Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3203/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı (3-cü şəxslər Nəsimi rayon İcra Şöbəsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) “pulun ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dqaxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı (üçüncü şəxs: Nəsimi rayon İcra Şöbəsi) X3 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2256/2021 saylı 20 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışıdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1887/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2256/2021 saylı 20 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)-1887/2021 saylı xx.xx.2021- ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Hazırkı iş məhkəməyə qaytarıldıqdan sonra məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı X3 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddia ərizəsindən görünür ki, iddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)-781/2016 saylı, 18 may 2016-cı il tarixli qərarı ilə mərhum əri X2 Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin X5 İdarəsində polis nəfəri vəzifəsində 1980-ci ildən 1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500 - 2000 metrədək yüksəklikdə işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi vəzifəsinin Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəyə minmiş və icra sənədi 01 noyabr 2018cı ildə icraya yönəldilmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş müvafiq məhkəmə qərarının icra olunması ilə bağlıdır. Belə ki, iş materiallarından görünür ki, 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)- 781/2016 saylı, 18 may 2016-cı il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X5 idarəsində polis nəfəri vəzifəsində işlədiyi 1980-cı ildən-1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500-2000 metrədək yuxarıda işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə həvalə edilmişdir. İş materiallarından görünür ki, həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)- 471/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(102)-1350/2018 saylı qərarları ilə təmin edilməmişdir. İş materiallarından müəyyən edilir ki, 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 2- 1(81)- 781/2016 saylı, 18 may 2016-cı il tarixli qərar qanuni qüvvəsini aldıqdan iş üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçının hazırkı tələbi qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 2-1(81)-781/2016 saylı, 18 may 2016-cı il tarixli qərarının icrası ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçının mərhum əri X3 ödənilməli olan müavinətə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, təyin edilmiş müavinətin məbləğinin hesablanıb ödənilməsi məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş müavinətlərə münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş müavinətin ödənişlərinin aparılması üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi ilə bağlı olduğundan, həmin tələbə müstəqil iddia icraatı çərçivəsində baxılması mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Odur ki, kollegiya qeyd ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3203/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3203/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver