Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-319/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11418/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “ona 57 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və əvvəlki dövrlərin ödənilməmiş pensiya məbləğinin həmin pensiyaya əlavə edilməklə ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1963-cü il tarixdə anadan olumuş, əmək fəaliyyətinə 1980-cı il tarixindən başlamış, müxtəlif müəssislərdə çiləngər, qalayçı, tənəkəyayma işləmişdir. xx.xx.1981xx.xx.1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildə 112 nömrəli peşə məktəbinə daxil olmuş, xx.xx.1980-cı il tarixində həmin peşə məktəbini bitirmişdir. Ümumi iş stajı 24 il 08 ay 01 gün, hərbi xidmət dövrü 05 ay 03 gün, təhsil dövrü 11 ay 06 gün təşkil edir. Cəmi 26 il 10 gün əmək stajı vardır. O, güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orana müraciət etsə də, sonuncu ona ünvanlanmış 25 iyul 2022-ci il tarixli məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edilmişdir.İmtina onunla əsaslandırılmışdır ki, güzəştli iş stajı 12 il 6 aydan az (3 il 5 ay (xx.xx.1995-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qanunvericiliyin tələbləri baxımından əmək pensiyası təyinatı mümkün hesab edilmiş Halbuki, işlədiyi sahələr güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa hüququ verir, ancaq cavabdeh bunu süni şəkildə icra etmir və ya icra etmək istəmir. Ona görə də iddia ərizəsi ilə məhkəmə müraciət etmiş və hesab edir ki, əvvəllər, 2006-cı ildək qüvvədə olan qanunvericiliyə əsasən ümumi və güzəştli iş stajını toplamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11418/2022 saylı 30 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Ümumi iş stajı 24 il 08 ay 01 gün, hərbi xidmət dövrü 05 ay 03 gün, təhsil dövrü 11 ay 06 gün, cəmi 26 il 10 gün onun əmək stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən maddəsinə əsasən 01 yanvar 2006 -cı ilədək Qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək hüququ olan şəxslərə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun pensiya təyinatı aparılır. Qeyd olunan tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azəbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Çalışdığı sahələr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı. 1 nömrəli siyahı XXİİİ Ümumi peşələr 12100000-16456-13417 koduna uyğundur....” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-835/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1226/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərimişdir. Ali Məhkəmə sözügedən qərarında qeyd etmişdir ki, işin 58-ci səhifəsində olan və məlum olmayan səbəblərdən apellyasiya məhkəməsi tərəfindən qiymətləndirilməmiş sənəddə olan rəqəmlər nəzərə alınarsa, iddiaçının zərərli iş şəraitində əmək stajı 10 il 22 ay təşkil etməkdədir ki, belə olan halda sözügedən inzibati mübahisə ilə bağlı İPM-in, məhz 13-cü maddəsinin tələblərinin tətbiq edilməsi məsələsinə baxılmalıdır. Xüsusilə ilə də nəzərə alaraq ki, iddiaçı iddiasında güzəştli şərtlərlə yaşa görə 57 yaşdan ona pensiya təyin edilməsini göstərsə də, buna baxmayaraq bir neçə dəfə iddiaçıya bu növdən olan pensiyasının əslində 52 yaşdan düşməsini bildirmişdir (b.b.39-40). İşin təkrar apellyasiya baxışında Məhkəmənin 29 fevral 2024-cü il tarixli iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələbini dəqiqləşdirərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X2 mhkəməyə verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, iddiaçı ilə 6-7 il, təxminən, 1990-cı ilin axırlarınan işləmiş, servisdə (tam adı: “Bakı Kondisionerləri” EİB X10) iddiaçının müdiri olmuş (əvvəlcə sahə rəisi, sonra direktor müavini) iddiaçı servisdə ondan narazı qalmamış, yaxşı işçi olmuşdur. Ora özəlləşdirilmiş və təzə direktor təyin olunmuş və 2016- 2017-ci ilərdə servisdən çıxıb gedib...” Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəmə kollegiyasının iclaslarında iştirak edən nümayəndələri, o cümlədən, hazırkı iclasında iştirak edən nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etirazı məhkəməyə təqdim edərək, iddiaçının tələb olunan güzəştli stajının mövcud olmadığını bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslarla iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının dəqiqləşdirilmiş iddiası təmin olunmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən «a» bəndi üzrə 52 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsi isə nəzərdə tuturdu ki, hərbi xidmət dövrü, ali və orta ixtisas təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 №-li Siyahısı”nın XXİİİ Ümumi peşələr, 12100000—16456-13417 tərkibində 1-2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyiçilər, qalayçılar” - peşəsi güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçıya 52 yaşdan əmək pensiyası təyin olunması üçün qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olan, ümumi və güzəştli pensiya hüququ verən peşə üzrə xüsusi stajı mövcuddur. Belə ki, onun işə əlavə olunmuş dövlət texniki peşə təhsili barədə attestatı, hərbi, bileti və əmək kitabçasının surətlərinə, şəxsi vərəqinə(T-2 Kartına), əmrlərə əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1979- xx.xx.1980: peşə təhsili - 11 ay 25 gün. xx.xx.1980- xx.xx.1981: “Bakı-Ət Kombinatı” Mexaniki sexdə çilingər şakirdi,təmirçiçilingər -1 il 2 ay 9 gün; xx.xx.1981-xx.xx.1982-ci ildən həqiqi hərbi xidmət -5 ay 3 gün; xx.xx.1982-xx.xx.1982: “Bakı-Ət Kombinatı” Mexaniki sexdə çilingər – 5 ay; xx.xx.1982-xx.xx.1999: həmin Kombinatda 2-4-cü dərəcəli qalayçı - 16 il 5 ay; xx.xx.1999-xx.xx.2005:”Bakı Kondisioner” EİB-də X5 Təmir sexində qalayçı – 6 il 7 ay 22 gün; Əmək kitabçasının qeydlərinə əsasən Azərbaycan Respublikası Dövlət Aqrar Komitəsinin xx.xx.1991-ci il tarixli 336 №-li əmrinə əsasən Bakı Ət Kombinatının bazasında “Bakımalqaratədarükemal” İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Məhsulları Nazirliyinin xx.xx.1992-ci il tarixli 24№-li əmrilə “Bakımalqaratədarükemal” İstehsalat Birliyi “Bakımalqaratədarükemal” X6 adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 186№-li sərəncamı ilə “Bakımalqaratədarükemal” EİB-i Bakı Ət Kombinatı adlandırılmışdır. Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 913№-li sərəncamı ilə Bakı Ət Kombinatı "xxxx" X11 Cəmiyyətinə çevrilib. Halhazırda müəssisə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X7 Qeydiyyatı İdarəsinin **********886600 №li, xx.xx.2008-ci il tarixli çıxarışına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır. İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə – 26 il 29 gün iş stajı toplanır ki, həmin stajın da azı 10 ilini güzəştli pensiya hüququ verən “qalayçı” peşəsində çalışdığı müəyyən olunur. Belə ki, "xxxx" ASC-nin işin 19-cu vərəqində olan 06 iyun 2022-ci il tarixli 11 No-li arayışına əsasən xx.xx.1995-ci il taridən xx.xx.1999-cu il tarixinədək oan dövr üzrə 3 il 5 ay zərərli iş şəraitində işləmiş, , buna görə əlavə məzuniyyət verilmiş, qısaldılmış iş günü tətbiq olunmuş , xüsusi süd məhsulu ilə təmin olunmuşdur və həmin peşənin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahı”nın “XXİİİ Ümumi peşələr” bölməsinin 12100000-16456-13417 kodu tərkibində nəzərdə tutulan “1-2ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin, qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyiçilər, qalayçılar” peşəsinə uğun olduğu təsbit olunmuşdur. Bundan əlavə, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixdək olan dövr zürə 6 il 7 ay 22 gün “Bakı Kondisioner” EİB-də X5 Təmir sexində zərərli iş şəraitində tam iş günü ərzində sözügedən 1 №-li Siyahı”nın “XXİİİ Ümumi peşələr” bölməsinin 12100000-16456- 13417 kodunda nəzərdə tutulan ta“güzəştli pensiya almasına imkan verən “Qalaycı” peşəsində çalışmış, buna görəona əlavə məzuniyyət , qısaldılmış iş günü, xüsusi süd məhsulu (və s.) ilə təmin olunmuşdur. Hazırkı mərhələdə həmin Servis Mərkəzinə ünvanlanmış məhkəmə sorğusu cavabsız qalmış, iddiaçıdan məhkəməyə məlum olumşdur ki, həmin qurum hal-hazırda fəaliyyət göstərmir. Məhkəmənin Hüquqi şəxslərin dövət qeydiyyatın idarəsinə ünvanlanmış soğusuna isə elektron qaydada verilmiş **********3167600 nömrəli məktubda da bildirilmişdir ki, hazırda ”Bakı Kondisioner” EİB “X10” adında kommersiya qurumu aşkar olunmamış, həmin qurum xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış “İqlim Servis- Mərkəzi”nin (VÖEN 1800 32408) hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi 1, ünvan 1 olunanlar nəzərə alınmaqla, hazırkı mərhələdə məhkəmənin təklifi ilə iddiaçı tərəfin məhkəməyə şahidi təqdim edilmiş və 29 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X1 məhkəməyə verdiyi ifadəsindən göründüyü kimi, iddiaçının çalışdığı “X5”direktor müavini işlədyini bildirərək iddiaçının həmin Mərkəzdə işlədiyini, hətta yaxışı işçi kimi tanındığını təsdiqləmişdir. Onun məhkəməyə təqdim etdiyi əmək kitabçasının surətinə əsasən də müəyyən olunmuşdur ki, xx.xx.1995-ci il tarixdə Servis mərəkəzinə rəis müavini vəzifəsinə təyin olunmuş, xx.xx.1995-ci il taridən isə Mərkəzin direktor müavini kimi fəaliyyət göstərməyə başlamışdır. Beləliklə qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası ”Bakı Kondisioner” EİB-də X8 tədqiq olunan xx.xx.2014-cü il tarixli arayışının həqiqliyini və onda təsbit olunan məlumatların mötəbəliyini qəbul edir və hesab edir ki, onda göstərilənlər sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir. Beləliklə də iddiaçının, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «a» bəndinə tələb olunan, 2006-cı ilə qədər onun azı 20 il ümumi və azı 10 il (3 il 5 ay+6 il 7 ay 12 gün =10 il 12 gün) güzəştli stajının mövcudluğu da sübuta yetirilir. Əmək pensiyasının keçmiş dövr üçün qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin prosedur qaydası və mexanizmi qüvvədə olan qanunverıciliklə aşağıdakı kimi tənzimlənir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci madddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya, müraciətinin daxil olduğu 30 iyun 2022-ci il tarixdən əvvəlki üç ilə üçün ödənilməklə, ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina olunması barədə müraciətinin təmin olunmasından imtina olunması əsassızdır və onun qanunla qorunan pensiya hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və maddi hüquq normalarına zidd nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu vuruğulayan dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11418/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməsi və ona müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməklə, 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11418/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı, müraciət edilən 30 iyun 2022-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə, 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-319/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-319/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver