Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-319/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil- İstismar Hissəsinə qarşı “cavabdehin balansında olan zirzəminin onun adına özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinə qarşı “cavabdehin balansında olan zirzəminin onun adına özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5718/2021 saylı 23 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: MA seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 7 ünvanında yerləşən, sahə 82.27 kv.m. olan 109 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənsil İstismar İdarəsinin 2027 saylı 29.04.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə (indiki Ceyhun Səlimov) küçəsində yerləşən 7 saylı bina Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, sözügedən mənzil 251671 saylı 14.08.1987-ci il tarixli orderə əsasən X3 məxsus olmuş, 005885 saylı 24.07.1996-cı il tarixli razışalmaya əsasən sözügedən mənzil X1, 116602 saylı 06.01.2001-ci il tarixli müqaviləyə əsasən X2 mənzil 130000 manat məbləğində qiymətləndirilmiş və 16.09.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən X5 bağışlanılmışdır. 140/14/198/09 saylı 29.10.2009-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən mənzil hazırki iş üzrə İddiaçı satılmışdır. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, lakin sonuncu tərəfindən ona qeyd olunan binanın Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu X13 balansında olması, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi məsələsinə balanssaxlayıcı tərəfindən razılıq məktubunun təqdim edildiyi təqdirdə məsələnin həlli üçün qanunamüvafiq tədbirlərin görüləcəyi ilə bağlı məktub ünvanlanmışdır. Sonradan iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış mart 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, zirzəmi sahəsinin gələcəkdə xidməti zərurətlər üçün istifadəsi nəzərdə tutulduğundan özəlləşdirmə məqsədəuyğun hesab edilmir. Həmçinin Müdafiə Nazirliyi Mənsil İstismar İdarəsinin qeyriyaşayış sahəsinin özəlləşdirilməsi üçün icazə vermək səlahiyyəti olmadığına görə tələbin yerinə yetirilməsi imkan xaricindədir. Cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin balansında olan zirzəminin onun adına özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzilin altında olan zirzəminin onun adına özəlləşdirilməsinə kömək edilməlidir. Belə ki, onun mənzili və zirzəmi hərbi şəhərcikdə yerləşir. Həmin sahənin özəlləşdirilməsi üçün Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin müvafiq sənədinə ehtiyac vardır. Zirzəmiyə o, xərc çəkmişdir. Mənzil İstismar Hissəsi hesab etmişdir ki, gələcəkdə yarana biləcək xidməti zərurətlə əlaqədar olaraq zirzəminin istifadəsi nəzərdə tutulduğundan özəlləşdirmə məqsədəuyğun hesab edilmir. Halbuki, yaşayış binasında bir çox şəxs zirzəmilərinə çıxarış əldə edə bilmişdir. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil- İstismar Hissəsi tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmələrin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5718/2021 saylı 23 avqust 2021-ci il tarixli qərarı ilə iddinın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı X7 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən ədalətsiz qərar qəbul edilmiş və iddia əsassız olaraq rədd edilmişdir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 19.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iş üzrə tələbinin təmin olunmasından cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanı qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirdiyi üçün onun tərəfindən iddia müddəti ötürülməmiş sayılır. Bu baxımdan məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinə qarşı tələbi “Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, 7 saylı binada mövcud olan qeyri-yaşayış sahəsinin qonşuların mülkiyyətinə verilməsinə istinad edərək, cavabdehin balansında olan sözügedən ünvanda yerləşən ona məxsus 109 saylı mənzilin altında olan zirzəminin də onun adına özəlləşdirilməsinə razılıq verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən zirzəmi sahəsinin gələcəkdə xidməti zərurətlər üçün istifadəsinin nəzərdə tutulması, Müdafiə Nazirliyi Mənsil İstismar İdarəsinin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün icazə vermək səlahiyyətinin olmaması əsası ilə onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə ilk öncə Mənzil-İstismar Hissəsinin balansında olan binanın zirzəmisinin dövlət mənzil fonduna aid hesab edilib-edilməməsi müəyyən edilməlidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.2-ci maddəsindən də göründüyü kimi dövlət mənzil fondunun özəlləşdirilməsi ilə bağlı hüquq münasibətlərinə adıçəkilən qanunun tətbiq edilməsi yol verilməz hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 17.2.2-ci maddəsinə əsasən dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, zirzəmi binada mənzilin hissəsi olmayan binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt hesab edildiyindən yaşayış sahəsi kimi qiymətləndirilə bilməz, dolayısı ilə də yaşayış sahəsi kimi Mənzil Məcəlləsi və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun məqsədləri baxımından dövlət mənzil fondu qismində qiymətləndirilə bilməz. Lakin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun zirzəminin özəlləşdirilməsi ilə bağlı tətbiqi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, yəni həmin Qanunun 1.0.1-ci maddəsinin tələbləri baxımından dövlət zirzəmi də yaşayış sahəsi hesab edilməsə belə daxil olduğu bina ilə birlikdə dövlətin, indiki halda Müdafiə Nazirliyinin balansında olduğundan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı müddəalarının tətbiqi üçün əsas yaranmışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. Göründüyü kimi, dövlət əmlakının özəlləşdirilməsi baxımından iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olunması prioritet təşkil edir. Hər nə qədər əhalininin həyat səviyyəsinin yüksəldilməsi, indiki halda iddiaçının zirzəmidən istifadəsinin hüquqiliyinin tanınması baxımından əmlakın özəlləşdirilməsi ilk baxışdan qeyd olunan məqsədə xidmət etmiş kimi görünsə də, özəlləşdirilməsi tələb edilən əmlakın digər xüsusiyyətlərinin də nəzərə alınması mütləqdir və qeyd olunan xüsusiyyətlərin nəzərə alınması yuxarıda adıçəkilən qanunun 15.3-cü maddəsinin tələblərindən irəli gəlir. Yuxarıda adıçəkilən müddəadan da göründüyü kimi, özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınmalıdır ki, cavabdeh də məhz zirzəminin xidməti zərurətlə əlaqədar istifadəsinin istisna edilmədiyinə istinad edir. Bu baxımdan birinci instansiya məhkəməsi cavabdehin iddiadan imtinasını əsaslandırdığı faktiki şərti qəbuledilən hesab etmiş, ona istinad etmişdir ki, obyektin təhlükəsizlik baxımından əhəmiyyəti nəzərə alınmış, ehtimal olunan xidməti zərurətin binada yaşayan şəxsin mülkiyyət hüququnun əldə edilməsindən, yəni ictimai-dövlət maraqlarının fərdin maraqlarından üstünlüyü əsaslandırılmışdır. İddiaçının həm iddia ərizəsində, həm də apellyasiya şikayətində göstərdiyi “həmin ünvanda yerləşən zirzəmilərə başqa şəxslər tərəfindən çıxarış alınması” barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal işə baxmış birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və DƏDRX-nin 1 saylı bakı Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq təqdim edilmiş alqı-satqı müqavilələrindən, dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamələrdən görünür ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahələri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ayrı-ayrı şəxslərə satılmış və müvafiq çıxarışlarla rəsmiləşdirilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdi ki, iddiaçıdan fərqli olaraq digər eyni kateqoriyalı şəxslərə zirzəmi və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarıın tanınması hazırkı iddia tələbinin təmini üzrə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Qeyd olunan konteksdə əgər inzibati orqan tərəfindən ehtimal olunan səhv qərar qəbul edilmiş olsa belə, göstərilən hal iddia tələbinin hər bir halda təmin edilməsi üçün əsas yaratmır. Belə ki, məhkəmə inzibati orqanın əvvəllər mövcud olmuş ehtimal olunan səhv inzibati praktikasına əsaslanmaq öhdəliyi daşımır. Məhkəmə hazırkı halda cavabdehin müraciətinin təminindən imtinanın qanunauyğun olması ilə bağlı qiymətləndirmə aparmaq öhdəliyi daşıyır ki, aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilir ki, imtinanı əsaslı edən faktiki şərtlər cavabdeh tərəfindən düzgün əsaslandırılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5718/2021 saylı 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-319/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-319/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver