Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-32/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və X3 ibarət tərkibdə, iddiaçının nümayəndəsi-Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə dair» inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1031/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki adı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra hakimiyyətinin 47 saylı sərəncamı və “Donuzçuluq” X1 xx.xx.1991-ci il tarixli 07 saylı protokolu əsasında fərdi yaşayış evi tikmək üçün ona ayırlmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya xx.xx.1991-ci il tarixdə Abşeron rayon İcra hakimiyyətinin 47 saylı sərəncamı və Donuzçuluq X1 xx.xx.1991-ci il tarixli 07 saylı protokolu əsasında fərdi yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Sovxoz ləğv olunduğundan sənədlərin əldə olunması üçün Abşeron rayon Arxiv idarəsinə müraciət edib. Arvix idarəsinin xx.xx.2017-ci il tarixli F1036 saylı məktubu ilə Donuzçuluq sovxozu tərəfindən fərdi ev tikməyə torpaq sahəsinin ona ayrılması öz təsdiqini tapmışdır. Ona ayrılmış torpaq sahəsi hal-hazırda Xəzər rayonu ərazisində yerləşdiyi üçün torpaq sahəsinin cizgi və xəritəsinin alınması məqsədilə Xəzər rayon İcra hakimiyyətinə müraciət etmiş, sonuncu xx.xx.2017-ci il tarixli P-19-091 saylı məktubu ilə ona ayrılmış torpaq sahəsinin xəritəsi və cizgiləri barədə sənədlər verilmişdir. Torpağın dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə müraciət etmiş, lakin İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, ona ayrılmış torpaq sahəsinin Dövlət Neft Şirkətinə aid edilməsi göstərilmişdir. X8 Şirkətinin 06 iyul 2018-ci il tarixli SOCAR **********60033B00406 nömrəli məktubuna əsasən müəyyən olunmuşdur ki, onun istifadəsində olan torpaq sahəsi SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları xaricindədir. Həmin məktubda əlavə edilməklə təkrarən, 0,08 ha torpaq sahəsinin qeydiyyata alınması üçün xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmi, bu dəfə idarə tərəfindən xx.xx.2020-ci il tarixli **********00 nömrəli məktubla ona ayrılmış ərazinin Binə Donuzkökəltmə sovxozunun ərazi hüdudlarından kənarda olduğu göstərilməklə torpağın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1031/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir,apllyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Qərar qanunsuz və əsassızdır. Belə ki, baxmayaraq ki, iddiaçı məhkəməyə kifayət qədər sübutlar təqdim etmiş, birinci instansiya məhkəməsi tərəfindən faktiki olaraq işin halları tam və hərtərəfli araşdırılmayıb, onlara zəruri hüquqi qiymət verilməyib, mötəbər sübutlara məhəl qoymadan hesab edib ki, iddia tələbim təmin edilməməlidir. Məhkəmə nəzərə almayıb ki, Abşeron rayonu İcra Hakimiyyətinin 47 saylı sərəncamı və Donuzçuluq X1 xx.xx.1991 -ci il tarixli 07 saylı protokolu əsasında fərdi yaşayış evi tikmək üçün mənə ayırdığı 0,08 ha torpaq sahəsinin onun mülkiyyətinə əvəzsiz verilməsi barədə cavabdehə təqdim olunmuş sənədlər mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır və həmin sənədlər tərəfindən cavabdehə təqdim olunub. Məhkəmə qərarda cavabdeh inzibati orqanın imtinasının əsaslı olmasını qeyd etsə də bu əsasın nədən ibarət olduğunu göstərmir və göstərə də bilməz. Gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Sovxoz ləğv olunduğundan sənədlərin əldə olunması üçün Abşeron rayon Arxiv idarəsinə müraciət etmiş və Arxiv İdarəsinin xx.xx.2017-ci il tarixli F- 1036 saylı məktubu ilə “Donuzçuluq sovxozu tərəfindən fərdi ev tikməyə torpaq sahəsinin mənə ayrılması öz təsdiqini tapmışdır. Ona ayrılmış torpaq sahəsi hal-hazırda Xəzər rayon ərazisində yerləşdiyi üçün torpaq sahəsinin cizgi və xəritəsinin alınması məqsədilə Xəzər rayon İcra Hakimiyyətinə müraciət etmiş və Xəzər rayon İcra Hakimiyyıtinin xx.xx.2017-ci il tarixli P-19- 091 saylı məktubu ilə mənə ayrılmış torpaq sahəsinin xəritəsi və cizgiləri barədə sənədlər verilmişdir. Sənədlər əldə edildikdən sonra birinci dəfə cavabdeh onun müraciətinə imtina verərkən xx.xx.2017-ci il tarixli məktubunda bildirmişdir ki, guya ona ayrılan torpaq sahəsi Dövlət Neft Şirkətinə aiddir. Dövlət Neft Şirkətinə müraciət etdi isə sonuncu 06 İyul 2018-ci il tarixli **********60033B00406 nömrəli məktubunda göstərilmişdir ki, onun istifadəndə olan torpaq sahəsi SOKAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları xaricindədir. Həmin məktub sənədlərməyə əlavə edilib, xx.xx.2020-ci il tarixdə yenidən cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli məktubu ilə bu dəfə başqa bir bəhanə ilə, ona ayrılmış ərazinin Binə “Donuzkökəltmə” sovxozunun ərazi hüdudlarından kənarda olduğunu göstərməklə qeydiyytdan imtina etmişdir. Cavabdehin eyni məzmunlu müraciətlərimə fərqli cavab verməsi anlaşılmazdır. Bu onu göstərir ki, cavabdehin imtinası əsassız, iddia tələbi isə əsaslıdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli 10/373 saylı ekspert rəyində bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş **********92 saylı, xx.xx.2021 -ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Binə “Donuzkökəltmə” sovxozunun ərazisi hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə nəzərə almayıb ki, cavabdeh tərəfindən verilmiş iki fərqli imtina özü-özlüyündə sübut edir ki, cavabdehin torpağın dövlət qeydiyyatına alınmasından imtinaları əsassız olub, habelə, ekspert rəyinin əsassızlığı da onunla süburt olunur ki, bu rəyin hazırlanması Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2021 -ci il tarixli mütəxəssis rəyi əsasındadır. Yəni, torpağın ərazi hüdudlarının müəyyənləşdirilməsi elə cavbdehə həvalə edilib. Buna görə də həmin ekspetriza rəyi məhkəmə üçün iddianın təmin edilməməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.3-cü maddəsinə əsasən başqa ekspertə həvalə olunmaqla iş üzrə təkrar tikinti-texniki ekspertizasının təyin edilməsi barədə tərəfimizdən vəsatət verilsə də nədənsə məhkəmə vəsatətin təmin edilməməsi qərarına gəlib. Halbuki, təkrar ekspertiza keçrilməsi və ekspertizanın başqa ekspert və müstəqil mütəxəssislərdən təyin edilməsi iş üzrə obyektiv nəticəyə gəlmək üçün əsasi idi.Məhkəmə nəzərə almayıb ki, cavabdehin mənə verilmiş torpağ üzərində hüquqlarımı qeydiyyata almaqdan imtinası əsassız və qanunsuzdur, cavabdehin imtinasının əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmayıb...» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, eyni zamanda, göstərmişdir ki, 1991-ci ildə iddiaçıya torpaq sahəsi ayrıldıqdan sonra orada birmərtəbəli yaşayış evi inşa etmiş, 1994-cü ildən etibarən həmin evdə yaşamağa başlamışdır. Həmin ərazidə iddiaçı ilə, iki həyət evi aralıda, qonşuluğunda olan digər şəxsə (X4) məxsus torpaq sahəsinə və həmin torpaqda yerləşən evinə dair mülkiyyət hüququ cavabdeh tərəfindən qeydə alındığı halda, əsassız olaraq 1991-ci ildən iddiaçıının istifadə etdiyi torpaq sahəsinin, «Dönuzkökəltmə » sovxozunun hüdudları kənarrında yerləşdini əsas gətirərək, əsassız olaraq qeydiyyatından imtina edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Nizamlı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İş materiallarna əsasən işin aşağıdakı həqiqi halları müəyyən olunur: Binə “Donuzkökəltmə” sovxozunun 19 avqust 1991-ci il tarixli 108 №-li əmrinin (çıxarış) notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sovxoz direktorunun Abşeron rayon İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 47 №-li qərarına müvafiq olaraq (protokol No 7, 16 iyul 1991-ci il) qəbul etdiyi həmin əmri ilə İddiaçı fərdi yaşayş evinin tikintisi üçün 0,08 ha sahəyə malik torpaq sahəsi ayrılmışdır (i.v.11). Eyni zamanda, Abşeron rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli F-1036 saylı arxiv arayışında isə aşağıdakılar təsbit olunur:“Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli 108 saylı arxivdə saxlanılır. Həmin əmrdə göstərilir ki, Abşeron rayon RİK-in 47 №-li, 26.İİİ.1991-ci il tarixli qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə Əmək Kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 16.Vİİİ.1991-ci il tarixli 7 №-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,08 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur...” Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən isə isə aydın olur ki, hazırkı Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 №-li, xx.xx.1991-ci il tarixli əmri ilə Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi və xəritəsi tərtib olunub verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzrəində hüququn əmələ gəlməsi üçün əsas sayılır. Müvafiq icra hikimiyyəti, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndində isə təsbit olunur ki, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri həmin əmlaklar üzərində hüquqların əldə edildməsini təsdiq edən sənədlər hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki: -Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanupuna uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.» Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, tədqiq olunan sənədlərin təhlili aparıldıqda müəyyən edilir ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə sovxoz direktorunun əmri mövcuddur (i.v.11). Eyni məzmunlu əmr Abşeron Rayon Dövlət Arxivində də saxlanılır (i.v.7). Bundan əlavə, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən sovxoz direktorunun həmin əmri ilə iddiaçıya ayrılmış torpaq sahəsinin sxemi və xəritəsi (i.v.9 ) də hazırlanıb ona verilmişdir (İşə əlavə olunmuş SOCAR-ın iddiaçıya ünvanlanımş 06 iyul 2018-ci ili tarixli məktubundan görünür ki, həmin torpaq sahəsi neft-qaz əməliyyatları aparılması üçün ayrılmış ərazilərin hüdudları xaricindədir (i.v.10) Lakin cavabdeh işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli imtina məktubunda və hazırkı apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, iddiaçıya ayrılmış torpaq sahəsi kadastr məlumatlarına əsasən Binə “Donuzkökəltmə” sovxozunun ərazi hüdudlarından kənarda yerləşir. Bu əsasdan çıxış edərək cavabdeh iddiaçının ərizəsinin icrasını mümkün saymır. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası tərəfindən kadastr mütəxəssisi cəlb olunmaqla, ekspert tədqiqatı aparılaraq 10/373 saylı 26 may 2021-ci il tarixli ekspert rəyi (i.v.37-39; 46-48), eyni zamanda, sonradan həmin məhkəmə tərəfindən, habelə hazırkı apellyasiya mərhələsində də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin kadastr müdəxəssisinin rəyi alınmışdır kadastr (i.v.; 84-85; 160- 162). Həmin rəylərdən də görünür ki, “GPS” sistemli ölçmə aparatı ilə tədqiq olunan mübahisəli torpaq sahəsinin naturada baza məlumatlarına əsasən Binə “Donuzkökəltmə” sovxozuna ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi, eyni zamanda, torpağın hasardaxili faktiki ölçüsünün 815 kv.m təşkil etdiyi qeyd olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası, birincisi onu qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrıldığı vaxt , yəni 1991-ci ildə “GPS” sistemli ölçmə üsulu mövcud olmamışdır. Hazırkı kadastr göstəricilərində isə hansı mənbədən istifadə olunmaqla torpaq sahəsinin sovxoz ərazisindən kənarda yerləşməsi bardə qeydiyyatın aparıldığı da qeyri-müəyyəndir. Ən azından, buna dair cavabdehin heç bir sənədi-sübutu da yoxdur. İkinci bir tərəfdən, mütəxəssis rəylərinə əlavə olunmuş kosmos görüntüsündən aydın olur ki, iddiaçıya məxsus həmin torpaq sahəsi böyük bir yaşayış massivinin (təxminən orta hissəndə) yerləşir. Bundan əlavə, iddiaçının nümayəndəsinin izahatına və məhkəməyə təqdim etdiyi sənədlərə (surətlərinə) və fotoşəkilllərə əsasən müəyyən olunur ki, mübahisəli torpaq saəhsi 1991-ci ildən etibarən faktiki olaraq iddiaçının istifadəsindədir, hətta yaşamaq üçün hətta birmərtəbəli tikili də inşa etmişdir. Digər tərəfdən onunla qonşuluqda (iki həyət evi aralıqda Binə qəsəbəsi A.ünvan 3 ünvanında) yerləşən digər şəxsin fərdi yaşayış evinə və həmin evin yerləşən torpaq sahəsinə dair cavabdeh tərəfindən mülkiyyət hüquüqu qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarış verilmiş və texniki pasporta da tərtib olunmuşdur. Qeyd olunanlar baxımından, məhkəmənin qənaətinə görə sovxoz direktronun əmrinin verildiyi andan ona göstərilmiş torpaq sahəsindən istifadə etdiyi və hazrıkı yerli icra hakimiyyəti orqanı - Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən də etirazsız olaraq ona torpaq sahəsinin sxem - xəritəsi tərtib olunub təqdim olunduğu halda, həmin torpaq sahəsinin sovxoz ərazisinin hüdudlarından kənarda olması barədə kadastr göstəricələrinin qeydə alınması iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz. Ən azından, heç bir dovlət orqanı tərəfindən ona qarşı həmin torpaqla bağlı iddia tələbi irəli sürülməmiş, çıxarılmasını tələb də etməmişdir. Beləliklə də, qeyd olunanlar nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinin sovxoz ərazisinin hüddlarından kənarda yerləşdyini əsas gətirən dəlilləri ilə razılaşmır. Onun, mübahisəli torpaq sahəsinin hasar daxilində faktiki olçüsünün 815 kv.m olduğunu mübahisələndirməsinə gəldikdə isə iddiaçı, həmin 15 kv.m artıq torpaq sahəsinə dair hüququnun qeyd alınmasında iddialı deyil və iddia tələbində yalnız sovxoz direktorunun əmri ilə ona ayrılmış 0,08 (800 kv.m) torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Bələliklə də, cavabdeh qeydiyyat orqanı tərəfindən keçmiş Binə “Donuzkökəltmə” sovxuzunun direktorunun əmri ilə iddiaçıya ayrılmış 0,08 ha sahəyə malik torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Deməli, cavabdeh, həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasından imtina etməklə qanunla üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, iddaçının hüquqlarını pozmuşdur. Bu mənada, iddiaçı, İPM-in 34.1-ci addəsinin tələbi qaydasında, öhdəliyin icrası haqqında iddia vasitəsilə mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə olunmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara, o cümlədən, ekspert və mütəxəssis rəyinin işdə olan digər sübutlarla qarşılıqı təhlili aparılmaqla, düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarını pozulmaqla, iddianın rədd olunması barədə əsassız nəticəyə gəlinmişdir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1031/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı və İddiaçı , Abşeron rayon İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 47 №-li qərarına (protokol No 7, 16 iyul 1991-ci il) müvafiq olaraq, Binə “Donuzkökəltmə” sovxozunun direktorunun 19 avqust 1991-ci il tarixli 108 №-li əmri ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Eyni zamanda, həmin qərarla, İPM-in 29-1, 108.2 və MPM-in 115 və 119-cu maddələrinin tələblərini nəzərə alınmaqla, iş üzrə 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************), 406 manat məbləğində mütəxəssisə çəkilən xərc isə ondan alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN: ********** Hesab AZ23AİİB********************) köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1031/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı, Abşeron rayon İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 47 №-li qərarına (protokol No 7, 16 iyul 1991-ci il) müvafiq olaraq Binə “Donuzkökəltmə” sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli 108 №-li əmri ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha sahəyə malik torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin. Cavabdehdən, iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************), 406 (dörd yüz altı) manat məbləğində mütəxəssisə çəkilən xərc isə ondan alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN: ********** Hesab AZ23AİİB********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-32/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-32/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver