Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3192/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər X9 və X10) qarşı “qeydiyyatdan çıxarılma tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8340/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 və X3 iddiaçının atasına məxsus olmuş və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... Atası, X7 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evdə iddiaçı və digər qardaş və bacıları uzun müddət qeydiyyatda olmaqla yaşamışlar. İradə Yusifova rəhmətə gedən qardaşı Qafar Yusifovla 1987-ci ildə ailə qurduqdan sonra həmin evə gəlin köçmüş, o, 2010-cu il tarixdə qardaşına qarşı həmin evə hüququnun tanınması və qeydiyyata alınması tələbi barədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə onun həmin iddia tələbi təmin edilməmiş, Ali Məhkəmə də həmin qətnaməni qüvvədə saxlamışdır. Həmin qətnamə qəbul edilənədək İradə Yusifova qardaşından artıq 2010-cu ilin avqust ayında boşanmışdır. Boşandıqdan sonra İradə Yusifova qardaşı Qafarla birgə nikah dövründə aldıqları Nəsimi rayonu, N.Əlizadə küçəsi, 40 saylı evdə yaşamış, daha sonra, o, mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilərək onun xeyrinə qətnamə qəbul edilmiş və mənzilə köçürülmüşdür. Mənzilə köçürülməsinə dair məhkəmə qətnaməsini əsas götürərək, qətnamə qanuni qüvvəyə minməmiş X19 Rayon “Mənzil İstismar Sahəsindən” qanunsuz arayış alaraq Nəsimi Rayon Polis İdarəsinin pasport və qeydiyyat idarəsinin adı iddiaçıya məlum olmayan vəzifəli şəxsi ilə əlbir olub qanunsuzluq edərək atasına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə öz oğlu Yusifov Əliəkbər ilə birlikdə, 2010-cu ilin 04 noyabr tarixində qanunsuz qeydiyyata düşmüşdür. Mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi həmin evə qeydiyyata alınmaq üçün əsas deyildir. Evə qeydiyyata alınmaq üçün həmin evin mülkiyyətçisinin (sahibinin) rəsmi icazəsi lazımdır, lakin İradə Yusifovaya belə icazə verilməmişdir. İradə Yusifovanın qanunsuz qeydiyyata düşməsi faktının araşdırılması, hüquqi qiymət verərək onun barəsində cinayət işinin başlanılması üçün Nəsimi Rayon Prokurorluğuna ünvanladığı ərizəyə baxılaraq Nəsimi Rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərara görə İradə Yusifovanın və oğlu Yusifov Ələkbərin qeyd olunan ünvana saxta sənədlər əsasında qeydiyyata düşməsi müəyyən olunmuş, lakin CM-nin 75.1.1-ci maddəsinin tələblərinə görə cinayətin törədildiyi vaxtdan 2 il keçdiyi üçün cinayət işinin başlanmasından imtina edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında qanunun 5-ci maddəsində qeydiyyata düşməyin əsasları göstərilmişdir. Həmin maddədə göstərilən əsaslardan heç birini İradə Yusifovaya şamil edib onu atasına məxsus olan evə qeydiyyata salmaq mümkün deyildir. Həmin maddədə mənzilə köçürülmə barədə qətnamənin olması qeydiyyata alınmaq üçün əsaslardan biri kimi nəzərdə tutulmamışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqinda qanunun 9-cu maddəsində Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Həmin qanunun 9-cu maddəsinin 6-cı hissəsinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeydiyyatdan çıxarılmalıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8340/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Mənzilə hüququn tanınması və mənzilə qeydiyyata alınma tələbi iddia predmeti kimi mənzilə köşürülmə tələbindən fərqlidir. Qeyd olunmuş məhkəmə aktlarından göründüyü kimi şəxsin mənzilə hüquqnun tanınması ,mənzilə qeydiyyata alınması,mənzilə köçürülməsi hər biri müstəqil tələbdir. Odur ki, hazırki iş üzrə məhkəmənin şəxsin qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasının şəxsin yaşayış sahəsindən çıxarılmasına əsas verməsinə dair, eləcə də yaşayış sahəsinə köçürülmə barədə qətnamə şəxsin köçürüldüyü yaşayış sahəsinə qeydiyyata alınmasına və yaxud həmin ünvanda qeydiyyatda qalmasına bilavasitə hüquqi əsas olması barədə mövqeyi əsassız və qanunsuz hesab edilməlidir. Əlavə olaraq, iş üzrə üçüncü şəxs X8 özbaşına tikili olan ünvan 3 ünvanında olan fərdi yaşayış evinə qanunsuz olaraq qeydiyyata düşmüş, daha sonra isə "mənzilə köçürülmə" tələbinə dair iddiası təmin olunmuş və mənzilə köçürülmüş, fərdi yaşayış evinin 2/1 hissəsini zəbt etmişdir. Köçürüldüyü mənzil ərinə məxsus olmamış, birgə nikah dövründə əldə edilməmişdir. Mübahisəli fərdi yaşayışa evi qaynatasına məxsus olmuşdur.Daha sonra isə isə " mənzildən istifadəyə maneçiliyin aradn qaldırılmasına dair" əsassız iddia ilə məhkəməyə müraciət etmiş,iddia təmin olunmuş, İradə Yusifova ünvan 4 ünvanında olan fərdi yaşayış evini faktiki olaraq tam ələ keçirmiş, özünü oranın tam sahibi kimi aparmaqla hal-hazırda da orada yaşamır. Bundan başqa İradə Yusifova ünvan 4 ünvanında olan fərdi yaşayış evinə qanunsuz qeydiyyata düşməklə qeydiyyatda olan yeganə şəxs kimi hüquqi cəhətdən də fərdi yaşayış evini tam ələ keçirmişdir ...” Üçüncü şəxs X9 apellyasiya şikayətinə etiraz edərək, Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olduğunu vurğulayaraq qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir və bunu aşağıdakı kimi əsaslandırmışdır: “...İddiaçı bütün şikayətlərində Nəsimi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarına istinad etsə də, nə üçünsə Prokurorluğun 13 may 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar barədə susmağa üstünlük verir. Belə ki, həmin qərarda və Prokurorluğun xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, o M.Əlizadə küçəsi 46/48 ünvanda qeydiyyatda olan keçmiş qayınatası X4 razılığından sonra övladı ilə birlikdə həmin ünvana qeydiyyata alınmışdır. Sonradan iddiaçı tərəfindən mübahisələrndirilməsinə baxmayaraq Prokurorluğun həmin qərarı məhkəmələr tərəfindən də qanuni hesab edilərək, onun şikayətləri təmin edilməmişdir. Mübahisəli mənzildə qanuni əsaslarla yaşayır. Belə ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-3683/2010 saylı qətnaməsi ilə həmin ünvana köçürülməsi qət edilmişdir. Qeyd edir ki, iddiaçının yaşadığı ev ilə onun yaşadığı ev arasında 52 metr məsafə var. İddiaçı qeydiyyatdan çıxarlma tələbini irəli sürməsinə baxmayaraq adıçəkilən evin onun mülkiyyətində, istifadəsində olmasına dair hər hansı sübut təqdim etməyərək, təhrif olunmuş, mövcud olmayan faktlara istinad edir. ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs İradə Yusifova onunla razılaşmamış, şikayətin rədd edilməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, üçüncü şəxslərin (İradə Yusifova və Əliəkbər Yusifovun) onun atasına məxsus olmuş və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmişdir. İddiaçı bu tələbini üçüncü şəxs İradə Yusifovanın saxtakarlıqla, cinayət əməli törədərək həmin ünvana düşdüyünü və istintaq orqanının qərarına əsasən onun CM-nin 75.1.1-ci maddəsinin tələblərinə görə törədildiyi vaxtdan 2 il keçdiyi üçün cinayət işinin başlanmasından imtina edilməsi ilə əsaslandırır. Bununla əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, birincisi, istitintaq orqanının cinayət işin xitam verilməsi barədə qərarı hazırkı iş üçün preyudisial əhəmiyyətə malik ola bilməz. İPM-in 58.8-ci maddəsinin tələblərinə görə yalnız, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarına əsasən müəyyən olunur ki, X2 cavabdeh X7 və X5 qarşı “mənzilə köçürülmətələbinə dair” iddia ərizəsi Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3683/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə təmin edilərək İradə Yusifovanın cavadehlərə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli 2(103)-364/10 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2011-ci il tarixli, 2(102)-1902/2010 saylı qərarı ilə cavabdehlər X11 və X1 müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, şikayəti ndan görünür ki, kassasiya şikayəti təmin edilməmiş, beləliklə də Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin 2(006)-3683/10 saylı 15 oktyabr 2010-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar tərtib olunmuş xx.xx.2011-ci il tarixli aktında borclu İmamverdi Yusifov bildirmişdir ki, icra sənədi üzrə tələbkar İradə Yusifovaya tələbkar Yusifovaya M.Əlizadə küçəsi, 46 saylı evin, 48 saylı ünvanda yaşamasına heç bir etirazı yoxdur və ona maneçilik törətmir. Həmin aktı icra məmuru ilə yanaşı aktın doğruluğu ilə razılaşan borclu, tələbkar və 2 nəfər hal şahidi öz imzaları ilə təsdiqləmişlər. Eyni zamanda, iş materiallarından görünür ki, Nəsimi rayon Məhkəməsinin e-2(006)- 3058/2022 saylı işin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh X13 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və iddiaçı X8 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməsi qət edilmiş və Nəsimi rayon İcra şöbəsinin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərarından aydın olur ki, sözügedən icra sənədi də tam olaraq icra olunduğunda icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin, iş materiallarına əlavə olunmuş Bakı şəhər Nəsimi rayonu MKTB-nin 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 29 nömrəli, eyni zamanda, həmin MKİS-in xx.xx.2024-cü il tarixli 29 nömrəli məktublarından görünür ki, İddiaçı həmin ünvandan 52 metr aralıda yerləşən, sonradan özbaşına inşa edilmiş evdə qeydiyyatsız yaşayır, həmin evə aid MKİS-də heç bir sənəd yoxdur. Həmin ünvanda mərhum X6 övladları onun özü ilə birlikdə M.Əlizadə küçəsi 46/48 saylı ünvanda anadan olub, onlar doğulandan bu ünvana qeydiyyata alınmışlar. Lakin, məlum olmayan səbəblərdən onların şəxsiyyət vəsiqələrində M.Əlizadə 46.48.46/48 kimi mənzil nömrələri qeyd olunmuşdur. MKİS-də olan sənədlərə əsasən bu evlər eyni ünvan kimi (Forma B kartada) göstərilmişdir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, üçüncü şəxlər mübahisəli ünvanda yerləşən özbaşına tikiliyə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən köçürülmüş və həmin ünvanda yaşayırlar. Azərbaycan Respublikasının Mülki Məcəllənin 27.1-ci maddəsi isə nəzərədə tutur ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Eyni zamanda, «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsi nəzərədə tutur ki, şəxsin “yaşayış yeri” dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci madəsinin 2-ci hissəsindən isə görünür ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etəməlidir. Mülki Məcəllənin 164.1-ci maddəsinin 1-ci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, nə qədər ki üçüncü şəxslər məhkəmə qərarı əsasında köçürülmə əsasında həmin ünvanda yaşayırlar, məhz, yaşadıqları həmin ünvana pasport qeydiyyata düşmək onların qanunla üzərinə düşən vəzifəsidir. Odur ki, qey olunanlar baxımından konkret halda, İddiaçı onların qanunsuz olaraq qeydiyyata düşdüyünü mübahisələndirərək, həmin ünvandan qeydiyyatdıan çıxarılmaların tələb etməkdə haqlı hesab oluna bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə diqqət yetirildikdə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları dəqiq müəyyən edilmişdir. Belə ki, sözügedən maddənin 9-cu birinci hissəsinin tələbindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Konkret halda isə üçüncü şəxslərin yaşadıqları ünvandan qeydiyyatdan çıxarılmaları üçün Qanunun qeyd olunan müddəalarında göstərilən əsaslardan hər hansı biri mövcud deyildir. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur Qanuni imtina isə iddiaçının hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Belə ki, birinci instansiya məhkəməsi də qərarında haqlı olaraq qeyd etmişdir ki, - “ şəxsin yaşayış sahəsindən çıxarılması barədə qətnamə şəxsin qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasına əsas verdiyindən, yaşayış sahəsinə köçürülmə barədə qətnamə də şəxsin köçürüldüyü yaşayış sahəsinə qeydiyyata alınmasına və yaxud həmin ünvanda qeydiyyatda qalmasına bilavasitə hüquqi əsas kimi çıxış edir. Hazırkı iş üzrə üçüncü şəxsin mübahisəli ünvana qeydiyyata düşməsinə əsas olan sənəd kimi bilavasitə köçürülmə barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olması müəyyən olunmasa belə, lakin, sonuncunun hazırkı halda həmin ünvana köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur, həmin qətnamələr icra olunmuş, üçüncü şəxs mübahisəli ünvana köçürülmüş və hazırda üçüncü şəxslər qeydiyyatda olduqları həmin ünvanda faktiki olaraq yaşayırlar... Belə olan halda üçüncü şəxsin mübahisəli ünvana qeydiyyata alınmasına əsas olmuş ilkin sənədlərin qiymətləndirilməsinə hüquqi zərurət aradan qalxmışdır. İddiaçının iddiasında qeydiyyatdan çıxarılmaya əsas kimi qeydiyyatın qanunsuz olması ilə bağlı istinad etdiyi hallar üçüncü şəxsin hazırkı halda mübahisəli ünvanda qeydiyyatda qalmasına əsas verən hüquqi əsaslarla müqayisədə öz əhəmiyyət və aktuallığını itirmişdir. Qeyd edildiyi kimi üçüncü şəxsin ünvan 4 ünvanına köçürülməsi barədə ləğv edilməmiş, qanuni qüvvədə olan, icra olunmuş köçürülmə barədə qətnamələr var, üçüncü şəxs köçürüldüyü həmin ünvanda faktiki olaraq yaşayır və köçürüldüyü ünvan qanunla onun yaşayış yeri hesab olunmaqla, yaşadığı həmin ünvan üzrə də qeydiyyatda qalması qanuni və əsaslıdır...” Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu baxımdan, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8340/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8340/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3192/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3192/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver