Məhkəmə qərarları › İş №2-1(103)-3207/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3207/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3207/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Yunis oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-38/20218 saylı, 25 iyun 2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Yunis oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı ŞİH-in 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli qərarına əsasən X2 və İstismarı Birliyi tərəfindən verilmiş 8 nömrəli order ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0,12 ha sahəsi olan 6283 nömrəli bağ İddiaçı müharibə veteranı olmasını nəzərə alınaraq ona ayrılmışdır. O, həmin bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hazırkı cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və bildirmişdir ki, bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var, bağ sahəsi öz həqiqi yerindən 50 metr aralıda yerləşir. İddiaçı cavabdehin hərəkətlərini mübahisələndirərək, onun Bakı şəhəri, Ləhiş bağ massivindəki 6283 nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbi ilə çıxış edir. Məhkəmənin qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyularaq ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Ekspertlərinə həvalə olunmuşdur: 1) Bakı ŞİH-in 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli qərarına əsasən Bakı ŞİH X1 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 8 nömrəli orderlə İddiaçı ayrılmış 6283 nömrəli bağ sahəsinin koodinatlarının müəyyən edilməsi; 2) həmin bağ sahəsinin sxematik xəritədəki yeri ilə uyğunsuzluğun mövcud olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş ekspert rəyində bildirilmişdir ki, "xxxx" MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən iddia olunan əraziyə hər hansı mülkiyyətçiyə və ya hüquqi şəxsə torpaq sahəsinin ayrılması, eləcə də texniki və ya hüquqi sənədin verilməsi barədə məlumat olmadığından, Bakı ətrafı bağların, eləcə də Ləhiş bağlar massivlərinin ilkin arxiv sənədləri DƏDRX-in bağ sahəsinin ilkin arxiv və torpaqayırma sənədləri barədə "xxxx" MMC-nin arxiv və elektron bazasında heç bir məlumat olmadığından, İddiaçı ayrılmış 6283 nömrəli bağ sahəsinin koordinatlarını və həmin bağ sahəsinin sxematik xəritədəki yeri ilə uyğunsuzluğun mövcud olubolmamasını müəyyən etmək mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya Bakı ŞİH-in 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6293 nömrəli bağ sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərarda qeyd edilmişdir ki, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluğu iddiaçının iradəsindən irəli gələn hal deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Belə hal, habelə bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmaması da hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Cavabdehin imtinasında göstərilənlər, məhkəmə qərardadı ilə keçirilmiş ekspertiza ilə təsdiqini tapmamışdır. Hazırkı iddiaçı Bakı ŞİH X2 və İstismarı Birliyi tərəfindən verilmiş 8 nömrəli order əsasında Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 6283 nömrəli bağ sahəsinə onun qanuni istifadəçi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1914/2018 saylı iş üzrə 17 avqust 2018-ci il tarixli qərarı ilə cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 48/2019 saylı iş üzrə 9 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 17 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Maraqlı şəxs Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, onun işə üçüncü şəxs qismində cəlb olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarı ərizəçi Maraqlı şəxs 11 aprel 2023- cü il tarixdə təqdim edilmişdir və həmin tarixdə qeyd olunan qərarla tanış olduqdan sonra ona hüquqlarının pozulduğu məlum olmuşdur. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 fevral 2018-ci il tarixli müvafiq qərarı ilə İddiaçı iddiası təmin edilərək, ona Bakı ŞİH-in 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 6283 nömrəli bağ sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Sözügedən bağ sahəsi (torpaq sahəsi) ərizəçinin əri mərhum X5 məxsusdur. Bakı ŞİH-in 311 saylı 8 fevral 2005-ci il tarixli sərəncamı əsasında X2 və İstismarı Birliyinin “bağın istifadəyə verilməsi haqqında” 34255 saylı 9 fevral 2005-ci il tarixli müqaviləsi ilə Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsi X5 ayrılmışdır. Bakı ŞİH-in X2 və İstismarı Birliyi tərəfindən tərtib edilərək təsdiq edilmiş 6245 nömrəli bağ sahəsinin sxemində 6245 nömrəli bağ sahəsinin sol və sag tərəflərdən 6244 və 6246 nömrəli bağ sahələri ilə, ön hissədən yol ilə arxa tərəfdən isə 6280 nömrəli bağ sahəsi ilə əhatə olunduğu müəyyən edilmişdir. 9 mart 2015-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair Bakı şəhəri 36 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır və ərizəçi vərəsə kimi tanınmışdır. Qeyd edilən torpaq sahəsinə mülkiyyət sənədinin verilməsi məqsədi ilə Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə 24 fevral 2023-cü il tarixli məktub ünvanlanmışdır. Həmin İdarənin 27 mart 2023- cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" bildirişində qeyd edilmişdir ki, İdarənin mütəxəsisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən olunmuşdur, kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin İdarənin 27 oktyabr 2016-cı il tarixli bildirişində və 17 yanvar 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, bağ sahəsinin (iddia edilən) yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var. Belə ki, göstərilən (iddia edilən) bağ sahəsi öz yerindən 50 metr aralı məsafədə yerləşir. Bu da o deməkdir ki, Ləhiş bağlar massivində bağların bölgü sxeminə və Əmlak Komitəsinin elektron kadastr məlumatlarına əsasən iddia edilən bağ sahəsi – 6283 nömrəli bağ sahəsinin yeri deyil, həmin nömrəli bağ sahəsinin öz yeri 50 metr aralı məsafədə yerləşir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 22652 nömrəli 20 dekabr 2017-ci il tarixli ekspert rəyində bildirilmişdir ki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən iddia olunan əraziyə hər hansı mülkiyyətçiyə və ya hüquqi şəxsə torpaq sahəsinin ayrılması, eləcə də texniki və ya hüquqi sənədin verilməsi barədə məlumat olmadığından, Bakı ətrafı bağların, eləcə də Ləhiş bağlar massivlərinin ilkin arxiv sənədləri DƏDRX-in bağ sahəsinin ilkin arxiv və torpaqayırma sənədləri barədə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin arxiv və elektron bazasında heç bir məlumat olmadığından İddiaçı ayrılmış 6283 nömrəli bağ sahəsinin koordinatlarını və həmin bağ sahəsinin sxematik xəritədəki yeri ilə uyğunsuzluğun mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, onun (ərizəçinin) bir vərəsə olaraq hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, ona bir vərəsə olaraq məxsus olan bağ sahəsinin (torpaq sahəsinin) İddiaçı tərəfindən zəbt edilərək hasara alındığı və hal-hazıradək istifadə edildiyi müəyyən olunmuşdur. Ən vacib məsələ isə ondan ibarətdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarı ilə Ləhiş bağ massivində yerləşən 6283 nömrəli bağ sahəsinə aid 8 nömrəli order sözügedən – mübahisəli bağ sahəsinin (torpaq sahəsinin) hüquqmüəyyənedici sənədi kimi əsas götürülmüş və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla da o (ərizəçi), mülkiyyətində olan torpaq sahəsindən məhrum olunmuşdur (Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29 maddələri). Göstərilənlərə və İPM-in 28.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarına əsaslanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, onun işə üçüncü şəxs qismində cəlb olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-38/20218 saylı, 25 iyun 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs ərizəsi (vəsatəti) təmin edilməmişdir. Qərardaddan narazı qalan ərizəçi apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti ərizəyə uyğun tərtib edilmiş qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər və ya yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında göstərilmişdir ki: - İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. - Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı Yunis oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin olunaraq iddiaçıya Bakı ŞİH-in 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6293 nömrəli bağ sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almış və qərar icra edilərək iddiaçıya müvafiq çıxarış verilmişdir. Daha sonra Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarının onun hüquqlarını pozduğunu və hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilərək, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.Ərizənin əsası kimi qeyd edilmişdir ki, iddiaçının üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış 6283 nömrəli bağ sahəsi ilə ərizəçinin mərhum əri X5 Bakı ŞİH-in 311 saylı 8 fevral 2005-ci il tarixli sərəncamı əsasında X2 və İstismarı Birliyinin “bağın istifadəyə verilməsi haqqında” 34255 saylı 9 fevral 2005ci il tarixli müqaviləsi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsi ilə faktiki olaraq üst-üstə düşür. Bu hal onun mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır. Belə ki, ərizədə qeyd edilmiş, eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" bildirişində qeyd edilmişdir ki, İdarənin mütəxəsisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən olunmuşdur, kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin İdarənin 27 oktyabr 2016-cı il tarixli bildirişində və 17 yanvar 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, bağ sahəsinin (iddia edilən) yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var. Belə ki, göstərilən (iddia edilən) bağ sahəsi öz yerindən 50 metr aralı məsafədə yerləşir. Digər tərəfdən qeyd edilməlidir ki, işin birinci instansiya icraatı zamanı məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli, 22652 №-li ekspert rəyində də "xxxx" MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən iddia olunan əraziyə hər hansı mülkiyyətçiyə və ya hüquqi şəxsə torpaq sahəsinin ayrılması, eləcə də texniki və ya hüquqi sənədin verilməsi barədə məlumatın olmadığı, Bakı ətrafı bağların, eləcə də Ləhiş bağlar massivlərinin ilkin arxiv sənədləri DƏDRX-in bağ sahəsinin ilkin arxiv və torpaqayırma sənədləri barədə "xxxx" MMC-nin arxiv və elektron bazasında heç bir məlumat olmadığı, İddiaçı ayrılmış 6283 nömrəli bağ sahəsinin koordinatlarını və həmin bağ sahəsinin sxematik xəritədəki yeri ilə uyğunsuzluğun mövcud olub-olmamasını müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi iddia tələbinin mahiyyəti üzrə qərar qəbul edilərkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisələnidirilən bağ sahəsinə digər şəxslərin hüquqlarının mövcud olub-olmaması tam olaraq müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırkı iş üzrə ərizəçinin vəsatəti rədd edilərkən belə məhkəmə tərəfindən ərizədə qeyd edilmiş hallar nəzərə alınmamışdır. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-38/20218 saylı, 25 iyun 2023-cü il tarixli qərardadı ləğv edilməli, Maraqlı şəxs ərizəsi təmin edilərək, üçüncü şəxs qismində cəlb olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı ləğv edilməli, işə mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Ərizəçi Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-38/20218 saylı, 25 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Maraqlı şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə icraat təzələnsin. İddiaçı Yunis oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar