Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3198/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı18 və digərlərinin Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X12 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı18 və digərlərinin cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Cavabdeh başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2042/2024 saylı 05 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 14-655 saylı qərarına əsasən kənd təsərrüfatı məhsullarının əkilməsinin genişləndirilməsi, ərzaq bolluğu yaratmaq məqsədi ilə istifadə olunmaq üçün Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2004-cü il tarixdə qəbul etdiyi müvafiq qərarlarla müxtəlif şəxslərə əlavə yardımçı torpaq sahələri verilmişdir. Eyni zamanda Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2005-ci il tarixdə fərdi yaşayış evinin tikintisi üçün qəbul etdiyi müvafiq qərarlarla müxtəlif şəxslərin hər birinə 1200 kv.metr torpaq sahəsi ayırmışdır. Sonradan Sabunçu Rayon İcra Hakimiyyət başçısının 06 fevral 2023-cü il tarixli, 26 nömrəli sərəncamı ilə “Cavabdeh başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli 5-18/6/2-83/23 saylı məktubla məlumat verərək bildirmişdir ki, 2002-2008-ci illər ərzində Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən ayrı-ayrı vətəndaşlara müvafiq qərarlar əsasında torpaq sahələri ayrılmışdır. Bu isə hal-hazırda qanuni istifadələrində torpaq sahələri olan vətəndaşlarla onlar arasında böyük mübahisələrə səbəb olur. Məsələ ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həqiqətən Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən qanuna zidd olaraq ayrı-ayrı vətəndaşlara 2002-2008-ci illərdə qərar qəbul edilərək torpaq sahələri ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamənin və həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndəliklərin torpaq sahələri ayırmaq səlahiyyəti olmamışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə müvafiq olaraq Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin qəbul etdiyi qərarlar (inzibati akt) səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyi üçün etibarsız hesab edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayırmasına dair bütün qərarları etibarsız hesab edilmişdir. Hazırda iddiaçılar İddiaçı18, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı14, İddiaçı4, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamının onların hüquqlarına toxunduğu üçün qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Cavabdeh 26 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər və məhkəmə tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 6 ha ərazisi olan mübahisəli torpaq sahəsi Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin qərarları ilə iddiaçıların adlarına rəsmiləşdirilmişdir. Bakı şəhəri Cavabdeh başçısı tərəfindən Nardaran qəsəbə sakinlərinə miras qalmış torpaq sahələri üzərində Nardaran qəsəbə Nümayəndəliyi tərəfindən sakinlərə təqdim edilmiş qərarların etibarsız hesab edilməsi ilə bağlı 26 nömrəli 26 nömrəli xx.xx.2023-cü il tarixli sərəncam qəbul edilmişdir. Belə ki, Cavabdeh başçısı tərəfindən sözügedən qərarlar sərəncamla qanunsuz hesab edildiyindən qəsəbə sakinlərinin həmin torpaq sahələri üzərində hüquqlarının itirilməsinə səbəb olmuşdur. Yəni, Cavabdeh başçısının 26 nömrəli xx.xx.2023-cü il tarixli sərəncam ilə Nardaran qəsəbə nümayəndəliyinin qərarları etibarsız hesab etmişdirsə, həmin torpaq sahələri üzərində sakinlərin istifadə (mülkiyyət) hüquqlarını müəyyən edən digər hüquq müəyyənedici sənədlər əsasında təmin etməli olduğu halda təmin etməmiş və ya torpaq sahələrinin dövlət ehtiyacları ilə bağlı alınması ilə bağlı kompensasiyalaşdırılmasını həyata keçirməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2042/2024 saylı 05 aprel 2024-cü il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən qəbul edilmiş 06 fevral 2023-cü il tarixli 26 nömrəli sərəncamın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçıların mənafeyinə toxunan sərəncam qəbul edilən zaman Sabunçu RİH tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, maraqlarına toxunan şəxslər inzibati icraat aparılan zaman dəvət edilməmiş və qanunun tələbləri pozulmuşdur. Qeyd etməyi zəruri hesab edirik ki, Sabunçu RİH başçısının xx.xx.2023-cü il tarixli, 26 saylı sərəncamı ona görə qəbul edilmişdir ki, 2002-2008-ci illər ərizində Sabunçu RİH başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ayrı-ayrı vətəndaşlara müvafiq qərarlar əsasında torpaq sahələri ayırmaq səlahiyyəti olmamışdır. Eyni zamanda 2002-2008-ci illər ərzində icra nümayəndəliyinin müvafiq qərarları əsasında torpaq sahələri ayrılmış vətəndaşların ümumilikdə neçə nəfər olmasını müəyyən etmək və onların hər birinin inzibati icraat aparılan zaman dəvət edilməsi ağlabatan deyil. Belə ki, icra nümayəndəliyi tərəfindən torpaq sahəsi ayrılmış vətəndaşlar barədə RİH-nin arxivində nə də dövlət arxivində heç bir məlumat yoxdur. Torpaq sahəsi ayrılan zaman heç bir zaman sənədləşmə işləri aparılmamış, üstündən 20 il keçməsinə baxmayaraq dövlət arxivinə heç bir sənəd təhvil verilməmişdir. Bu səbəbdən RİH tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 26 saylı sərəncamın ümumilikdə 2002- 2008-ci illər ərzində neçə nəfər şəxsi əhatə etdiyini müəyyən etmək imkan xaricindədir. Odur ki, hesab edirik inzibati icraat qanunvericiliyin tələbinə uyğun aparılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.2-ci bəndinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin qanunun 67.3-cü bəndinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Sabunçu RİH başçısının Nardaran QİƏD üzrə nümayəndəliyi tərəfindən torpaq ayrılan zaman nümayəndəliyin torpaq ayırmaq səlahiyyəti olmamışdır. Nardaran QİƏD üzrə nümayəndliyi torpaq ayırarkən qanunvericiliyin tələbini birbaşa pozmuş və qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Lakin, birinci instansiya məhkəməsi qərar qəbul edən zaman işin bu hallarına diqqət yetirməmiş və ya araşdırmamışdır. İşin hallarından da göründüyü kimi, icra nümayəndəliyinin qəbul etdiyi inzibati aktlar nəticəsində dövlət mülkiyyətində olan torpaq sahələri qanunsuz olaraq əldə edilmiş və bunun nəticəsində dövlətin maraqlarına ziyan vurulmuşdur. Odur ki, məhkəmə zəruri araşdırma aparmadan qərar qəbul etdiyi üçün Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-2042/2024 saylı qərarı ləğv edilərək yeni qərar qəbul edilməlidir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və 3 şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs Cavabdeh başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Cavabdeh nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, mübahisələndirilən Bakı şəhəri Cavabdeh 26 nömrəli xx.xx.2023-cü sərəncamının ləğvi ilə bağlı iddia xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarından iddiaçıların həmin sərəncamdan nə vaxt məlumatlı olması müəyyən olunmur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar qanunla müəyyən edilmiş müddət daxilində iddia qaldırdığı üçün onların iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçılar İddiaçı18, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı14, İddiaçı4, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı tələbi “Bakı şəhəri Cavabdeh 26 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamının ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə həmin iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin: -xx.xx.2005-ci il tarixli 02/869 nömrəli qərarı ilə İddiaçı8 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4601 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/870 nömrəli qərarı ilə İddiaçı15 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4501 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/867 nömrəli qərarı ilə X5 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4813 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/860 nömrəli qərarı ilə İddiaçı14 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4805 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/871 nömrəli qərarı ilə İddiaçı5 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4502 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/862 nömrəli qərarı ilə İddiaçı6 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4808 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/861 nömrəli qərarı ilə İddiaçı3 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4807 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/865 nömrəli qərarı ilə X1 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4811 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/858 nömrəli qərarı ilə X2 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4803 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/861 nömrəli qərarı ilə X6 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4806 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/866 nömrəli qərarı ilə İddiaçı11 Ağasaleh oğluna Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4812 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/863 nömrəli qərarı ilə İddiaçı10 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4809 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/864 nömrəli qərarı ilə İddiaçı7 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4810 ünvanında 1200 kv.metr; - xx.xx.2005-ci il tarixli 02/857 nömrəli qərarı ilə İddiaçı4 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4802 ünvanında 1200 kv.metr torpaq sahəsi ayırmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 14-655 saylı qərarına əsasən kənd təsərrüfatı məhsullarının əkilməsinin genişləndirilməsi, ərzaq bolluğu yaratmaq məqsədi ilə istifadə olunmaq üçün Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin: xx.xx.2004-cü il tarixli 16 saylı qərarı ilə İddiaçı3 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi; xx.xx.2004-cü il tarixli 19 saylı qərarı ilə X11 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi; xx.xx.2004-cü il tarixli 15 saylı qərarı ilə X3 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi; xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ilə X8 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi; xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə İddiaçı18 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi; xx.xx.2004-cü il tarixli 13 saylı qərarı ilə İddiaçı4 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi; xx.xx.2004-cü il tarixli 10 saylı qərarı ilə X4 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi verilmişdir. Daha sonra Sabunçu Rayon İcra Hakimiyyət başçısının 06 fevral 2023-cü il tarixli, 26 nömrəli sərəncamı qəbul olunmuş və sərəncamda qeyd olunmuşdur ki, “Cavabdeh başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli 5-18/6/2-83/23 saylı məktubla məlumat verərək bildirmişdir ki, 2002-2008-ci illər ərzində Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən ayrı-ayrı vətəndaşlara müvafiq qərarlar əsasında torpaq sahələri ayrılmışdır. Bu isə hal-hazırda qanuni istifadələrində torpaq sahələri olan vətəndaşlarla onlar arasında böyük mübahisələrə səbəb olur. Məsələ ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həqiqətən Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən qanuna zidd olaraq ayrı-ayrı vətəndaşlara 2002-2008-ci illərdə qərar qəbul edilərək torpaq sahələri ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamənin və həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndəliklərin torpaq sahələri ayırmaq səlahiyyəti olmamışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə müvafiq olaraq Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin qəbul etdiyi qərarlar (inzibati akt) səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyi üçün etibarsız hesab edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayırmasına dair bütün qərarları etibarsız hesab edilmişdir. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən sərəncamını onunla əsaslandırır ki, 2002-2008-ci illər ərzində Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən qanunsuz qərarlar qəbul edildiyindən həmin sərəncam qəbul edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən inzibati akt qəbul edilərkən qanunvericiliyin maddi və prosessual tələblərinin pozulub-pozulmadığını yoxlayarkən müəyyən etmişdi ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatla bağlı prosessual normaların tələbləri pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hazırki işdən görünür ki, qanunverici inzibati orqana öz təşəbbüsü ilə inzibati aktın etibarsız olduğunu təsdiq etmək imkanını versə də, inzibati orqan bu zaman maraqlı şəxslərə qanunla müəyyən edilmiş məlumat vermə öhdəliyini yerinə yetirməmişdir. Qanunun tələbinə görə, inzibati orqan inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı fəaliyyət həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməli, inzibati aktı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməli, onların mülahizələrini dinləməlidir. Lakin cavabdeh bu normaların tələblərinə əməl etməmiş, mübahisəli inzibati aktı qəbul edərkən hüquqlarına toxunan şəxslərin dinlənmə hüququnu təmin etməmişdir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Bundan başqa, qanunverici yazılı inzibati aktın rekvizitlərini də müəyyən etmişdir ki, o da yuxarıda qeyd edilən Qanunun 59.1.2-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı inzibati aktda əks olunmalıdır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan görünür ki, inzibati aktın məzmunu aydın olmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Lakin hazırki işdə mübahisələndirilən inzibati aktdan görünür ki, həmin sərəncamla cavabdeh, Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayırmasına dair bütün qərarlarını etibarsız hesab etmiş, bununla, inzibati orqan “bütün qərarlar” kimi qeyri-müəyyən ifadədən istifadə etmiş, etibarsız hesab edilən qərarların, yəni inzibati aktların dəqiq rekvizitlərini -inzibati aktın adı, qəbul olunma tarixi, qeydiyyat nömrəsini göstərməmişdir. Apellyasiya baxışı zamanı cavabdehə mübahisələndirilən inzibati aktın qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraat materiallarının məhkəməyə təqdim olunması təklif olunsa da, cavabdeh qurum adı çəkilən inzibati icraatın həqiqətən də “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparılmasını, ümumiyyətlə inzibati icraatın aparılmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respulikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bundan əlavə, cavabdeh bu zaman həmin qurumun torpaqayırma səlahiyyətinin olmamasına istinad etsə də, qüvvədə olan qanunvericiliyin yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarların hüquqmüəyənedici sənəd kimi tanınmasını nəzərə almamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci madəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab etmişdi ki, cavabdeh xx.xx.2023-cü il tarixli inzibati aktı qəbul edərkən inzibati icraat ilə bağlı qanunvericiliyin tələblərini pozduğundan həmin inzibati akt qanunsuz əlverişsiz inzibati akt olmuşdur. Buna görə də iddia təmin edilməli, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə görə xx.xx.2023-cü il tarixli 26 nömrəli sərəncam ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların mübahisələndirdiyi sərəncamın ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillərə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2042/2024 saylı 05 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2042/2024 saylı 05 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X18 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3198/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3198/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver