Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3197/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı İddiaçı tərəfindən verilmiş ərizəyə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin (bundan sonra – DƏDKR) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzillərə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. Sonradan iddiaçı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair məhkəməyə ərizə ünvanlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qərardadını xx.xx.2022-ci il tarixdə almışdır. Apellyasiya şikayətini isə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətini qanunla müəyyən edilmiş 10 gün müddəti ötürməklə vermişdir İnzibati-Prosessual Məcəllənin 24-cü maddəsinə əsasən: 24.1.Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Eyni zamanda ərizədə qeyd edilmişdir ki, “xəstəliyimlə bağlı, maddi imkanım olmadığından prosessual müddəti ötürməklə şikayət vermişəm.” Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı müddətin üzrlü səbəbdən ötürməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası vurğulayır ki, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmadığından ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM 24-cü maddəini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3197/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3197/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver