Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3209/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Şirinov İkram Sabir oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçılar Nümayəndə və X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar X3 və Nümayəndə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi) “xx.xx.2017-ci il tarixli sərəncamına uyğun olaraq gözdən əlil kimi mənzil növbəsinə götürülmüş, mərhuma verilməli olan mənzilin prosessual hüquqi varislərə verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin edilməsi” barədə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2-1(112)-15209/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim Aysev Almazova) məhkəmənin icraatında olan 2-1(112)-6525/2022 saylı və 2-1(112)- 15209/2022 saylı inzibati işlərin bir icraatda birləşdirilməsi və 2-1(112)-6525/2022 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlərin davam etdirilməsi qərara alınmışdır. Sonradan, hazırkı iş üzrə iddiaçılar məhkəməyə ərizə ilə müraciət edilərək iş üzrə iddiaçı mərhum İddiaçı1 prosessual hüquq varisləri kimi əvəz edilməsi və xx.xx.2017-ci il tarixli sərəncamına uyğun olaraq gözdən əlil kimi mənzil növbəsinə götürülmüş, mərhuma verilməli olan mənzilin prosessual hüquqi varislərə verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi, İddiaçı1 prosessual hüquqi varisi X3 və Nümayəndə ilə əvəz edilməsi, iddia tələbinin “xx.xx.2017-ci il tarixli sərəncamına uyğun olaraq gözdən əlil kimi mənzil növbəsinə götürülmüş, mərhuma verilməli olan mənzilin prosessual hüquqi varislərə verilməsinin cavabdehə həvalə edilməsini” formasında icraata qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin Sosial Xidmətlər Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təmin edilmiş, hazırkı iş üzrə verilmiş iddia geri götürülmüş sayılaraq, inzibati iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti vermişdir. Şikayətin məzmunundan görünür ki, iddiaçı rus dilli olduğundan və iddia ərizəsinin geri götürülməsi barədə ərizədə yazılanların məzmunu ona tam aydın olmamışdırş. Onların iddia ərizəsini götürmək niyyətləri olmamışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini müdafiə edərək, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, Kollegiya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilməli və işin yenidən baxılması üçün həmin məhkəmə göndərilməsi qənaətinə gəlir. AR İPM-in 12.1-ci maddəsinə əsasən , məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsaəsn, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İddiaçının apellyasiya şikayətindən və məhkəmə iclaslarında verdiyi izahatlardan belə aydın olur ki, iddiaçının iddia ərizəsinin geri götürülməsi barədə ərizəsi ona düzgün tərcümə olunmadığından, həmin ərizənin məzmunu ona aydın olmamışdır. İş materiallarında olan 2-1(112)-63/2023 nömrəli, xx.xx.2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, iddiaçıya iddia ərizəsinin geri götürülməsi barədə ərizəsi tərcümə olunmuş və təsdiq edilmişdir. Lakin iş materiallarında iddiaçının ana dilində (rus dili) tərtib edilmiş və azərbaycan dilinə tərcümə edilmiş ərizə müəyyən olunmamışdır. İşdə olan ərizə isə azərbaycan dilində yazılmış və iddiaçı tərəfindən rus dilində təsdiqlənmişdir. Belə olan halda Kollegiya hesab edir ki, həmin ərizə etibarlı hesab edilə bilməz. Kollegiya hesab edir ki, iddia ərizəsinin geri götürülməsi barədə ərizə o vaxt etibarlı hesab edilə bilərdi ki, ərizə iddiaçı tərəfindən ilk öncə öz anladığı dildə yazılsın və yazılanlar məhkəmə icraatının aparıldığı dildə tərcümə edilsin. İnzibati Prosessual Məcəlləsinin 1.2- maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Beləliklə, yuxarıda sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən hazırki iş lazımi növbəti prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçılar X3 və Nümayəndə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi) “xx.xx.2017-ci il tarixli sərəncamına uyğun olaraq gözdən əlil kimi mənzil növbəsinə götürülmüş, mərhuma verilməli olan mənzilin prosessual hüquqi varislərə verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-3209/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3209/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver