Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3207/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (3-cü şəxs X16 cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: « övladlığa götürmək istəyən şəxslər (şəxs) kimi uçota alınmanın bərpa edilməsi öhdəliyinin qoyulması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçılar İddiaçı1, iddiaçıların vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X6, 3-cü şəxs X7 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1794/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 17.08.1984-cü il tarixdə verilmiş X-Ж seriyalı 323968 №-li, doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1984-cü il doğumlu X1 ata qrafasında X3, ana qrafasında isə X19 qeyd olunmuşdur.
2. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 088531 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə X20 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin noyabr ayının 11-ci günündə 1714 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Qulu-zadə soyadı verilmişdir.
3. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 252628 №-li, ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qulu-zadə Murad Nemətulla oğlu xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 06-cı ayının 16-cı günündə 642 № ilə qeyd edilmişdir.
4. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 827458 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qulu-zadə Hikmət Murad oğlu xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2022-ci ilin dekabr ayının 26-cı günündə 8949 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Qulu-zadə Murad Nemətulla oğlu, anası qrafasında isə Qulu-zadə Dilarə Adil qızı qeyd olunmuşdur.
5. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin 3-16-5/4-13- 10048/24 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 xx.xx.1975-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.1957-ci il təvəllüdlü X12 ilə bağlanmış nikahının pozulması xx.xx.1980-ci ildə adıçəkilən qurumda qeydə alınmışdır. İddiaçı1 xx.xx.1932-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.1953-cü il təvəllüdlü Qulu-zadə (Əkbərova) X28 ilə nikaha daxil olmuş, bu nikahdan xx.xx.1984-cü ildə Murad Quluzadə, xx.xx.1986- cı ildə Vasif Quluzadə doğulmuşdur. Nikahın pozulması xx.xx.2022-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində qeydə alınmışdır. İddiaçı1 xx.xx.2022-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində xx.xx.1985-ci il təvəllüdlü X16 ilə bağlanmış nikahının pozulması xx.xx.2023-cü ildə sonuncu qurumda dövlət qeydiyyatına alınmışdır.
6. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş: Valideyin-namizəd(lər) haqqında şəxsi məlumatlardan müəyyən olunur ki, övladlığ götürmək istəyənlər xx.xx.1983-cü ildə nikaha daxil olmuş xx.xx.1951-ci il təvəllüdlü X2 və xx.xx.1953cü il təvəllüdlü X13r. Övladlığa götürülən şəxs isə nəvələridir.
7. Evdə yaşayan uşaqlar barədə məlumatdan müəyyən olunur ki, xx.xx.2016-cı il təvəllüdlü X21 və xx.xx.2022-ci il təvəllüdlü X14 yəni nəvələri ilə birlikdə yaşayırlar.
8. Ailə ilə birgə yaşayan digər şəxslər haqqında məlumatdan müəyyən olunur ki, xx.xx.1985-ci il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X21 və xx.xx.2022-ci il təvəllüdlü X14 övladlğı götümək istəyən şəxslərlər birlikdə yaşayırlar.
9. Qiymətləndirmə çərçivəsindən (Valideyin-namzəd(lər)in uşaqda önəm vergiyi xüsusiyyətlər) müəyyən olunur ki, valideyin- namizdələrin övladlığa götürmək istədikləri uşaq xx.xx.2022-ci il təvəllüdlü X8r. Uşaq sağlam uşaqdır, səhhətində heç bir problemlər yoxdur.
10. Valideyin-namizəd(lər)in övladlığa götürmə motivasiyasına dair məlumatda qeyd olunmuşdur ki, müsahibə zamanı valideyin namizədlərin bildiridiyinə görə, övladlığa götürmənin əsas səbəbi bioloji atanın dünyasını dəyişdikdən sonra onların 2 azyaşlı övladlarına gələcəkdə bioloji ananın onlara savadsızlığı ucbatından lazımi qayğı göstərə bilməməsidir. Valideyin-namizdələr əsas səbəblərdən biri olaraq ananın təhsilinin olmaması, gələcəkdə bununla bağlı maddi çətinlik yaşayacaqlarını, uşaqlara baxa bilməyəcəyini göstərmişdir.
11. Valideyin-namizəd(lər)in təhsili barədə məlumatdan müəyyən olunur ki, ana- Bakı Neft Texnikomu (orta-ixitsas), ata isə X10 (orta ixtisas) təhsil almışdır. Valideyin namizəd orta 1957-1969-cu illərdə Lənkəran şəhər Xolmili kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə rabitə Elektro Texnikomunun tornaçı ixtisasına yiyələnmişdir. Valideyin namizəd ana 1960-1970-ci illərdə Sabunçu rayon 81 №-li tam orta məktəbi bitirmişdir. 1978-ci ildə Bakı Neft Texnikomunun materiaların kəsməklə emalı ixtisası üzrə təhsil almışdır.
12. Valideyin-namizdə(lər)in işi barədə məlumatdan müəyyən olunur ki, ana yaşa görə 300 manat məbləğində pensiya alır, ata 700 manat pensiya, 1000 manat məbləğində əmək haqqı cəmi 2000 manat məbləğində gəlir əldə edirlər. Ata işini sevdiyini, işinin ağır olmadığını, işində heç bir stres yaşamadığını qeyd etmişdir.
13. Valideyin-namizd(lər)in sosial əhatəsi barədə sosial işçinin xüslasəsindən müəyyən olunur ki, valideyin-nazmizədlərin ətrafında qohum, qonşu, dost-tanışları var, münasibətləri yaxşıdır. Ünsiyyətçil ailədirlər. Valideyin-namizədlər asudə vaxtlarını ailəsi, nəvələri ilə birlikdə keçirməyə üstünlük verdiklərini bildirmişdirlər. Yaşadıqları ünvanda uşağın inkişafı ilə bağlı təhsil, dini inanclar, dövlət qurumlarının olmasından məlumatlıdırlar.
14. Hər bir valideyinin digərinin xüsusiyyətlərini 1-dən 4-ə kimi qiymətləndirməsindən sosial işçinin xülasəsində qeyd olunmuşdur ki, valideyn-namizdələrin ailələri çox geniş mehriban ailə olmuşlar, böyüdükləri ailədə çox yaxşı tərbiyə almışdırlar. Ailədə qarşılıqlı şəkildə bir-birilərinə hörmət edilər. Ailədaxili problemlər yaranarkən qarşılıqlı, anayışlı şəkildə həll etməyə çalışırlar. Məsləhət lazım olduqda valideyinnamizdələr bir-biriləri ilə məsləhətləşirlər. Uşağa cəza vermək, onu tətbiq etməyin düzgün olmadığını bildirmişdirlər.
15. Valideyin-namizəd(lər)in qiymətləndirilməsinin hesabatından- qiymətləndirmənin analiz sxemindən müəyyən olunur ki, bilavasitə valideyin-namizədlə işləyən sosial işçi tərəfindən keçirilmiş dəyərləndirmənin balı-yaxşı olaraq qiymətləndirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
16. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra mətndə AR ƏƏSMN) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlığa götürmək istəyən şəxslərin (şəxsin) uçota alınmasının cavabdeh AR ƏƏSMN tərəfindən bərpa olunmaqla, xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunun tərəflərindən övladlığa götürülməsinin onun mənafelərinə uyğunluğu barədə müsbət rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, oğulları xx.xx.1984-cü il təvəllüdlü Qulu-zadə Murad Nemətulla oğlu xx.xx.2015-ci il tarixdə Ədilova (Quluzadə) Dilarə Adil qızı ilə rəsmi nikaha daxil olub ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü İddiaçı2 Murad qızı və xx.xx.2022-ci il təvəllüdlü X14 olmaqla iki övladları doğulmuşdur. Hikmət hələ ana bətnində olarkən oğlulları Murad xx.xx.2022-ci il tarixdə, övladını görmədən vəfat etmişdir. Baş vermiş ağır itki ailələrini sarsıtmış, Hikmət dünyaya gəldikdən sonra Murada olan istək və məhəbbətləri Hikmətə keçmişdir. Hikmət, oğlu Muradın yadigarı olduğundan, onu öz doğma övladları hesab etdiklərindən, işləyərək maddi və fiziki imkanları bir neçə oğul övladını böyütməyə imkan verdiyindən nəvələri Hikmətin övladığa götürülməsi barədə cavabdehə müraciət edilmişdir. Tələb olunan zəruri sənədlər toplanılaraq tərəfərindən təqdim olunmuş, cavabdehin xx.xx.2023-cü il tarixli cavabına əsasən “valideynnamizədlər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibə mərhələsindən övladlığa götürmənin məqsədlərinin uşağın mənafelərinə uyğun olmadığı səbəbindən keçmədiyi üçün Ailə Məcəlləsinin 119.10.2-ci maddəinə əsasən uçotdan çıxarıldığı, valideyn-namizədlər Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarıldıqları üçün Ailə Məcəlləsinin 119.11-ci maddəsinə uyğun olaraq 1 ildən sonra təkrar uçota alına bildiyini” qeyd edərək hərtərəfli araşdırma aparmadan müraciətlərindən qanunsuz olaraq imtina edilmişdir. İmtina edilərkən Hikmətin nəvələri olması, onun övladlığa götürlməsinə anasının razılığı, həyat şəraitləri, maddi, mənəvi və fiziki imkanlara malik olmağı, bütün bunların nəvələri Hikmətin mənafelərinə tam uyğun olması naməlum səbəblərdən nəzərə alınmamışdır. Bundan başqa cavabdeh övladlığa “götürmənin məqsədlərini uşağın mənafeləyinə uyğun olmadığını” qeyd edərək uyğunsuzluğun nədən ibarət olmasını ümumiyyətlə imtinasında əsaslandırmamış, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddətləri və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar imtinada öz əksini tapmayaraq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmamışdır.
18. Cavabdeh inzibati orqan AR ƏƏSMN-nin məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında (münasibəti) göstərmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1953-cü il təvəllüdlü Qulu-zadə X30 xx.xx.2023-cü il tarixində nəvəsinin övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək, övladlığa götürən şəxs kimi uçota alınması üçün zəruri sənədləri təqdim etmişdirlər. xx.xx.2023-cü il tarixində övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə iddiaçılarla müsahibə aparılmışdır. Müsahibə zamanı övladlığa verilən uşaq xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunun, bioloji anası Qulu-zadə Dilarə Adil qızı, bacısı Qulu-zadə Aidə Murad qızı ilə birlikdə babası İddiaçı1 və nənəsi İddiaçı2 ilə birgə eyni ünvanda yaşadığı və ona əsas qayğının hazırda faktiki olaraq bioloji anası tərəfindən göstərildiyi müəyyən edilmişdir. Uşağın bioloji atası Qulu-zadə Murad Nemətulla oğlu isə xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Habelə, müsahibə zamanı iddiaçılar bioloji atanın vəfatından sonra uşağın gələcəkdə məhz maddi cəhətdən sıxıntı çəkməməsi və ona bu istiqamətdə dəstək olmaq məqsədi ilə övladlığagötürmə ilə bağlı müraciət etdiklərini dəfələrlə qeyd etmişlər. İddiaçıların nəvələrini övladlığa götürmələrinin əsas səbəbi kimi qeyd etdiyi hallar həm valideyn-namizədlərin qiymətləndirilməsi sənədlərində, həm də valideyn namizədlərin qiymətləndirilməsinin yekun hesabatında öz əksini tapmışdır (əlavə olunur). Həmçinin bioloji ana ilə aparılmış söhbət zamanı o da uşağın gələcəkdə maddi tələbatlarını ödəməkdə çətinlik çəkəcəyindən uşağı övladlığa verməyə razı olduğunu bildirmişdir. İddiaçı1 hazırda “X35” Qapalı Səhmdar Cəmiyyətində tornaçı kimi çalışaraq aylıq 1000 manat məbləğində əmək haqqı və yaşa görə 700 manat məbləğində pensiya, İddiaçı2 isə yaşa görə 300 manat məbləğində pensiya alır və bu səbəbdən iddiaçılar tərəfindən övladlığagötürmə müəyyən maddi (məsələn, pensiya yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilməklə formal övladlığagötürmə ilə nəticələnə bilər. İşin hallarından da göründüyü kimi, iddiaçıların öz nəvələrinə övladlığa götürməkdə məqsədləri övladlığagötürmə institutunun mahiyyətinə tamamilə zidd olmaqla formal xarakter daşıyır. Belə ki, onlar nəvələrini övladlığa götürmədən də istənilən vaxt ona maddi dəstək ola bilərlər. Hazırki vəziyyətdə övladlığa götürülmək istənilən uşağın valideyn qayğısı ilə əhatə olunduğunu, iddiaçıların pensiyaçı olduğunu və əsas məqsədlərinin övladlığa götürülmüş nəvələrinin gələcəkdə ailə başçısını itirməyə görə pensiya almaq olduğunu nəzərə alaraq Nazirlik tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə istinadən iddiaçılar uçotdan çıxarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. “Uşaq hüquqları” haqqında 1998-ci il 19 may tarixli Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 32-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2009-cu il 29 oktyabr tarixli, 01/2009 nömrəli qərarının 24-cü bəndinə əsasən valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsil məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimləndiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyin qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlğıa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqan AR ƏƏSMN-nin nümayəndələri X17 və X9 məhkəməyə təqdim olunmuş etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1794/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladlığa götürmək istəyən şəxslər (şəxs) kimi uçota alınmasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunması qərara alınmışdır.(İddia rəyin verilməsi hissədə mümkün sayılmamışdır.)
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından görünür ki, övladlığa götürülmək istənilən uşağın valideyn qayğısı ilə əhatə olunduğunu, iddiaçıların pensiyaçı olduğunu və əsas məqsədlərinin övladlığa götürülmüş nəvələrinin gələcəkdə ailə başçısını itirməyə görə pensiya almaq olduğu nəzərə alınmaqla Nazirlik tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə istinadən iddiaçılar uçotdan çıxarılmışdır.
21. Valideyin-namizəd(lər)in qiymətləndirilməsinin hesabatından- qiymətləndirmənin analiz sxemindən müəyyən olunur ki, bilavasitə valideyin-namizədlə işləyən sosial işçi tərəfindən keçirilmiş dəyərləndirmənin balı-yaxşı olaraq qiymətləndirilmişdir.
22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat c) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, İddiaçılar İddiaçı1 və Qulu-zadə X30 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – Nazirlik) qarşı “övladlığa götürən şəxsin uçota alınması barədə” tələbi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vasitəsilə müraciət edərək, övladlığa götürmək istəyən şəxslərin (şəxsin) uçota alınması bərpa edilərək övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsinə dair müsbət rəy verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə uçota alınma hissəsinə münasibətdə qismən təmin olunmuşdur. Bildirirlər ki, iddiaçı xx.xx.1951-ci il təvəllüdlü İddiaçı1 ögey ata kimi nikahda olduğu şəxsin övladı xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunu övladlığa götürmək üçün xx.xx.2023-cü il tarixində Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə (bundan sonra – Altsistem) müraciət etmişdir. Müraciətə baxılması zamanı müəyyən edilmişdir ki, İddiaçı1ögey ata kimi övladlığa götürmək istədiyi uşaq onun bioloji nəvəsidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahındanQulu-zadə Murad Nemətulla oğlu, sonuncunun isə Qulu-zadə Dilarə Adil qızı ilə nikahından Qulu-zadə Hikmət Murad oğlu və Quluzadə Aidə Murad qızı dünyaya gəlmişdir. xx.xx.2022-ci il tarixində Qulu-zadə Murad Nemətulla oğlu vəfat etmiş, xx.xx.2022-ci il tarixində isə iddiaçı N.İddiaçı2Qulu-zadə ilə nikah münasibətlərinə xitam verərək vəfat etmiş oğlunun həyat yoldaşı ilə nikaha daxil olmuşdur. Övladlığa götürmə müraciətinin formal xarakter daşıdığı və övladlığa götürülən uşağın mənafeyinə uyğun gəlmədiyi müəyyən edildiyindən müraciətə Nazirlik tərəfindən imtina verilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində İddiaçı1 D.Qulu-zadə ilə nikah münasibətlərinə xitam verərək xx.xx.2023cü il tarixində yenidən İddiaçı2 ilə nikaha daxil olmuş və xx.xx.2023-cü il tarixində iddiaçılar birlikdə nəvələri Qulu-zadə Hikmət Murad oğlunu övladlığa götürmək üçün Nazirliyin Altsisteminə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində iddiaçılar ilə müsahibə keçirilmiş və məlum olmuşdur ki, övladlığa götürülən uşaq Qulu-zadə Hikmət Murad oğlu bioloji anası D.Qulu-zadə, bacısı Qulu-zadə Aidə Murad qızı, babası İddiaçı1 və nənəsi İddiaçı2 ilə birgə eyni ünvanda yaşayır və ona əsas qayğı faktiki olaraq bioloji anası tərəfindən göstərilir. İddiaçılar bioloji atanın vəfatından sonra uşağın gələcəkdə məhz maddi cəhətdən sıxıntı çəkməməsi və ona dəstək olmaq məqsədi ilə övladlığa götürmə ilə bağlı müraciət etdiklərini, gələcəkdə uşağa birlikdə qayğı göstərəcəklərini dəfələrlə qeyd etmiş bununla bağlı qiymətləndirmə sənədlərini imzalamışdır. xx.xx.2023-cü il tarixində iddiaçılarla övladlığa götürülən uşaq arasında nəvə-baba (nənə) münasibətləri olduğundan, eləcə də övladlığagötürmənin formal xarakter daşıması səbəbindən iddiaçılar müsahibə mərhələsindən keçməmiş və buna uyğun olaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 119.10.2-ci maddəsinə uyğun olaraq müsahibə mərhələsindən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədiyi üçün uçotdan çıxarılmışdır. Nazirlik nənəbaba tərəfindən övladlığa götürmə zamanı valideyn-namizədlərlə övladlığa götürülən uşaq arasında münasibətlərin formal olmasına, onlar arasında münasibətin Ailə Məcəlləsi ilə tənzimləndiyi, eləcə də uşağın valideyn qayğısı ilə əhatə olunması hallarına xüsusi diqqət edir və belə halları yolverilməz hesab edir. Uşağın üstün mənafeyi və qanunlardan sui-istifadənin yolverilməzliyi prinsipini rəhbər tutaraq, uşağın bioloji anası ilə birgə yaşadığını, ona əsas qayğı göstərənin məhz bioloji anası olduğunu, iddiaçıların maddi maraqlar naminə övladlığa götürmək istədiklərini, eləcə də iddiaçıların övladlığa götürmədən də nəvələrinə maddi dəstək ola biləcəklərini nəzərə alaraq, sözügedən övladlığagötürməni uşağın mənafeyinə uyğun hesab etmir və müsahibə mərhələsi zamanı qiymətləndirmənin Nazirliyin müstəsna və diskresion səlahiyyətlərinə aid olduğunu, iddiaçıların qanunvericiliyin tələblərinə uyğun uçotdan çıxarıldığını və Ailə Məcəlləsinin 119.11ci maddəsinə əsasən onların 1 il müddətinə uçotdan kənarlaşdıqlarını nəzərinizə çatdırırlar. Eləcə də, Nazirlik tərəfindən övladlığa götürmənin uşağın mənafeyinə uyğun olmadığı məlum olduqda vətəndaşlara bu və şikayət verilə biləcək orqanlar barədə məlumatlar yazılı formada onların Altsistemdə şəxsi kabinetinə məlumat yerləşdirilir və şifahi telefon vasitəsilə bildirilir. Bakı İnzibati Məhkəməsi Nazirliyin mövqeyi və qeyd olunanlarla razılaşmayaraq, iddiaçılara məlumat verilmədiyini, onların münasibətinin öyrənilmədiyini və icraata cəlb edilmədiyini, eləcə də müsahibə zamanı qiymətləndirmənin obyektiv, hərtərəfli və düzgün aparılmadığını əsas götürərək iddianı uçota alınmanın bərpa edilməsi hissəsinə münasibətdə təmin etmişdir. “Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Uşaq hüquqlarına dair BMT Konvensiyasının 3-cü maddəsinə əsasən Məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Uşağın öz bioloji valideyninin himayəsində ola-ola baba-nənəsi tərəfindən övladlığa götürülməsi və onları öz valideyni hesab etməsi uşağın üstün maraqlarına uyğun hesab edilmir. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun 32-ci maddəsinə əsasən Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürmənin bu müddəaya zidd olaraq şəxsi mənfəət əldə etmək məqsədi daşımasına baxmayaraq məhkəmənin iddianı təmin etməyi qanunsuz və əsassızdır. Məlumat üçün bildirirlər ki, Ali Məhkəmənin 2(102)-2145/2023 nömrəli işüzrə xx.xx.2023-cü il tarixli “övladlığa götürülmə” tələbinə dair iddiaçının verdiyi kassasiya şikayəti üzrə qəbul edilmiş qərarında da qeyd edilir ki, “66...Ailə Məcəlləsinin 120-ci maddəsinin tələbi baxımından ərizəçinin övladlığa götürmək hüququ istisna edilməsə də, bu hüququn olması o demək deyildir ki, məhkəmə həmin hüquqa malik olan şəxslərin ərizəsini mütləq təmin etməlidir. İşin faktiki halları hazırki halda övladlığa götürülmənin formal xarakter daşıdığı qənaətinə gəlməyə əsas verir. Belə ki, ərizəçi 70 yaşında (1953cü il təvəllüdlü) olmaqla həmin yaşda azyaşlı uşağa ana kimi valideyn qayğısı göstərməsi, uşağın təlim-tərbiyəsi ilə məşğul olması, inkişafına yetərincə diqqət yetirməsi, 70 yaşlı şəxsin özünün sağlamlıq vəziyyəti gələcəkdə 8 yaşlı nəvəsinin qayğısına qalmaqda çətinlik yaradacaqdır. Həmçinin məhkəmənin qənaətincə işin müəyyən edilmiş faktiki halları ölvadlığa götürülmənin maddi maraq naminə həyata keçirilməsinə dəlalət edir.”. Ailə Məcəlləsinin 119.10-cu maddəsinə əsasən Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda Nazirlik tərəfindən uçotdan çıxarılır: Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə. Nazirliyin iddiaçıları uçotdan çıxarması üçün yetərli hüquqi əsası olduğu halda Məhkəmə tərəfindən nəzərə alınmamış və hüquqi əsasın olmadığı bildirilmiş, eləcə də övladlığa götürmənin uşağın mənafeyinə uyğun olmadığı məlum olsa da, uçotun bərpa edilməsi öhdəliyi qoyulmuşdur.xx.xx.2023-cü il tarixində iddiaçıların birgə nəvələri xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunu övladlığa götürməkləri ilə bağlı notarial ərizəsi Nazirliyin Altsisteminə daxil olmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq onlar uçota alındıqdan sonra müsahibə keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 20 fevral 2020-ci il tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 5.1-ci maddəsinə uyğun olaraq keçirilən müsahibə zamanı iddiaçılar məhdudiyyət və məcburiyyət olmadan məlumat vermiş, sosial işçi tərəfindən onlara övladlığa götürmənin formal olduğu, bu səbəbdən Nazirlik tərəfindən imtina verilə biləcəyi, eləcə də sonradan görüləcək tədbirlər bildirilmiş, iddiaçılar verdikləri məlumatları əks etdirən sənədləri imzalamış və sosial işçi müsahibənin nəticələrinə dair ilkin qiymətləndirmə rəyi hazırlayıb Altsistemə daxil etmişdir. Müsahibə nəticəsində məlum olmuşdur ki, övladlığa götürülən uşaq Qulu-zadə Hikmət Murad oğlu bioloji anası və iddiaçılar- nənə və babayla birlikdə yaşayırlar və uşağa əsas qayğı faktiki olaraq bioloji anası tərəfindən göstərilir. Eləcə də, müsahibə zamanı iddiaçılar ananın valideynlik bacarıqlarının aşağı olması, təhsil almaması səbəblərini xüsusi vurğulayaraq, bioloji atanın vəfatından sonra uşağın gələcəkdə maddi cəhətdən sıxıntı çəkməməsi və ona dəstək olmaq məqsədi ilə övladlığagötürmə ilə bağlı müraciət etdiklərini, gələcəkdə uşağa bioloji ana ilə birlikdə qayğı göstərəcəklərini sənədi imzalamaqla qeyd etmişdir. Sözügedən Qaydaların 6.1-ci maddəsinə əsasən Nazirlik tərəfindən müvafiq olaraq sənədləri ətraflı təhlil edildikdən sonra iddiaçılarla övladlığa götürülən uşaq arasında nəvəbaba (nənə) münasibətlərinin olduğu, onlar arasında münasibətin Ailə Məcəlləsi ilə tənzimləndiyi, uşağın valideyn qayğısı ilə əhatə olunduğu, iddiaçıların övladlığa götürməkdə əsas məqsədlərini övladlığa götürmə icra edilmədən də həyata keçirə biləcəkləri, eləcə də uşağa əsas qayğı göstərənin ana olmasından övladlığa götürmənin formal xarakter daşıdığı müəyyən edilmişdir. Belə ki, uşağın övladlığa verilməsinə valideyni razılıq vermişdir, lakin valideynin övladlığa götürmə barədə razılığı məhkəmə qərarı ilə ərizənin təmin edilməsinə kifayət etmiş olsaydı, qanunvericilik məsələnin məhkəmənin qərarından deyil, valideynlərin razılığından asılı etmiş olardı. Azyaşlının anasının uşağın övladlığa verilməsi barədə razılığı uşağın mənafeyinə uyğun hesab edilmir. Övladlığa götürmə formal əsaslarla deyil, uşağın mənafeyi nöqteyi-nəzərdən faktiki və hüquqi zərurətdən doğmalıdır. Uşağın atasının vəfat etməsi və faktiki olaraq bioloji anası ilə babasının evində yaşaması onun övladlığa götürülməsinə əsas ola bilməz. Əks halda ailə dəyərləri, valideynövlad münasibətlərində ciddi sosial problemlər meydana gələr. Belə ki, hüquqi kateqoriya olaraq valideyn-övlad münasibətlərinin qorunması sosial münasibətlər baxımından cəmiyyətin dayanıqlılığının təmin edilməsində xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda bir uşağın öz doğma nənə-babasının aralarında nənə-baba münasibətləri olduğu halda onun valideynləri olaraq tanınması ətraf tərəfindən birmənalı qarşılanmamaqla uşağın gələcək həyatına öz mənfi təsirini göstərmiş olacaqdır. Qeyd edilən hallar uşağın mənafeyinə cavab vermədiyindən Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə uyğun olaraq iddiaçılar uçotdan çıxarılmışdır. Bununla bağlı iddiaçıların elektron şəxsi kabinetinə bildiriş göndərilmiş (əlavə olunur) və telefon vasitəsilə məlumat verilmişdir. Habelə vətəndaş qəbulu zamanı iddiaçılara yenidən bu barədə məlumat verilmişdir.İddiaçı1 qanundan sui-istifadə edərək ilkin olaraq ögey ata kimi Nazirliyə müraciət etməsi faktı təsdiq edilsə də, bu hala dair Qərarın əsaslandırma hissəsində məhkəmənin mövqeyi əks etdirilməmişdir. Bildirirlər ki, subyektlərin istəkləri çərçivəsində deyil, qanunun tələbləri daxilində mübahisəyə baxılmasını əsaslı hesab edirlər. Məhkəmə qərarda qeyd etməsə də, Nazirliyin qiyymətləndirmə azadlığı olduğu halda onun diskresion səlahiyyətlərinə müdaxilə edərək proses zamanı iddiaçıların uçotdan çıxmaları üçün əsas olmadığını və Nazirliyin əsas hesab etdiyi halların uşağın mənafeyinə uyğun olub-olmamasını demək üçün kifayət etmədiyi qənaətinə gəlmişdir. Habelə qeyd olunanlara və kifayət qədər dəlillərin olmasına baxmayaraq, müsahibə zamanı və daha sonra iddiaçılara məlumat verildiyi halda məhkəmə əsassız və dəlilsiz Nazirliyin qərar qəbul edilərkən iddiaçılara məlumat vermədiyini, onların fikirlərini nəzərə almadığını, zəruri araşdırma etmədən qərar qəbul etdiyini qeyd edərək Nazirliyin iddiaçıları uçotdan çıxarmasını inzibati hüquq normalarının pozuntusu kimi qiymətləndirmişdir. Qərarda göstərilmiş nəticələrin işin hallarına uyğunsuzluğu onda görsənir ki, işin halları və məhkəmə sübutları iddiaçıların prosesə cəlb edildiyini, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi səlahiyyətinin Nazirliyin diskresion səlahiyyətlərinə aid olmaqla qiymətləndirmə azadlığına malik olduğu halda hərtərəfli araşdırma aparıldığını, iddiaçılara qərar qəbul etməzdən əvvəl və sonra qəbul edilən qərar barədə məlumat verildiyini bariz göstərsə də, məhkəmə bu faktlarla razılaşmayaraq inzibati normaların pozulması və sübutların təqdim edilməməsi qənaətinə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi məhkəmənin əsas götürdüyü iddiaçılara məlumat verilməməsi, onların münasibətinin öyrənilməməsi və icraata cəlb edilməməsi iddiaları mübahisələndirilməmiş və bu barədə Nazirliyin mülahizələrinin dinlənilməsinə şərait yaradılmamışdır. Əksinə Məhkəmə iclas zamanı övladlığa götürmənin formal xarakter daşımasının uşağın mənafeyinə uyğun olmadığını deməyə əsas vermədiyini, əksinə formal övladlığagötürmənin uşağın maddi vəziyyətinin təmin edilməsi baxımından yola verilə bilən olduğunu, Nazirliyin bu məsələyə müdaxilə etmək səlahiyyətinin olmadığını bildirsə də, qərarında bu barədə müddəalara yol verməmişdir. Məhkəmə istinad etdiyi normalara əsasən inzibati icraat zamanı maraqlı şəxslərin prosesə cəlb edilmədiyini, inzibati akt qəbul edilərkən onların fikirlərinin nəzərə alınmadığını, bu barədə onlara məlumat verilmədiyini qeyd etsə də, konkret olaraq bu hərəkətlərin nədə ifadə olunduğunu qeyd etməmişdir. Məhkəmə qərarında iddiaçıların yaxşı bal alması ilə bağlı bildiririk ki, qiymətləndirmə sxeminə nəzər salsaq, müvafiq kriteriyaların verdiyi balların toplanıldığının şahidi olarıq. Burada isə iddiaçıların ailədaxili münasibətləri, valideynlik bacarıqları, iş, sağlamlıq vəziyyətləri yaxşı bal versə də, burada əsas hesab edilən övladlığa götürmədə motivasiyası qeyri-kafi olaraq dəyərləndirilmişdir. Məhz sözügedən müraciətin formal olması iddiaçıların övladlığagötürmədə motivasiyası ilə qiymətləndirilir. Qeyd olunanlar və iddiaçılar ilə keçirilən müsahibə nəticələrini əks etdirən sənədlər, eləcə də məhkəmə tərəfindən verilmiş sorğunun cavabı övladlığagötürmənin uşağın mənafeyinə uyğun olmadığını göstərir. Həmçinin İddiaçı1 qanundan sui-istifadə edərək nəvəsini övladlığa götürmək üçün vəfat etmiş oğlunun həyat yoldaşı ilə nikaha girməsi, uşağa gələcəkdə baba kimi də maddi və mənəvi dəstək ola bilməsi, onlar arasında nəvə-baba münasibətləri övladlığa götürmənin uşağın mənafeyinə uyğun olmadığını və bununla bağlı qanunvericilikdə konkret tələbin olması səbəblərindən iddiaçıların uçotdan çıxarılmasını məqsədəuyğun və hüquqi əsaslı hesab edirlər.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
25. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
26. Məhkəmə Kollegiyasının iclasında iddiaçı, iddiaçıların vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
27. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs X16 təhsilsiz olduğunu və uşağın maddi təminat baxımından (babasının pensiyasının gələcəkdə uşağa çatması) övladlığa götürülməsinə razılıq verdiyini bildirmiş və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 117. Övladlığa götürülməsinə yol verilən uşaqlar. 117.1. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Maddə 118. Övladlığa götürmə qaydası. 118.1 Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması(118.1.1); övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi (118.1.2); övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi (118.1.3). Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması bu Məcəllənin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir (118.2). Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, habelə bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsini aparır (118.5). Maddə 119. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxslərin uçotu. ... 119.10. Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçotdan çıxarılır: 119.10.1. vəfat etdikdə; 119.10.2. bu Məcəllənin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə; 119.10.3. bu Məcəllənin 120.1.6-cı maddəsində göstərilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə; 119.10.4. bu Məcəllənin 120.2-ci maddəsi ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda; 119.10.5. barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində. 119.11. Bu Məcəllənin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılan şəxslər, bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar uçota alınırlar.
29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydaları”
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 118.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi və övladlığagötürmə sahəsində monitorinq aparılması qaydalarını müəyyən edir. 1.2. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin (bundan sonra – valideynnamizəd) vahid uçotunun elektron qaydada aparılması, valideyn-namizədlə müsahibə keçirilməsi, onun maddi-məişət şəraitinin müayinəsi, valideyn-namizəd üçün təlimin təşkili, valideynnamizədə uyğun uşağın və övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi, valideyn-namizədlə uşaqların yerləşdiyi müəssisələrdə görüşlərin təşkili, övladlığa götürülən uşaqların sınaq müddətində valideynnamizədin evində yerləşdirilməsi, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, övladlığagötürmədən sonrakı monitorinqlərin aparılması, eləcə də övladlığagötürmənin ləğvinin tələb edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
2. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin uçotu: Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu Nazirlik aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərindən və ehtiyatlarından istifadə etməklə elektron qaydada aparır: ( 2.1-ci bənd) 2.1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 2.1.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 2.1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 2.1.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; 2.1.5. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi; 2.1.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 2.1.7. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; 2.1.8. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi; 2.1.8-1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi; 2.1.9. kredit büroları. Bu Qaydanın 2.1.1–2.1.8-ci yarımbəndlərində qeyd edilən orqanların (qurumların) informasiya ehtiyatlarının və sistemlərinin altsistemə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir (2.2-ci bənd) Valideynnamizədin övladlığa uşaq götürmək barədə Nazirliyə ünvanladığı ərizə bu Qaydanın 2.16-cı bəndinə uyğun olaraq altsistemə daxil edildiyi andan valideynnamizəd uçota alınır (2.12-ci bənd). Valideyn-namizədin ərizəsində aşağıdakılar əks olunmalıdır (2.13-cü bənd): valideyn-namizədin özünün və ərinin/arvadının (olduqda), habelə ailə üzvlərinin hər birinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya faktiki yaşadığı ünvan, vətəndaşlığı (şəxsiyyətini təsdiq edən sənədə dair məlumatlar) (2.13.1-ci bənd); valideyn-namizədin və onun ərinin/arvadının (olduqda) uşağı övladlığa götürməyə dair razılığı 2.13.2-ci bənd); valideynnamizədin və onun ərinin/arvadının (olduqda) özləri və ailə üzvləri barədə fərdi məlumatların, sağlamlığı və məhkumluğu barədə, habelə gəlirləri, xərcləri və öhdəlikləri barədə məlumatların Nazirlik tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilməsinə dair razılığı (2.13.3); valideyn-namizədin və onun ərinin/arvadının (olduqda), habelə ailə üzvlərinin övladlığa götürüləcək uşaqla eyni ünvanda yaşamağa dair razılığı (2.13.4) .... 2.23. Valideyn-namizəd Ailə Məcəlləsinin 119.9-cu maddəsində nəzərdə tutulan hallarda aşağıdakı qaydada uçotdan çıxarılır: 2.23.1. valideyn-namizəd (namizədlər) vəfat etdikdə onun ölümü barədə məlumat (ölüm tarixi, səbəbi, ölümün qeydə alındığı tarix, ölüm haqqında şəhadətnamənin seriyası və nömrəsi) Ədliyyə Nazirliyi tərəfindən altsistemə ötürüldüyü gündən; 2.23.2. valideyn-namizəd (namizədlər) və onun ailə üzvləri bu Qaydanın 3.2-ci bəndində göstərilən xəstəliklərdən birinə tutulduqda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu barədə məlumatları real vaxt rejimində altsistemə ötürdüyü gündən; 2.23.3. valideynnamizəd (namizədlər) Ailə Məcəlləsinin 120.1.6-cı maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunduqda və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğu halda həmin şəxslər barəsində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə qərarı altsistemdə qeydə alındığı gündən, habelə Ailə Məcəlləsinin 119.10.5-ci maddəsinə əsasən valideynnamizəd (namizədlər) barəsində cinayət təqibi üzrə icraat aparıldığı halda cinayət təqibi müddətində; 2.23.4. bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq valideyn-namizədlə müsahibə keçirilməsi zamanı övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı müəyyən edildikdə, Nazirlik bu barədə bu Qaydanın 2.24-cü bəndinə uyğun olaraq qərar qəbul etdiyi gündən. 2.24. Sosial işçi valideyn-namizədlə müsahibə keçirilməsi zamanı övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmamasına dair tərtib etdiyi rəyi bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq altsistemə daxil etdikdən sonra həmin rəy əsasında Nazirlik valideyn-namizədin uçotdan çıxarılması barədə qərar qəbul edir. Valideyn-namizədin bu qərardan inzibati qaydada və məhkəməyə şikayət vermək hüququ vardır. 2.25. Uçota alınmış valideyn-namizədlərdən biri vəfat etdikdə, digər valideynnamizəd bu Qaydanın 2.17-ci bəndinə uyğun olaraq, ona dair məlumatları yeniləyir. 2.26. Bu Qaydanın 2.23.4-cü yarımbəndinə uyğun olaraq uçotdan çıxarılmış valideyn-namizəd (namizədlər) bir ildən sonra bu Qaydaya uyğun olaraq təkrar uçota alınmaq hüququna malikdir.
30. “Azərbaycan Respublikasının t ə r ə f d a r çıxdığı “Uşaq hüquqlarına dair BMT Konvensiyası: 3-cü maddəsinə əsasən məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
31. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanunu: 32-ci maddəsinə əsasənUşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən qorunur.
32. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və yajırrun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı cfəoul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur.
37. Daha sonra məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
38. Belə ki, işin hallarına əsasən iddiaçı xx.xx.1951-ci il təvəllüdlü İddiaçı1 ögey ata kimi nikahda olduğu şəxsin övladı xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunu övladlığa götürmək üçün xx.xx.2023-cü il tarixində Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə müraciət etmişdir. Müraciətə baxılması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ögey ata kimi övladlığa götürmək istədiyi uşaq onun bioloji nəvəsidir.
39. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahından Qulu-zadə Murad Nemətulla oğlu, sonuncunun isə Qulu-zadə Dilarə Adil qızı ilə nikahından Qulu-zadə Hikmət Murad oğlu və Qulu-zadə Aidə Murad qızı dünyaya gəlmişdir. xx.xx.2022-ci il tarixində Qulu-zadə Murad Nemətulla oğlu vəfat etmiş, xx.xx.2022-ci il tarixində isə İddiaçı N.İddiaçı2Qulu-zadə ilə nikah münasibətlərinə xitam verərək vəfat etmiş oğlunun həyat yoldaşı Qulu-zadə Dilarə Adil qızı ilə nikaha daxil olmuşdur.
40. Övladlığa götürmə müraciətinin formal xarakter daşıdığı və övladlığa götürülən uşağın mənafeyinə uyğun gəlmədiyi müəyyən edildiyindən müraciətə Nazirlik tərəfindən imtina verilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində İddiaçı1 D.Quluzadə ilə nikah münasibətlərinə xitam verərək xx.xx.2023-cü il tarixində yenidən İddiaçı2 ilə nikaha daxil olmuş və xx.xx.2023-cü il tarixində iddiaçılar birlikdə nəvələri Qulu-zadə Hikmət Murad oğlunu övladlığa götürmək üçün Nazirliyin Altsisteminə müraciət etmişdir.
41. İşin hallarından həmçinin, müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində iddiaçılar ilə müsahibə keçirilmiş və məlum olmuşdur ki, övladlığa götürülən uşaq Qulu-zadə Hikmət Murad oğlu bioloji anası D.Qulu-zadə, bacısı Qulu-zadə Aidə Murad qızı, babası İddiaçı1 və nənəsi İddiaçı2 ilə birgə eyni ünvanda yaşayır və ona əsas qayğı faktiki olaraq bioloji anası tərəfindən göstərilir.
42. Məhkəmə Kollegiyası diqqətə alır ki, iddiaçılar bioloji atanın vəfatından sonra uşağın gələcəkdə məhz maddi cəhətdən sıxıntı çəkməməsi və ona dəstək olmaq məqsədi ilə övladlığa götürmə ilə bağlı müraciət etdiklərini, gələcəkdə uşağa birlikdə qayğı göstərəcəklərini dəfələrlə qeyd etmiş bununla bağlı qiymətləndirmə sənədlərini imzalamışdır.
43. Odur ki, xx.xx.2023-cü il tarixində iddiaçılarla övladlığa götürülən uşaq arasında nəvə-baba (nənə) münasibətləri olduğundan, eləcə də övladlığagötürmənin formal xarakter daşıması səbəbindən iddiaçılar müsahibə mərhələsindən keçməmiş və buna uyğun olaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə uyğun olaraq müsahibə mərhələsindən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədiyi üçün uçotdan çıxarılmışdır.
44. Belə ki, cavabdeh Nazirlik nənə-baba tərəfindən övladlığa götürmə zamanı valideyn-namizədlərlə övladlığa götürülən uşaq arasında münasibətlərin formal olmasına, onlar arasında münasibətin Ailə Məcəlləsi ilə tənzimləndiyinə, eləcə də uşağın valideyn qayğısı ilə əhatə olunması hallarına xüsusi diqqət yetirilməsinə və valideyn-namizədlərlə övladlığa götürülən uşaq arasında münasibətlərin formal olan belə halların yolverilməz hesab edilməsinə əsaslanmışdır.
45. Məhkəmə Kollegiyası cavabdehin mövqeyinin əsaslı və qanuni olduğunu aşağıdakılara əsasən qeyd edir:
46. “Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Uşaq hüquqlarına dair BMT Konvensiyası”nın 3-cü maddəsinə əsasən Məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
47. Məhkəmə Kollegiyası qeyd edir ki, uşağın öz bioloji valideyninin himayəsində olaola baba-nənəsi tərəfindən övladlığa götürülməsi və onları öz valideyni hesab etməsi uşağın üstün maraqlarına uyğun hesab edilmir.
48. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun 32-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır.
49. Övladlığa götürmənin bu müddəaya zidd olaraq şəxsi mənfəət əldə etmək məqsədi daşımasına baxmayaraq məhkəmənin iddianı təmin etməyi qanunsuz və əsassız olmuşdur.
50. Kollegiya hesab edir ki, işin faktiki halları hazırki halda övladlığa götürülmənin formal xarakter daşıdığı qənaətinə gəlməyə əsas verir.
51. Qeyd olunduğu kimi, İddiaçı1 xx.xx.1951-ci il təvəllüdlü olmaqla nəvəsi xx.xx.2022ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunu övladlığa götürməklə həmin yaşda azyaşlı uşağa ana kimi valideyn qayğısı göstərməsi, uşağın təlim-tərbiyəsi ilə məşğul olması, inkişafına yetərincə diqqət yetirməsi sözsüz ki, ciddi çətinlik yaradacaqdır.Xüsusən nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunun öz bioloji valideyninin-anasının himayəsində ola-ola babanənəsi tərəfindən övladlığa götürülməsi və onları öz valideyni hesab etməsi uşağın üstün maraqlarına uyğun hesab edilə bilməz.
52. Həmçinin məhkəmə Kollegiyasının qənaətincə işin müəyyən edilmiş faktiki halları ölvadlığa götürülmənin maddi maraq naminə həyata keçirilməsinə dəlalət edir.
53. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixində iddiaçıların birgə nəvələri xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunu övladlığa götürməkləri ilə bağlı notarial ərizəsi Nazirliyin Altsisteminə daxil olmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq onlar uçota alındıqdan sonra müsahibə keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 20 fevral 2020-ci il tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 5.1-ci maddəsinə uyğun olaraq keçirilən müsahibə zamanı iddiaçılar məhdudiyyət və məcburiyyət olmadan məlumat vermiş, sosial işçi tərəfindən onlara övladlığa götürmənin formal olduğu, bu səbəbdən Nazirlik tərəfindən imtina verilə biləcəyi, eləcə də sonradan görüləcək tədbirlər bildirilmiş, iddiaçılar verdikləri məlumatları əks etdirən sənədləri imzalamış və sosial işçi müsahibənin nəticələrinə dair ilkin qiymətləndirmə rəyi hazırlayıb Altsistemə daxil etmişdir. Müsahibə nəticəsində məlum olmuşdur ki, övladlığa götürülən uşaq Qulu-zadə Hikmət Murad oğlu bioloji anası və iddiaçılar- nənə və babayla birlikdə yaşayırlar və uşağa əsas qayğı faktiki olaraq bioloji anası tərəfindən göstərilir. Eləcə də, müsahibə zamanı iddiaçılar ananın valideynlik bacarıqlarının aşağı olması, təhsil almaması səbəblərini xüsusi vurğulayaraq, bioloji atanın vəfatından sonra uşağın gələcəkdə maddi cəhətdən sıxıntı çəkməməsi və ona dəstək olmaq məqsədi ilə övladlığa götürmə ilə bağlı müraciət etdiklərini, gələcəkdə uşağa bioloji ana ilə birlikdə qayğı göstərəcəklərini sənədi imzalamaqla qeyd etmişdir.
54. Həmçinin, məhkəmə Kollegiyasının iclasında da 3-cü şəxs, yəni övladlığa götürüləcək uşağın bioloji anası Dilarə Quluzadə təhsilsiz olduğunu və uşağın maddi təminat baxımından (babasının pensiyasının gələcəkdə uşağa çatması) övladlığa götürülməsinə razılıq verdiyini bildirmişdir.
55. Məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, məhkəmə baxışı zamanı uşağın bioloji anası Dilarə Quluzadənin kifayət qədər sağlam olduğu, öz fikirlərini tam sərbəst olaraq ifadə etdiyi, onun əvvəllər Rusiyada yaşadığından rus dilində sərbəst danışa bilməsi və işləyib övladlarına baxa bilməsi imkanının olması müəyyən olunmuşdur.
56. İkincisi, uşağın bioloji anası Dilarə Quluzadənin təhsilsiz olması səbəbindən uşağını övladlığa verməsinə razı olmasının qəbul edilməsi təcrübəsindən belə işlərə yanaşılması ali və ya orta təhsili olmayan hər hansı valideynin də belə təcrübədən çıxış etməsinə şərait yaratmış olar.
57. Üçüncüsü, uşağın övladlığa verilməsinə valideyni razılıq vermişdir, lakin valideynin övladlığa götürmə barədə razılığı məhkəmə qərarı ilə ərizənin təmin edilməsinə kifayət etmiş olsaydı, qanunvericilik məsələnin məhkəmənin qərarından deyil, valideynlərin razılığından asılı etmiş olardı. Azyaşlının anasının uşağın övladlığa verilməsi barədə razılığı uşağın mənafeyinə uyğun hesab edilmir. Məhkəmə Kollegiyası diqqətə alır ki, övladlığa götürmə formal əsaslarla deyil, uşağın mənafeyi nöqteyi-nəzərdən faktiki və hüquqi zərurətdən doğmalıdır. Uşağın atasının vəfat etməsi və faktiki olaraq bioloji anası ilə babasının evində yaşaması onun övladlığa götürülməsinə əsas ola bilməz. Əks halda ailə dəyərləri, valideynövlad münasibətlərində ciddi sosial problemlər meydana gələr. Belə ki, hüquqi kateqoriya olaraq valideyn-övlad münasibətlərinin qorunması sosial münasibətlər baxımından cəmiyyətin dayanıqlılığının təmin edilməsində xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda bir uşağın öz doğma nənə-babasının aralarında nənə-baba münasibətləri olduğu halda onun valideynləri olaraq tanınması ətraf tərəfindən birmənalı qarşılanmamaqla uşağın gələcək həyatına öz mənfi təsirini göstərmiş olacaqdır.
58. Sonda məhkəmə Kollegiyası məhkəmə qərarında iddiaçıların yaxşı bal alması ilə bağlı dəlillərə istinad olunmasına münasibətdə qeyd edir ki, qiymətləndirmə sxeminə nəzər salsaq, müvafiq kriteriyaların verdiyi balların toplanıldığının şahidi olarıq. Burada isə iddiaçıların ailədaxili münasibətləri, valideynlik bacarıqları, iş, sağlamlıq vəziyyətləri yaxşı bal versə də, burada əsas hesab edilən övladlığa götürmədə motivasiyası qeyri-kafi olaraq dəyərləndirilmişdir. Məhz sözügedən müraciətin formal olması iddiaçıların övladlığa götürmədə motivasiyası ilə qiymətləndirilir. Qeyd olunanlar və iddiaçılar ilə keçirilən müsahibə nəticələrini əks etdirən sənədlər, eləcə də məhkəmə tərəfindən verilmiş sorğunun cavabı övladlığa götürmənin uşağın mənafeyinə uyğun olmadığını göstərir.
59. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlardan çıxış edərək bir daha vurğulayır ki, hazırkı halda övladlığa götürmə mənfəət əldə etmək məqsədi daşıyır və bu halda övladlığa götürülmə formal xarakterli olduğundan uşağın mənafeyinə uyğun deyildir.
60. “Şahin Almaniyaya qarşı” iş üzrə qərarda Avropa Məhkəməsi izah etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli balansı gözləsinlər və balansın müəyyənləşdirilməsi prosesində uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət versinlər; həmin maraqlar, xarakterindən və ciddiliyindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutula bilər.
61. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq aktlarda da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verilir.
62. Yuxarıda istinad olunanlara əsaslanaraq məhkəmə Kollegiyası cavabdehin hərəkətlərinin qanunvericiliyin tələblərinə uyğun olduğu və iddiaçıların hüquqlarını pozmadığı qənaətinə gəlir.
63. Ailə Məcəlləsinin 119.10-cu maddəsinə əsasən Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda Nazirlik tərəfindən uçotdan çıxarılır: Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə. 64.Beləliklə, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır.
65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
66. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
67. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
68. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirilməyərək iddia təmin edilmişdir.
69. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1794/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1794/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.