Məhkəmə qərarları › İş №2-1(103)-3190/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3190/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3190/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin X4 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarının lazımi qaydada icra edilməməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 953/2022 saylı 29 aprel 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli, 2-1(112)-953/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı həmin qərarın iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verərək əmək pensiyasının bərpa edilməsi və geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023- cü il tarixli, 2- 1(103)-950/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-953/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilərək cavabdehin xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv olunmuş, iddiaçının xx.xx.2021-ci il tarixədək aldığı pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1549/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-950/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra İddiaçı ərizə verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-950/2023 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1549/2023 saylı qərararlarının məcburi icraya yönləndirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 953/2022 saylı 29 aprel 2025-ci il tarixli qərarda ilə ərizə üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-950/2023 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1549/2023 saylı qərararlarının məcburi icraya yönləndirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması 08 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı tərəfindən ərizə verilərək bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)- 950/2023 saylı qərarının icrası ilə bağlı 3 oktyabr 2023-cü il tarixdə inzibati orqan tərəfindən pensiya məbləğinin yenidən hesablanması aparılaraq 6380,92 manata çatdırılsa da, sonradan yenidən inzibati icraat aparılaraq 28 noyabr 2023-cü il tarixdə həmin pensiya məbləği yenidən azaldılmış və 54441, 66 manat müəyyən edilmişdir. Bu barədə qəbul edilmiş 28 noyabr 2023-cü il tarixli qərarı onun hüquqlarını pozduğuna görə hüquqi marağına uyğun olaraq ayrıca iddia icraatı qaydasında mübahisələndirmək qərarına gəldiyi üçün hazırki iş üzrə verdiyi apellyasiya şikayətindən imtina etdiyini və buna görə də apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndələri iddiaçının ərizəsinin icraata qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsini, cavabdehin razılığını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdən imtina barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək iddiaçıların hüququ olduğundan və hazırki iş üzrə onların bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından iddiaçının bu barədə ərizəsi təmin edilməlidir. Odur ki, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Apellyasiya icraatına xitam verilsin. İddiaçı izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən apellyasiya şikayəti verilməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar