Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3197/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “tikililərin sökülməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10016/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, Korpus 8 F.H.N-nin 4 nömrəli yanğınsöndürmə mühafizə bölməsinin arxası, soldan 2-ci küçədə əmlak vasitəçisi (makler) Elvinin 2022-ci ilin iyununda 4 sotda tikdiyi 4 ailəyə ayrı-ayrı evlərin uçurulması və 2022-ci il sentyabr ayında əmlak vasitəçisinin (makler) onun evi ilə üzbəüz sahibindən aldığı 7 sot torpaqda 6 ailəyə ayrı-ayrı tikdiyi evlərin uçurulması və həmin əmlak vasitəçisinin ona məxsus evin qapısını pis hala salıb tökdüyü daşları və çınqılı təmizlənməsi, digər əmlak vasitəçisinin 2020-ci ildə evin sol tərəfində 4 sotda 3 ailəyə ayrı-ayrı tikdiyi evlərin uçurulması barədə qərar qəbul edilməsi vəzifəsinin Fövqəladə Hallar Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2005-ci il tarixdə Biləcəri Bələdiyyəsinin sərəncamı ilə ev tikmək məqsədi ilə Binəqədi rayonu, 1-ci mədən korpus 8 F.H.N-nin 4 nömrəli yanğınsöndürmə mühafizə bölməsinin arxası soldan 2-ci küçədə yerləşən ünvansız yaşayış massivində 600 kv.m torpaq sahəsi almışdır və həmin torpaq sahəsinin 270 kv.m-də 2 mərtəbəli ev tikmişdir. Bu günədək ailəsi və uşaqları ilə birgə bu evdə yaşamışdırlar. O, bu evi tikən zaman 4 tərəfi boş sahə idi. Amma ətrafındakı 17 hektar sahə Biləcəri Bələdiyyəsinin qanuni sərəncamıyla 700 ailəyə satılmışdır. O zaman bu sahələrdə ev tikib yaşayan 10 ailə olarmışlar. 2011-ci ildən torpaq sahibləri tək-tək ev tikməyə başlamışdırlar. Artıq 2019-cu ildən bütün texniki təhlükəsizlik standartlarına tamamilə zidd ara məsafə qoymadan maklerlər qanunsuz şəkildə evlər tikib satırlar. Amma bu ərazidə camaata icazə vermirdilər ki, öz torpağını qanuni şəkildə hasara alsınlar. Onlar evin sol tərəfində, 4 sot arxasında 2022-ci ilin sentyabr ayında əmlak vasitəçisi Elvin evləri ilə üzbəüz 7 sot torpaq almış və 6 ayrı-ayrı ev tikmişdir. İddiaçı da onlardan şikayət yazmışdır. 2022-ci ilin iyun ayında küçənin girişində 4 sot almış və ayrı-ayrı 4 ailəyə satmışdır. O, aidiyyəti orqanlara əvvəlcədən müraciət edərək bildirmişdir ki, gələcəkdə əmlak vasitəçiləri bu sahəni alıb ev tikəndə onların evləri ilə minimum 3 metr ara məsafə saxlasınlar. Əmlak vasitəçisi Nurəddin soldakı 6 sotu alıb 2 sotu öz həyətinə birləşdirmişdir. Qalan 4 sotu isə 2020-ci il yanvar ayında makler Ramala satmışdır. O da 3 ailəyə ayrı-ayrı 7 otaq üçün bünövrə qazarkən o, Binəqədi rayon İcra Hakimiyyətinə, Bakı sovet sədrinə, Arxitektura Komitəsinə, Şəhərsalma İdarəsinə, FHN-nə, Azərbaycan Respublikası prezident Aparatına, Baş Nazirə, Milli Məclisə, Bakı Şəhər İcra Hakimiyyətinə və Baş Prokurora dəfələrlə yazmışdır, amma 3 ildir ki, heç bir tədbir görülməmişdir, evlər tikilib satılmışdır. 2022-ci il sentyabr-oktyabr ayında əmlak vasitəçisi Elvin iddiaçı ilə üzbəüz torpaq sahibindən 7 sot torpaq sahəsini alıb və 6 ailəyə ayrı-ayrı hər biri 3 otaqdan 2 mərtəbəli evləri satmaq üçün tikmişdir. Bu evlər onların ailəsinə, qonşulara evləri üçün faciəvi yanğın şəraiti yaratmışdır. Qeyd etmişdir ki, bu hallarla bağlı bünövrə qazılandan şikayət etmişdir. Onun xahişinə məhəl qoymadan qanunsuz şəkildə bu evlərin tikilməsinə icazə verilmişdir. Həmin qanunsuz tikililər sökülməli və həmin tikililər hansı sənədlər əsasında tikilməsi yoxlanılmalıdır. O, əvvəl Bakı İnzibati Məhkəməsinə məsələ ilə bağlı Binəqədi rayon icra Hakimiyyətini vermişdir. Məhkəmə iddianı mümkünsüz sayaraq bildirmişdir ki, cavabdeh icra hakimiyyəti yox FHN olmalıdır. O bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş və heç bir tədbir görülməmiş, uçurulması üçün qərar verməmişdir. Əmlak vasitəçisinin icra tərəfindən verilən layihəsi var. 7 sotda ayrı-ayrı 6 ailəyə ev qanunaziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10016/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdehlər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İşin faktiki hallarından müəyyən edilir ki, yerli icra hakimiyyətinin üzərinə iddiaçının qonşuluğunda yerləşən tikililərin sökülməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarının 10.2-10.4-cü bəndlərinə müvafiq olaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, üvv əyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Cavabdeh1 həyata keçirir. Məcəllənin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Cavabdeh1 qaldıra bilər. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-cü maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 97.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95.2-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının: -1.1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllədə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) və ya onun hissəsinin sökülməsi mexanizmini tənzimləyir və bununla bağlı Cavabdeh1 (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. -1.3-cü bəndinə əsasən nazirlik bu Qaydalara uyğun olaraq öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə X2 (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə X2nin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir. Sadalanan qanunvericilik aktları ilə dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə qərarın qəbul edilməsi yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmadığından cavabdeh yerli icra hakimiyyətinin üzərinə səlahiyyətinə aid olmayan qərarın qəbul edilməsi vəzifəsinin qoyulması mümkün hesab olunmur Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4621/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Göründüyü kimi iddiaçının eyni tələblə bağlı eyni cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddiası inzibati məhkəmədə baxılaraq mümkün sayılmamışdır. İddiaçının eyni əsaslarla qaldırdığı hazırki tələbi yenidən mümkünlük şərtlərinə cavab vermir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd). Məhkəmə kollegiyası iddia tələbinin digər cavabdeh Fövqəladə Hallar Nazirliyinə münasibətdə isə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin -74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. -75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. -82.1-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 iş günü ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. -82.2-ci maddəsinə görə məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanın: - 4.7-1-ci bəndinə görə Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin (.....) birinci cümləsində, (....) 82.1-ci maddəsində (birinci halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları -4.10-cu bəndinə əsasən həmin Məcəllənin (....) 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Cavabdeh1 həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaların 4.3-cü bəndinə görə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikintiquraşdırma işlərinin Sadalanan normalardan görünür ki, şəhərsalma norma və qaydalarına nəzarəti yerli səviyyədə icra hakimiyyəti orqanları həyata keçirirlər. Tikinti obyektinin tikilməsinə məlumatlandırma icratı və ya icazə icraatı tələb olunduğu kimi obyektlərin sökülməsinə də məlumatlandırma və ya icazə icraatı tətbiq olunur. İcazə verilmənin ümumi qaydaları Şəhərsalma və Tikinti Məcəlləsinin 75-78-ci maddələri ilə tənzimləndiyi halda, məlumatlandırma icraatı Məcəllənin 80-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qanunsuz özbaşına tikinti işlərinin aparılması barədə icra hakimiyyəti orqanı tərəfindən Fövqəladə Hallar Nazirliyinə məlumat təqdim edilməmişdir. Bu halda da Fövqəladə Hallar Nazirliyinin sökülmə icraatı ilə bağlı öhdəliyi yaranmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın: 2.1.3. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.4. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.5. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; Göründüyü kimi Qaydaların 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərdə nəzərdə tutulmuş əsaslarla FHN Tikintidə Təhlükəsizliyə X2nin tikinti obyektinin sökülməsi barədə öz təşəbbüsü ilə məhkəməyə müaciət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Başqa sözlə, sözügedən normalarda cavabdeh orqanın birbaşa tikinti obyektinin sökülməsi barədə qərar qəbul etmək və bu qərarı icra etmək səlahiyyəti yoxdur, cavabdeh yalnız bu barədə məhkəmədə iddia qaldıra bilər. Belə olan halda cavabdeh FHN-nin üzərinə onun bilavasitə vəzifəsinə aid olmayan tikinti obyektinin sökülməsi barədə qərar qəbul etmək vəzifəsi də qoyula bilməz. İddiaçının iddia tələbinin bir hissəsi olan əmlak vasitəçisinin ona məxsus evin qapısına tökdüyü daşları və çınqılı təmizlənməsi ilə bağlı tələbi isə mahiyyət etibarı ilə fiziki şəxsə qarşı yönəlmiş tələb olmaqla inzibati məhkəmə icraatında baxılan inzibati mübahisə deyildir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10016/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3197/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3197/2023
08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver