Məhkəmə qərarları › İş №2-1(103)-319/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-319/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-319/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “rütbəyə görə əmək haqqı və xidmət illərinə görə əlavənin tam ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2961/2023 saylı, 10 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx.xx.1998-ci il tarixli “Hərbi qulluqçuların vəzifə maaşları və hərbi rütbəyə görə maaşlar haqqında” Qərarına əsasən 1998-ci ilin iyun ayından xx.xx.2000-ci il tarixə kimi olan dövr üçün rütbəyə görə əmək haqqı və vəzifə maaşının və rütbəyə görə maaşının 15 % miqdarında xidmət illərinə görə faiz əlavəsinin tam ödənilməsi barədə qərarın icrasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 mart 1993-cü il tarixdə Müdafiə Nazirinin 068 saylı əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasına çağırılmışdır. xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasinin üzvü seçilərək xidməti vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli əmri ilə ona “ədliyyə polkovniki” hərbi rütbəsi verilmişdir. xx.xx.2000-ci il tarixdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə ştat ixtisarına görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı xx.xx.1998-ci il tarixli Qərarına əsasən Müdafiə Nazirliyinin "polkovnik” hərbi rütbəsi olan hərbi qulluqçularına hərbi rütbəyə görə əmək haqqı 2 dəfə artırılmaqla 105000 manat məbləğində müəyyən edildikdən sonra Müdafiə Nazirliyinə rütbəyə görə əmək haqqının artırılması və xidmət illərinə görə faiz əlavəsinin (vəzifə maaşı və rütbəyə görə maaşın 15 % miqdarında) ona verilməsi barədə müraciətləri cavabdeh tərəfindən təmin edilməmiş, imtina belə əsaslandırılmışdır ki, guya o, hərbi qulluqçu statusuna aid olmamışdır. Həmin vaxtlarda hərbi qulluqçu olduğundan, hərbi rütbəyə görə və xidmət illərinə görə faiz əlavəsinin (vəzifə maaşının və rütbəyə görə maaşın 15% miqdarında) ona da, ödənilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 14 may 2002-ci il tarixli qətnaməsilə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmiş, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməmiş, təqdim edilən sənədləri nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, məhkəmə çıxışlarını nəzərə almamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması, işə inzibati məhkəmə icraatı qaydasında baxılması əsasına görə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, aşağıdakı əsaslara görə iddiası təmin edilməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə görə hərbi qulluqçu statusuna Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları malikdirlər. 2001-ci il 30 noyabr tarixədək qüvvədə olmuş "Hərbi tribunallar haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, hərbi tribunallar Azərbaycan Respublikası məhkəmələridir, vahid məhkəmə sisteminə daxildir və Azərbaycan Respublikası Silahlı Qüvvələri daxilində təşkil olunub. Həmin Qanunun 6-cı maddəsində göstərilmişdir ki, Ali Məhkəmənin hərbi kollegiyasının üzvlüyünə 25 yaşına çatmış, həqiqi hərbi xidmətdə olan, ali hüquq təhsili və zabit heyətinə aid rütbəsi olan Azərbaycan Respublikası vətəndaşları seçilə bilərlər. Həmin maddənin məzmunundan görünür ki, Ali Məhkəmənin hərbi kollegiyası üzvlüyünə əsas tələblərdən biri kimi onların həqiqi hərbi xidmətdə olmaları tələb olunurdu. "Hərbi tribunallar haqqında" Qanunun 21-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyası aparatının strukturunu və ştatlarını Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Azərbaycan Respublikası Müdafiə Naziri ilə razılaşdırmaqla müəyyən edir. Hərbi tribunalların və Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının maliyyə və maddi-texniki təminatı, mühafizəsi Müdafiə nazirliyinin vəsaiti hesabına həyata keçirilir. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldığı gündən vətəndaş hərbi qulluqçu statusu əldə edir və xidmətdən ehtiyata buraxıldıqda bu statusu itirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının sədri O.M.Maqsudovun 91 saylı xx.xx.1994-cü il tarixli əmrində göstərilmişdir ki, "Ədliyyə leytenantı İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 867 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının üzvü seçilməsinə əsasən xx.xx.1994-cü il tarixdən Hərbi Kollegiyanın şəxsi heyəti siyahısına salınsın, həmin tarixdən bütün təminatlarla təmin edilsin. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli 146 saylı əmrində hərbi qulluqçular tərəfindən alınmamış əşya əmlakın əvəzində hərbi qulluqçulara pul kompensasiyasının ödənilməsi göstərilmişdir. Müdafiə Nazirliyinin Maliyyə İdarəsindən ona göndərilən bildirişdə ona ******* manat pul kompensasiyasının ödənilməli olması göstərilmişdir və ona həmin kompensasiya məhkəmə qətnaməsinə əsasən ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında cavabdehin kassasiya şikayətinə baxılarkən şikayətdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin ləğvinin əsas dəlillərindən biri kimi “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 18 may 1993-cü il tarixli 602 nömrəli Qanunu ilə “Hərbi tribunallar haqqında” AR Qanununun 21-ci maddəsində edilən dəyişiklik-hərbi tribunalların maliyyə və maddi-texniki təminatının dövlət büdcəsi hesabına həyata keçirilməsi qeyd edilməsi göstərilmişdir, lakin bütün nazirliklərin, o cümlədən Müdafiə Nazirliyinin də, maddi və texniki təminatının dövlət büdcəsi hesabına həyata keçirilməsi nəzərə alınmalıdır. Cavabdehin kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi qətnaməsinin ləğvi üçün ikinci dəlili - iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmaması göstərilmişdir. Lakin o, Azərbaycan Respublikası Müdafiə nazirinin 068 saylı əmri ilə 15 mart 1993-cü ildə AR Silahlı Qüvvələri sırasına zabit kimi çağırılmış, ona müdafiə nazirinin əmri ilə baş leytenant, polkovnik-leytenant, xx.xx.1997-ci ildə "polkovnik” hərbi rütbəsi verilib, zabit kimi Hərbi Kollegiyanın sədrinin əmri ilə Hərbi Kollegiyanın şəxsi heyətinin siyahısına salınmış və həmin tarixdən bütün təminatlarla təmin edilmiş, yalnız iddia ərizəsində göstərilənlər ona verilməmişdir. İddianın qəbul edilməməsinin üçüncü dəlili—Hərbi Kollegiyanın hakimlərinə vəzifə üzrə pul və digər növ təminatların tamamilə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən həyata keçirilməsi də əsassızdır. Belə ki, hərbi qulluqçular əşya-əmlakla da təmin edilirlər, Hərbi Kollegiyanın hakimləri və bir çox hərbi qulluqçulara Müdafiə Nazirliyi tərəfindən verilməyən əşya-əmlaka görə kompensasiyalar Müdafiə Nazirliyi tərəfindən ödənilib, ona isə əşya-əmlaka görə Müdafiə Nazirliyi tərəfindən ******* manat kompensasiya ödənilməsi barədə arayış verilib, həmin kompensasiya da, məhkəmənin qətnaməsinə əsasən ona ödənilib, yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx.xx.1998-ci tarixli Qərarı ilə hərbi rütbəyə görə əmək haqqı 2 dəfə artırıldıqdan sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının hakimlərinin Müdafiə Nazirliyinin hərbi qulluqçusu sayılmaması əsasına görə vəzifə maaşının və rütbəyə görə maaşın 15 faizi miqdarında əlavə ona ödənilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti kimi ona ödənilməli olan xidmət illərinə görə əlavə - Hərbi Kollegiyanın hakiminin vəzifə maaşı və rütbəyə görə maaşın 15 faizi miqdarında əlavə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 1998-ci ilin iyun ayından 2000-ci ilin oktyabr ayının 04-nə kimi olan dövrə görə ödənilməlidir. Müdafiə Nazirliyində xidmət edən zabitlərə xidmət illərinə görə faiz əlavəsi, hərbi rütbəyə görə maaş, ərzaq əvəzi pul kompensasiyası ödənilir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının hakimləri də hərbi qulluqçu statusunda olmuşlar, Müdafiə Nazirliyinin zabitlərinə ödənilən əlavələr onlara da, aid edilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, İddiaçı əsassız iddia tələbləri istinad etdiyi aşağıdakı hallara görə təmin edilməməlidir. İlk öncə məhkəmənin diqqətinə iddiaçının ərizəsində qanunvericiliyin tələblərinin təhrif edilməsi faktını çatdırmaq istəyirlər. İddia ərizəsinin 2-ci səhifəsində qeyd olunur ki, “2001-ci il 30 noyabr tarixədək qüvvədə olmuş “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, hərbi tribunallar Azərbaycan Respublikası məhkəmələridir, vahid məhkəmə sisteminə daxildir və Azərbaycan Respublikası Silahlı Qüvvələri daxilində təşkil olunub. Münasibətlərin yarandığı zaman qüvvədə olan “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən hərbi tribunallar Azərbaycan Respublikasının məhkəmələridir, vahid məhkəmə sisteminə daxildir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərirlər. Göründüyü kimi, hərbi tribunallar Azərbaycan Respublikası Silahlı Qüvvələri daxilində təşkil olunmayıb və oluna da bilməzdi, çünki “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 1-ci bəndinə əsasən hərbi tribunalların aparatının strukturunu və ştatlarını Azərbaycan Respublikasının Ali Məhkəməsi müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin isə Azərbaycan Respublikası Silahlı Qüvvələri daxilində hər hansı qurumun təşkil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçının özünü Müdafiə Nazirliyinin hərbi qulluqçusu kimi təqdim etməklə, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 137-5 saylı Qərarın şamil olunması tələbinə dair Müdafiə Nazirliyinin münasibəti: iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 137-5 saylı Qərarının şamil olunmasını qanunsuz hesab edərək bildirir ki, qeyd olunan qərarda konkret kateqoriyalı dövlət qurumları və şəxslər göstərilmiş, şamil olunma dairəsi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının vəzifə maaşlarının və hərbi rütbəyə görə maaşlarının artırılması barədə” 1998-ci il 30 may tarixli sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 iyun tarixli 137-5 saylı Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan qurumların, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin hərbi qulluqçuların vəzifə maaşları orta hesabla 3,5 dəfə artırılmaqla tarif cədvəli 1 nömrəli əlavəyə uyğun, 3-cü bəndinə əsasən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan qurumların, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların, Ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin hərbi qulluqçuların hərbi rütbəyə görə maaşların məbləğləri orta hesabla 2 dəfə artırmaqla 3 nömrəli əlavəyə uyğun təsdiq edilmişdir. Sözügedən qərarda və qərarın verilməsinə əsas olmuş Azərbaycan Respublikası Prezidentinin sərəncamında Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimləri nəzərdə tutulmamışdır və bununla əlaqədar qeyd olunan normativ hüquqi aktlar Hərbi kollegiyanın hakimi olmuş İddiaçı şamil oluna bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 iyun tarixli 137-5 saylı Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə 1998-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan qurumların, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların, Ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəsi üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində onların təkliflərinə əsasən əmək haqqının artırılması ilə əlaqədar tələb olunan vəsaitlərin digər xərc maddələrindən əməyin ödənilməsinin köməkçi maddəsinə yönəlməsi tapşırığı verilmişdir. “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinə əsasən hərbi tribunalların maliyyə və maddi-texniki təminatı dövlət büdcəsi hesabına, mühafizəsi isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir”. 1994-2000-ci illər üzrə qəbul olunmuş “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında Ali Məhkəmənin Hərbi Kollegiyası (qurum hərbi tribunallar sisteminin tərkib hissəsini təşkil edirdi) müstəqil xərc istiqaməti kimi göstərilməklə, onun saxlanılmasına tələb olunan xərcin məbləğləri müəyyən edilmişdir. Eyni zamanda, 1994- 2000-ci illər üzrə dövlət büdcələrində müdafiə xərcləri ayrıca istiqamət kimi müəyyən edilmişdir və Ali Məhkəmənin Hərbi Kollegiyasının saxlanılması üçün xərclər bura daxil olmamışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinin (Məhkəmələrin maddi-texniki bazası və fəaliyyətinin maliyyələşdirilməsi) 4-6-cı hissələrinə əsasən məhkəmələrin fəaliyyəti, maddi-texniki təchizatı dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası dövlət büdcəsinin ayrıca maddəsində məhkəmələrin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün vəsait ayrılması nəzərdə tutulur. Müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının dövlət büdcəsi ilə müəyyən edilmiş hədlərdə məhkəmələrin fəaliyyətinin maliyyə və maddi-texniki təminatını vaxtında həyata keçirmək üçün zəruri tədbirlər görürlər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 1998-ci il tarixli 30 nömrəli Fərmanının 7-ci maddəsinə əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini — maliyyə məsələləri üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti, maddi-texniki təminat məsələləri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər. Göstərilənlər isə sübut edir ki, iddiaçının tutduğu vəzifə üzrə pul və digər növ təminatlar tamamilə Ali Məhkəmə tərəfindən həyata keçirilmiş, həmin məsələlərin həlli Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə bağlı olmamışdır. İddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına çağırılmasını və ona hərbi rütbələrin verilməsini əsas tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 137-5 saylı Qərarının ona şamil edilməsi tələbinə dair Müdafiə Nazirliyinin münasibəti: “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən 25 yaşına çatan, həqiqi hərbi xidmətdə olan, ali hüquq təhsili və zabit heyətinə aid əsgəri rütbəsi olan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Qanunvericiliyində müəyyən edilmiş qaydada hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvləri seçilirlər. Deməli, mübahisənin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə görə həqiqi hərbi xidmətdə və zabit rütbəsinə malik olmayan şəxs hərbi tribunallarda hakim, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvü vəzifəsinə təyin edilə bilməzdi. İddiaçının 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılması və ona leytenant hərbi rütbəsinin verilməsi İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müvafiq vəzifəyə təyinatı ilə bağlı olmamışdır. Qeyd olunan faktı aşağıdakı dəlillər sübut edir: -Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1993-cü il tarixli müvafiq nömrəli əmri ilə İddiaçı həqiqi hərbi xidmətə çağırılması, ona ilkin “leytenant” hərbi rütbəsinin verilməsi və kollegiya sədrinin sərəncamına verilməsi qərara alınmışdır. Ali Məhkəmənin Hərbi Kollegiyası sədrinin xx.xx.1994-cü il tarixli 91 saylı əmri ilə ədliyyə leytenantı İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 867 saylı qərarı ilə Ali Məhkəməsinin Hərbi Kollegiyasının üzvü seçilməsinə əsaslanaraq, onun xx.xx.1994-cü il tarixdən Hərbi Kollegiyanın şəxsi heyət siyahısına salınması və həmin tarixdən bütün növ təminatlarla təmin edilməsi qərara alınmışdır; 23 dekabr 2011-ci il tarixədək qüvvədə olan “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə (Hərbi vəzifələr) əsasən hərbi vəzifələr (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi məktəblərin) ştatlarında nəzərdə tutulur. İddiaçı Ali Məhkəməsi Hərbi kollegiyasının ştat strukturunda nəzərdə tutulmuş hakim vəzifəsinə təyin olunmuşdur. O, Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmamışdır. Çünki, Müdafiə Nazirliyinin ştat strukturunda hakim vəzifələri mövcud olmamış və indi də mövcud deyil. Müdafiə Nazirliyinin hərbi qulluqçusu olması üçün iddiaçı Müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin ştat strukturunda nəzərdə tutulmuş vəzifəyə təyin olunmaqla, hərbi hissə komandirinin (idarə rəisinin) əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməli idi və müvafiq vəzifələrin icrasını həyata keçirilməli idi. İddiaçı barəsində qeyd olunan qərarlardan hər hansı biri tərəflərindən verilməmiş, əksinə olaraq o, Ali Məhkəməsinin Hərbi kollegiyasında hakim vəzifəsində işləyərkən vəzifələrə təyinatı, təminatı və pensiyaya buraxılması (o cümlədən pensiya təminatı üçün məlumat vərəqənin göndərilməsi) həmin qurum tərəfindən həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2961/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx.xx.1998-ci il tarixli “Hərbi qulluqçuların vəzifə maaşları və hərbi rütbəyə görə maaşlar haqqında” Qərarına əsasən 1998-ci ilin iyun ayından xx.xx.2000-ci il tarixə kimi olan dövr üçün rütbəyə görə əmək haqqı və vəzifə maaşının və rütbəyə görə maaşının 15 % miqdarında xidmət illərinə görə faiz əlavəsinin tam ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2961/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi məhkəmə icraatı apararkən tətbiq etməyə planlaşdırdığı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının vəzifə maaşlarının və hərbi rütbəyə görə maaşlarının artırılması barədə” 1998-ci il 30 may tarixli 8116-23sər sərəncamını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 iyun tarixli 137- 5 saylı Qərarını belə əldə etməmiş və tədqiq etməmişdir. Bu hal isə birbaşa prosessual hüquq normalarının pozulmasının sübutudur. Məhkəmənin qərarının 7-ci səhifəsində münasibətlərin yarandığı zaman artıq qüvvədən düşmüş qanunvericiliyə (“Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununun 18 may 1993-cü il tarixədək qüvvədə olan redaksiyasında 21-ci maddəsinə) istinad edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının vəzifə maaşlarının və hərbi rütbəyə görə maaşlarının artırılması barədə” 1998-ci il 30 may tarixli 8116-23sər sərəncamın tələblərinin İddiaçı şamil olunmalı barədə əsassız qənaətinə gəlmişdir. Məhkəmə, qərarın qeyd olunan səhifədə (3-cü abzas), “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 3-cü bəndini aşağıdakı kimi göstərir: “Hərbi tribunalların və Azərbaycan Respublikası Ali Məhkəməsi hərbi kollegiyasının maliyyə və maddi-texniki təminatı, mühafizəsi Müdafiə Nazirliyinin vəsaiti hesabına keçirilir.” Lakin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun (“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası 2001-ci il 5 oktyabr tarixli 190-İİQD №-li Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir) 21-ci maddəsinə (Hərbi tribunalların strukturunun və ştatlarının müəyyən edilməsi) əsasən: Hərbi tribunalların aparatının strukturunu və ştatlarını Azərbaycan Respublikasının Ali Məhkəməsi müəyyən edir. Hərbi tribunalların maliyyə və maddi-texniki təminatı dövlət büdcəsi hesabına, mühafizəsi isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir”. “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 18 may 1993-cü il tarixli 602 nömrəli Qanunu ilə yuxarıda qeyd olunan redaksiyada verilməsi barədə məhkəmə iclasında sədrlik edən hakimin məlumatsız olması səbəbindən, tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid internet elektron bazasından (e-qanun.az) əldə edilmiş “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 18 may 1993-cü il tarixli 602 nömrəli Qanununun çıxarışı məhkəmə kollegiyasına təqdim edilmiş, qanunla müəyyən edilmiş tələbləri, yəni münasibətlərin yarandığı tarixə qüvvədə olan yuxarıda qeyd olunan normativ-hüquqi aktında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hər-hansı vəzifələrin müəyyən edilməməsi barədə ətraflı məlumat verilmişdir. Lakin məhkəmənin qərarından göründüyü kimi, iş üzrə çıxarılmış qərarda münasibətlərin yarandığı zaman artıq qüvvədən düşmüş qanunvericiliyə istinad edilmiş, sədrlik edən hakim tərəfindən bütün əsaslandırmaların Azərbaycan Respublikasının 18 may 1993-cü il tarixli 602 nömrəli Qanununun dərc edildiyi tarixədək qüvvədə olan maddi hüquq normanın üzərində qurulmasına üstünlük verilmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməməsi, Müdafiə Nazirliyinin etirazın dəlillərinin tədqiq edilməməsi, tərəflərindən məhkəmə iclasında təqdim edilən normativ-hüquqi aktlardan çıxarışların, məhkəmə çıxışlarının nəzərə alınmaması, qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbuluna gətirmişdir. Birinci instansiya məhkəməsinin normayaratma orqanının və ya Azərbaycan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən hansı əsasla istifadəsi anlaşılan deyil. Normayaradan orqanın “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsi müəyyən etdiyi qaydaya görə hərbi tribunallar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərirlər. Qərarda qeyd edildiyi kimi “Qanunverici”nin, məhkəmənin özünün gəldiyi əsassız qənaəti ilə əlaqələndirilməsi ən azı ciddi deyil. Məhkəmənin “Silahlı Qüvvələrində fəaliyyət göstərirlər” sözləri ilə “Silahlı Qüvvələrinin daxilində təşkil olunması” sözlərinin eyni mənalı və eyni hüquqi nəticələri yaradan kimi təqdim etməklə, bu əsassız qənaətində normayaradan orqanının adından istifadə etməsi və bunların əsasında qanunsuz hüquqi mövqeyin formalaşdırılması yolverilməz idi. Məhkəmənin “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin rəsmi şərh edilməsinə səlahiyyəti yox idi. “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər yoxdur. Hərbi tribunallar Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən təsis edilməmiş, onların nizamnaməsinin hazırlanması ilə Silahlı Qüvvələrinin heç bir əlaqəsi yoxdur, həmçinin tribunalların dövlət qeydiyyatı və ləğvində Silahlı Qüvvələrinin iştirakı olmamışdır. Müdafiə Nazirliyi nə ləğvetmə komissiyasının fəaliyyətinə cəlb olunmamış, nə tribunalların şəxsi heyəti Müdafiə Nazirliyinin sərəncamına verilməmiş, nə də əmlakı Müdafiə Nazirliyinə təhvil verilməmişdir. Maddi hüquq normalarının pozulmasına gətirmiş, məhkəmənin irəli sürdüyü növbəti əsassız dəlili məhkəmə qərarının 7-ci səhifəsinin 4-cü abzasında (8-ci səhifəsinə keçmişdir) öz əksini tapmışdır. Belə ki, məhkəmə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının hazırkı mübahisəyə bilavasitə tətbiq edilməli olduğu əsassız qənaətinə gəlmişdir. Qərarda göstərilmişdir ki, “Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən mövqeyinə əsasən, hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının vəzifə maaşlarının və hərbi rütbəyə görə maaşlarının artırılması barədə” 1998-ci il 30 may tarixli 8116-23sər sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 iyun tarixli, 137-5 saylı Qərarına əsasən rütbəyə görə əmək haqqı, vəzifə maaşının və rütbəyə görə maaşının 15 % miqdarında xidmət illərinə görə faiz əlavəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarı bilavasitə hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsinə dair hüquq münasibətlərində olan ziddiyyəti aradan qaldırmaq məqsədilə qəbul edilmiş, onda göstərilən kateqoriya şəxslərə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsini istisna etməmişdir. Konkret müstəvidə hüquq münasibətindəki ziddiyyəti aradan qaldıran Plenumun yuxarıda qeyd olunan Qərarı hazırkı mübahisənin hüquq münasibətinə şamil edilə bilməz və məhkəmə tərəfindən də hər hansı təfsirə məruz qala bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının vəzifə maaşlarının və hərbi rütbəyə görə maaşlarının artırılması barədə” 1998-ci il 30 may tarixli 8116-23sər sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 iyun tarixli 137-5 saylı Qərarında konkret kateqoriya dövlət qurumları və şəxslər göstərilmiş, şamil olunma dairəsi müəyyən olunmuşdur. Sözügedən qərarda və qərarın verilməsinə əsas olmuş Azərbaycan Respublikası Prezidentinin sərəncamında Ali Məhkəməsi Hərbi kollegiyasının hakimləri nəzərdə tutulmamışdır və bununla əlaqədar qeyd olunan normativ hüquqi akt hərbi kollegiyasının hakimi olmuş İddiaçı şamil oluna bilməz. Qeyd olunan hüquqi münasibətlərin normativ tənzimləmə mövcud olduqda qanunun (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarından) analogiyasından istifadə oluna bilməz. Mübahisənin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə görə həqiqi hərbi xidmətdə və zabit rütbəsinə malik olmayan şəxs hərbi tribunallarda hakim, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvü vəzifəsinə təyin edilə bilməzdi. İddiaçının 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılması və ona leytenant hərbi rütbəsinin verilməsi İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müvafiq vəzifəyə təyinatı ilə bağlı olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1993-cü il tarixli müvafiq nömrəli əmri ilə İddiaçı həqiqi hərbi xidmətə çağırılması, ona ilkin “leytenant” hərbi rütbəsinin verilməsi və kollegiya sədrinin sərəncamına verilməsi qərara alınmışdır; Ali Məhkəməsinin Hərbi Kollegiyası sədrinin xx.xx.1994-cü il tarixli 91 saylı əmri ilə ədliyyə leytenantı İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 867 saylı qərarı ilə Ali Məhkəməsi Hərbi Kollegiyasının üzvü seçilməsinə əsaslanaraq, onun xx.xx.1994-cü il tarixdən Hərbi Kollegiyanın şəxsi heyət siyahısına salınması və həmin tarixdən bütün növ təminatlarla təmin edilməsi qərara alınmışdır; 23 dekabr 2011-ci il tarixədək qüvvədə olan “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə (Hərbi vəzifələr) əsasən hərbi vəzifələr (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi məktəblərin) ştatlarında nəzərdə tutulur. İddiaçı Ali Məhkəməsi Hərbi kollegiyasının ştat strukturunda nəzərdə tutulmuş hakim vəzifəsinə təyin olunmuşdur. O, Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmamışdır. Çünki, Müdafiə Nazirliyinin ştat strukturunda hakim vəzifələri mövcud olmamış və ola da bilməz idi. Müdafiə Nazirliyinin hərbi qulluqçusu olması üçün iddiaçı Müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin ştat strukturunda nəzərdə tutulmuş vəzifəyə təyin olunmaqla, hərbi hissə komandirinin (idarə rəisinin) əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməli idi və müvafiq vəzifələrin icrasını həyata keçirilməli idi. İddiaçı barəsində qeyd olunan qərarlardan hər hansı biri tərəflərindən verilməmiş, əksinə olaraq o, Ali Məhkəməsinin Hərbi kollegiyasında hakim vəzifəsində işləyərkən vəzifələrə təyinatı, təminatı və pensiyaya buraxılması (o cümlədən pensiya təminatı üçün məlumat vərəqənin göndərilməsi) həmin qurum tərəfindən həyata keçirilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 iyun tarixli 137-5 saylı Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə 1998-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan qurumların, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların, Ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəsi üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində onların təkliflərinə əsasən əmək haqqının artırılması ilə əlaqədar tələb olunan vəsaitlərin digər xərc maddələrindən əməyin ödənilməsinin köməkçi maddəsinə yönəlməsi tapşırığı verilmişdir. Göstərilənlər isə sübut edir ki, iddiaçının tutduğu vəzifə üzrə pul və digər növ təminatlar tamamilə Ali Məhkəməsi tərəfindən həyata keçirilmiş, həmin məsələlərin həlli Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə bağlı (o cümlədən hesabına) olmamışdır. Bu baxımdan iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları ümumiyyətlə sübut edə bilməmiş, bundan fərqli olaraq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müvafiq normativ hüquqi aktlara istinad edərək öz mövqeyini əsaslandırılmış şəkildə təqdim edir. İddiaçı barəsində qərar qəbul edilərkən qanunvericiliyin pozulması hallarına yol verilməmiş, bununla bağlı qanuni əlverişsiz inzibati akt qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2961/2023 saylı, 10 may 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 243 nömrəli arayışdan görünür ki, 1952-ci il təvəllüdlü istefada olan polkovnik İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “Q” bəndinə (ştatların ixtisarına görə) əsasən tərxis olunaraq ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası sədrinin xx.xx.1994-cü il tarixli, 91 saylı əmrinin surətindən görünür ki, ədliyyə leytenantı İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli, 867 saylı qərarı ilə Ali Məhkəməsi Hərbi Kollegiyanın üzvü seçilməsinə əsaslanaraq, onun xx.xx.1994-cü il tarixdən Hərbi Kollegiyasının şəxsi heyət siyahısına salınması və həmin tarixdən bütün növ təminatlarla təmin edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3084/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi tələbinə dair” iddia ərizəsilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, 18 iyun 1998-ci il tarixli qərarının ona aid edilərək, vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, 14 may 2002-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Azəbraycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, 18 iyun 1998-ci il tarixli qərarının, 04 oktyabr 2000-ci il tarixdə hərbi qulluqçular sırasından tərxis olunmuş ehtiyatda olan ədliyyə polkovniki İddiaçı şamil edilməsi, həmin qərara müvafiq olaraq 1998-ci ilin iyunundan 4 oktyabr 2000-ci il tarixə kimi vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tapşırılması, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 11.000 (on bir min) manat məbləğində dövlət rüsumunun dövlətin xeyrinə alınması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(103)-8297/2020 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, 14 may 2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3084/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8297/2020 nömrəli iş üzrə 24 noyabr 20220-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vəzifə maaşı və rütbəyə görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Bu səbəbdən də, iddia tələbi üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasinin üzvü seçilərək xidməti vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli əmri ilə ona “ədliyyə polkovniki” hərbi rütbəsi verilmişdir. xx.xx.2000-ci il tarixdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə ştat ixtisarına görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx.xx.1998-ci il tarixli “Hərbi qulluqçuların vəzifə maaşları və hərbi rütbəyə görə maaşlar haqqında” Qərarına əsasən 1998-ci ilin iyun ayından xx.xx.2000-ci il tarixə kimi olan dövr üçün rütbəyə görə əmək haqqı və vəzifə maaşının və rütbəyə görə maaşının 15 % miqdarında xidmət illərinə görə faiz əlavəsinin tam ödənilməsi barədə qərarın icrasının cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2016-cı il tarixli Qərarına istinad etməklə iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının vəzifə maaşlarının və hərbi rütbəyə görə maaşlarının artırılması barədə” 1998-ci il 30 may tarixli, 8116-23 saylı sərəncamının icrası ilə əlaqədar qəbul edilmiş Azəbraycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 iyun tarixli, 137-5 saylı Qərarına əsasən rütbəyə görə əmək haqqı, vəzifə maaşının və rütbəyə görə maaşının 15% miqdarında xidmət illərinə görə faiz əlavəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx.xx.1998-ci il tarixli “Hərbi qulluqçuların vəzifə maaşları və hərbi rütbəyə görə maaşlar haqqında” Qərarına istinad edərək 1998-ci ilin iyun ayından xx.xx.2000-ci il tarixə kimi olan dövr üçün rütbəyə görə əmək haqqı və vəzifə maaşının və rütbəyə görə maaşının 15 % miqdarında xidmət illərinə görə faiz əlavəsinin tam ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçı ona ödənilməyən, hazırda tələb etdiyi 1998-ci ilin iyun ayından xx.xx.2000-ci il tarixə kimi rütbəyə görə əmək haqqı və vəzifə maaşının və rütbəyə görə maaşının 15 % miqdarında xidmət illərinə görə faiz əlavəsinin ödənilmədiyini elə işlədiyi dövrdə, yəni xx.xx.2000-ci il tarixədək bilmişdir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan 21 il əvvəl (iddia ərizəsilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir) həyata keçirdiyi hərəkətin (hərəkətsizliyin) qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti (hərəkətsizliyi) 1998-2000-ci illərdə, yəni xx.xx.2000-ci ilədək baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə Azərbaycan Respublikası MPM-nin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 1 ay təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ona ödənilməyən, hazırda tələb etdiyi rütbəyə görə əmək haqqı və vəzifə maaşının və rütbəyə görə maaşının 15% miqdarında xidmət illərinə görə faiz əlavəsinin ödənilmədiyini elə işlədiyi dövrdə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı hazırki iddia ilə məhkəməyə 05 oktyabr 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsinin və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2961/2023 saylı, 10 may 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2961/2023 saylı, 10 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “rütbəyə görə əmək haqqı və xidmət illərinə görə əlavənin tam ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar