Məhkəmə qərarları › İş №2-1(103)-320/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-320/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-320/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-743/2022 nömrəli 25 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində aldığı “Stomotologiya” ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə öhdəliklərin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-743/2022 nömrəli 25 yanvar 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-104/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-743/2022 nömrəli 25 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, İddiaçı Mayıs oğlunun Gürcüstan Respublikasının Geomedi Tədris Universitetində aldığı “Stomotologiya” ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə öhdəliklər cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1217/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-104/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyasında ikinci icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-3218/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı müsahibəyə çağırılmaqla yenidən inzibati icraatın aparılması cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilmişdir. Təhsildə Keyfiyyət Təminat Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 2-1(103)-320/2024 nömrəli iş üzrə yenidən inzibati icraatın aparılması barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-1 (103)-3218/2023 nömrəli qərardadın icrası ilə əlaqədar olaraq bildiririk ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarf’nın tələblərinə uyğun olaraq aparılan inzibati icraat yekunlaşmışdır. Aparılmış icraatın nəticəsində, Qaydalara uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq rəyi əsasında İddiaçı tanınma haqqında şəhadətnamə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü bəndinə əsasən işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia üzrə icraata xitam verilməsini Sizdən xahiş edirik (müvafiq çıxarış məktuba əlavə edilmişdir). Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, cavabdeh orqan tərəfindən təqdim edilmiş məktubu və elektron çıxarışı araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar