Məhkəmə qərarları › İş №2-1(103)-320/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-320/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-320/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilin iddiaçının adına ilkin hüquqi qeydiyata alınması və mənzilə dair reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3848/2021 saylı 08.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş bina 8, blok 1, 2 otaqdan ibarət ümumi sahəsi 82,11 kv.m olan 106 (hazırda 127) saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliynin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini aşağıdakılarla əsaslandırmışdır: «…İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş bina 8, blok 1, 2 otaqdan ibarət ümumi sahəsi 82,11 kv.m olan 106 saylı (hazırda 127 saylı) mənzili kreditlə “X2 Korporasiyası” ASC-dən almışdır. Həmin kredit müqaviləsi üzrə borcu tam ödəsə də, ASC ilə onun arasında illərlə məhkəmə mübahisəsi davam etmişdir. “X2 Korporasiyası” ASC ilk əvvəl məhkəməyə müraciət edərək, müqavilənin ləğv edilməsini və mənzilin boşaldılaraq təhvil verilməsini xahiş etmiş, həmin iddia tələbi Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 08.7.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də sonradan, Bakı Apellyasiya Məhkəməsinin 03.02.2016-cı il tarixli qətnaməsi ilə birinci instansiyta məhkəməsinin qətnaməsi ləğv edilərək rədd edilmiş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.07.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə, “X2 Korporasiyası” ASC məhkəməyə «ondan (iddiaçıdan) 28.165,83 manat məbləöində pul vəsaitinin və 30 manat tutulması barədə» iddia ərizəsi ilə də müraciət etmiş, onun iddiası Yevlax Rayon Məhkəməsinin 20 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, lakin həmin qətnamədə Şəki Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilərək iddia rədd edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.09.2019-cu il tarixli qərarı ilə 16 may 2019-cu i tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda isə “X2 Korporasiyası” ASC mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını verdiyi üçün DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək məcburiyyəti yaranmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi 25.12.2020-ci il tarixli məktubla reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. İmtinaya əsas kimi hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi, həmçinin AR Ali Məhkəməsinin 13.09.2019cü il tarixli qərarının İdarəyə göndərilməməsi göpstərilmişdir, halbuki, həmin qərarın surəti iddiaçı tərəfindən göndərilmişdir…» Cavabdeh iddia ərizəsinə etiraızda iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının adına mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3848/2021 saylı 08.07.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qərar çıxarakən “X2 Korporasiyası” ASC-nin həmin mənzil üzərinə hüquqları qeydiyyata alınmamasını qeyd etsə də həmin mənzilin yerləşdiyi binada onunla analoji müqavilə bağlamış şəxslərin hansı üsulla cavabdehdən çıxarış almalarını araşdırmamış, cavabdehin bu barədə mövqeyini öyrənməmişdir. Digər tərəfdən, məhkəmə qərarlarından görünür ki, işin mübahisələndirilməyən halı onun həmin mənzilə dair bütün ödənişləri etməyi və maliyyə arayışı olmasıdır. Hal-hazırda mənzildə uzun müddət yaşayır. Tərəfindən kommunal xərclər ödənilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunuun 8.0.6-cı maddəsinin tələblərinə əsasən iddiaçı MTK-ya müvafiq pay haqqını ödəməklə mənzilə dair mülkiyyət hüququ əldə etdiyindən onun həmin daşınmaz əmlaka mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verməlidir. Bu baxımdan məhkəmənin qərarı bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışhdır. Məhkəmə kollegiaysının 04.11.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən baxiş etmişdir (Hazırkı məhkəmə iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar başqa vaxta keçirilməsini xahiş etsə də, bununla əlaqədər təsdiqedici sübutlar məhkəməyə təqdim etmədyindən, onun həmin vəsatəti təmin olunmamış, İPM-in 62.3-cü maddəsinə əsasən iştirakı olmadan işə baxılması mümkün hesab olunmuşdur.) Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, mübahisəli mənzilin iddiaçının adına qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində təsbit olunan əsaslardan hər hansı biri mövcud olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, «hazırkı inzibati mübahisənin obyekti olan mənzilin satıcısı kimi çıxış edən "xxxx" ASC-nin həmin mənzil üzərinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, ASC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinə görə sözügedən əmlakla bağlı sərəncam vermək hüququna malik deyil. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi haqlı olaraq mənzillə bağlı müvafiq hüquq müəyyənedici sənədlərin təqdim olunmaması və mənzilin "xxxx" ASC-nin adına qeydiyyatdan keçməməsi əsası ilə iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir…» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəs isə nəzərdə tutur ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, daşınmaz əmlaka dair sərəcam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlaklara dair sərəncam verilməsi haqqında müqavilələr, o cümlədən, alqı-satqı müqavilələri notariat qaydasında təsdiqlənməlidir. İş materialarına əsasən isə müəyyən olunur ki, 28.02.2012-ci il tarixində “X2 Korporasiyası” ASC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş bina 8, blok 1, 2 otaqdan ibarət ümumi sahəsi 82,11 kv.m olan 106 saylı mənzilin 15213 №-li alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Ümumiyyətlə, həmin alqı-satqı müqaviləsi - mübahisəli mənzil və həmin mənzilin yerləşdiyi bina satıcı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan, sadə yazılı formada bağlanmışdır. Başqa sözlə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan daşınmaz əmlak iddiaçıya satılmışdır. Mülki qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olmayan müqavilənin isə bağlanmış müqavilə kimi qiymətləndirilməsi istisna olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0; 8.0.3-cü maddəsi də məhz onu nəzərdə tutur ki, «daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının Qanunuun 8.0.6-cı maddəsinə istinadən, MTK-ya müvafiq pay haqqını ödəməklə mənzilə dair mülkiyyət hüququ əldə etdiyindən, cavabdeh tərəfindən onun həmin daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarış verməli olduğunu mübahisələndirən dəlillərinə gəlincə isə, Qanunun sözügedən maddəsinə əsasən – «mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) mənzilin qeydiyyata alınması üçün əsas yaradır. İş materiallarından isə görünür ki, iddiaçıya məxsus mübahisəli mənzil isə MTK binası deyil, yaşayış binalarının tikintisi və satışı ilə məşğul olan mülki dövriyyənin iştirakçısı “X2 Korporasiyası” ASC tərəfindən inşa edilən binada yerləşən bir mənzildir. İddiaçının, həmin binada yaşayış sahəsinə malik digər şəxslərdən kimlərinsə analoji müqavilələr üzrə yaşayış sahələrinin cavabdeh tərəfindən qeydiyyata alındığını mübahisələndirən gəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, birincisi, İPMin 52-ci maddəsi baxımından iddia tələbindən kənəara çıxan məsələlər və hallar hazırkı iş üzrə məhkəmə araşdırmasının obyektini təşkil edə bilməz. İkincisi, daşınmaz əmlakın qeydə alınması və reyestrdən çıxarış verilməsi tələbinə dair işlər üzrə məhkəmə qərarları - Mülki qanunvericiliyin və «Daşınmaz əmlakın dövlət reyestri» haqqunda Qanunun tələblərinə müvafiq qəbul edilir. Çünki, İPM-in 10.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatını həyata keçirərkən hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Beləliklə də, işin tədqiq olunan sübutlarla müəyyən edilən halları və maddi hüquq normalarının qeyd olunan tələbləri baxımından, iddiaçının - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş bina 8, blok 1, 2 otaqdan ibarət ümumi sahəsi 82,11 kv.m olan 106 (hazırda 127) saylı mənzilə hüquqlarının qeydiyyata alınıb reyestrdən çıxarış verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir (İPM m 14.3.) Belə olan halda, cavabdeh tərəfindən həimin mənzilin qeydiyyatından imtina olunması qanuni əsaslara söykəndiyindən bu imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Ən azından, cavabdeh qeydiyyat orqanqı olaraq Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 23.1-ci maddəsinin tələbinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qanunvericiliklə üzərinə düşən vəzifəsinə uyğun olaraq imtina etməklə, sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o hallarda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Beləliklə də birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi barədə gəlinmiş nəticə işin hallarına və maddi hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3848/2021 saylı 08.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3848/2021 saylı 08.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar