Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3208/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2290/2025 nömrəli, 24 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı əmək pensiyasından tutulmaların həyata keçirilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-11626/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya əmək pensiyasının 2023-cü ilin 1 iyul tarixindən hesablanmaqla tam şəkildə - 2663,75 manat məbləğində (sonrakı indeksasiyalar da nəzərə alınmaqla) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2005-ci il tarixdən “sabiq dövlət qulluqçusu kimi” yaşa görə əmək pensiyası təyin edilib. 1 dekabr 2013-cü il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə əlavəsi 174,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 130,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 290,00 manat olmaqla, ümumilikdə orta aylıq əmək haqqı 1544,50 manat təşkil etmişdir. Bundan sonra iddiaçının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından aldığı xx.xx.2023-cü il tarixli (sonuncu xx.xx.2023-cü il tarixli) məktubda qeyd edilmişdir ki, ona pensiya ödənişinin hesablanması zamanı yanlışlıqlara yol verildiyindən ümumilikdə 27.565,56 manat məbləğində pul vəsaiti əsassız olaraq ona ödənilmişdir. Cavabdehin mövqeyi qanunsuz və əsassız olduğundan iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçıya “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” Qərarının ləğv olunması və əmək pensiyasının 2023-cü ilin 1 iyul tarixindən etibarən tam şəkildə - 2663,75 manat məbləğində ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Bundan sonra, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarının ləğv olunması və əmək pensiyamın tam şəkildə ödənilməsi və s. tələbinə dair” e2-1(112)- 4646/2024 saylı inzibati iş üzrə iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilmişdir. Qərarın nəticə hissəsində qeyd edilmişdir ki, iddia təmin edilsin və İddiaçı təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Cavabdeh həmin Qərardan apelyasiya şikayəti vermədiyindən həmin qərar qanuni qüvvəyə minmişdir. Lakin, xx.xx.2024-cü il tarixli Bakı İnzibati Məhkəməsinin qərarının nəticə hissəsinin bir qədər qeyri-müəyyən olmasından, yəni nəticə hissəsində cavabdeh orqanın konkret olaraq hansı qərarının (nömrəsi və tarixi göstərilməmişdir) ləğv edildiyi göstərilmədiyindən cavabdeh bu günədək də həmin qərarın icrasını həyata keçirmir və iddiaçının əmək pensiyasından qanunsuz tutulmalar davam etdirilir. Bu səbəbdən də İddiaçı əmək pensiyasından tutulmaların həyata keçirilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-11626/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı əmək pensiyasının 2023-cü ilin 1 iyul tarixindən hesablanmaqla tam şəkildə - 2663,75 manat məbləğində (sonrakı indeksasiyalar da nəzərə alınmaqla) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 1 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə əlavə 174,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 130,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 290,00 manat olmaqla orta aylıq əmək haqqı 1544,50 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 12 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1544,50 manat) 65 faizi-1003,93 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017- ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 12 il 6 ay 6 gün qulluq stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 41,67 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 955,00 manat, qulluq stajına görə əlavə 191,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 143,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 318,33 manat olmaqla orta aylıq əmək haqqı 1687,58 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1544,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1687,58 manat) arasındakı fərq məbləğinin (143,08 manat) 41,67 faizi-59,62 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (1003,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1063,55 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1435,00 manat, qulluq stajına görə əlavə 287,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 215,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 478,33 manat olmaqla orta aylıq əmək haqqı 2495,58 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1687,58 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2495,58 manat) arasındakı fərq məbləğinin (808,00 manat) 41,67 faizi-336,69 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (1063,55 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1400,24 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020- xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2111,24 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 21330,00 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1766,69 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2663,75 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 5382,36 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilir ki, iddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 853,20 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 27565,56 (21330,00+5382,36+853,20) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini əks etdirən üç ulduz nişanı ilə indeksləşdirilmiş xx.xx.2024-cü il tarixli 2-1(102)-3135/2024 nömrəli qərarının 39-cu bəndində qeyd edilir ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçının vaxtilə redaktor və böyük redaktor vəzifələrində işlədiyi xx.xx.1967-xx.xx.1981-ci il və xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlərin dövlət qulluğu stajına aid edilib-edilməməsi ilə bağlı X8 sorğu verilib. Müvafiq sorğuya xx.xx.2023-cü ildə verilmiş cavab məktubunda iddiaçının vaxtilə redaktor və böyük redaktor vəzifələrində işlədiyi dövrlərin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmadığı bildirilib. İddiaçının mövcud dövlət qulluğu stajına (12 il 6 ay 6 gün (xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) uyğun olaraq əmək pensiyası yenidən hesablanmışdır. Göründüyü kimi iddiaçının əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallar cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində aşkarlanmış və həmin tarixdə də inzibati icraat başladılaraq iddiaçıya dəvət məktubu göndərilmişdir. Daha sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçının pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilmişdir, yəni iddiaçının pensiyasının yenidən hesablanması haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (xx.xx.2023-cü il) 1 il ərzində (xx.xx.2023-cü il) ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2290/2025 nömrəli, 24 aprel 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-11626/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya əmək pensiyasının 2023-cü ilin 1 iyul tarixindən hesablanmaqla tam şəkildə - 2663,75 manat məbləğində (sonrakı indeksasiyalar da nəzərə alınmaqla) ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 1 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə əlavə 174,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 130,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 290,00 manat olmaqla orta aylıq əmək haqqı 1544,50 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 12 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1544,50 manat) 65 faizi-1003,93 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 12 il 6 ay 6 gün qulluq stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 41,67 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 955,00 manat, qulluq stajına görə əlavə 191,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 143,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 318,33 manat olmaqla orta aylıq əmək haqqı 1687,58 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1544,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1687,58 manat) arasındakı fərq məbləğinin (143,08 manat) 41,67 faizi-59,62 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (1003,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1063,55 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1435,00 manat, qulluq stajına görə əlavə 287,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 215,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 478,33 manat olmaqla orta aylıq əmək haqqı 2495,58 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1687,58 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2495,58 manat) arasındakı fərq məbləğinin (808,00 manat) 41,67 faizi-336,69 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (1063,55 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1400,24 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2111,24 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 21330,00 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1766,69 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2663,75 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 5382,36 manat artıq pul vəsaiti ödənilib. İddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 853,20 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 27565,56 (21330,00+5382,36+853,20) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. İddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Bundan sonra əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilmişdir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini əks etdirən üç ulduz nişanı ilə indeksləşdirilmiş xx.xx.2024-cü il tarixli 2-1(102)-3135/2024 nömrəli qərarının 39-cu bəndində qeyd edilir ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki; - 415905 nömrəli pensiya uçot vərəqindən görünür ki, iddiaçıya xx.xx.2005-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. - X5 xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, 1970-1995-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında X6 Mühafizəsi Baş İdarəsində, Azərbaycan SSR Nazirlər Soveti yanında və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda və digər X1 X7 edən Baş İdarədə redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-11626/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən iddiaçının hazırki pensiya məbləği 2663,75 manat, yenidən hesablanmış pensiya məbləği 1766,69 manat təşkil etmişdir. İddiaçı hazırda cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17- 1/3-7-11626/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin istinad olunan hallarından görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının əsası olaraq ona istinad etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1687,58 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2495,58 manat) arasındakı fərq məbləğinin (808,00 manat) 41,67 faizi- 336,69 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (1063,55 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1400,24 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2111,24 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 21330,00 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1766,69 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2663,75 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 5382,36 manat artıq pul vəsaiti ödənilib. İddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 853,20 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 27565,56 (21330,00+5382,36+853,20) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməli olması ilə bağlı mövqeyini onunla əsaslandırır ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2005-ci il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 18 il sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Halbuki, iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə, iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: -5.1-ci maddəsinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. 28 iyul 2005-ci il tarixədək olan redaksiya - 5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. Qanunun 28 iyul 2005-ci il tarixdən sonrakı dəyişikliyə əsasən olan redaksiyası 5.1-ci maddəsinə əsasən pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3-cü maddəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır. 5.4-cü maddəsinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -12-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu əmək pensiyaçının dövlət qulluğu stajına görə əlavələri almaq hüququnu pensiya yaşına çatması və ya əlil olmasından, 5 il dövlət qulluğu stajı olmasından, həmçinin pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmamasından asılı etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, İddiaçı xx.xx.2005-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan SSR Nazirlər Soveti yanında X6 Mühafizəsi Baş İdarəsində, Azərbaycan SSR Nazirlər Soveti yanında və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda və digər X1 X7 edən Baş İdarədə redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrindəki iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmaması əsası ilə əmək pensiyası yenidən hesablanmışdır, bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun: - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İnzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə analoji qaydada həll ediləcəyini bilməlidir. Qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. Qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını da sübuta yetirə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsindən görünür ki, qanunverici aşağıdakı qanunsuz əlverişli inzibati aktın ləğv edilməsinə yol vermir: 1. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu; 2. başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı; 3. cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13-cü maddəsinə əsasən Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır. Hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. İşin hallarından göründüyü kimi, cavabdeh inzibati orqanın özü tərəfindən qəbul edilmiş əliverişli inzibati aktın ləğvi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində qeyd edilmiş müddətə və qaydaya əməl edilməmişdir, daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “1970-1975-ci illərdə işləyən vəzifənin dövlət qulluğuna aid olmaması” əsası ilə əmək pensiyasını yenidən hesablamaqla qanunvericiliyin tələbini pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddia ərizəsinə etirazda və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2290/2025 nömrəli, 24 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3208/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3208/2025
07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver