Məhkəmə qərarları › İş №2-1(103)-3203/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3203/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3203/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi, müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1732/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsi barədə 03 iyun 2023 və 22 fevral 2024-cü il tarixli qərarların ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixli göndəriş əsasında müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əhali Sağlamlığının Monitorinq Sisteminə əsasən müayinə olunmuş, AZS-224 və AZS-219 saylı analizlərin nəticələrinə uyğun olaraq xroniki xəstə olmağı müəyyən olunmuşdur. Xəstəliyinin yüngülləşməsi üçün müvafiq və müalicələrdən keçsə də, qısa müddət sonra xəstəliyi xroniki olduqdan sonra təkrar yenidən kəskinləşir. Qeyd olunanlara əsasən ona 2008-ci il tarixdə İ qrup, 2016-cı ildə isə İİ qrup əlil statusu verilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması və əmək pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə bildirirlər ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz K26.0 Onikibarmaq bağırsağın xorası, Kəskin, qanaxma ilə, 12 b. bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, . Ağırlaşma D50.8 Digər dəmir defisitli anemiyalar, Dəmir defisitli anemiya Yanaşı xəstəliklər K29.4 Xroniki atrofik qastrit, Eroziv qastrit Yanaşı xəstəliklər G46.8* Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ60-İ67), Baş beynin serebrovaskulyar xəstəliyi. Dissirkulyator ensefalopatiya. Ağırlaşma K31 Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri, Bulbodeformasiya Ağırlaşma K30 Dispepsiya, Həzm pozğunluğu Yanaşı xəstəliklər K44 Diafraqma yırtığı, Kardia çatmamazlığı Yanaşı xəstəliklər N41 Prostat vəzinin iltihabi xəstəlikləri, Xr. prostatit Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun agirlq dərəcəsinə gorə stasionar müalicə kursu yeterli deyil ixtisaslaşmiş müayinə və müalicə davam olunmasina qərar verilir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxii edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcə.k şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. .Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsində Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun agirlq dərəcəsinə gorə -stasionar müalicə kursu yeterli deyil ixtisaslaşmiş müayinə və müalicə davam olunmasina qərar verilir" olmuşdur. Odur ki, iddiaçının reabilitasiya bərpa müalicəsi aldıqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1732/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları ləğv edilmiş və İddiaçı xx.xx.2023-cü il tarixli göndəriş əsasında müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1732/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki; xx.xx.1960-cu il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2008-ci il tarixdən 1 il müddətinə, Mədənin xr xorası kəskinləşmə dövrü ezofaqit. Eroziv hemorragik qastrit. Hipertoniya İİ mərhələ diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir xx.xx.2014-cü il tarixdə İddiaçıya 12 barmaq bağırsağın xorası kəskinləşmə. Xr hepatoxolesistit. xr eroziv qastrit diaqnozu ilə 1 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə İddiaçıya 12 barmaq bağırsağın xorası, tez-tez qanaxma və kəskinləşmə ilə. 12 barmaq bağırsaq soğanağının çapıq deformasiyası. Həzm funksiyasının pozulması. İkincili anemiya. Xroniki hepatit diaqnozu ilə 1 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-ci il tarixdə iddiaçıya eyni diaqnoz ilə 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinə müraciət edərək müayinə edilmişdir. İddiaçıya əlavə müalicəyə ehtiyacın olması - Səbəb: “Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə kursu yetərli deyil ixtisaslaşmış müayinə və müalicə davam olunmasına qərar verilir” səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2023-cü il tarixdə Diaqnozun mətni: Əsas diaqnoz K26.0 Onikibarmaq bağırsağın xorası, Kəskin qanaxma ilə, 12 b. Bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit,. Ağırlaşma D50.8 Digər dəmir defisitli anemiyalar, Dəmir defisitli anemiya Yanaşı xəstəliklər K29.4 Xroniki atrofik, Eroziv qastrit Yanaşı xəstəliklər G46.8 Serebrovakulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ60-İ67), baş beynin serebrovaskulyar xəstəliyi. Dissirkulyator ensefalopatiya. Ağırlaşma K31 Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri, Bulbodeformasiya Ağırlaşma K30 Dispepsiya, Həzm pozğunluğu Yanaşı xəstəliklər K44 Diafraqma yırtığı, Kardia çatmamazlığı Yanaşı xəstəliklər N41 Prostat vəzinin iltihabı xəstəlikləri, Xr. prostatit Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə kursu yetərli deyil ixtisaslaşmış müayinə və müalicə davam olunmasına qərar verilir.” səbəbi ilə imtina verilmişdir. İddiaçının əyani müayinəsinin nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 22 fevral 2024-cü il tarixli qararında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiqdən, ürək nahiyəsində ağrılardan, bel nahiyəsində ağrılardan, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2004-cü ildən 12 barmaq bağırsağın xora xəstəliyindən, anemiyadan əziyyət çəkdiyini, proqramlı dializ müalicələri aldığını bildirmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, bədən çəki defisiti aşkar edilməmiş, dili nəm, ərpsizdir, qarnı yumşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Qanın ümumi analizinin nəticəsi “Hemoqlobin-138 mkmol/l, EÇS-6 mm/s) kimi müəyyənləşdirilmişdir. Vətəndaş ekspertiza zamanı heç bir instrumental müayinə və müalicə sənədlərini təqdim etməmiş, ƏƏSMN tabeliyində DTSERA-da aparılan qanın ümumi analizinin nəticəsi norma daxilində olmuş, həmçinin vətəndaş ətraflı müayinə edilməsi üçün ixtisaslaşmış tibbi müəssisəsində müayinədən keçməsi üçün göndəriş təqdim edilsə də, sonrakı günlərdə də heç bir müayinə sənədi təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xəstədə əsas xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması aşkar edilmədiyindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının iki dəlili mövcuddur: 1) iddiaçının əlavə müalicəyə ehtiyacının olması; 2) iddiaçıda olan diqaqnozun əlillik təyinatın əsas verməməsi. İmtinanın birinci dəlili ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.5.3-cü bəndindən göründüyü kimi, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndəriş verilməsi üçün əsasdır. İddiaçıya təyin ediləcək əlillik onun ilkin deyil təkrar əlilliyi olduğundan, cavabdehin əlavə müalicəyə ehtiyacının olması əsası ilə imtina verməsi əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi iİddiaçı 2004-cü ildən həmin xəstəliklərdən əziyyyət çəkir. Həmin tarixdən iddiaçıya davamlı olaraq əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasiona müalicə və müayinələrdə olmuşdur. Cavabdehin ikinci dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və K26.0 Onikibarmaq bağırsağın xorası, Kəskin qanaxma ilə, 12 b. Bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit,. Ağırlaşma D50.8 Digər dəmir defisitli anemiyalar, Dəmir defisitli anemiya Yanaşı xəstəliklər K29.4 Xroniki atrofik, Eroziv qastrit Yanaşı xəstəliklər G46.8* Serebrovakulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ60-İ67), baş beynin serebrovaskulyar xəstəliyi. Dissirkulyator ensefalopatiya. Ağırlaşma K31 Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri, Bulbodeformasiya Ağırlaşma K30 Dispepsiya, Həzm pozğunluğu Yanaşı xəstəliklər K44 Diafraqma yırtığı, Kardia çatmamazlığı Yanaşı xəstəliklər N41 Prostat vəzinin iltihabı xəstəlikləri, Xr. prostatit Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi diaqnozu qoyulmuşdur. İşin birinci instansiya icraatı zamanı məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçınnı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli T00104100EMP nömrəli Forma 088 göndərişindən görünür ki, o, həmin formada qeyd edilmiş “K26.0-Onikibarmaq bağırsağın xorası, kəskin qanaxma ilə. 12 barmaq bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə. Ağırlaşma: D50.8-Digər dəmir defisitli anemiyalar. Dəmir defisitli anemiya. K31- Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri. Bulbodeformasiya. K30-Dispepsiya. Həzm pozğunluğu. Yanaşı xəstəliklər: K81.1-Xroniki xolesistit. K29.4-Xroniki atrofik qastrit. Eroziv qastrit. K44- Diafraqma yırtığı. Kardia çatmamazlığı.N41- Prostat vəzinin iltihabı xəstəlikləri. Xroniki prostatit. İ10-Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi. G46.8- Serebrovavkulyar xəstəliklərdə baş beyinin digər mənşəli sindromları (İ60-İ67). Baş beyininin serebrovaskulyar xəstəlikliyi. Dissirkulyator ensefalopatiya” diaqnozda olan xəstəliklərdən əziyyət çəkir. Əyani müayinə nəticəsindən görünür ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini də apararaq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda olan diaqnozların əyani müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Belə ki, iş materiallarında olan ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir ki, iddiaçı Onikibarmaq bağırsağın xorası, kəskin qanaxma ilə. 12 barmaq bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə. Ağırlaşma: D50.8-Digər dəmir defisitli anemiyalar. Dəmir defisitli anemiya. K31- Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri. Bulbodeformasiya. K30-Dispepsiya. Həzm pozğunluğu. Yanaşı xəstəliklər: K81.1-Xroniki xolesistit. K29.4-Xroniki atrofik qastrit. Eroziv qastrit. K44- Diafraqma yırtığı. Kardia çatmamazlığı.N41- Prostat vəzinin iltihabı xəstəlikləri. Xroniki prostatit. İ10- Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi. G46.8- Serebrovavkulyar xəstəliklərdə baş beyinin digər mənşəli sindromları (İ60-İ67). Baş beyininin serebrovaskulyar xəstəlikliyi. Dissirkulyator ensefalopatiya xəstəliklərindən əziyyət çəkir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, bədən çəki defisiti aşkar edilməmiş, dili nəm, ərpsizdir, qarnı yumşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir”. Həmçinin cavabdeh məhkəməyə təqdim etdiyi məktublarda iddiaçının intsrumental müayinə nəticələrini təqdim etmədiyini bildirmişdir. Lakin qeyd edildiyi kimi, iddiaçının əlilliyi təkrar əlillikdir və 2004-cü ildən həmin xəstəliklərdən əziyyyət çəkir. Həmin tarixdən iddiaçıya davamlı olaraq əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasiona müalicə və müayinələrdə olmuş, həmin sənədləri cavabdeh özü məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarında iddiaçının həmin xəstəliklərdən əziyyət çəkməsinə dair ekspert rəyi də var. Lakin cavabdeh həmin sənədləri nəzərə almamasını əsaslandırmamışdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət ikinci dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatı əsas verməməsi barədə dəlili də əsassızıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:

3. Həzm sistemi orqanlarının xəstəlikləri; 3.2. Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri; 3.2.4. onikibarmaq bağırsağın xorası- K26. 3.2.5. həzm orqanlarının digər xəstəlikləri – K 92. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2004-ci il tarixdən 2023-cü ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1732/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1732/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar