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələridnə azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 №-li Fərmanı:
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
"Elm haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.0.11. elmi fəaliyyət subyektləri – elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçıları. 7.1. elmi fəaliyyətin subyektləri aşağıdakı hüquqi və fiziki şəxslərdir: 7.1.1. alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedaqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri; 10.4. Dövlət ali elmi təşkilat, elmi tədqiqat institutu, ali təhsil müəssisəsinin elmi qurumları, elmi mərkəzlər, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihətexnoloji müəssisələr, elmi işçilərin ictimai qurumları elmi müəssisə və təşkilatlara aiddir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etməmişdir. Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Hazırkı iddia tələbinin qanuni əsasını "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 №-li Fərmanı təşkil edir. Həmin Fərmandan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi üçün aşağıdakı şərtlər eyni vaxtda təmin edilmiş olmalıdır: - şəxsin 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışması, - şəxsin elmi dərəcəsinin olması, - şəxsin işləməməsi, - şəxsin əmək pensiyaçısı olması ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla). İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçısıdır. Tərəflər arasında olan mübahisə iddiaçının 2021-ci ilin yanvarın 1dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində çalışdığı müddətlə bağlıdır. Müəyyən olunur ki, iddiaçının əmək kitabçasında olan qeydlər 2021-ci ilin yanvarın 1-dən əvvəl aparılmışdır. Onun işlədiyi bütün iş yerləri əsas iş yeri olmuşdur. Cavabdeh iddiaçının birinci müraciətinə xx.xx.2022-ci il tarixli cavabında iddiaçının 23 il 6 ay stajını qəbul etsə də, sonrakı müraciətlərinə cavablarında yalnız 19 il 9 ay 4 gün stajını qəbul etmişdir. Cavabdeh hazırda da eyni mövqedədir. Cavabdehin qəbul etmədiyi müddətlər iddiaçının əmək kitabçasında qeyd olunmuş aşağıdakı müddətlərdir: - xx.xx.1973-cü ildən xx.xx.1976-cı ilədək "Azərsutikinti" Baş İdarəsinin Şoran torpaqların duzdan təmizlənməsinin təşkili İdarəsində işlədiyi müddət, - xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasında "Etnoqrafiya" ixtisası üzrə əyani aspiranturada təhsil müddəti, - xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək Azərbaycan SSR Elmlər Akademiyasının partiya komitəsinin təlimatçısı vəzifəsində işlədiyi müddət, - xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək Bakı Şəhəri 26 Bakı Komissarı Rayon Partiya Komitəsində Təbliğat və təşviqat şöbəsinin təlimatçısı vəzifəsində işlədiyi müddət, - xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyasının partiya komitəsi katibinin müavini vəzifəsində işlədiyi müddət, - xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikası Elmlər X4 ittifaqı komitəsinin təlimatçısı vəzifəsində işlədiyi müddət, - xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək "xxxx" Azərbaycan-X3 işlədiyi müddət, - xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək "xxxx" MMC-də işlədiyi müddət. Məhkəmə kollegiyası qeyd edir ki, "Azərsutikinti" Baş İdarəsinin Şoran torpaqların duzdan təmizlənməsinin təşkili İdarəsi, Bakı Şəhəri 26 Bakı Komissarı Rayon Partiya Komitəsi, "xxxx" Azərbaycan-X7 və "xxxx" MMC elmi müəssisə və təşkilat, yaxud təhsil müəssisəsi olmadıqlarına görə iddiaçının həmin iş yerlərində işlədiyi müddətlər onun hazırkı iş üzrə tələb olunan stajına daxil edilməməlidir. İddiaçının xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək Azərbaycan SSR Elmlər Akademiyasının partiya komitəsinin təlimatçısı vəzifəsində işlədiyi 2 ay 15 gün müddətin, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyasının partiya komitəsi katibinin müavini vəzifəsində işlədiyi 3 ay 11 gün müddətin və xx.xx.1991ci ildən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikası Elmlər X4 ittifaqı komitəsinin təlimatçısı vəzifəsində işlədiyi 3 il 11 ay 4 gün müddətin onun tələb olunan stajına daxil edilməməsi barədə cavabdehin mövqeyini isə kollegiya əsaslı hesab etmir. Belə ki, əvvəla, Fərmanda təqaüdün verilməsi üçün şəxsin elmi müəssisə və təşkilatlarda və təhsil müəssisələrində hansısa konkret vəzifədə çalışması, elmi, yaxud pedaqoji fəaliyyətlə məşğul olması şərti mövcud deyil. Şəxsin elmi müəssisə və təşkilatlarda və təhsil müəssisələrində istənilən işdə, vəzifədə çalışması kifayət edir. İkincisi isə, müəyyən edilir ki, qeyd olunan iş yerləri iddiaçının əsas iş yeri olmuşdur. İddiaçının xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasında "Etnoqrafiya" ixtisası üzrə əyani aspiranturada təhsil aldığı 3 il müddətə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçının əmək kitabçasında olan qeydlərdən görünür ki, o, xx.xx.1980-ci ildən xx.xx.1987-ci ilədək Azərbaycan SSR X6 İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda, həmin müddət daxilində xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasında əyani aspiranturada təhsil almışdır. Əmək kitabçasında iddiaçının təhsildən əvvəl, yaxud təhsil müddətində işdən çıxarılması barədə qeyd yoxdur. Həm də iddiaçının təhsil aldığı aspirantura onun özünün işlədiyi elmi-tədqiqat qurumunun nəzdində olmuş və o, aspiranturada təhsil aldığı müddətdə əvvəlki iş yerində çalışmağa davam etmişdir. Ona görə də həmin müddət onun tələb olunan stajına daxil edilməlidir. Beləliklə, iddiaçının xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək Azərbaycan SSR Elmlər Akademiyasının partiya komitəsinin təlimatçısı vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.1991ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyasının partiya komitəsi katibinin müavini vəzifəsində və xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikası Elmlər X4 ittifaqı komitəsinin təlimatçısı vəzifəsində işlədiyi, eləcə də xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasında aspiranturada təhsil aldığı müddətləri də cavabdehin qəbul etdiyi 19 il 9 ay 4 gün müddətə əlavə etdikdə bütün müddətlərin cəmi 25 ildən artıq olur, bu isə sözügedən Fərmanın 1-ci bəndinin tələblərinə uyğundur. Belə olan halda, iddiaçı ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunmasını tələb etməkdə haqlıdır. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7405/2023 nömrəli 06 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul olunsun. İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs kimi ona pensiyaya çıxdığı vaxtdan, yəni 18 noyabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və həmin vaxtdan hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.