Məhkəmə qərarları › İş №2-1(103)-32/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-32/2020

30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-32/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, iddiaçı Yunus Paşa oğlunın, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X6 Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı «pul vəsaitinin ona ödənilməsi» tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-51/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarındaniddiaçıtərəfindən verilmiş apellyasiyaşikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə- 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən ona ödənilməmiş əmək pensiyası üçün 1680,06 manat məbləğində pul vəsaitinin ona ödənilməsinədair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1951 -ci ildə Bakı şəhərində anadan olmuş, xx.xx.1969-cu ildən müxtəlif peşələrdə və vəzifələrdə işləmişdir. 48 ildən artıq əmək stajına malikdir. 63 yaşında yaşa görə əmək pensiyasına çıxmışdır. Hazırda yaşa görə əmək pensiyası alır. Lakin cavabdeh əmək pensiyasını düzgün hesablamamışdır. Bu bərədə dəfələrlə onlara rəsmi müraciət etsə də, cavabdeh tərəf cavab məktubu ilə həmişə eyni formada yazaraq heç bir yekun nəticəyə gəlməmişdir. Ona görə də, bu işin ədalətlə həll olunması üçün məhkəməyə müraciət edir.DSMF Yasamal RŞ-nin xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixlərində ona göndərilmiş məktublarında qazanılmış sığorta hissəsi 83,32 manat göstərilmişdir. Saytın məlumatından doğan rəqəm isə bunu 98,02 manat olduğunu bildirir (14114,98 × 144 ay = 98,02 manat). Faktiki qazanılmış sığorta hissəsi isə 139,34 manat olmalıdır. (20065,32 manat 144 ay = 139,34 manat). Beləliklə, DSMF-nin göstərdiyi rəqəm arasında fərq 56.02 manatdır. Ona xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilə kimi (30 ay ərzində) ödənilməmiş məbləğ 1680,6 manat təşkil edir. 2006-cı və 2007-ci illərdə hesalanmış pensiya kapitalı cüzi olaraq şişirdilmişdir. Lakin hesablamalar faktiki hesablanmış pensiya kapitalına görə aparılmışdır. Cavabdeh DSMF Yasamal RŞ ona ödəmədiyi əmək pensiyasına borcu ümumilikdə 1680,06 (bir min altı yüz altı yüz səksən manat 6 qəpik) təşkil edir. Dəfələrlə əmək pensiyasının düzgün hesablanmaması barədə cavabdeh təşkilata müraciət etsə də, bütün bunlar nəticəsiz qalmış, ona olan borcu ödənilməmişdir. Bu səbəbdən də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh DSMF Yasamal RŞ-nin Etirazında qeyd olunmuşdur ki, X9 xx xxxxxx 2014-cü il tarixli ərizəsi əsasında hüququnun yarandığı xx xxxxxx 2014-cü il tarixdən 158.66 manat pensiya təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə 4 nömrəli əlavə əsasında X6 pensiyası yenidən hesablanmış və hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən 228.95 manat hesablanmış və alınmamış məbləğlər hesablanaraq ödənilmişdir. Onun xx.xx.2006-cı il tarixədək iş stajı 27 il 2 ay təşkil edir. Əmək və X3 Nazirliyi yanında Dövlət X8 İri Sığortaedənlərlə iş üzrə X2 Paşa oğlunun xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı 4 nömrəli əlavə alındıqdan sonra, onun pensiyası hüququ yarandığı tarixdən yenidən hesablanmış və əlavələr nəzərə alınmaqla ödənilmişdir. Hal-hazırda aylıq pensiyasının məbləği 292.77 manat olmaqla ödənilir. Əmək pensiyaslarının baza hissəsinin artımı və sığorta hissəsinin indeksasiyası ilə əlaqədar olaraq pensiyasının məbləği mütəmadi olaraq artırılmış xx.xx.2018-ci il tarixdən BH 116.27+ SH 73.51 + PSK 102.99 = 292.77 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı X11 üçün qaranlıq qalan suallarını birlikdə araşdırmaq üçün onu Şöbəyə dəvət edirlər. İş materiallarıandan görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, ekspenrtiza qarşısında X7 pensiyasının sığorta hissəsi düzgün hesablanıb-hesablanmaması vəX7 pensiyasının düzgün hesablanmadığı təqdirdə, onun xx.xx.2014-cü ildən xx.xx.2017-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 5932 №-li Rəyinin «Nəticə» hissəsində qeyd olunmuşdur ki, təqdim olunmuş iş materiallarında ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılması üçün zəruri olan sənədlər (pensiya işi, əmək haqqı ödəniş cədvələri və s.) və məlumatlar (təyin olunmuş pensiyanın hansı məbləğlərə görə hansı qaydada hesablanması və s.) öz əksini tapmamışdır. Bundan başqa, Rəydə qeyd olunmuşdur ki, pensiyanın hesablanması spesifik sahə olduğundan DSMF-nin mütəxəssisinin iştirakı zəruridir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-51/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı Qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalaniddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalıdır. Belə ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı təmin etməmişdir. İşə apellyasiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçı X11 iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri verdikləri izahatlarında apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını Kollegiyadan xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-51/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, 12/2692 nömrəli imtina məktubunun surətindən görünür ki, X6 təqdim etdiyi sənədlərdə xx.xx.2006-cı ilədək sosial sığorta stajı 27 il 02 ay 19 gün təşkil edir. 27 il 02 ay 19 gün sığorta stajı nəzərə alınmaqla Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan illik istehlak qiymətləri indeksləri nəzərə alınmaqla pensiyasının sığorta hissəsi 69.55 manata çatdırılmışdır. Əmək pensiyasının üçüncü pilləsi olmaqla xx.xx.2006-cı ildən sonrakı dövrdə fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalı pensiya hüququnun yarandığı xx.xx.2014-cü ildən olan dövr nəzərə alınmaqla 83.32 manat pensiya kapitalı hesablanmışdır. Beləliklə, pensiyasının məbləği xx.xx.2017-ci ildən 262.87 manat (BH 110+SH 69.55 + YH 83.32 = 262.87 manat) təşkil edir. İş materillarından müəyyən olunur ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən iddiaçıya məxsus pensiya işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, əmək pensiyalarının baza hissəsinin artımı və sığorta hissəsinin indeksasiyası ilə əlaqədar olaraq pensiyasının məbləği düzgün hesablanmış, pensiyanın məbləği mütəmadi olaraq artırılmış, xx.xx.2018-ci il tarixdən BH 116.27 + SH 73.51+PSK 102.99 = 292.77 manata çatıdırılmıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasənyaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunmalıdır ki, işə apellyasiya instansiyasə məhkəməsində baxılarkən iş üzrə hərtərəfli və obyektiv araşdırmanın təmin olunması məqsədi ilə məhkəmə kollegiyasının xx xxxx 2019-cu iltarişli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 mütəxəssislər cəlb olunmaqla məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi qərara alınmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.X7 pensiyasının sığorta hissəsi düzgün hesablanmışdırmı? və 2.X7 pensiyasının düzgün hesablanmadığı təqdirdə, onun xx.xx.2014-cü ildən xx.xx.2017-ci il tarixədək ödənilməmiş pensiya məbləği nə qədər təşkil edir? Məhkəmə kollegiyasına təqdim olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 2815 №-li Rəyinindən isə müəyyən olunur ki, iddiaçıya pensiya təyin olunarkən və sonrakı artımlar nəzərə almaqla pensiya məbləgindəki artımlar müəyyənləşdirilənkən hər-hansı kənarlaşma müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hazırkı mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır ki, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı iddiası əsaslı olmadığından təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-51/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar