Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3200/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X10 cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: « qeydiyyatdan çıxarma») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, X6-Yəhyazadənin iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3592/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 413464770 nömrəli poçt qəbzinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin onun müraciətinə hər hansı cavab verilməmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri və qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli Arayışında qeyd olunmuşdur ki, X10 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan (Yeni ünvan 1 ünvanında qeydiyyatdadır.
3. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X7 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, (Yeni Suraxanı) Atamoğlan Rzayev küçəsi, ev 72, 7 saylı mənzilində istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir.
4. 139 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli Arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin, yaşayış sahəsi 48,0 kv.m olan, 4 otaqdan ibarət 7 nömrəli mənzilində İddiaçı və Doquşeva Mariyat qeydiyyatdadırlar.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri və qeydiyyat haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli Arayışında qeyd olunmuşdur ki, Doquşeva Mariyat ünvan 2 ünvanında qeydiyyatdadır.
6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3929/2018 saylı xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlat Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin, yaşayış sahəsi 48,0 kv.m olan, 4 otaqdan ibarət 7 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz amlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. 31.01.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
8. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X8 məxsus AA3339749 nömrəli şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan ünvan 5 qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X7 iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan (Yeni ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan (Yeni ünvan 1-də yerləşən daşınmaz əmlak iddiaçıya məxsusdur. Mənzilin iddiaçının adına çıxarışı, texniki pasportu vardır. Mülkiyyətində olan mənzildə iddiaçıdan başqa onunla birlikdə yaşayan xx.xx.1958- ci il təvəllüdlü bacısı Doquşeva Mariyat və orada yaşamayan xx.xx.1963-cü il təvəllüdlü qardaşı X10 qeydiyyatdadır. X7 iddiaçıya məxsus mənzildə qeydiyyatda olmasına baxmayaraq, 7 ildr ki, o, iddiaçının mənzilində yaşamır. Belə ki, X10 həyat yoldaşı X4 ilə birikdə həyat yoldaşının adına olan ünvan 6 ünvanında fərdi yaşayış evində yaşayır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda X2 məxsus olan ünvan 6 ünvanında fərdi yaşayış evinin olduğu öz təsdiqini tapmışdır. Qeyd edir ki, X10 öz həyat yoldaşı ilə özlərinə məxsus evdə 7 ildir ki, yaşayırlar. Bundan başqa X7 həyat yoldaşı X1 adına Bakı şəhəri, Suraxanı rayonu, Ləhiş bağ sahəsi, 356K saylı bağ sahəsi, həmçininn Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində torpaq sahəsi vardır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bütün bunlar qeyd edilmişdir. Beləliklə X10 ailəsinə məxsus bir neçə yerdə mülkləri olmasına baxmayaraq, onun şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan (Yeni ünvan 1 ünvanında yerləşən mənzildə yaşamadığına görə qeydiyyatdan çıxmaq istəmir. X10 ididaçının mülkiyyətində olan evdə yaşamır, o sadəcə gözdən pərdə asmaq üçün bəzi əşyalarını iddiaçının evində saxlayaraq, həftədə bir dəfə evə gəlibgedirək guya bu evdə yaşaması görüntüsünü yaradır ki, ev satılanda qeydiyyatda olduğu üçün iddiaçıdan pul qoparda bilsin. Beləliklə, X10 iddiaçı mənzilinə olan qeydiyyatı formal xarakter daşıyır. Hesab edir ki, X10 öz həyat yoldaşının adına olan evdə yaşadığına və onun mülkiyyətində olan mənzilə qeydiyyatı formal xarakter daşıdığına görə, o, iddiaçının mənzilindən qeydiyyatdan çıxarılmalıdır. Buna artıq zərurət meydana gəlmişdir. Həmin şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması gələcəkdə onun mülkiyyətilə əlaqədar alqısatqı, girov, bağışlama hüquqlarının həyata keçirilməsinə əngəl törədir. Belə ki, gələcəkdə bu əməliyyatlar həyata keçirilərsə, həmin şəxsin yazılı razılığı tələb olunacaqdır. Eyni zamanda, onun iddiaçının mənzilində qeydiyyatda olması əlavə kommunal xərclərin meydana çıxmasına səbəb olur. Odur ki, X7 iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmasına dair qərar qəbul edilməsinə zərurət meydana gəlmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15828/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən X10 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3592/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3592/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs X10 tərəfindən apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə üçüncü şəxs X5rdaşı İddiaçı və bacısı Doquşeva Mariyat ləğv edilmiş qiyabi qətnamə üzrə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, X7 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 5068/2021 saylı qətnaməsi ilə Doquşeva Mariyat və İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə X7 istifadə hüququnun olmamasına dair iddia tələbini təmin edilməməsi qət olunmuşdur.Həmçinin, X10 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilə qardaşı İddiaçı və bacısı Doquşeva Mariyat tərəfindən buraxılmadığından X10 mənzilə köçmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-416/2022 saylı qətnaməsi ilə X7 cavabdehlər Doquşeva Mariyat və İddiaçı qarşı mənzilə köçürülməyə dair hissədə iddiası təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə köçürülməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Doquşeva Mariyat və İddiaçı tutularaq mənə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4032/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-416/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-416/2022 saylı qətnaməsinin icrası, 26 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin tərtib etdiyi aktla icra edilmiş və üçüncü şəxs X10 qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə köçürülmüş və adı gedən ünvanda yaşayır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs X10 məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
20. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
21. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə –məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
22. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
28. Həmçinin, iddia mümkünlük şərtlərinə cavab verir.
29. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Bu qərarın 21-23-cü bəndləri) çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsaslıdır, odur ki, təmin edilməlidir.
30. Belə ki, mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3592/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin olunaraq üçüncü şəxs X7 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, (Yeni ünvan 7 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
31. Hazırkı apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı və Doquşeva Mariyat qardaşları-yəni, hazırkı iş üzrə üçüncü şəxs X8 bildirmədən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilindən “istifadə hüququnun itirilməsi” tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müaciət etmişlər.
32. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3137/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçıların tələbi təmin edilmişdir.
33. Hazırkı iş üzrə üçüncü şəxs X10 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qət edilmiş qiyabi qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılıb təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdim. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3137/2018 saylı, 15 iyul 2021-ci il tarixli, qərardadı ilə, həmin məhkəmənin 2(010)-3137/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək, iş üzrə icraatjn təzələnməsi qərara alınmışdır.
34. Bundan sonra hazırkı iş üzrə üçüncü şəxs X5rdaşı İddiaçı və bacısı Doquşeva Mariyat ləğv edilmiş qiyabi qətnamə üzrə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, X7 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 5068/2021 saylı qətnaməsi ilə Doquşeva Mariyat və İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə X7 istifadə hüququnun olmamasına dair iddia tələbini təmin edilməməsi qət olunmuşdur.
35. X10 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilə qardaşı İddiaçı və bacısı Doquşeva Mariyat tərəfindən buraxılmadığından X10 mənzilə köçmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-416/2022 saylı qətnaməsi ilə X7 cavabdehlər Doquşeva Mariyat və İddiaçı qarşı mənzilə köçürülməyə dair hissədə iddiası təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə köçürülməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Doquşeva Mariyat və İddiaçı tutularaq mənə ödənilməsi qət edilmişdir.
36. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4032/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-416/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
37. Qeyd olunanları nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, üçüncü şəxsin hazırda mübahisəli mənzilə dair istifadə hüququnun mövcudluğu, o cümlədən mənzildə yaşamaması ilə bağlı həmin hüquqların qüvvədə olub olmaması mülki məhkəmə icraatının predmeti olduğundan hazırkı icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi, buna uyğun olaraq hazırkı iddianın həll olunması inzibati mühakimə icraatının predmetini təşkil etmir.Çünki üçüncü şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə hüquqlarının olmaması ilə bağlı hazırkı iddianın faktiki əsasını mülki mübahisə təşkil edir.
38. Məhkəmə Kollegiyası razılaşır ki, belə olan halda aydındır ki, bu halların müəyyən edilməsinə həmçinin inzibati orqanın da səlahiyyəti olmamış, buna görə də cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
39. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
40. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirilmədən iddia təmin edilmişdir.
41. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslı olmamışdır.
42. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3592/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3592/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.