Məhkəmə qərarları › İş №2-1(103)-3202/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3202/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3202/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Üçüncü şəxs X1 nümayəndəsi X11, Üçüncü şəxs X4 vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (üçüncü şəxsər: X5 və X7) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5999/2021 saylı, 28 oktyabr 2021-ci tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyata düşməsinin qanunsuz hesab edilməsi və onun qeydiyyatdan çıxarılmasının (qeydiyyatın ləğv edilməsinin) cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5999/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Nağıyeva (Məmmədova) Zeynəb Sadıq qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və X7) çıxarışın ləğv edilməsi tələbinə dair 2-1(112)-1198/2021 nömrəli inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək iş üzrə icraat dayandırılmışdır. İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmiş, apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/2021 nömrəli 30 iyun 2021-ci il tarixli qərardadı ilə icraat dayandırılmış, həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulsada iddiaçı X6 ondan apelyasiya şikayəti verməmiş və onun tərəfindən bu qərardad mübahisələndirilməmişdir. Belə olan halda 5 (beş) ay öncə icraatı dayandırılmış və iddiaçı tərəfindən mübahisələndirilməmiş inzibati iş üzrə çıxarılmış 2-1(112)-1198/2021 nömrəli qərardada istinad etməklə hazırkı iş üzrə icraatın dayandırılmasının tam qanunsuz olduğunu hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 vəkili apelyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissədə 24.08.2018-ci il tarixdən İddiaçı, 1/2 hissədə 26.10.2021-ci il tarixdən X4 xüsusi mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/2021 nömrəli, 30.06.2021-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Nağıyeva (Məmmədova) Zeynəb Sadıq qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 89 C (9 A) saylı evə dair verilmiş 24 avqust 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. İş materiallarından aydındır ki, 2-1(112)-1198/2021 nömrəli 30 iyun 2021-ci il tarixli qərardadla Nağıyeva (Məmmədova) Zeynəb Sadıq qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və X7) üçüncü şəxs İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 89 C (9 A) saylı evə dair verilmiş 24 avqust 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işin mahiyyəti üzrə həll edilməsinə təsir göstərə biləcək digər mübahisə üzrə yekun qərarı qanuni qüvvəsini alanadək icraat dayandırılmışdır. Həmin işin yekun nəticəsi isə hazırki iş üzrə mübahisənin həllinə təsir edə biləcəyindən məhkəmə yekun akt qəbul edilib, qanuni qüvvəsini alanadək İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (üçüncü şəxsər: X5 və X7) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati iş üzrə icraatın dayandırılması barədə 2-1(112)-5999/2021 saylı, 28 oktyabr 2021-ci tarixli qərardad qəbul etmişdir. Həmin qərardaddan verildiyi apelyasiya şikayətində məhkəmənin icraatı dayandırılmış digər işə görə hazırki iş üzrə icraatı dayandırması ilə razılaşmayan iddiaçı, X3 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/2021 nömrəli 30 iyun 2021-ci il tarixli qərardadından şikayət verməmiş olmasına əsaslanmışdır. Buna münasibətdə kollegiya qeyd edir ki, inzibati iş üzrə icraatın dayandırılmasına əsas mübahisəli məsələnin həllinə təsir edə biləcək başqa bir mübahisəyə digər məhkəmə icraatı qaydasında baxılmasının davam etməsi olduqda, həmin əsas aradan qalxdıqdan sonra iş üzrə icraat təzələnərək, mübahisəyə mahiyyəti üzrə baxılaraq, həllinə dair yekun akt qəbul edilir. Belə ki, icraatın dayandırılması haqqında qərardadın qəbul edilməsi, adından da göründüyü kimi, icraatın müvəqqəti dayandırılması deməkdir, xitam verilməsi deyil. Tərəflərin icraatın dayandırılması barədə qərardaddan şikayət verməmiş olması isə yalnız icraatın dayandırılmasına etiraz etmədiklərini bildirir, işə mahiyyəti üzrə baxılmayacağı anlamına gəlmir. İcraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdıqdan sonra mübahisə mahiyyəti üzrə həll ediləcəkdir. İş materiallarından və tərəflərin izahatlarından aydın olmuşdur ki, 2-1(112)-1198/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qərardadla iddiaçı Nağıyeva (Məmmədova) Zeynəb Sadıq qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və X7) çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işin dayandırılmasına əsas olmuş iddiaçı Nağıyeva (Məmmədova) Zeynəb Sadıq qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və X7) sərəncamın etibarsız hesab edilməsinə dair iş üzrə yekun məhkəmə aktı artıq qanuni qüvvəsini almışdır. Yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya bildirir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. AR İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5999/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Elşən Kazımov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar